Məhkəmə qərarları › İş №1(060)-219/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-219/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-219/2021 27.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1985-ci Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Xocik kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 26-cı məhəllə, Şəfa sanatoriyası ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgə əmlakını talama məqsədi ilə 24.11.2020-ci il tarixdə saat 20:00dan 25.11.2020-ci il tarixdə saat 08:30-adək olan müddətdə X2 məxsus Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Mələk” gül dükanının dəmir barmaqlığını qırıb, plastik pəncərəsini sıxıb açaraq içəri qanunsuz daxil olub oradan masanın alt hissəsində olan 1 ədəd dəyəri 10 (on) manat olan “Nokia” markalı və 1 ədəd dəyəri 40 (qırx) manat olan “Alkatel” markalı mobil telefonları, masanın alt hissəsində olan pul qabının içərisindən 250 (iki yüz əlli) manat pulu, ümumi dəyəri 100 (yüz) manat olan 4 ədəd beşik formalı karton qutu, ümumi dəyəri 250 (iki yüz əlli) manat olan 30 ədəd ürək formalı karton qutu, ümumi dəyəri 60 (altmış) manat olan 4 ədəd gül yığmaq üçün qutu, 30 ədəd ümumi dəyəri 30 (otuz) manat olan 40 sm-lıq zər atan fişəng, 15 ədəd ümumi dəyəri 30 (otuz) manat olan 60 sm-lıq zər atan fişəng, 5 ədəd ümumi dəyəri 20 (iyirmi) manat olan 80 sm-lıq zər atan fişəng, 40 ədəd ümumi dəyəri 20 (iyirmi) manat olan hədiyyəlik kardon qutu, ümumi dəyəri 12 (on iki) manat olan 2 blok kağız zərf, dəyəri 10 (on) manat olan 1 ədəd içərisində 50 ədəd süni qızılgül olan qutu, 1 ədəd 20 (iyirmi) manat dəyərində Tp-Link FA6A internet modemi, 1 ədəd 5 (beş) manat dəyərində silikon kley aparatı, ümumi dəyəri 300 (üç yüz) manat olan 10 ədəd qəhvəyi rəngli üzərində ürək olan 70 sm-lıq yumşaq ayı oyuncağı, ümumi dəyəri 240 (iki yüz qırx) manat olan 12 ədəd 55 sm-lıq çəhrayı rəngli yumşaq ayı oyuncağı, ümumi dəyəri 120 (yüz iyirmi) manat olan 8 ədəd 40 sm-lıq mişka ayı, ümumi dəyəri 40 (qırx) manat olan 30 sm-lıq miky-mause yumşaq oyuncağı, ümumi dəyəri 10 (on) manat olan 5 ədəd şam, ümumi dəyəri 200 (iki yüz) manat olan 100 ədəd təbii qızılgül, 1 ədəd 15 (on beş) manat dəyərində kvadrat şəkilli üçü birində olan hədiyyəlik qutu, 1 ədəd 10 (on) manat dəyərində kilidlə açılıb bağlanan 17 sm-lıq ətir qabını gizli yolla talayaraq X2 1832 (min səkkiz yüz otuz iki) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittihamda təqsirli bilərək göstərdi ki, Yavər Qasımovu və Güloğlanı tanıyır, 25.11.2020-ci il tarixdə Güloğlanla birlikdə olan zaman Yavər zəng edərək görüşmək istədiyini demiş və onlar görüşmüş, o, Güloğlanla Yavəri tanış etmişdir. Bundan sonra siqaretinin qurtarması səbəbindən Güloğlandan və Yavərdən siaret almaqdan ötrü şəhərə çıxmağı xahiş etmiş və birlikdə Yavərə məxsus «Toyota Prius” markalı avtomobillə gəzməyə çıxmış, siqaret axtarsalar da tapa bilməyəndə Yavər siqaretin Sumqayıt şəhəri 34-cü məhəllə avtobus dayanacağında olan köşkdə olacağını dediyi üçün avtomobili 34-cü məhəllənin içərisində saxlamış, Güloğlanla Yavər avtomobildən düşüb getmiş, təqribən 15 dəqiqədən sonra onlar onu səslədiyi üçün onlara tərəf getdikdə onların binanın alt hissəsinə oyuncaq mişkalar, zəratan fişənglər yığdıqlarını görmüş və əmlakı avtomobilə aparmağı xahiş etdikləri üçün birlikdə əmlakı avtomobilə yığmağa onlara kömək etmişdir. Güloğlanın yaşadğı evə getdikdən sonra əmlakın oğurluq olduğunu bilmişdir. Oğurlanan əmlakdan o 3-4 ədəd oyuncaq mişkalar və bir neçə zəratan fişəng götürmüş və həmin oyuncaqları xatırlamadığı şəxslərə vermişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ilin iyul ayında Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 08.06.2019-cu il tarixdə azadlıqa buraxılmışdır. Təqsirləndirilən şəxs2 tanıyıy, Yavər Qasımovu isə əvvəl tanımamışdır. 25.11.2020-ci il tarixdə Nəsimi ilə yaşadığı Sumqayıt şəhəri 26-cı məhəllə ərazisindəki evdə olan zaman Yavər Nəsimiyə zəng edərək onunla görüşmək istəmiş və yaşadığı ev tərəfdə onlar görüşmüşlər. Yavər özünə məxsus olan “Toyota Prius” markalı avtomobillə gəlmiş və həmin zaman onunla tanış olmuşdur. Pullarının olmadığı üçün birlikdə Sumqayıt şəhərində xırda oğurluqlar etmək üçün gəzməyə başlamış, gəzə-gəzə Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən “Mələk” gül dükanının qarşısına gəlmiş, bu zaman Yavər avtomobili saxlayaraq işinin olduğunu və tez bir zamanda qayıdacağını deyərək avtomobildən düşüb Sumqayıt şəhəri 34-cü məhəlləyə tərəf getmiş, bir neçə dəqiqə sonra o, avtomobildən düşüb Yavəri səsləmiş, Yavər hay verərkən onun dükanlara baxdığını görmüşdür. Yavər gəlib Mələk gül dükanının yanına çatanda dükanda kassa olduğunu və oranı oğurlamaq qərarına gəldiyini demişdir. O dükanın dəmir barmaqlıqlı olduğunu deyib, ondan uzaqlaşmış, 5 dəqiqə sonra Yavər onu çağırıb gül dükanının dəmir barmaqlığını qırdığını və pəncərəsini açdığını demiş, ikisi birlikdə Mələk gül dükanına yaxınlaşmış, Yavər içəridən mişka və digər ləvazimatları gətirən zaman Nəsimi də onlara tərəf gəlmiş, onlar oradan 4 ədəd beşik formalı karton quru, 4 ədəd ürək formalı karton qutu, 20 ədəd zər atan salyut fişəng, 15 ədəd hədiyyəlik kardon qutu, 2 blok kağız zərf, 1 ədəd süni qoxulu qızılgül, 1 ədəd internet modem, 1 ədəd silikon kley aparatı, yumşaq oyuncaqları götürüb maşına qoymuş, Yavər maşında olan zaman 1 ədəd “Nokia” markalı və 1 ədəd “Alkatel” markalı mobil telefonları da dükandan götürdüyünü bildirmişdir. Onlar mallarla birlikdə yaşadıqları ünvanın yaxınlığına gəlmiş və malları bölmüş və ona 04 ədəd 40 smlıq zər atan fişəng, 1 ədəd 60 sm-lıq zər atan fişəng, 4 ədəd 80 sm-lıq zər atan fişəng, 1 ədəd qəhvəyi rəngli üzərində ürək olan 70 sm-lıq ayı yumşaq oyuncaq (mişka), 2 ədəd 55 sm-lıq cəhrayı rəngli ayı yumşaq oyuncağı, 1 ədəd 40 sm-lıq mişka ayı, 1 ədəd 30 sm-lıq miky-mause yumşaq oyuncağı, 18 sm-lik kvardart şəkilli, üçü birində olan hədiyyə qutusu, 1 ədəd kilidlə açılıb bağlanan ağ rəngli 17 sm-lıq ətir qabı, 1 ədəd Tp-link FA6A markalı internet modem, 134 ədəd hədiyyə paketi qalmış, qalan əşyaları isə Nəsimi ilə Yavər aralarında bölmüşdürlər. Bir gün sonra o, oğurlamış olduğu əşyaları Məhəmmədin qardaşı İsmayıla qaytarmış, oğurluq etdiyini ona etiraf etmişdir. Əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, dəymiş zərəri ödəmişdir, ailəlidir, bir uşağı var, həmin uşaq da xəstəliklə bağlı əlildir, ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən 6/14 saylı binanın arxasında yerləşən özünə məxsus olan “Mələk” gül dükanını işlədir, 24.11.2020-ci il tarixdə saat 20 radələrində dükanı bağlayıb evə getmiş, 25.11.2020-ci il tarixdə saat 08.30 radələrində dükanı açmağa gələn zaman məlum olmuşdur ki, dükanın dəmir barmaqlığını qıraraq plastik pəncərisi sıxılıb açılmışdır. İçəri daxil olduqda isə dükanın içərisində olan tumbanın içərisindən 1 ədəd “Alkatel” və 1 ədəd “Nokia” markalı mobil telefon və süni dəridən olan pul qapının içərisindən 250 manat pulu, dükanın içəri hissədindən dəyəri 100 manat olan 4 ədəd beşik formalı karton quru, 250 manat dəyərində 30 ədəd ürək formalı karton qutu, 60 manat dəyərində 4 ədəd gül yığmaq üçün qutu, ümumi dəyər 45 manat olan 30 ədəd 40 sm-lıq zər atan fişəng, ümumi dəyəri 45 manat olan 60 sm-lıq 15 ədəd zər atan fişəng, ümumi dəyəri 30 manat olan 5 ədəd 80 sm-lıq zər atan fişəng, 20 manat dəyərində 40 ədəd hədiyyəlik kardon qutu, 45 manat dəyərində 2 blok kağız zərf, 15 manat dəyərində 1 qutu içərisində 50 ədəd süni qoxulu qızılgül, 50 manat dəyərində 1 ədəd Tp-link FA6A internet modem, 6 manat dəyərində 1 ədəd silikon kley aparatı, ümumi dəyəri 400 manat olan 10 ədəd qəhvəyi rəngli üzərində ürək olan 70 sm-lıq ayı yumşaq oyuncağı(mişka), ümumi dəyəri 240 manat olan 12 ədəd 55 sm-lıq cəhrayı rəngli ayı yumşaq oyuncağı, umumi dəyəri 160 manat olan 8 ədəd 40 sm-lıq mişka ayı, ümumi dəyəri 60 manatlıq 4 ədəd 30 sm-lıq miky-mause yumşaq oyuncağı, 10 manat dəyərində 5 ədəd şam, 250 manat dəyərində 100 ədəd təbii qızılgül, 1 ədəd 15(on beş) manat dəyərində kvadrat şəkilli üçü birində olan hədiyyəlik qutu, 1 ədəd 10(on) manat dəyərində kilidlə açılıb bağlanan 17-sm-lıq ətir qabı oğurlandığını aşkar etmiş və bu barədə polisə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və onlara bu barədə məlumat vermişdir. Hazırda ona ümumilikdə dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərdən şikayətçi deyil və heç bir tələbi yoxdur. Zərərçəkmiş şəxs 08.04.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəyən zərər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Füzuli oğlu tərəfindən tamamilə ödənilmişdir. Ona görə də onlara qarşı şikayəti və tələbi yoxdur. Onlara yüngül cəza verilməsini xahiş etmişdir. İstintaq zamanı Şahid ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən 6/14 saylı binanın arxasında yerləşən “Mələk” gül dükanını qardaşı Məhəmməd işlədir, 24.11.2020-ci il tarixdə saat 20 radələrində dükanı bağlayıb evə getmiş, 25.11.2020-ci il tarixdə saat 08.30 radələrində dükanı açmağa gələn zaman dükanından oğurluq olduğunu bilmiş və bu barədə ona məlumat vermişdir. O, dükana gələn zaman məlum olmuşdur ki, dükanın dəmir barmaqlığını qıraraq plastik pəncərini sıxılıb açılmış və içəridən 1 ədəd “Alkatel” və 1 ədəd “Nokia” markalı mobil telefon və süni dəridən olan pul qapının içərisindən 250 manat pul, dükanın içəri hissədindən 4 ədəd beşik formalı karton quru, 30 ədəd ürək formalı karton qutu, 50 ədəd zər atan salyut fişəng, 40 ədəd hədiyyəlik kardon qutu, 2 blok kağız zərf, 1 qutu içərisində 50 ədəd süni qoxulu qızılgül, 1 ədəd internet modem, 1 ədəd silikon kley aparatı, 860 manat dəyərində müxtəlif ölçülü yumşaq oyuncaqlar, 5 ədəd şam, 100 ədəd təbii qızılgülün oğurlanmışdır. Bir neçə gün sonra Güloğlan ona zəng edərək dükandan oğurluq etdiyini və ona düşən əşyaları qaytarmaq istədiyini bildirdiyindən onunla görüşmüş və Güloğlan ona 04 ədəd 40 sm-lıq zər atan fişəng, 1 ədəd 60 sm-lıq zər atan fişəng, 4 ədəd 80 sm-lıq zər atan fişəng, 1 ədəd qəhvəyi rəngli üzərində ürək olan 70 sm-lıq ayı yumşaq oyuncaqı(mişka), 2 ədəd 55 sm-lıq çəhrayı rəngli ayı yumşaq oyuncağı, 1 ədəd 40 sm-lıq mişka ayı, 1 ədəd 30 smlıq miky-mause yumşaq oyuncağı, 18 sm-lik kvardart şəkilli, üçü birində olan hədiyyə qutusu, 1 ədəd kilidlə açılıb bağlanan ağ rəngli 17 sm-lıq ətir qabı, 1 ədəd Tp-link FA6A markalı internet modem, 134 ədəd hədiyyə paketini qaytarıb oğurluğu Nəsimi və Yavərlə birlikdə etmişdir. İş materiallarında olan 30.11.2020-ci il tarixli “ Könüllü təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, X3 9 ədəd fişəngi, 3 ədəd hədiyyə qutusunu, 1 ədəd ətir qabını, 1 ədəd modemi, 134 ədəd hədiyyə zərfini, 5 ədəd oyuncaq ayıları təqdim etmiş, həmin əşyalara baxış keçirilmiş və fotoşəkilləriçəkilərək götürülmüşdür.( i.v 16-18) İş materiallarında olan 06.01.2021-ci il tarixli 9/5787 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 11 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 88,80 manat, təqdim edilməyən (qərarda göstərilən) 14 adda mallaın orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə əxminən 1075,00 manat müəyyən edilir. Təqdim edilməyən digər 5 adda mal haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır.(i.v137-140) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 10.01.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı VİD 20201201-VVA0000 adlı fayl açılmışdır. Həmi fayl açılarkən içərisində videogörüntünün olması müəyyən olunmuşdur. Video görüntü açılarkən iştirakçılar görüntüdə Sumqayıt şəhəri, 34-cü məhəllə, 20 Yanvar küçəsində yolla gedən alçaq boylu başında bezybolka olan şəxsin X7 olduğu, hündür boylu idman paltarı geyinən və kapişonu başında olan şəxsin isə Təqsirləndirilən şəxs1 olduğu müəəyn olunmuşdur. Baxış zamanı VİD 20201201-VVA 0002 adlı fayl açılmış və videogörüntüyə baxan zaman Mercedes markalı avtomobilin arxasından əlində oyuncaqlar keçən alçaq boylu başında bezybolka olan şəxsin X7 olduğu, həmin avtomobilin ön hissəsindən keçən şəxsin isə hündür boylu idman paltarı geyinən və kapişonu başında olan əlində əşyalar olan şəxsin isə Təqsirləndirilən şəxs1 olduğu müəyyən olunmuşdur. (i.v 127) İş materiallarında olan 02.12.2020-ci il tarixli “Tutma protokolun”ndan görünür ki, Təqsirləndirilən şəxs1 02.12.2020-ci il tarixdə saat 18:00 radələrində tutulmuşdur (i.v 44) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 03.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində istintaq müddətinin sonuna kimi, yəni 28.02.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02.12.2020-ci il tarixdən hesablanmışdır. (i.v 78-79) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-279/2020 saylı 11.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında Sumqayıt şəhər Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v 96-99) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 09.12.2020-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 02.11.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08.06.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v 80-82) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 122-123) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 13.01.2021-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-490/2016 saylı 23.12.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli oğlu Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-490/2016 saylı 23.12.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə və CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti oaraq 1 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Onun həbsdə olduğu 18 gün və ev dustaqlığında olduğu 2 ay 13 gün ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 çəkəcəyi qəti cəza 9 ay 29 gün müddətinə azadlıqdan məhhrumetmə cəzası müəyyən edilmiş və cəzasının əvvəli 23.12.2016-cı ildən hesablanmışdır, Sumqayıt Apellyasiya Məhkəməsinin 07.06.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmışdır. 23.06.2017-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 03 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. (i.v 128-130, 168-171) Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluqları ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. İş materiallarında olan 03.02.202-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 04 ədəd 40 sm-lıq zər atan fişəng, 1 ədəd 60 sm-lıq zər atan fişəng, 4 ədəd 80 sm-lıq zər atan fişəng, 1 ədəd qəhvəyi rəngli üzərində ürək olan 70 sm-lıq yumşaq ayı oyuncağı, 2 ədəd 55 sm-lıq çəhrayı rəngli yumşaq ayı oyuncağı, 1 ədəd 40 sm-lıq mişka ayı, 1 ədə 30 sm-lıq miky-mause yumşaq oyuncağı, 18 sm-lik kvadrat şəkilli, üçü birində olan hədiyyə qutusu, 1 ədəd kilidlə açılııb bağlanan ağ rəngli 17 sm-lıq ətir qabı, 1 ədəd TP-Link FA6A markalı internet modem, 134 ədəd hədiyyə paketi maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. X7 barəsində başlanmış cinayət təqibinə öldüyü üçün xitam verilmişdir. (i.v 180-190) İş materiallarındakı sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində 04.06.2011-ci il təvəllüdlü X6 oğlu adlı bir uşağı var. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olması, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini ağırlaşdıran hal ciayətin residividir. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi onun himayəsində yetkinlik yaşına çatmayan uşağı olması, əməlindən peşman olması və zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Həmin Məcəllənin CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan bir xəstə uşağı olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun azadlıqdan məhrum edilmədən də islah olunmasın mümkün hesab edir. Qanunun tələbinə görə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində, CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Ancaq məhkəmə hesab edir ki, bu cür cəza təyini təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitini daha da pisləşdirəcəkdir. İşin hallarını, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini, eləcə də təyin olunmuş cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirini, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı təcrübəni nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edərək Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri, yəni cinayətin residivi nəzərə alınmadan təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50,00 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş oğurluq cinayətinin predmeti olan 04 ədəd 40 sm-lıq zər atan fişəng, 1 ədəd 60 sm-lıq zər atan fişəng, 4 ədəd 80 sm-lıq zər atan fişəng, 1 ədəd qəhvəyi rəngli üzərində ürək olan 70 sm-lıq yumşaq ayı oyuncağı, 2 ədəd 55 sm-lıq çəhrayı rəngli yumşaq ayı oyuncağı, 1 ədəd 40 sm-lıq mişka ayı, 1 ədə 30 sm-lıq miky-mause yumşaq oyuncağı, 18 sm-lik kvadrat şəkilli, üçü birində olan hədiyyə qutusu, 1 ədəd kilidlə açılııb bağlanan ağ rəngli 17 sm-lıq ətir qabı, 1 ədəd TP-Link FA6A markalı internet modem, 134 ədəd hədiyyə paketin saxlanılması üçün sahibinə verilməsi nəzərə alınmalı, sahibinə qaytarılmış hesab edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onlara qarşı mülki iddia verməmişlər. İş materiallarında olan 02 dekabr 2020-ci il tarixli "Axtarışda olan şəxsin tutulması barədə" protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 02 dekabr 2020-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 tutularaq həbsdə saxlanıldığı 4 ay 25 gün Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 dekabr 2020-ci il tarixdən 27.04.2021-ci il tarixədək tutulduğu 04 (dörd) ay 25 (iyirmi beş) gün müddət, bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müəyyən edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 26-cı məhəllə, Şəfa sanatoriyası ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50,00 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş oğurluq cinayətinin predmeti olan 04 ədəd 40 sm-lıq zər atan fişəng, 1 ədəd 60 sm-lıq zər atan fişəng, 4 ədəd 80 sm-lıq zər atan fişəng, 1 ədəd qəhvəyi rəngli üzərində ürək olan 70 sm-lıq yumşaq ayı oyuncağı, 2 ədəd 55 sm-lıq çəhrayı rəngli yumşaq ayı oyuncağı, 1 ədəd 40 sm-lıq mişka ayı, 1 ədə 30 sm-lıq miky-mause yumşaq oyuncağı, 18 sm-lik kvadrat şəkilli, üçü birində olan hədiyyə qutusu, 1 ədəd kilidlə açılııb bağlanan ağ rəngli 17 sm-lıq ətir qabı, 1 ədəd TP-Link FA6A markalı internet modem, 134 ədəd hədiyyə paketin saxlanılması üçün sahibinə verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar