Məhkəmə qərarları › İş №1(060)-216/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-216/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-216/2025 21.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat bağları, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 dekabr 2023-cü il tarixdə, axşam saatlarında ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsinin plastmas materialdan olan eyvan qapısının kilidinə fiziki təsir edib açaraq yaşayış sahəsinə qanunsuz daxil olmuş və oradan 200 manat pul vəsaiti, 1 qramının qiyməti 85 manat, cəmi 425 manat olan 02 ədəd Türkiyə istehsalı, 5 qram çəkidə, 585 əyar qızıl üzüyü, 1 qramının qiyməti 85 manat, cəmi 510 manat olan 01 ədəd İtaliya istehsalı, 6 qram çəkidə, 585 əyar qızıl üzüyü, 1 qramının qiyməti 85 manat, cəmi 4590 manat olan hər birində üzük, qolbaq, boyunbağı olmaqla ümumi çəkisi 54 qram, Türkiyə istehsalı, 585 əyar daşsız 03 ədəd qızıl komplekti, 1 qramının qiyməti 85 manat, cəmi 680 manat olan 01 ədəd Türkiyə istehsalı, 8 qram çəkidə, 585 əyar qızıl sep klonu, 1 qramının qiyməti 85 manat, cəmi 850 manat olan 02 ədəd Türkiyə istehsalı, hər biri 10 qram çəkidə, 585 əyar, “Shopord" markalı qızıl boyunbağını, 1 qramının qiyməti 85 manat, cəmi 510 manat olan 01 cüt Rusiya istehsalı, 6 qram çəkidə, 583 əyar qızıl sırğanı, 1 qramının qiyməti 85 manat, cəmi 340 manat olan 01 cüt Türkiyə istehsalı, 4 qram çəkidə, 585 əyar uşaq üçün qızıl sırğanı gizli olaraq götürüb talayaraq Zərərçəkmiş şəxs2 200 (iki yüz) manat, Zərərçəkmiş şəxs4 7905 (yeddi min doqquz yüz beş) manat olmaqla, ümumilikdə 8105 (səkkiz min yüz beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 aprel 2024-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 1/70, mənzil 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsinin plastmas materialdan olan pəncərəsinin kilidinə fiziki təsir edib açaraq yaşayış sahəsinə qanunsuz daxil olmuş və oradan içindəki 4000 manat pul vəsaiti, 1 qramının qiyməti 85 manat, cəmi 1202,75 manat olan 01 dəst cəmi çəkisi 14.15 qram olmaqla 585 əyarlı qızıl sırğa və qızıl üzük, 1 qramının qiyməti 85 manat, cəmi 765 manat olan 1 ədəd 585 əyar, 9 qram çəkidə qızıl boyunbağı, 1 qramının qiyməti 110 manat, cəmi 440 manat olan 01 ədəd 750 əyar, 4 qram çəkidə qızıl klon, 1 qramının qiyməti 85 manat, cəmi 272 manat olan 01 ədəd 585 əyar, 3.2 qram çəkidə nazik qızıl boyunbağı, 1 qramının qiyməti 110 manat, cəmi 660 manat olan 01 ədəd 750 əyar, 6 qram çəkidə sadə qızıl üzük, 1 qramının qiyməti 85 manat, cəmi 280,5 manat olan 01 ədəd 585 əyar, 3,3 qram çəkidə qızıl üzük. 1 qramının qiyməti 85 manat, cəmi 289 manat olan 01 ədəd 583 əyar, 3.4 qram çəkidə qızıl üzük, qiyməti 250 manat olan polad material “Tissot” markalı qol saatı ilə birlikdə qiyməti 330 manat olan dəmir seyfi gizli olaraq götürüb talayaraq Zərərçəkmiş şəxs1 4330 (dörd min üç yüz otuz) manat məbləğində, Zərərçəkmiş şəxs3 4159.25 (dörd min yüz əlli doqquz manat iyirmi beş qəpik) manat olmaqla, ümumilikdə 8489.25 (səkkiz min dörd yüz səksən doqquz manat iyirmi beş qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,434 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 09 oktyabr 2024-cü il tarixdə, saat 14:40 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən yaşadığı evin yaxınlığında piyada olarkən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3, 177.2.4-cü maddələri üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxslərin ünvanını tanımır, həmin ünvanlarda olmamış və ittiham aktında qeyd olunan evlərdən oğurluq etməmişdir. İfadənin yerində yoxlanılması zamanı polis əməkdaşları mənzilləri ona göstərmişdir. Hər hansı şəxsə qızıl-zinət əşyaları satmamış, bir dəfə 120 manat dəyərində sırğa satmış, lakin həmin sırğanın oğurluq hadisələri ilə heç bir əlaqəsi olmamışdır. 25 sentyabr 2023-cü il tarixində cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə də özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının 9-da deyil, oktyabr ayının 4-də polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt yanında atası və anası olmuş, Bakı şəhərinə gedirmişlər. Saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, ona COP29 tədbiri ilə bağlı saxlanıldığı və həbsə getməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, 4 oktyabr 2024-cü il tarixindən tutulmuş, Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsində 48 saat, 10 gün MSY-də, sonra əlavə 48 saat, daha sonra təkrarən 48 saat saxlanılmış, ümumilikdə 21 gündən sonra istintaq təcridxanasına aparılmışdır. 48 saat tutulduqdan sonra prokurorun yanına aparılmış, yenidən 4-cü polis bölməsinə gətirilmiş, oradan məhkəməyə aparılaraq 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin, mülki iddianı da qəbul etmir. Barəsində cinayət əməli törətməsi barədə heç bir dəlil və sübut mövcud deyil. Yəni, cinayət hadisələri baş verən vaxt, ittiham aktında göstərilən tarixlərdə o, 11 saylı cəzaçəkmə müəssisəsində olmuşdur. xx.xx.2024-cü il tarixdə saxlanılmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Həmçinin, zərərçəkmiş şəxs məhkəmədə öz ifadəsində göstərmişdir ki, baş vermiş cinayətlə əlaqəli kamera görüntüləri 17 dəqiqəlik çəkiliş var. Lakin, iş materiallarında hər hansı videogörüntü mövcud deyil. Dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, barəsində aparılmış istintaqla bağlı araşdırmalar davam etdirilir və yekun nəticə barədə məlumat veriləcəkdir. Lakin bu günədək heç bir əsaslı cavab verilməmiş, bu isə ona qarşı olan ittihamların əsassız olduğunu göstərməkdədir. Qeyd edilənləri nəzərə alaraq, barəsində başlanılmış cinayət işinə xitam verilməsi və azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində o, 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olduğunu göstərmişdir. Subaydır, ünvan 1 ünvanında qeydiyyatda olmaqla son olaraq Sumqayıt şəhəri, Corat bağlarında fərdi evdə yaşamışdır. Heç bir yerdə işləmir və narkotik vasitə, psixotrop maddə alüdəçisi olmuşdur. Bəzi müddətlər fəhləliklə məşğul olub qazanc əldə edib, əldə etdiyi pulla narkotik vasitə və psixotrop maddə alırmış, lakin mütəmadi iş yeri tapmaqda çətinlik çəkirmiş. Narkotik vasitə və ya psixotrop maddə almaqdan ötrü oğurluq edərək qazanc əldə etmişdir. Belə ki, bu məqsədlə 09 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində o Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində piyada hərəkətdə olarkən 21/24 nömrəli binanın ikinci mərtəbəsində yerləşən və balkonu açıq olan mənzildə işığın yanmadığını, heç kimin mənzildə olmadığını müşahidə etmişdir. Binanın birinci mərtəbəsindəki mənzilin pəncərəsində dəmir barmaqlıq olduğundan ikinci mərtəbədəki mənzilə rahatlıqla qalxa biləcəyini başa düşüb oradan oğurluq etməyi qərarlaşdırmışdır. Havanın qaralmasım gözləyib, onu heç kimin görmədiyindən əmin olduqdan sonra birinci mərtəbənin pəncərəsinin barmaqlıqlarından istifadə edərək ikinci mərtəbədəki mənzilin balkonuna daxil olmuşdur. Bundan sonra balkonun plastmas materialdan olan qapısına çoxsaylı fiziki güc tətbiq etdikdən sonra kiliddən açıb içəri daxil olmuşdur. Mənzildən oğurlayıb qazanc əldə edə biləcəyi əşyaları axtarmağa başlayıb, yataq otağında ikimərtəbəli yatağın altındakı dolabdan 200 manat pul və mənzilin dəhlizindəki divara bərkidilmiş rəfdən qutunun içində saxlanılmış qızıl-zinət əşyalarını götürmüşdür. Oğurladığı əşyaları və pulu əynindəki paltarlarda yerləşdirmişdir. Mənzilin giriş qapısının üzərində açar olduğunu görüb, oradan ilk əvvəl çıxmaq istəsə də, qapını kiliddən aça bilməyib, mənzilə daxil olduğu qayda da oradan çıxıb yaşadığı ünvana gəlmişdir. Bundan sonra ilk əvvəl oğurladığı pulu şəxsi tələbatına xərcləyib, sonra isə qızıl-zinət əşyalarının bir qismini Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” alış-veriş mərkəzində fəaliyyət göstərən qızıl alverçilərinə həmin qızıl-zinət əşyalarının ailə üzvünə aid olduğunu deyib, oğurladığını gizlədərək, bir qismini isə narkotik vasitə satışı ilə məşğul olan şəxslərə narkotik vasitə və psixotrop maddə almağı qarşılığında satmışdır. Bundan başqa təkrarən qazanc əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Buna müvafiq olaraq 16 aprel 2024-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində piyada hərəkət etdiyi zaman 1/70 nömrəli binanın birinci mərtəbəsində yerləşən mənzilin sakinlərinin evi tərk etdiyini görmüşdür. Ətrafda gəzişərək mənzilin işıqların yanmadığını, mənzildə heç kimin olmadığını müşahidə etmişdir. Bir neçə dəqiqə mənzilin ətrafında hərəkət edib içəridə heç kimin olmadığına və onu heç kimin görmədiyinə əmin olduqdan sonra mənzildən oğurluq etmək məqsədi ilə ilk əvvəl mənzilin giriş qapısını yoxlamış, qapı kilidli olduğu üçün çölə çıxaraq mənzilin plastmas materialdan olan pəncərəsinin üzərində qurulmuş kilidli olmayan dəmir barmaqlığını açıb, daha sonra pəncərəyə dəmir parçası ilə fiziki təsir edib açaraq mənzilə daxil olmuşdur. Mənzildən oğurlayıb qazanc əldə edə biləcəyi əşyalar axtardığı zaman yataq otağında kiçik ölçülü seyfin olduğunu görmüşdür. Seyfdə kifayət qədər qazanc əldə edə biləcəyi pul və ya əşyaların ola biləcəyini fikirləşib, qazanc əldə edə biləcəyi başqa əşya axtarmadan, seyfi mənzildən tapdığı torbaya yerləşdirib mənzilə daxil olduğu pəncərədən istifadə edərək oradan çıxmış və yaşadığı ünvana gəlmişdir. Seyf qalın materialdan olmadığı üçün dəmir parçası ilə çoxsaylı zərbələr endirdikdən sonra seyfi aça bilmişdir. Belə ki, oğurladığı seyfin içində xatırladığı qədəri ilə 4000 manat pul vəsaiti və çox saylı qızıl-zinət əşyaları, o cümlədən sırğa, boyunbağı, üzüklər, qol saatı, klon vardı. O şübhə çəkməmək üçün ilk əvvəl oğurladığı pul vəsaitini hissə-hissə xərcləyib, daha sonra oğurladığı qızıl-zinət əşyalarını hissə-hissə olmaqla, narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə narkotik vasitə və psixotrop maddə qarşılığında satmışdır. Bundan başqa, təxminən 2024-cü ilin sentyabr ayında şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, 20 Yanvar ərazidə olan zaman axşam saatlarında təsadüfən rastlaşdığı, şəxsən tanımadığı bir nəfərlə söhbət edərkən narkotik vasitə istifadəçisi olduğunu demişdir. Bu zaman həmin şəxs ona “patı”, yəni psixotrop maddə olan metamfetamin verə biləcəyini demiş, o da bədənində ağrılar olduğu zaman istifadə etməyindən ötrü həmin şəxsdən 15 manata 01 ədəd bükümdə psixotrop maddə metamfetamin alıb şalvarının cibində saxlamışdır. 09 oktyabr 2024-cü il tarixdə bədənində ağrılar olduğundan əldə etmiş olduğu metamfetamindən istifadə etmək qərarına gəlmişdir. Həmin tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri, Corat bağları ərazisində yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edib, əynindəki şalvarın sağ yan cibində saxlayaraq daşıdığı metamfetamindən istifadə edə biləcəyi sakit bir yer axtardığı zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşub üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşmuşlar. O özünü təqdim edib, üzərində psixotrop maddə olan metamfetamin bükümü olduğunu demişdir. Bu zaman polis əməkdaşları onlarla birlikdə Sumqayıt şəhəri Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O etiraz etməmişdir və polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Polis idarəsinin xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə, yaxud, psixotrop maddə vardırsa təqdim etməyi xahiş edilmişdir. Bu zaman o əynində olan şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan büküm təqdim edib, içində şəxsi istifadəsi üçün təxminən 2-3 ay əvvəl 20 Yanvar dairəsində 15 manata əldə etdiyi “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu demişdir. Təqdim etdiyi 01 ədəd büküm açılan zaman içərisindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0.66 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddə qablaşdırılaraq möhürlənib imzalanmışdır. O saxlanılarkən və daha sonra polis əməkdaşları tərəfindən fiziki, psixi zor tətbiq edilməmişdir. Həmçinin oğurluq əməlləri tərəfindən tək olaraq törədilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, “şəxsi axtarış keçirilməsi haqqında”, “təqdim etmə və götürmə aparılması haqqında”, “baxış keçirilməsi haqqında”, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokollar, maddi sübutlar, əməliyyat tapşırığına verilmiş cavablar, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmə-tibbi ekspertizalarının rəyləri, habelə istintaq zamanı toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, sözügedən yaşayış sahəsindən 16 aprel 2024-cü il tarixdə oğurluq edildiyi ona məlum olmuş və buna müvafiq olaraq oğurluq edilməsi barədə tərəfindən müraciət edilmişdir. Belə ki, o 16 aprel 2024-cü il tarixdə evi tərk etmiş, saat 23 radələrində ailəsi ilə birlikdə yaşadıqları ünvana geri qayıtmışlar. Evə daxil olduqdan sonra həyat yoldaşı Zərərçəkmiş şəxs3 mətbəxin pərdəsinin yarıya qədər çəkildiyini və pəncərənin açıq olduğu, lakin evin qapı və pəncərəsini bağlayıb, pərdələri tam çəkdikdən sonra evi tərk etdiyini demişdir. O evi ailə üzvlərindən əvvəl tərk etmişdir və yoldaşı da qapı-pəncərəni bağlayıb evi tərk etdiyini dediyi üçün evə oğrunun girməsindən şübhələnmişdir. Ev dağınıq vəziyyətdə olmadığı üçün dərhal Zərərçəkmiş şəxs3 yataq otaqlarında, içərisində 4000 manat pul və müxtəlif qızıl-zinət əşyalarını saxladıqları seyfin yerində olub-olmadığını yoxlamasını istəmişdir. Zərərçəkmiş şəxs3 seyfin yerində olmadığını dedikdən sonra mənzildən oğurluq edildiyini başa düşüb, qızıl-zinət əşyalarının hansılar olduğunu dəqiqləşdirmədən dərhal bu barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə ərizə ilə müraciət etmişdir. Daha sonra həyat yoldaşı ilə oğurlanmış qızıl-zinət əşyalarını dəqiqləşdirmişlər. Belə ki, seyflə birlikdə içində olan 4000 manat puldan başqa 01 dəst cəmi çəkisi 14,15 qram olan, 585 əyarlı qızıl sırğa və qızıl üzük, 1 ədəd 585 əyar, 9 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 750 əyar, 4 qram çəkidə qızıl klon, 01 ədəd 585 əyar, 3,2 qram çəkidə nazik qızıl boyunbağı, 01 ədəd 750 əyar, 6 qram çəkidə sadə qızıl üzük, 01 ədəd 585 əyar, 3,3 qram çəkidə qızıl üzük, 01 ədəd 583 əyar, 3,4 qram çəkidə qızıl üzük, 01 ədəd “Tissot” markalı qadın qol saatı oğurlanmışdır. Ona toplam olaraq 4330 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 1/70, mənzil 4 ünvanında ailəmlə birlikdə yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 16 aprel 2024-cü il tarixdə, saat 20 radələrində övladları ilə birlikdə Sumqayıt şəhəri, Saray bağlar massivi, Qurd dərəsi ərazisinə ad günü mərasimində iştirak etməkdən ötrü evi tərk etmişlər. Evi tərk etməzdən əvvəl qapı-pəncərələri bağlamışdır. Əri Zərərçəkmiş şəxs1 ilə həmin tarixdə, saat 17 radələrində evi tərk etmişdir. Daha sonra həmin tarixdə, saat 23 radələrində birlikdə evə qayıtdıqları zaman mətbəxin pərdəsinin yarıya qədər çəkildiyini və pəncərənin açıq olduğu görmüşdür. Ev dağınıq olmadığı üçün yataq otağındakı seyfin oğurlanmasından şübhələnmişlər. Yataq otağına getdikdə seyfin yerində olmadığı ona məlum olmuşdur. Bu barədə Zərərçəkmiş şəxs1 dedikdən sonra, Neymət oğurluq edilməsi barədə şikayət etmişdir. Seyfin oğurlandığı zaman içində 4000 manat pul və ona məxsus 01 dəst cəmi çəkisi 14.15 qram olan, 585 əyarlı qızıl sırğa və qızıl üzük, 1 ədəd 585 əyar, 9 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 750 əyar, 4 qram çəkidə qızıl klon, 01 ədəd 585 əyar, 3.2 qram çəkidə nazik qızıl boyunbağı, 01 ədəd 750 əyar, 6 qram çəkidə sadə qızıl üzük, 01 ədəd 585 əyar, 3,3 qram çəkidə qızıl üzük, 01 ədəd 583 əyar, 3,4 qram çəkidə qızıl üzük, 01 ədəd “Tissot” markalı qadın qol saatı vardı. Həmin saatı 250 manata almışdır. Qızıl-zinət əşyalarının Hər birinin dəqiq qiymətini bilməsə də, ümumi təxmini qiyməti 4000 manat olardı. Ona toplam olaraq 4159.25 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatdadır və ailə üzvüləri ilə birlikdə həmin ünvanda yaşayır. 08 dekabr 2023-cü il tarixdə həmin mənzildə yaşayan ailə üzvləri ilə birlikdə evi tərk edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yerləşən bağ evlərinə getmişlər. 10 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşadıqları ünvana geri qayıtmışlar. Evin dağınıq vəziyyətdə olduğunu müşahidə etmiş, əşyaları axtarmağa başladıqda evdəki dolabda olan 200 manat pul vəsaitinin və qızıl-zinət əşyalarının yerində olmadığını bilib, oğurluq edildiyini başa düşərək hansı əşyaların oğurlandığını dəqiqləşdirmədən, ilkin olaraq evdə görmədiyi bir neçə əşyanın və pul vəsaitinin oğurlanması barədə müraciət etmişdir. Daha sonra oğurlanmış qızıl-zinət əşyaları Zərərçəkmiş şəxs4 ilə birlikdə tərəflərindən dəqiqləşdirilmişdir. Belə ki, evdən 200 manat pulundan başqa dəhlizdəki rəfdən Zərərçəkmiş şəxs4 məxsus 02 ədəd Türkiyə istehsalı, 5 qram çəkidə, 585 əyar qızıl üzük, 01 ədəd İtaliya istehsalı, 6 qram çəkidə, 585 əyar qızıl üzük, hər birində üzük, qolbaq, boyunbağı olan, ümumi çəkisi 54 qram, Türkiyə istehsalı, 585 əyar, daşsız 03 ədəd komplekt, 01 ədəd Türkiyə istehsalı, 8 qram çəkidə, 585 əyar, sep klon, 02 ədəd Türkiyə istehsalı, hər biri 10 qram çəkidə, 585 əyar, “Shopord” markah, qızıl boyunbağı, 01 cüt Rusiya istehsalı, 6 qram çəkidə, 583 əyar qızıl sırğa, 01 cüt Türkiyə istehsalı, 4 qram çəkidə, 585 əyar uşaq üçün sırğa oğurlanmışdır. Ona toplam olaraq 200 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Göstərilən halların nəzərə alınmasını mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəməyə mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ödənilməmiş qalan 200 manat, həmçinin dövlət rüsmuna görə ödənilmiş 102 manatın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə evlidir, ailə ilə birlikdə ünvan 3 ünvanında yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 08 dekabr 2023-cü il tarixdə həmin mənzildə yaşayan ailə üzvləri ilə birlikdə evi tərk edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yerləşən bağ evlərinə getmişlər. 10 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşadıqları ünvana geri qayıtmışlar. Zərərçəkmiş şəxs2 avtomobildən əşyaları götürdüyü üçün evə ilk o daxil olmuşdur. Evə daxil olduqda, mənzilin daxilinin dağınıq vəziyyətdə olduğunu görüb, qorxaraq binanın qarşısında həyətdə olan Zərərçəkmiş şəxs2 yanına qayıtmışdır. Evin dağınıq vəziyyətdə olduğunu dedikdən sonra Zərərçəkmiş şəxs2la birlikdə yenidən mənzilə daxil olmuşlar. Oğurluq edilməsindən şübhələnib əşyaları axtarmağa başlamış və 200 manat pul vəsaitinin, həmçinin qızıl-zinət əşyalarının oğurlandığını bilmişdir. Hansı əşyaların oğurlandığını dəqiqləşdirmədən, Zərərçəkmiş şəxs2 evdə görmədikləri bir neçə əşyanın və pul vəsaitinin oğurlanması barədə müraciət etmişlər. Daha sonra oğurlanmış qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs2la birlikdə dəqiqləşdirmişlər. Belə ki, mənzilin yataq otağındakı ikimərtəbəli yatağın altındakı dolabdan Zərərçəkmiş şəxs2 200 manat pulundan başqa mənzilin dəhlizindəki rəfdən ona məxsus 02 ədəd Türkiyə istehsalı, 5 qram çəkidə, 585 əyar qızıl üzük, 01 ədəd İtaliya istehsalı, 6 qram çəkidə, 585 əyar qızıl üzük, hər birində üzük, qolbaq, boyunbağı olan, ümumi çəkisi 54 qram, Türkiyə istehsalı, 585 əyar, daşsız 03 ədəd komplekt, 01 ədəd Türkiyə istehsalı, 8 qram çəkidə, 585 əyar, sep klon, 02 ədəd Türkiyə istehsalı, hər biri 10 qram çəkidə, 585 əyar, “Shopord” markalı, qızıl boyunbağı, 01 cüt Rusiya istehsalı, 6 qram çəkidə, 583 əyar qızıl sırğa, 01 cüt Türkiyə istehsalı, 4 qram çəkidə, 585 əyar uşaq üçün qızıl sırğa oğurlanmışdır. Zərərçəkmiş şəxs2 oğurlanmış əşyaları dəqiqləşdirmədən oğurluq barədə müraciət etmişdir. Müraciət etdikdən sonra oğurlanmış əşyaları dəqiqləşdirdikləri zaman ilkin olaraq bildirilən əşyalardan daha çoxunun oğurlandığı onlara məlum olmuşdur. Oğurlanmış qızıl- zinət əşyalarının hər birinin dəqiqliklə qiymətini bilmir, ümumilikdə təxminən 8000 manat dəyərində qızıl-zinət əşyası oğurlanmışdır. Ona toplam olaraq 7905 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Göstərilən halların nəzərə alınmasını mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə zərərçəkmiş şəxs X5 məhkəmə mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ödənilməmiş qalan 7905 manatın təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, qızıl alış-verişi ilə məşğul olur. O vətəndaşlardan qızıl alan zaman həmin şəxsin soyad, ad, ata adını, şəxsiyyət vəsiqəsini və doğum tarixini qeyd edir. Sonra özündə qeydiyyat apardığı jurnala aldığı məhsulun oğurluq olmaması ilə bağlı vətəndaşa imza çəkdirir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs ona yaxınlaşmış və 01 ədəd sırğa satmaq istədiyini bildirmişdir. Tapdıq həmin sırğanın ailə üzvlərinə aid olduğunu, digər tayının itirildiyini, hazırda pula ehtiyacı olduğu üçün sırğanı satmaq istədiyini bildirmişdir. O həmin sırğanı Tapdıqdan 270 manat dəyərində qiymətləndirərək almışdır. Növbəti dəfə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yenidən onun piştaxtasına yaxınlaşmış, 01 ədəd üzük və 01 ədəd sırğa gətirmişdir. Ondan sırğanın digər tayının harada olduğunu soruşduqda Tapdıq bildirmişdir ki, sırğanın digər tayı itib və hazırda evdə xəstəsi olduğu üçün qızılları satmaq məcburiyyətindədir. O Tapdığın gətirdiyi 01 ədəd üzüyü 530 manata, 01 ədəd sırğanı isə 165 manata almışdır. Növbəti dəfə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə onun yanına gəlmişdir. Bu dəfə o 01 ədəd qolbağı gətirmişdir. Tapdıq evində xəstəsi olduğunu, bütün qızılları satdığını, qolbağının evdə qalan son qızıl-zinət əşyası olduğunu bildirmişdir. O həmin qolbağını Tapdıqdan 400 manata almışdır. O şəxsiyyət vəsiqəsini təqdim etməyən vətəndaşlardan qızıl almır. Odur ki, Təqsirləndirilən şəxs hər dəfə gələndə şəxsiyyət vəsiqəsini təqdim etdiyi üçün o həmin qızıl-zinət əşyalarının onun tərəfindən oğurlanmasını fikirləşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “Gold Qayalı" supermarketdə icarə əsasında işlətdiyi piştaxtada qızıl alış-verişi ilə məşğul olur. O vətəndaşlardan qızıl alan zaman həmin şəxsin soyad, ad, ata adını, şəxsiyyət vəsiqəsini və doğum tarixini qeyd edir. Sonra özündə qeydiyyat apardığı jurnala aldığı məhsulun oğurluq olmaması ilə bağlı vətəndaşa imza çəkdirir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs ona yaxınlaşmış və 01 ədəd sırğa satmaq istədiyini bildirmişdir. Tapdıq həmin sırğanın ailə üzvülərinə aid olduğunu, digər tayının itrildiyini bu səbəbdən satmaq istədiyini bildirmişdir. O həmin sırğanı Tapdıqdan 120 manat dəyərində qiymətləndirərək almışdır. O şəxsiyyət vəsiqəsini təqdim etməyən vətəndaşlardan qızıl almır. Odur ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etdiyi üçün o həmin sırğanın onun tərəfindən oğurlanmasını fikirləşməmişdir. Əvvəllər həmin şəxsi tanımamışdır. Ondan cəmi bir dəfə qızıl-zinət əşyası almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasdından ötrü tərəfindən idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 09 oktyabr 2024- cü il tarixdə, saat 14:40 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağlar massivində, yaşadığı ünvanın yaxınlığında olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhələr olduğundan, onun üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş və Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi bükümün özünə məxsus olduğunu, içində “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 15 manata əldə etdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin cinayətaxtarış üzrə kiçik inspektoru Əlizadə X4 Həsənzadənin ifadəsində göstərdiklərini təsdiqləyərək analoji məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. COP29 ilə bağlı tədbirlərin keçirilməsi ərəfəsində, yəni oktyabr ayında oğlu Tapdıqı tutublar. Oğlu ona bildirirdi ki, onu tutacaqlar. Hadisənin baş verdiyi gün o, yoldaşı və Tapdıq qərara gəlmişlər ki, özləri polis idarəsinə getsinlər. Taksi sifariş vermişlər, lakin taksi gec gəldiyi üçün onlar “Vüqar” marketin yaxınlığına piyada olaraq getmişlər. Tapdıq marketdən su alıb qayıdacağını bildirirək yanlarından uzaqlaşmış, o getdikdən bir qədər sonra ağ rəngli hündür avtomobil onların yaxınlığında saxlamışdır. Avtomobilin içərisindən 4 nəfər şəxs çıxaraq oğlu Tapdığı tutmuş və avtomobilə əyşəldirmək istəmişlər. O, sonunculara yaxınlaşaraq birgə getmək istədiyini bildirmiş, lakin ona taksi ilə getmələri bildirilmişdir. Özü həmin vaxt görməsə də, vəfat etmiş yoldaşı, oğlunu saxlayan şəxslərdən hündür boylu olan şəxsin Tapdıqın cibinə nə isə qoyduğunu bildirmişdir. Təəssüflər olsun ki, yoldaşı bu sözü deyə-deyə rəhmətə getmişdir. Hadisəni orada meyvə-tərəvəz satışı ilə məşğul olan Arif adında bir şəxs də görmüş, lakin 1-2 gündür həmin şəxsi axtarmasına baxmayaraq tapa bilməmişdir. Bundan əlavə Adilə İbrahimova verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs öz evlərindən heç vaxt qızıl-zinət əşyaları götürməmiş, hər hansı qızıl satıb-satmaması ilə bağlı məlumatı yoxdur. Tapdığın qızıl oğurlama işi ilə əlaqəsi olmamışdır. Tapdığı oktyabr ayının 14-dək artıq tutulmuşdu, belə ki, oğlu bu səbəbdən onun ad günündə iştirak edə bilməmişdir. Cinayət işinin 1-cild, 18-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-cild, 69-70-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməklə həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-cild, 117-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-cild, 142-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməklə həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-cild, 17-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-cild, 65-67-ci vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-334/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbs etmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2562/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş. İnzibati həbsdə saxlama müddətinin əvvəli 13 oktyabr 2024-cü il tarixdən saat 21:00-dan hesablanmışdır. Cinayət işinin 1-ci cild 77-78-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirildiyi ********* saylı cinayət işi sonuncu CM-nin 177.2.3-cü maddəsi istintintaqı aparılan ********* saylı cinayət işi birləşdirilərək icraat ********* saylı cinayət işi üzrə aparılmışdır. Cinayət işinin 1-ci cild 156-157-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cild 28-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəlsindən həmin məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cild 158-159-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirildiyi ********* saylı cinayət işi sonuncu CM-nin 177.2.3 və 177.2.4-cü maddələri istintintaqı aparılan ********* saylı cinayət işi birləşdirilərək icraat ********* saylı cinayət işi üzrə aparılmışdır. 24 oktyabr 2024-cü il tarixdə ********* nömrəli cinayət işi tərəfimdən icraata qəbul edilərək, Təqsirləndirilən şəxs barəsində icraatımda olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. Cinayət işinin 2-ci cild 42-43-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3 və 177.2.4-cü maddəsindən həmin məcəllənin 177.2.2 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir Cinayət işinin 1-ci cild 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4849 saylı məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...” və.s soyadlar, imzalar olan zərfdəki 01 ədəd təmiz çəkisi 0,434 qram ağ rəngli, kristalşəkilli kütlə ksutar üsulla hazırlanmış psirxotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,434 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,384 qram. Cinayət işinin 1-ci cild 194-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/4260 nömrəli rəyindən görünür ki, 01 dəst cəmi çəkisi 14.15 qram olan, 585 əyarlı qızıl sırğa və qızıl üzüyün bir qramını qiyməti 85 manat, ümumi qiyməti 1202,75 manat, 1 ədəd 585 əyar, 9 qram çəkidə qızıl boyunbağının bir qramının qiyməti 85 manat, ümumi qiyməti 765 manat, 01 ədəd 750 əyar, 4 qram çəkidə qızıl klonun bir qramının qiyməti 110 manat, ümumi qiyməti 440 manat, 01 ədəd 585 əyar, 3.2 qram çəkidə nazik qızıl boyunbağının bir qramının qiyməti 85 manat, ümumi qiyməti 272 manat, 01 ədəd 750 əyar, 6 qram çəkidə sadə qızıl üzüyün bir qramının qiyməti 110 manat, ümumi qiyməti 660 manat, 01 ədəd 585 əyar, 3,3 qram çəkidə qızıl üzüyün bir qramının qiyməti 85 manat, ümumi qiyməti 280,5 manat, 01 ədəd 583 əyar, 3,4 qram çəkidə qızıl üzüyün bir qramının qiyməti 85 manat, ümumi qiyməti 289 manat olmaqla 08 adda olan qızıl-zinət əşyalarının 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3909,25 manat müəyyən edilir. Qol saatının qiymətləndirməsini aparmaq mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 9/9569 nömrəli rəyindən görünür ki, 02 ədəd Türkiyə istehsalı, 5 qram çəkidə, 585 əyar qızıl üzüyün bir qramının qiyməti 85 manat, ümumi qiyməti 425 manat, 01 ədəd İtaliya istehsalı, 6 qram çəkidə, 585 əyar qızıl üzüyün bir qramının qiyməti 85 manat, ümumi qiyməti 510 manat, hər birində üzük, qolbaq, boyunbağı olan, ümumi çəkisi 54 qram, Türkiyə istehsalı, 585 əyar, daşsız 03 ədəd komplektin bir qramının qiyməti 85 manat, ümumi qiyməti 4590 manat, 01 ədəd Türkiyə istehsalı, 8 qram çəkidə, 585 əyar, sep klonun bir qramının qiyməti 85 manat, ümumi qiyməti 680 manat, 02 ədəd Türkiyə istehsalı, hər biri 10 qram çəkidə, 585 əyar, “Shopord” markalı, qızıl boyunbağının bir qramının qiyməti 85 manat, ümumi qiyməti 850 manat, 01 cüt Rusiya istehsalı, 6 qram çəkidə, 583 əyar qızıl sırğanın bir qramının qiyməti 85 manat, ümumi qiyməti 510 manat, 01 cüt Türkiyə istehsalı, 4 qram çəkidə, 585 əyar uşaq üçün qızıl sırğanın bir qramının qiyməti 85 manat, ümumi qiyməti 340 manat olmaqla 07 adda olan zərgərlik məmulatlarının 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 7905,00 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 46, 193 və 2-ci cild 132-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza xərcləri müvafiq olaraq 110 manat, 50 manat və 50 manat, ümumilikdə 210 (iki yüz on) manat təşkil edir. Cinayət işinin 1-ci cild 51-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 10 oktyabr 2024-cü il tarixli, 1779 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 135-136-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 22 noyabr 2024-cü il tarixli, 7421 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 72-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq 0,384 qram psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 149-151 və 2-ci cild 77-ci vərəqəsində olan “baxış keçirilməsi haqqında” protokol və qəbzlərdən görünür ki, Şahid3 tərəfindən istintaqa təqdim edilməklə Təqsirləndirilən şəxs ilə arasındakı qızıl-zinət əşyalarının alğı-satqısını əks etdirdiyini bildirdiyi 03 ədəd növbəsi ilə üzərində “Alqı-Satqı qəbzi”, “xx.xx.2023-cü il”, “Təhvil verənin adı: İbrahimov”, “soyadı, atasının adı Tapdıq Mansur oğlu”, “pasport AA № 5409929”, tərtib edilmiş cədvəl üzrə “Malın adı Sırğa”, “Sayı 1”, “Alış qiyməti 270 m”, “Mal özümə məxsusdur. Özüm satıram, qeyri-qanuni deyil. Cavabdehəm.”, “İmzamla təsdiq edirəm (imza çəkilib)” sözlər, rəqəmlər yazılıb imza çəkilmiş qəbzə, üzərində “Alqı-Satqı qəbzi”, “xx.xx.2023-cü il”, “Təhvil verənin adı: Tapdıq”, “soyadı, atasının adı Təqsirləndirilən şəxs”, “pasport AA № 5409929”, tərtib edilmiş cədvəl üzrə “Malın adı üzük ”, “Sayı 1”, “Alış qiyməti 530 m”, “Malın adı sırğa”, “Sayı 1”, “Ahş qiyməti 400 m” “Mal özümə məxsusdur. Özüm satıram, qeyri-qanuni deyil. Cavabdehəm.”, “İmzamla təsdiq edirəm (imza çəkilib)” sözlər, rəqəmlər yazılıb imza çəkilmiş qəbzə və üzərində “Alqı-Satqı qəbzi”, “xx.xx.2024-cü il”, “Təhvil verənin adı: Tapdıq”, “soyadı, atasının adı İbrahimov Mansur oğlu”, “pasport AA № 5409929”, tərtib edilmiş cədvəl üzrə “Mahn adı qolbağ”, “Saylı 1”, “Alış qiyməti 530 m”, “Malın adı sırğa”, “Sayı 1”, “Alış qiyməti 165 m” “Mal özümə məxsusdur. Özüm satıram, qeyri-qanuni deyil. Cavabdehəm.”, “İmzamla təsdiq edirəm (imza çəkilib)” sözlər, rəqəmlər yazılıb imza çəkilmiş qəbzə baxış zamanı təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs həmin qəbzlərdə göstərilənlərin 09 dekabr 2023-cü il tarixdə, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 21/24 nömrəli binanın ikinci mərtəbəsindəki mənzildən oğurlayıb, satdığı qızılzinət əşyalarının bir qismini əks etdirdiyini, qeyd olunan qızıl-zinət əşyalarını oğurluq yolu ilə əldə etdiyini gizlədərək özü tərəfindən təqdim edildiyini, qəbzlərdəki imzaların özü tərəfindən çəkildiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 26-27-ci və 2-ci cild 78-ci vərəqəsində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan və 01 ədəd DVD diskdə videogörüntüdən görünür ki, 09 oktyabr 2024-cü il tarixdə, saat 14:40 dəqiqədə polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmiş, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim edərək, həmin bükümdəki kütlənin “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 20 Yanvar ərazisində 15 manata manat əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə elektron tərəzidə polis əməkdaşı tərəfindən çəkilmiş və çəkisi 0,66 qram olmuşdur. Daha sonra büküm zərfə qoyularaq qablaşdınlaraq götürülmüşdür. Həmçinin şəxsi axtarış davamında şifahi sorğu zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən incidilmədiyini, mütəmadi olaraq istifadə etmədiyini, kütləni aldığı müddətdən əynindəki şalvarda qaldığını bildirmişdir. Cinayət işinin 2-ci cild 150-162-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,434 qram (qalıq 0,384 qram) psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tərəfindən oğurladığı qızıl-zinət əşyalarının satışını əks etdirən 03 ədəd qəbz surəti maddi sübut hesab edilmiş, tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış 0,384 qram psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc amerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntü və 03 ədəd qəbz surəti cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 2-ci cild 124-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Son olaraq Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 ay 24 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin 2-ci cild 127-130-cu vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2023-ci il tarixli 7(001)-627/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü əsasında təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkiləməmiş qalan 07 ay 24 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Sumqayıt ŞPİ İŞ-in müstəntiqi İlqar Abdullayev tərəfindən tərtib edilmiş arayışdan müəyyən edilir ki, ibtidai istintaq zamanı tərəfimdən cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsindən edilmiş oğurluğun baş vermə tarixi ittiham aktında 16 aprel 2024-cü il əvəzinə texniki səhvlik edilərək 16 aprel 2023-cü il kimi göstərilmişdir. İttiham aktında oğurluq hadisəsinin 16 aprel 2023-cü il kimi yazılmasının texniki səhvlik olduğu cinayət işinin digər materialları ilə təsdiqini tapdığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün verdiyi ziddiyyətli ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs onun törətdiyi cinayət əməli tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində psixotrop maddə olmaması, sözügedən mənzillərdən oğurluq etməməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosessual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həm şəxsi axtarış zamanı, həm də istintaq orqanında şübhəli və təqsirləndirilən şəxs kimi ifadələrində psixotrop maddə olan metamfetamini saxlanılmazdan təxminən bir ay əvvəl Bakı şəhərində, 20 Yanvar adlanan ərazidən axşam saatlarında təsadüfən rastlaşdığı tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini əldə edərək üzərində gəzdirdiyini bildirmişdir. Göründüyü kimi bu hissədə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyət yaranmışdır. Şəxsi axtarış görüntülərindən də aydın olur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı heç bir təsir və təzyiqə məruz qalmadan polis əməkdaşının deyil, müdafiəçisinin sualına cavab olaraq uzun müddətdir psixotrop maddədən istifadə etdiyi, üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini etiraf etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclaslarında da Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı hər-hansı fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümü təqdim edir. Həmin büküm açılan zaman içərisində narkotik psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin heroin olmasını, onu təxminən 1 ay əvvəl Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 15 manata aldığını bildirmişdir. Vəkil şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı təsirətəzyiqə məruz qalıb qalmaması, psixotrop maddənin ona məxsus olub-olmaması barədə suallar vermiş, sonuncu isə cavabında heç bir təsir və təzyiqə məruz qalmadığını, aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi və suallara cavabları da ziddiyyətli olmuşdur. Həm bir ədəd qızıl sırğa satdığını bildirmiş, həm də heç vaxt qızıl zinət əşyasını satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində ittiham aktının yekun hissəsinə istinad etməklə oğurluq hadisəsinin 2023-cü ilin aprel ayında törədildiyini lakin o, həmin vaxtı cəzaçəkmə müəssisəsində olduğunu bildirmişdir. Müstəntiq tərəfindən tərtib edilərək cinayət işi materiallarına əlavə edilmiş arayış, həmçinin cinayət işi materialları, zərərçəkmiş şəxslərin ifadələri cinayət əməlinin 2023-cü ilin aprel ayında deyil, 2024-cü ilin aprel ayında törədildiyini təsdiq etmişdir. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş “baxış keçirilməsi haqqında” protokol və qəbzlərdən görünür ki, Şahid3 tərəfindən istintaqa təqdim edilməklə Təqsirləndirilən şəxs ilə arasındakı qızıl-zinət əşyalarının alğı-satqısını əks etdirdiyini bildirdiyi 03 ədəd növbəsi ilə üzərində “Alqı-Satqı qəbzi”, “xx.xx.2023-cü il”, “Təhvil verənin adı: İbrahimov”, “soyadı, atasının adı Tapdıq Mansur oğlu”, “pasport AA № 5409929”, tərtib edilmiş cədvəl üzrə “Malın adı Sırğa”, “Sayı 1”, “Alış qiyməti 270 m”, “Mal özümə məxsusdur. Özüm satıram, qeyri-qanuni deyil. Cavabdehəm.”, “İmzamla təsdiq edirəm (imza çəkilib)” sözlər, rəqəmlər yazılıb imza çəkilmiş qəbzə, üzərində “Alqı-Satqı qəbzi”, “xx.xx.2023-cü il”, “Təhvil verənin adı: Tapdıq”, “soyadı, atasının adı Təqsirləndirilən şəxs”, “pasport AA № 5409929”, tərtib edilmiş cədvəl üzrə “Malın adı üzük ”, “Sayı 1”, “Alış qiyməti 530 m”, “Malın adı sırğa”, “Sayı 1”, “Ahş qiyməti 400 m” “Mal özümə məxsusdur. Özüm satıram, qeyri-qanuni deyil. Cavabdehəm.”, “İmzamla təsdiq edirəm (imza çəkilib)” sözlər, rəqəmlər yazılıb imza çəkilmiş qəbzə və üzərində “Alqı-Satqı qəbzi”, “xx.xx.2024-cü il”, “Təhvil verənin adı: Tapdıq”, “soyadı, atasının adı İbrahimov Mansur oğlu”, “pasport AA № 5409929”, tərtib edilmiş cədvəl üzrə “Mahn adı qolbağ”, “Saylı 1”, “Alış qiyməti 530 m”, “Malın adı sırğa”, “Sayı 1”, “Alış qiyməti 165 m” “Mal özümə məxsusdur. Özüm satıram, qeyri-qanuni deyil. Cavabdehəm.”, “İmzamla təsdiq edirəm (imza çəkilib)” sözlər, rəqəmlər yazılıb imza çəkilmiş qəbzə baxış zamanı təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs həmin qəbzlərdə göstərilənlərin 09 dekabr 2023-cü il tarixdə, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 21/24 nömrəli binanın ikinci mərtəbəsindəki mənzildən oğurlayıb, satdığı qızılzinət əşyalarının bir qismini əks etdirdiyini, qeyd olunan qızıl-zinət əşyalarını oğurluq yolu ilə əldə etdiyini gizlədərək özü tərəfindən təqdim edildiyini, qəbzlərdəki imzaların özü tərəfindən çəkildiyini bildirmişdir. Bu və təqsirləndirilən şəxsin məhkəmə iclasında qismən etiraf edərək Qayalı marketdə yerləşən qızıl alış-satışı ilə məşğul olan yerdə qızıl sırğa satması ilə bağlı ibtidai araşdırma zamanı verdiyi ifadəsi sözügedən oğurluq əməllərini onun tərəfindən törədilməsini təsdiq edir. Azərbaycan Respublikasının Konstitusiyasının 66-cı maddəsinə əsasən heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. A.İbrahimovunun mərhum ərinin bildirdiklərinə istinad edərək “Özü həmin vaxt görməsə də, vəfat etmiş yoldaşı, oğlunu saxlayan şəxslərdən hündür boylu olan şəxsin Tapdıqın cibinə nə isə qoymuşdur” barədə bildirdikləri digər iş materialları ilə təkzib olunduğundan istisna olaraq sübut kimi qəbul edilməməlidir. İş üzrə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Adilə İbrahimovanın ifadəsində oğlunun (təqsirləndirilən şəxsin) cinayət əməlini törətmədiyini bildirmişdir. Lakin onun təqsirləndirilən şəxslə yaxın qohumluq münasibətlərində olması, eyni zamanda ifadələrinin təqsirləndirilən şəxsin müdafiəsinə yönəldilə bilməsi nəzərə alındıqda onun ifadəsinin obyektivliyi şübhə doğurur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4 maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar, xeyli miqdarda ziyan vurmaqla və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda, 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan sonra şərti cəza çəkmə dövründə xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin resdivinin olması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona cəza təyin edilməlidir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və o, sınaq müddətində qəsdən az ağır cinayət törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Baxmayaraq ki, xx.xx.2024-cü il tarixli 4(060)-334/2024 nömrəli qərarında həbsetmə müddətinin başlanğıcı 09 oktyabr 2024-cü il tarixindən hesablanmışdır. Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığı vaxt 23 oktyabr 2024-cü il tarixdən olmuş, 13 oktyabr 2024-cü il tarixindən 23 oktyabr 2024-cü il tarixinədək İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 10 gün inzibati qaydada həbs edildiyindən, həmin müddət hökm çıxarılarkən cəzaçəkmə müddəti kimi nəzərə alınmamalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək və 11 oktyabr tarixindən 13 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4337 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddiaçılar https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3210688Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilməli, Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 7905 (yeddi min doqquz yüz beş) manat, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3210688Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 200 manat, ödənilmiş dövlət rüsumuna görə 102 (yüz iki manat) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3210688Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,384 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk, maddi sübut kimi tanınmış qızıl-zinət əşyalarının satışını əks etdirən 03 ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. 29 aprel 2025-ci il tarixədək vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 84 (səksən dörd), həmin tarixdən sonrakı dövrdə məhkəmədə iştirak etdiyi 6 saata görə 66 (altmış altı) manat, ümumilikdə 150 (yüz əlli) manat Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək və 11 oktyabr 2024-cü il tarixindən 13 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış qızıl-zinət əşyalarının satışını əks etdirən 03 ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,384 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 210 (iki yüz on manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Mülki iddiaçı https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3210688Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilsin. Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 7905 (yeddi min doqquz yüz beş) manat, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3210688Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 200 manat, ödənilmiş dövlət rüsumuna görə 102 (yüz iki) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3210688Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə ümumilikdə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar