Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-218/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 13, 13A, 13B, 15, 23, mənzil 85-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 1,665 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 oktyabr 2021-ci il tarixində, saat 16:25-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəbirstanlığın yanında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Pİ-ə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki sarımtıl rəngli pencəyin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 1,665 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, hal-hazırda məhkumluğu ödənilməmişdir. O, uzun müddətdir ki, narkotik vasitə qəbul edir. xx.xx.2021-ci il tarixdə saat təxminən 16:25-də Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəbristanlığın yaxınlığında olan zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı, yəni, Sumqayıt şəhər Pİ-nin NMB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satışında şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt şəhəri Pİ-nə dəvət etdilər. O, heç bir etiraz etməmiş və onlarla birlikdə Pİ-nə getmişdir. Onlar Pİ-nə gəldikdən sonra, xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və eyni zamanda hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 polis əməkdaşı tərəfindən təqdim olunmuşdur. Həmin vaxt onun icazəsilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanılmış və şəxsi axtarış zamanı əynində olan sarımtıl rəngli pencəyin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan büküm aşkar olundu, həmin büküm açılan zaman içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə aşkar olundu. Sorğu zamanı ondan həmin maddənin nə olduğu soruşulan zaman o, qəhvəyi rəngli maddənin “KAKOS” olduğunu, aşkar olunmuş “KAKOSU”u təxminən 01 (bir) gün bundan əvvəl Novxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat pulu ödəyərək aldığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 1,80 qram olduğu müəyyən olunmuş, sonra həmin büküm ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Əməlindən peşmandır, hazırda xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı uşağı var, həmin uşağa özü baxır, bir daha belə hərəkətlərə yol verməyəcəyini, körpə uşağının olmasını nəzərə almağı və ona yüngül cəza verməyi məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Sumqayıt ŞPİ-nin təhqiqatçısı Zaur Cəfərovdan, kriminalistik-təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil edərək, Sumqayıt Regional 1 saylı Vəkillər Bürosunun vəkili X2 iştirakını təmin etmişlər. Saat 16:15 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəbiristanlığın yanında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, qəbiristanlığın yanına getmişlər və orada olan zaman inspektorkriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Saat 16:25 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb saxlamış və özlərini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün Pİ-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nə gətirilmişdir. Pİ-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra şəxsi axtarışda iştirak etməsi üçün Pİ-nin əməkdaşı, polis serjantı Şahid3 dəvət edilmiş və videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində olan əşyaları qoymasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində sarımtıl rəngli pencəyin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlənin olduğu aşkar olunmuşdur. Həmin bükümün içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “KAKOS” yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzırindın aşkar olunmuş kütlə narkotik vasitə heroini xx.xx.2021-ci il tarixdə Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 maanat pul ödəməklə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisi müəyyən еdilmiş, həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkisinin 1,80 qram olması müəyyən olunmuş və protokol tərtib olunması üçün həmin kütlələr tərəflərindən götürülmüş, aşkar olunmuş kütlə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı, sonra protokol tərtib olundu, ucadan oxundu və onlar həmin protokolu imzaları ilə təsdiq etdilər. Sonra videoçəkiliş dayandırıldı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri vəzifəsi kimi xidmət edir, rütbəsi polis baş serjantıdır. xx.xx.2021-ci il tarixində xidmətdə olan zaman NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satmasında şübhəli olduğunu və Sumqayıt şəhəri, Corat qəsəbəsində olan qəbiristanlığın yaxınlığında saxlanıldığını bilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etmək üçün dəvət edilmişdir. Şəxsi axtarışda Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, polis kapitanı Şahid2, Sumqayıt ŞPİ-nin təhqiqatçısı Zaur Cəfərov, kriminalistik-təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayev, Sumqayıt Regional 1 saylı Vəkillər Bürosunun vəkili X5, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirak edirdi. Şəxsi axtarış zamanı videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində olan əşyaları qoymasını xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan sarımtıl rəngli pencəyin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlənin olduğu aşkar olunmuşdur. Həmin bükümün içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərində “KAKOS” yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələri haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroini xx.xx.2021-ci il tarixdə Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat pul ödəməklə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək üçün həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkisinin 1,80 qram olması müəyyən olunmuş protkol tərtib olunması üçün həmin kütlələr tərəflərindən götürülmüş, aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Sonra videoçəkiliş dayandırılmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1la eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 16:25-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən qəbiristannlığın yaxınlığında tutulmuşdur.(i.v 23) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, qəbiristanlığın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-yə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə Pİ-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiəsini təmin edəcək vəkili X5 təqdim edilmiş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan sarımtıl rəngli pencəyin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardıb təqdim etmiş, həmin büküm tərəflərindən açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddə narkotik vasitə kakosdur, həmin maddəni dünən, yəni xx.xx.2021-ci il tarixdə Novxanı bağlarında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə sellofanla birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin bükümün içərisindəki maddə ilə birlikdə çəkisinin 1,80 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş bir büküm içərisindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir.(i.v 32-33) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/4534 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,665 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(i.v 41- 45) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-523/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 12 oktyabr 2021-ci ildən hesablanmışdır.(i.v 74-75) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, pols forması geyimində olan Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis mayoru X7 özünü təqdim edir. Sonra qarşısında uran qadından özünü təqdim etməsini soruşur və həmin qadın özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, Sumqayıt şəhəri, Corat bağlarında fərdi evdə yaşadığını1984-cü il təvəllüdlü olduğunu bildirir. Sonra təhqiqatçı X10 Quliyevaya saxlanılmasının səbəbini izah edərək, Sumqayıt şəhər Pİ-nin NBM-nin əməliyyat müvəkkilləri tərəfindən saxlanıldığını qeyd edir və Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək bununla bağlı bildiriş təqdim edir. Sonra mülki geyimdə olan şəxslərəözlərini təqdim etməsini deyir. Həmin şəxslər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis kapitanı Şahid2, Sumqayıt şəhər Pİ-nin PPXT-nin polis nəfəri, polis baş serjantı Şahid3 olduqlarını bildirdilər. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkili X5 təqdim edilmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olubolmaması ilə bağlı sual verilir və əgər belə bir şey vardırsa təqdim etməyi xahiş edilir. Təqsirləndirilən şəxs əynində olan sarımtıl rəngli pencəyin sağ yan cibindən 01 ədəd şəffa rəngli sellofan bükümü təqdim edir, həmin büküm açılan zaman onların içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddələr aşkar olunur. Sorğu zamanı ondan həmin maddənin nə olduğu soruşulan zaman o, qəhvəyi rəngli maddələrin kakos olduğunu, aşkar olunmuş kakosu təxminən 01 gün bundan əvvəl Novxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat pulu ödəyərək aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 1,80 qram olduğu müəyyən olunmuş, sonra həmin büküm ekspertiza tədqiqatıan göndərilməsi üçün qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır.(i.v 84-85) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 69.4-cü maddələrinə əsasən 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hökmlə təyin edilmiş cəza qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası ilə əvəz edilmiş, CM-nin 68.3-cü maddəsinə əsasən tutulduğu 07 gün müddəti 21 gün islah işlərinə bərabər tutulmaqla üzərində qəti olaraq 11 ay 09 gün islah işləri cəzası saxlanılmış, xx.xx.2011-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona təyin edilmiş qazancının 15%-i dövlət nəfinə tutulmaqla 11 ay 09 gün islah işləri cəzası 03 ay 23 gün həbs cəzası ilə əvəz edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 29, 180.2.2, 234.1-ci ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci ildə Bakı Şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə 15 gün vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti başa çatmışdır, bundan başqa o Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı Şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır.(i.v 105-107, 117-124) İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 109) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,665 qram olmuş heroin, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,615 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır.(i.v 110) İş materiallarında olan 4610 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 126-127) İş materiallarında olan MTE-nın 1366 saylı, xx.xx.2021-ci il tarixli ekspet rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir.(i.v 129-130) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v 136-140) İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin PXMM-nin 20-04-64 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasından "xxxx"diaqnozu ilə Müalicə Müəssisəsinə köçürülmüşdür. O, laborator, instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya edilmiş, nəticədə “24-25 həftəlik hamiləlik, Xroniki C virus hepatiti, subklinik forma” diaqnozu müəyyən edilmişdir. Quliyeva ərizə ilə müraciət edərək saxlandığı müəssisəyə göndərilməsini xahiş etmişdir. Quliyevanın yazdığı ərizə nəzərə alınaraq kafi vəziyyətdə xx.xx.2022-ci il tarixdə saxlandığı müəssisəyə həkim nəzarətinə göndərilmişdir.(i.v 173) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli hazırlıq iclasından qərarından görünür ki, Təqsirləndirilən şəxs hamilə olması ilə bağlı vəziyyəti nəzərə alınaraq vəsatəti təmin olunmuş və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v 179-181) İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 1 azyaşlı uşağı (xx.xx.2022-ci il təvəllüdlü X6) vardır.(i.v. 214) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nın 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı (on dörd yaşına çatmamış) uşağın olmasını nəzərə alıb, onun barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə xx.xx.2022-ci il təvəllüdlü X3 on dörd yaşına çatanadək, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsini təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-523/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci ildə tutulmuşdur, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli hazırlıq iclasından qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ona görə də, gələcəkdə hökmün icrası və cəzanın həddi anlaşılmazlıq yaranmaması üçün onun həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 22 (iyirmi iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 132 (bir yüz otuz iki) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,615 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktaybr 2021-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək tutulub saxlandığı, həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 13 (on üç) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 09 (doqquz) ay 17 (on yeddi) gün müəyyən edilsin. Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi Təqsirləndirilən şəxs azyaşlı qızı xx.xx.2022-ci il təvəllüdlü X6 on dörd yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənə qədər onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,615 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-218/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-218/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver