Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-219/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-ünvan 2qayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1959-cu ildə ünvan 2qayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, dul, orta təhsilli, təqaüdçü, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixdə saat 09:48-də «Covid-19» virusuna yoluxması haqqında İTS.GOV.AZ saytından istifadəsində olan 055 730-51-80 mobil nömrəsinə daxil olmuş “sms” məlumatı aldıqdan sonra özünütəcrid müddəti ərzində yaşadığı ünvanı tərk edərək 11 oktyabr 2021-ci il tarixdə saat 13:50 radələrində ünvan 2qayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Hiper” marketə getməklə xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin sentyabr ayının 30-da səhətində narahatçılıq hiss etdiyi üçün “COVİD 19” infeksiyasına yoluxub-yoluxmamağını öyrənmək məqsədilə analiz üçün test vermiş, 01.10.2021-ci il tarixdə saat 09:48-də onun istifadəsində olan 055 730-51-80 mobil nömrəsinə İTS.GOV.AZ saytından verdiyi testin nəticəsinin pozitiv olması barədə, yəni “COVİD 19” infeksiyasına yoluxmağı barədə sms gəlmiş, həmçinin yaşadığı ərazi üzrə sahə həkimi onunla telefon əlaqəsi saxlayaraq “COVİD 19” infeksiyasına yoluxmağı barədə ona məlumat vermişdir. 11.10.2021-ci il tarixdə günorta saatlarında rentgen müayinəsindən keçmək üçün yaşadığı ünvanı tərk edərək xəstəxanaya gedib müayinə olunduqdan sonra yaşadığı evə qayıdan zaman yolda zəruri təlabat malları almaq üçün ünvan 2qayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Hiper” marketə daxil olmuşdur. Həmin vaxt, yəni 11.10.2021-ci il tarixdə saat 13:50 radələrində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib anket məlumatlarını soruşub portala daxil edən zaman “COVİD 19” infeksiyasına yoluxmağını aşkar etmişlər. Bundan sonra polis əməkdaşları həmin yerə təcili tibbi yardım avtomobili çağırmışlar və yaşayış yerini bir daha tərk etməməyi barədə onu xəbərdar etdikdən sonra bu barədə iltizam alaraq müşayət ilə onu yaşadığı evə aparmışlar, o, həmin vaxtdan sonra karantin müddətində bir daha yaşayış yerini tərk etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində “COVİD 19” infeksiyasına yoluxmağı barədə 01.10.2021-ci il tarixdə saat 09:48-də istifadəsində olan 055 730-51-80 mobil nömrəsinə İTS.GOV.AZ saytından “sms” gələndən sonra məlumatı olduğunu, eləcə də həmin “sms”də yaşayış yerini tərk etməməyi barədə məlumat qeyd olunaraq məsuliyyəti barədə xəbərdar olunduğunu, həmçinin, həmin gün sahə həkimi ona zəng edərək bu barədə məlumat verərək müalicəsi üçün lazımı dərmanların adlarını söyləyərək həmin dərmanları qəbul etməyini tövsiyyə etdiyini, o, “COVİD 19” infeksiyasına yoluxduqdan sonra yaşadığı evi tərk edən zaman ağzında tibbi maska olduğunu, həkimə getmək məcburiyyətində olduğu üçün yaşayış yerini tərk etdiyini, heç kimi “COVİD 19” infeksiyasına yoluxdurmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşiman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 2qayıt şəhər Polis İdarəsinin Post Partul Xidməti Taborunun polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. 11.10.2021-ci il tarixdə saat 13:50 radələrində postaçı yoldaşı polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən ünvan 2qayıt şəhəri 10-cu mikrorayonda yerləşən “Hiper” marketinin qarşısında vətəndaşları bort kompüter vasitəsilə portaldan yoxlayan zaman bir nəfər şəxsin “COVİD-19” insfeksiyasına yoluxmuş, aktiv koranavirus xəstəsi olan xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını aşkar etmişlər, həmin şəxslə söhbət zamanı o, “Hiper” marketdən zəruri tələbat malları almaq üçün mağazaya gəldiyini bildirmişdir. Onlar öz rəhbərliyinə radiostansiya vasitəsilə bu barədə məlumat vermişlər. Bundan sonra həmin ərazinin polis sahə rəisi, polis kapitanı Şahid3 həmin yerə yaxınlaşmış, sonuncu ərazi aidiyyəti üzrə ünvan 2qayıt ŞPİ-nin 1-ci PB-nin növbətçi hissəsinə məlumat vermiş və 1-ci PB-nin əməliyyat qrupunun üzvləri də həmin yerə yaxınlaşmışdır. Onlar həmin şəxsi əməliyyat qrupuna təhvil vermiş və 1-ci PBnin rəhbərliyinə bu barədə raportla məruzə etdikdən sonra xidmətlərinə davam etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş ünvan 2qayıt şəhər Polis İdarəsinin Post Partul Xidməti Taborunun polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 2qayıt ŞPİ-nin PPXT-də polis nəfəri vəzifəsində xidmət edir. 11.10.2021-ci il tarixdə saat 13:50 radələrində postaçı yoldaşı polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə xidmətdə olarkən ünvan 2qayıt şəhəri 10-cu mikrorayonda yerləşən “Hiper” marketinin qarşısında vətəndaşları bort kompüter vasitəsilə portaldan yoxlayan zaman bir nəfər şəxsin “COVİD-19” insfeksiyasına yoluxmuş, aktiv koranavirus xəstəsi olan xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını aşkar etmişlər, həmin şəxslə söhbət zamanı o, “Hiper” marketdən zəruri tələbat malları almaq üçün mağazaya gəldiyini bildirmişdir. Onlar öz rəhbərliyinə radiostansiya vasitəsilə bu barədə məlumat vermişlər. Bundan sonra həmin ərazinin polis sahə rəisi, polis kapitanı Şahid3 həmin yerə yaxınlaşmış, sonuncu ərazi aidiyyəti üzrə ünvan 2qayıt ŞPİ-nin 1-ci PB-nin növbətçi hissəsinə məlumat vermiş və 1-ci PB-nin əməliyyat qrupunun üzvləri də həmin yerə yaxınlaşmışdır. Onlar həmin şəxsi əməliyyat qrupuna təhvil vermiş və 1-ci PB-nin rəhbərliyinə bu barədə raportla məruzə etdikdən sonra xidmətlərinə davam etmişlər. Cinayət işinin materiallarında olan 30 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış zamanı 1 ədəd CD diskin içərisində 01 ədəd videogörüntü aşkar edilmiş, həmin görüntülərdən görünür ki, işıqlı havada, küçədə polis geyimi formasında olan şəxs özünü 1-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev kimi təqdim etmiş, sonra isə orada olan əynində qara rəngli jaketli don, başında qara rəngli yaylıq, ayağında qara rəngli ayaqqabı və ağzında qara rəngli tibbi maska olan şəxsdən özünü təqdim etməsini xahiş etmiş və həmin şəxs ünvan 2qayıt şəhəri, 17-ci mikrorayon sakini olan kimi Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin vaxt iki nəfər şəxsin ağ rəngli xüsusi geyimdə kənarda dayanması görünmüşdür. X2 Təqsirləndirilən şəxs Covid-19 infeksiyasına yoluxmasına baxmayaraq yaşayış yerini tərk etməsinin ünvan 2qayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən aşkarlanmasını və həmin şəxsə Covid-19 infeksiyasına yoluxması barədə sms gəlib-gəlməməsini söyləmiş, həmin şəxs sms gəlməsini bildirmişdir. X2 Təqsirləndirilən şəxs mobil telefonunda olan sms-i göstərməsini xahiş etmiş və onun telefonunda olan sms-də 30.09.2021-ci il tarixdə verdiyi analizin nəticəsinin pozitiv olması və yaşayış yerini tərk etməməsi barədə xəbərdar olunması görünmüşdür. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşayış yerini bir daha tərk etməməsini və onun bununla bağlı məsuliyyət daşımağını izah etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş ünvan 2qayıt şəhər Tibb Mərkəzi PHŞ 1 nömrəli ASM-dən daxil olmuş 13 oktyabr 2021-ci il tarixli 666 nömrəli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 29.09.2021-ci ildə TTYS-nə müraciət edərək covid yaxma vermişdir. 01.10.2021-ci il tarixdə covid yaxma analizinin nəticəsi “pozitiv” olmuşdur. Elə həmin tarixdən 15.10.2021ci il tarixinədək ASM 1-in ərazi üzrə sahə həkimi, həkim-terapevt İbrahimova Ruhəngiz xəstə Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi kimi qeydiyyata götürmüşdür və xəstə ambulator müşahidədə olmuşdur. 15.10.2021-ci il tarixdə sağalma ilə müşahidədən çıxarılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10.12.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ünvan 2qayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. ünvan 2qayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə ünvan 2qayıt şəhər Məhkəməsinin 12.01.2022-ci il tarixli (iş № 1(060)-219/2022) qərarını icra edərək, 14.01.2022-ci il tarixli 107/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq ünvan 2qayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2qayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 06:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı, ünvan 2qayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ünvan 2qayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ünvan 2qayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq ünvan 2qayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində ünvan 2qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-219/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-219/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver