Məhkəmə qərarları › İş №1(060)-217/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-217/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-217/2022 24.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan ünvan 3 ünvanında yerləşən zirzəmidəki saxlanc yerinin kərpicdən olan divarının bir hissəsini sökərək içəri qanunsuz daxil olaraq saxlanc yerindən bir ədəd 100 (bir yüz) manat dəyərində istifadədə olmuş, “Espa” markalı, “Prisma 10 3M F” modelli, 2009-cu il İspaniya istehsallı” su nasosunu, bir ədəd 25 (iyirmi beş) manat dəyərində istifadədə olmuş, “İNTERSKOL” markalı, “D-GR” modelli 350BT kiçik elektro direlini, bir ədəd 25 (iyirmi beş) manat dəyərində istifadə edilməmiş, üzərində “V.MAX” 110V-220V 2018 yazıları olan qidalandırma blokunu, bir ədəd 35 (otuz beş) manat dəyərində istifadə edilməmiş, üzərində “S-250-12” 110V-245V 2019 yazıları olan qidalandırma blokunu, bir topu 35 (otuz beş) manat olmaqla 70 (yetmiş) manat dəyərində iki top istifadə olunmuş (az hissəsi) 1x4 ölçülü elektrik naqilini, bir ədəd 06 (altı) manat dəyərində istifadə olunmuş, üzərində “PE-HD” yazısı olan, 14,5 sm x 21 sm ölçüdə spotaçan alət dəstini qutusu ilə birlikdə, bir ədədi 4,80 (dörd manat səksən qəpik) manat olmaqla 04 (dörd) ədəd 19,20 (on doqquz manat iyirmi qəpik) manat dəyərində istifadə edilməmiş, üzərində “ledrand” C20 yazıları olan elektrik açarını, 01 (bir) ədəd 4,80 (dörd manat səksən qəpik) manat dəyərində istifadə edilməmiş, üzərində “İEK” B10 yazıları olan elektrik açarını, 01 (bir) ədəd 6,80 (altı manat səksən qəpik) manat dəyərində istifadə edilməmiş, üzərində “İZK” C40 yazıları olan elektrik açarını, 01 (bir) ədəd 4,80 (dörd manat səksən qəpik) olmaqla 02 (iki) ədəd 9,60 (doqquz manat altmış qəpik) manat dəyərində istifadə edilməmiş, üzərində “GEWİSS” C25 yazıları olan elektrik açarını, 01 (bir) ədəd 4,80 (dörd manat səksən qəpik) manat olmaqla 02 (iki) ədəd 9,60 (doqquz manat altmış qəpik) manat dəyərində istifadə edilməmiş, üzərində “GEWİSS” B16 yazıları olan elektrik açarını, 01 (bir) ədəd 6,80 (altı manat səksən qəpik) dəyərində istifadə edilməmiş üzərində “GEWİSS” C63 yazıları olan elektrik açarını, 01 (bir) ədəd 4,80 (dörd manat səksən qəpik) manat dəyərində istifadə edilməmiş, üzərində “GEWİSS” B25 yazıları olan elektrik açarını, 01 (bir) ədəd 02 (iki) manat dəyərində istifadə olunmuş, üzərində “MİRSA” yazısı olan üçgözlü naqilsiz trayniki, 01 (bir) ədədi 01 (bir) manat olmaqla 04 (dörd) manat dəyərində 04 (dörd) ədəd istifadə edilməmiş, sellofan bağlamada olan, üzərində “Panasonic” yazısı olan elektrik avadanlıqlarını, 01 (bir) ədəd 01 (bir) manat dəyərində istifadə olunmuş, üzərində “WİLCO” yazısı olan elektrik avadanlığını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 329,60 (üç yüz iyirmi doqquz manat altmış qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi evdə tək yaşayır, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olmuş, 2020-ci ilin avqust ayında azadlığa buraxılmış, işsiz olduğundan küçələri gəzib metal və plastik əşyalar yığıb satmışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 23:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində metal və plastik əşyalar axtaran zaman orada olan sonradan 30 nömərli bina olduğunu bildiyi binanın zirzəmisinin qapısının açıq olduğunu görmüş, içəriyə daxil olmamış, orada olan elektrik avadanlıqları, su nasosu və başqa əşyalar əl ataraq götürmüşdür. Əməlindən peşman olduğunu, müharibə veteranı olduğunu və götürdüklərinin hamısını qaytardığını bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi evdə tək yaşayır, həyat yoldaşı X1 təxminən 2-3 ildir ki boşanmış, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə məhkumluğu olmuş, 2020-ci ilin avqust ayında azadlığa buraxılmış, işsiz olduğundan küçələri gəzib metal və plastik əşyalar yığıb satmışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 23:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində metal və plastik əşyalar axtaran zaman orada olan sonradan 30 nömərli bina olduğunu bildiyi binanın zirzəmisindən oğurluq etmək qərarına gəlmiş, binanın birinci blokundan dəmir barmaqlıqdan olan açıq qapıdan zirzəmiyə daxil olmuş, oranı gəzmiş, lakin orada hər-hansı əşya tapa bilməmiş, həmin vaxtı ikinci blokun altında saxlanc yeri olduğunu və divarında dəlik olduğunu görmüş və oradan içəriyə baxdıqda içəridə elektrik avadanlıqları, su nasosu və başqa əşyalar olduğunu görmüşdür. O, həmin dəlikdən içəriyə daxil olaraq oradan bir ədəd “Espa” markalı su nasosu, bir ədəd ”İnterskol” markalı kiçik elektro direli, iki ədəd qidalandırma bloku, iki top elektrik naqilini, bir ədəd spotaçan aləti, iki qutu elketrik avtomatı və bir neçə xırda elektrik avadanlıqlarını götürərək orada olan kisəyə yığaraq gəldiyi kimi birinci blokdan çıxmış və piayada yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi evə gəlmiş, həmin əşyaları evdə gizlədərək satmağı fikirləşmişdir. Lakin xx.xx.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları onu Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində saxlayarq oğurluq hadisəsində şübhəli olduğunu deyərək onu Sumqayıt ŞPİ-nin 1-ci Pois Bölməsinə dəvət etmişlər, o da orada səmimi oğurluğu etiraf edərək evində gizlətdiyi əşyaları onlara təqdim etmişdir. Onu polis əməkdaşları saxlayan və bölməyə dəvət edən zaman ona hər hansı zor tətbiq olunmamışdır. Ona verilmiş əlavə suallara cavab olaraq oğurluğu xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində etdiyini, tək elədiyini, ona heç kəsin kömək etmədiyini və həmin əşyaları oğurlamağı barədə heç kəsin məlumatı olmadığını, saxlanc yerinə divarda olan dəlikdən daxil olduğunu, divarın hər hansı hisəsini sökmədiyini, başqa heç yerdən oğurluq etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hazırda Sumayıt şəhəri, 13-cü mikrorayon, ev 30, mənzil 15 ünvanında ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olmamış və hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, yaşadığı blokun zirzəmisində özünə saxlanc yeri düzəltmiş, saxlanc yerinə dəmir qapı qoymuş və həmin qapıda da dəmirdən qıfıl olmuşdur. Həmin saxlanc yeri təxminən 20 ildən çoxdur ki, onundur, orada yaşayandan həmin saxlanc yerindən istifadə edir, özü beşinci mərtəbədə yaşasa da əvvəl birinci mərtəbədəki evdə onun olduğundan həmin saxlanc yerini düzəldərək istifadə edir. Həmin saxlancın qapısı bloka daxil olduqda sol tərəfdədir, saxlanc yerinin hər tərəfi kərpiclə hörülmüşdür. O, orada özünə məxsus ləvazimatları, tikinti materilarını, məşiət əşayalarını saxlayır. xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində saxlanc yerinin qapısını açıb ora baxanda kərpicdən olan divarın bir hissəsinin söküldüyünü və içəridə olan əşyalardan da olmadığını görmüş, saxlanc yerindən oğurluq olduğunu, oğurluq edən şəxsin zirzəmidən divarın bir hissəsini sökərək girdiyini anlamış, ona görə də, bu barədə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə məlumat vermiş və onlar oraya gələrək hadisə yerinə baxış keçirmişlər. O, sonradan oradan oğurluğu Təqsirləndirilən şəxs adlı əvvəllər tanımadığı şəxsin oğurluq etdiyini polis əməkdaşlarından öyrənmiş və həmin şəxs də oradan oğurladığı əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Ona verilmiş suallara cavab olaraq oraya xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində baxdıqda oğurluq olduğunu görmüş, lakin sonradan polis əməkdaşlarından həmin oğurluq edən şəxsin oraya 01.12.201-ci il tarixdə saat 23:00 radələrində girdiyini öyrənmiş, həmin şəxsin saxlanc yerinə binanın zirzəmisindən girərək saxlanc yerinin kərpicdən olan divarının bir hissəsini sökərək daxil olduğunu, oğurluq nəticəsində saxlanc yerindən bir ədəd “Espa” markalı su nasosunun, bir ədəd “İnterskol” markalı kiçik elektro direlin, iki ədəd qidalandırma blokun, iki top 1x4 ölçülü elektrik naqilin, bir ədəd spotaçan alətin, iki qutu 25A elektrik avtomatı və başqa xırda elektrik avadanlıqlarının oğurlandığını, onların dəqiq qiymətlərini xatırlamasa da, ona ümumi olaraq təxminən 600 (altı yüz) manat maddi ziyan dəydiyini, orada müşahidə kamerasının olmadığını bildirmişdir. Oğurlanan əşyalar ona qaytarılmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/9119 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 16 adda malların 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 329,60 (üç yüz iyirmi doqquz manat altmış qəpik) manat müəyyən olunur. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-666/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd “Espa” markalı, “Prisma 10 3M F” modelli, 2009-cu il İspaniya istehsallı” su nasosu, bir ədəd “İNTERSKOL” markalı, “D-GR” modelli 350BT kiçik elektro direli, bir ədəd üzərində “V.MAX” 110V-220V 2018 yazıları olan qidalandırma bloku, bir ədəd üzərində “S-250-12” 110V-245V 2019 yazıları olan qidalandırma bloku, iki top 1x4 ölçülü elektrik naqili, bir ədəd üzərində “PE-HD” yazısı olan, 14,5smx21sm ölçüdə spotaçan alət dəsti, 04 ədəd üzərində “ledrand” C20 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “İEK” B10 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “İZK” C40 yazıları olan elektrik açarı, 02 ədəd üzərində “GEWİSS” C25 yazıları olan elektrik açarı, 02 ədəd üzərində “GEWİSS” B16 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “GEWİSS” C63 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “GEWİSS” B25 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “MİRSA” yazısı olan üçgözlü naqilsiz traynik, 04 ədəd üzərində “Panasonic” yazısı olan elektrik avadanlıqları, 01 ədəd üzərində “WİLCO” yazısı olan elektrik avadanlığı saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-106/2020 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 106/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan 016486 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlindən peşman olmasını və müharibə veteranı olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini və yüngülləşdirici halları nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan 01 ədəd “Espa” markalı, “Prisma 10 3M F” modelli, 2009-cu il İspaniya istehsallı” su nasosu, bir ədəd “İNTERSKOL” markalı, “D-GR” modelli 350BT kiçik elektro direli, bir ədəd üzərində “V.MAX” 110V-220V 2018 yazıları olan qidalandırma bloku, bir ədəd üzərində “S-250-12” 110V-245V 2019 yazıları olan qidalandırma bloku, iki top 1x4 ölçülü elektrik naqili, bir ədəd üzərində “PE-HD” yazısı olan, 14,5smx21sm ölçüdə spotaçan alət dəsti, 04 ədəd üzərində “ledrand” C20 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “İEK” B10 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “İZK” C40 yazıları olan elektrik açarı, 02 ədəd üzərində “GEWİSS” C25 yazıları olan elektrik açarı, 02 ədəd üzərində “GEWİSS” B16 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “GEWİSS” C63 yazıları olan elektrik açarı, 1 ədəd üzərində “GEWİSS” B25 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “MİRSA” yazısı olan üçgözlü naqilsiz traynik, 04 ədəd üzərində “Panasonic” yazısı olan elektrik avadanlıqları, 01 ədəd üzərində “WİLCO” yazısı olan elektrik avadanlığı saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “Espa” markalı, “Prisma 10 3M F” modelli, 2009cu il İspaniya istehsallı” su nasosu, bir ədəd “İNTERSKOL” markalı, “D-GR” modelli 350BT kiçik elektro direli, bir ədəd üzərində “V.MAX” 110V-220V 2018 yazıları olan qidalandırma bloku, bir ədəd üzərində “S-250-12” 110V-245V 2019 yazıları olan qidalandırma bloku, iki top 1x4 ölçülü elektrik naqili, bir ədəd üzərində “PE-HD” yazısı olan, 14,5smx21sm ölçüdə spotaçan alət dəsti, 04 ədəd üzərində “ledrand” C20 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “İEK” B10 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “İZK” C40 yazıları olan elektrik açarı, 02 ədəd üzərində “GEWİSS” C25 yazıları olan elektrik açarı, 02 ədəd üzərində “GEWİSS” B16 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “GEWİSS” C63 yazıları olan elektrik açarı, 1 ədəd üzərində “GEWİSS” B25 yazıları olan elektrik açarı, 01 ədəd üzərində “MİRSA” yazısı olan üçgözlü naqilsiz traynik, 04 ədəd üzərində “Panasonic” yazısı olan elektrik avadanlıqları, 01 ədəd üzərində “WİLCO” yazısı olan elektrik avadanlığı saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar