Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-217/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 01 dekabr 2023-cü il tarixdə saat 21:00-da Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Mebel Sexinin” qarşısında Sumqayıt ŞPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 50,17 qram şəxsi istehlak miqdarından artıq miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən təsadüfən qarşılaşdığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə üç yüz manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd sellofan bükümdə narkotik vasitə olan, “nəşə” adlandırılan qurudulmuş marixuana almış və sonradan istifadə etmək məqsədilə üzərində saxlamaqla yaşadığı Sumqayıt şəhərinə qayıtmışdır. Həmin gün saat 21:00-da Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən Mebel sexinin qarşısında olarkən ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar, narkotik vasitə üzərində gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. İdarənin xidməti otaqların birində ona vəkil təqdim olunmuş, sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı içərisində narkotik vasitə olan sellofan bükülünü çıxarıb təqdim etmiş və sellofan bükülüdəki bitki mənşəli kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan bükülünün içərisinə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı satmaq fikri olmamış, şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixoloji təyziq göstərməmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində ən yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin NMBnə Elçin adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:00-da Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Mebel Sexinin” qarşısında saxlamışlar, özlərini təqdim edib, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirmişlər. Polis idarəsində şəxsi axtarış keçirilməmişdən əvvəl saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra idarənin inzibati otaqlarının birində vəkil təqdim edilərək videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini və üzərində qeyri-qanuni nə varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu təsdiq edərək xidməti otaqdakı masaya yaxınlaşaraq əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirildikdə təqdim edilmiş sellofan bükülünün içərisindən yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmiş, ondan aşkar edilmiş bükülüdəki bitki tərkibli kütlənin nə olduğunu, nə vaxt, haradan, nə məqsədlə əldə edib üzərində saxladığını soruşduqda, o həmin bükülüdəki kütlənin narkotik vasitə olan və nəşə adlandırılan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni həmin gün Abşeron rayonu Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 300 manata şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş içərisində yaşıl rəngli, bitki tərkibli kütlə olan sellofan bükülü elektron tərəzidə çəkildikdə ümumi çəksinin 50 qramdan bir az cox olduğu müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə, “Mebel sexi”nin qarşısında xx.xx.2023-cü il tarixdə, saat 21:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd üzərində şəffaf sellofan bükümü təqdim etdi, həmin büküm açıldı bükümdə yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan «qurudulmuş marixuana”ya bənzər olan bitki kütləsinin olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş bitki kütləsinin “qurudulmuş marixuana” olduğunu, həmin bitki kütləsini tutulduğu gün tanımadığı Abşeron rayonunun Xırdalan qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 300 manata aldığını və üzərində gəzdirdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf sellofan Dükümüdəki maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofanla ilə birlikdə səkisinin 52,46 qram olması müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 1 ədəd «Roçmans» siqaret qutusu və 25 manat pul aşkarlanaraq özünə qaytarıldı, şəxsiyyət vəsiqəsi isə götürüldü. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 3-16-16-2-7/1644 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 50,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətə (kannabis) bitkisindən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 50,07 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd sellofan bükülüdəki narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, 01 (bir) ədəd sellofan bükülüdəki təmiz çəkisi 50,17 qram olan narkotik vasitə qurudulmuş marixuananın, tədqiqata ümumi 0,1 qram sərf edildikdən sonra qalıq 50,07 qram çəkisinin qalması nəzərə alınaraq həmin narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4985 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 03.2013-cü il tarixdən “Alkoqolun qəbulundan yaranan psixi və davranış pozuntusu. Asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, diskə baxış keçirilərkən video görüntünün xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı Səadət Qənbərov olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən həmin şəxsin xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin məlumat verərək onun qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilməsi barədə məlumat verdiyi, sonra isə xidməti otaqda olan digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, onun təklifindən sonra ilk özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 olduğunu bildirdikləri, daha sonra təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxsində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 olduğunu bildirdiyi, bundan sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izahına dair yazılı bildirişdə təqdim edildiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul edərək tanış olduğu, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəsxə qanunsuz olaraq narkotik və psixotrop tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində saxlanması barədə təkrar məlumat verərək, üzərinə şəxsi axtarış keçiriləcəyini təkrar bildirdiyi, həmin şəxsə üzərində qanunla saxlanması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet varsa təqdim etməsini təkli! etdiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra xidməti otaqdakı masaya yaxınlşadığı, daha sonra əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü, həmin şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunu, bir ədəd şəxsiyyət vəsiqəsini və kağız pul əskinazlarını çıxararaq xidməti otaqdakı masanın üzərinə qoyduğu, həmin sellofan bükümün içərisinə baxış keçirildikdə içərisindən yaşıl rəngli, bitki tərkibli kütlənin aşkar edildiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümdəki bitki tərkibli kütlənin nəşə adlandırılan və narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni həmin gün şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsə üç yüz manat pul verərək aldığını və üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı həmin şəxsin üzərindən digər əşya və ya pridmetiıı aşkar edilmədiyi, bundan sonra təhqiqatçı tərəfindən aşkar edilmiş sellofan bükülünün elektron tərəzidə çəkildiyi, həmin bükülünün ümumi çəkisinin 52,46 qram təşkil etməsinin müəyyən edildiyi, bundan sonra isə içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, üzərində qeydlər aparıldığı, daha sonra zərfin üzərini ilk əvvəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən, daha sonra özünü təqdim edərək müdafiəçi olduğunu bildirən şəxs tərəfindən imzalandığı, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aşkar edilmiş bükülüdəki kütlənin dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına təqdim edilcəyi izah edilərək götürüldüyü, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş içərisində siqaret dənələri olan siqaret qutusunun və kağız pul əskinazlarının araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi izah edilərək özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə geri qaytarıldığı, şəxsiyyət vəsiqəsinin isə araşdırma üzrə əhəmiyyət kəsb etdiyi izah edilərək götürüldüyü, daha sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükülüdəki kütlənin özünə məxsus olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş kütlənin özünə məxsus olduğunu bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəkilişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəza 01 ay 20 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən ona təyin edilmiş cəzadan xx.xx.2021-ci il tarixdə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-123/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 8186 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqbinin başlanılması rədd edilmiş, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında isə 01 (bir) ədəd, “00056” adlı, 823464 kb həcmində, 09 dəqiqə 15 saniyə davam edən, rəngli formatda və otaq şəraitdə çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 50,17 qram, tədqiqata 0,1 qram sərf edildikdən sonra, 50,07 qram qalıq çəkisi qalmışdır. Qalıq qalmış 50,07 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, şəxs əvvəllər dəfələrlə azadlıqdan məhrumetmə yerlərində cəza çəkmiş, sonuncu dəfə məhz narkotik vasitələrinin istifadəsi ilə bağlı məhkum edilmiş, lakin bütün bunlara baxmayaraq yenidən eyni xarakterli cinayət törətməkdə davam etdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və bioloji ekspertizalar nəticəsində qalıq qalmış 50,07 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78,00 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-217/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 171/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 13 (on üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 78 (yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və bioloji ekspertizalar nəticəsində qalıq qalmış 50,07 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78,00 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 13 (on üç) saat hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-217/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-217/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver