Məhkəmə qərarları › İş №1(060)-219/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-219/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-219/2023 21.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orla təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-305/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin 7(012)-34/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 1 il müddətinə azadılmış, cəzaçəkmə müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tanışı Şahid7 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd bükümdə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 oktyabr 2022-ci il tarixdə saat 09:30 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cıı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıl şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən «Mövsüm» marketin yaxınlığında saxlanılaraq 3-cü PB- nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibindən 02 ədəd bükümdə 0.137 qram və 0.028 qram ümumi təmiz çəkisi 0,165 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 27 oktyabr 2022-ci il tarixdə saat 01:20 dəqiqədə Sumqayıl ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqaxıt şəhəri. H.Zeynalabdin qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən 3 saylı uşaq bağçasının yanında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol arxa cibindən istintaqa məlum olmuyan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,605 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci ıl tarixdə saat 09:30 dəqiqədə Sumqayıt şəhəri. 4-cü mikrorayon ərazisində yerləşən «Mövsüm» marketin yaxınlığında olan zaman 2 (iki) nəfər mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onu narkotik maddələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Xidməti otaqların birində ona təqdim edilmiş vəkil gəldikdən sonra video çəkiliş başlanmış və üzərinə şəxsi axtarış keçiriləcəyi, onun üzərində narkotik vasilə maddə olub-olmadığı soruşulan zaman o, özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən əvvəl 01 ədəd, sonra 1 ədəd, ümumilikdə 02 ədəd, siqaretin gümüşü rəngli kağızlarına bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Ona verilən suallara cavab olaraq o, üzərindən aşkar olunmuş 02 ədəd bükümlərdə narkotik vasitə olan heroin olduğunu, həmin gün səhər saatlarında Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yaşayan Anar adlı şəxsin yaşadığı ünvana gedərək pulunu sonra vermək şərti ilə (nisyə) aldığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunünmüş 02 bükümdə olan narkotik vasilə olan heroin ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, dəqiq yadından olmasa da, ümumi çəkisi yarım qramdan az olmuşdur. Daha sonra bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. O, iki gün polis idarəsində saxlanıldıqdan sonra evə buraxılmışdır. İkinci dəfə Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində şəxsi işi ilə bağlı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən uşaq baxçasının yaxınlığında təsadüfən rastlaşdığı tanışı Cabirlə söhbətləşib gəzərkən onların üzərlərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhələri olduqları üçün axtarış keçirilməsindən ötrü saxlanılaraq polis bölməsinə aparılmışlar. Bölmədə xidməli otaqların müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış vaxtı özü 24 oktyabr 2022ci il tarixdə günorta saatlarında Bakı şəhəri 20 Yanvar metrosu ərazisində olan zaman orada təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 20 manata 1 ədəd şəffaf selofan bükümündə aldığı heroini təqdim etmişdir. Daha sonra həmin narkotik vasitə tərəzidə çəkilib qablaşdırılıb möhürlənmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs və Şahid8 qanunsuz olaraq narkotik maddələr əldə etməsi, qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu məlumatların yoxlanılması məqsədilə 27 oktyabr 2022-ci il tarixdə saat 01:20 radələrində Təqsirləndirilən şəxs və Şahid8 H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsində 3 saylı baxçanın yaxınlığında olmalarını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onları saxlamışlar, onlara üzərlərində qanunsuz olaraq narkotik maddələr gəzdirmələrində şübhələr olduğundan üzərlərində şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onları bölməyə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs və Şahid8 hüquq və vəzifələri izah edilərək vəkillər təqdim edilmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra ilk olaraq videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol arxa cibindən İ ədəd selofan bükümü çıxardıb təqdim edərək həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxılanda heroinə bənzər maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş hcroini 2-3 gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş İ ədəd bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, olduğu selofan bükülü birlikdə çəkisi 2 qrama yaxın olmuş, həmin kütlə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Şahid8 üzərində müdafiəçinin iştirakı ilə vidcoçəkilişlə keçirilən şəxsi axtarış zamanı onun üzərindən 1 bükümdə 3 qram yaxın çəkidə narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Alınmış məlumatlara əsasən Təqsirləndirilən şəxs Şahid8la aralarında sadəcə tanışlıq münasibətləri olmuşdur, onların birgə narkotik vasitələr qəbul etmələri və va birgə narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid5 və ibtidai isitintaq zamanı ifadəsi alınmış və tərəflərin razılığı ilə ifadələri elan edilmiş həmin bölmənin əməliyyat müvəkilləri X5 və Şahid6, dindirilmiş Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə tərəflərin razılığı ilə ibtidai isitintaq zamanı şahid qismində dindirilmiş Şahid8 elan edilmiş ifadəsindən görünür ki, 1994-cü ildən fasilələrlə narkotik maddələr qəbul edir. 2007-ci ildə Azərbavean Respublikası CM-nin 234.2-ci, sonuncu dəfə isə 2011ci il həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə azadlığa çıxmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ nin 2-ci PB-nin işçiləri tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində saxlanılaraq bölməyə dəvət olunmuş və üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən 01 bükümdə narkotik vasitə tiryək və yaşadığı ünvana baxış keçirilən zaman evindən narkotik vasitə tiryək, metadon həbləri və elektron tərəzi aşkar olunaraq götürülmüşdür. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə tiryəki tutulmazdan 1 ay əvvəl İran vətəndaşının qoydurduğu yerdən Sumqayıt şəhəri, Corat qəbristanlığından götürmüşdür. Metadonu isə tutulmazdan bir müddət əvvəl Sumqayıt şəhərində tanımadığı şəxsdən almışdır. Tiryək və metadonu öz istifadəsi üçün əldə etmişdir. Üzərində və evində narkotik olmasından Pərvizin məlumatı olmamışdır və o, ona bu barədə deməmişdir. O, Pərvizi Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini kimi tanıyır, onunla sadəcə tanışdır, başqa münasibəti olmamışdır. Pərvizin əvvəllər həbsdə olduğunu bilmişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı qəsəbədə 3 saylı baxçanın yanından keçərkən Pərvizlə rastlaşmış, görüşüb hal-əhval tutmuş və söhbətləşib gəzişən zaman polislər onları saxlamışlar. Pərvizin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır və bu barədə Pərviz ona deməmişdir. Pərvizin narkotik vasitə qəbul edib-etməməsi barədə heç bir məlumatı yoxdur. Pərvizlə heç vaxt birlikdə narkotik vasitə qəbul etməmiş və satışı ilə də məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik maddələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Pərviz ona zəng edərək ağrılarının olduğunu, narkotik vasitə olan heroin istədiyini deyən zaman o, Pərvizə onda heroin olduğunu və ona verə biləcəyini demiş, daha sonra Pərviz onun yaşadığı ünvana gəlmiş, mənzilin arxa eyvanının pəncərisindən ona 02 ədəd siqaretin gümüşü rəngli kağızlarına bükülmüş bükümləri ona vermişdir. O, həmin narkotik vasitə olan heroini Pərvizə pul müqabilində yox pay olaraq vermişdir. Məhkəmədə tərəflərin razılığı ilə ibtidai isitintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, hal-hazırda Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 09:30 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ərazisində yerləşən «Mövsüm» marketin yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu 3-cü PB-nə dəvət etmişlər. Pərviz heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Asəf Həbibov panasonik markalı videokameranı işə saldı. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri- qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən üzərində ***- ***-**-** mobil nömrəsi olan Nokia markalı mobil telefonu, şalvarının həmin cibinin balaca cibindən 02 ədəd, siqaretin gümüşü rəngli kağızlarına bükülmüş bükümləri, daha sonra isə əynində olan paltarlarının digər ciblərindən 01 ədəd 1 manatlıq əskinazı, 01 ədəd qara rəngli alışqanı, 01 ədəd açarı və əski parçasını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümlərə baxarkən içərisində tünd qəhvəyi rəngli kəskin iyli kütlə aşkar olunmuşdur. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə eldiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni həmin gün saai 09 radələrində Sumqavıt şəhəri, 4-cü mikrorayon ərazisində yaşayan Anar adlı şəxsdən nisyə olaraq 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə narkotik vasitə olan heroin ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və 1-ci büküm 0,06 qram, ikinci büküm 0,21 qram, ümumilikdə isə 0.27 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs təqdim eldiyi 01 ədəd 1 manatlıq əskinaz, 01 ədəd qara rəngli alışqan, 01 ədəd açar və əski parçası iş uçun əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. 01 ədəd mobil telefon isə maddı sübut kimi götürülmüşdür. Sonra vəkil narkotik vasitəni nə üçün aldığını və tutulması barədə ailə üzvlərinə məlumat verilib verilmədiyini Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni özü istifadə etmək üçün aldığını və tutulması barədə ailə üzvlərinə məlumat verildiyini bildirmişdir. Əlavə olaraq təhqiqatçı ondan polis əməkdaşları tərəlindən saxlanılarkən ona qarşı hər-hansı bir fiziki zorakılıq olub olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəmədə cinayət prosessi iştirakçılarının razılığı ilə ibtidai isitintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsindən görünür ki, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunludur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istntaqı aparılmışdır. İş materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Mövsüm” marketin yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 09:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə saat 14:40-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nın baş təhqiqatçısı, polis kapitanı X6, Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim olunur, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etmədi, video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılaraq Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqa, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan Nokia markalı mobil telefonu, şalvarın həmin cibinin balaca cibindən əvvəl 01 ədəd sonrada 01 ədəd, ümumilikdə 02 ədəd, siqaretin gümüşü rəngli kağızlarına bükülmüş bükümləri, daha sonra isə əynində olan paltarlarının digər ciblərindən 01 ədəd 1 manatlıq əskinazı, 01 ədəd qara rəngli alışqanı, üzərində burlok olan 01 ədəd açarı və əski parçasını çıxarıb təqdim edir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükümlərdə narkotik vasitə olan heroin olduğunu, həmin heroini tutulmazdan əvvəl, təxminən saat 09:00 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yaşayan Anar adlı şəxsin yaşadığı ünvana gedərək pulunu sonra vermək adı ilə (nisyə) aldığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərə zaman onların hər birinin içərisindən tünd-qəhvəyı rəngli, narkotik vasitə olan heroınə bənzər maddə olduğu aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 bukumdə olan narkotik vasitə olan heroinə bənzər maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilir, 1-ci bükümdə olan heroinə bənzər maddənin gümüşü rəngli siqaret kağızı birlikdə çəkisi 0.06 qram, 2-ci bükümdə olan heroinə bənzər maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0.21 qram (ümumilikdə isə, yəni 02 ədəd büküm siqaret kağızı ilə birlikdə 0,27 qram) müəyyən olunur, həmin maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb, Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənərək, üzərində qeydlər aparlaraq imzalanır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/5898 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 127” dairəvi möhür əksi və “ vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,137 qr və 0.028 qr, ümumilikdə təmiz çəkisi 0.165 qram qəhvəyi rəngli lozşəkilli maddələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Tədqiqata tədqiqata 0,165 qram sərf edildikdən sonra 0,105 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1586 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükmdə heroinin ilkin ümümi təmiz çəkisi 0,165 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,105 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və videogörüntüdən görünür ki, diskə daxil olduqda, «00022» rəqəmləri yazılmış qovluq müəyyən edilir ki, orada 10 dəqiqə 39 saniyədən ibarət videogörüntü var. Həmin video görüntünün ilk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nın baş təhqiqatçısı, polis kapitanı X6 özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən də, özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şübhəli bilindiyi üçün, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Mövsüm” marketin yaxınlığında saxlanılaraq polis bölməsinə gətirildiyini bildirib, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edir. Ardınca şəxsi axtarışda iştirak edən mülki geyimli polis əməkdaşları, təhqiqatçının xahişi ilə özlərini təqdim edərək 3-cü polis bölməsinin əməliyyat müvəkkili polis kapitanı Məzahir Quliyev və CA üzrə kiçik inspektor Şahid2 olduqlarını bildirirlər. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan Nokia markalı mobil telefonu, şalvarının həmin cibinin balaca cibindən 02 ədəd, siqaretin gümüşü rəngli kağızlarına bükülmüş bükümləri, daha sonra isə əynində olan paltarlarının digər ciblərindən 01 ədəd 1 manatlıq əskinazı, 01 ədəd qara rəngli alışqanı, 01 ədəd açarı və əski parçasını çıxarıb təqdim edir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmur, Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik asitə olan heroin olduğunu deyir. Həmin bükümlərə baxarkən içərisində tünd qəhvəyi rəngli kəskin iyli kütlə aşkar olunur. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni həmin gün saat 09 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yaşayan Anar adlı şəxsdən nisyə olaraq 10 manata öz istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə narkotik vasitə olan heroin ayrı-ayrılıqda elektron tərəzidə çəkilir və 1-ci büküm 0,06 qram, ikinci büküm 0,21 qram, ümumilikdə isə 0,27 qram təşkil edir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etmir. Bundan sonra narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 1 manatlıq əskinaz, 01 ədəd qara rəngli alışqan, 01 ədəd açar və əski parçası iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılır. 01 ədəd mobil telefon isə maddi sübut kimi götürülür. Sonra vəkil narkotik vasitəni nə üçün aldığını və tutulması barədə ailə üzvlərinə məlumat verilib verilmədiyini Təqsirləndirilən şəxs soruşur. Təqsirləndirilən şəxs narkotik vasitəi özü istifadə etmək üçün aldığını və tutulması barədə ailə üzvlərinə məlumat verildiyini bildirir. Əlavə olaraq təhqiqatçı ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hərhansı bir fiziki zorakılıq olub olmadığını soruşur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkən olunmadığını bildirir. Sonra video çəkiliş dayandırılır. İş materiallarında olan protokol və qərarlardan görünür ki, xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Abdullayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanamış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs müstəntiq Mustafa Mustafazadə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sumqayıt şəhər məhkəməsinin 4(060)- 441/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə yəni 27 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X4, Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 təqdim olunur, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etmir. Təqsirləndirilən şəxsnın narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ- nin 2-ci PB-nə etibarlı və qərəssiz mənbədən daxil olmuş məlumat əsasında Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsi, 3 saylı bağçanın yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 01:20-də saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyi bildirlir. Daha sonra əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, kiçik inspektorlar polis serjantı Şahid5, polis serjantı Şahid6 Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti polis kapitanı X3 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılaraq Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqa, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarın sol arxa cibibdə saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümü təqdim edir. Həmin şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin “kakos” olduğunu, həmin maddəni 2-3 gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm içərsindəki qəhvəyi rəngli maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərsindəki maddə ilə birlikdə çəkisinin 1,80 qram olduğu müəyyən edilir və həmin maddə Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar olunmur. Məhkəmədə tədqiq edimiş iş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və CD diskə köçürülmüş videogörüntüdən görünür ki, protokol və CD diskdə əks olunan görüntülər arasında fərq yoxdur və xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokolda qeyd olunanlarla üst-üstə düşür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/5229 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 126” dairəvi möhür əksi və “ Təqsirləndirilən şəxs, tərtib etdi: T.Abdullayev yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 1,605 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Tədqiqata tədqiqata 0,05 qram sərf edildikdən sonra 1,555 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1672 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi Səi Məmmədovun xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Mustafa Mustafazadənin icraatında olan və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 6528 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2007-ci tarixli hökmü ilə Azərbaycan Respublikası C'M-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2008-ci il qərarı ilə çəkilməmiş azadlıqdan məhrumetmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Milli Məclisin 17.03.09 il tarixli Amnistiya haqqında qərarının 1.3-cü bəndinə əsasən xx.xx.2009-cü il tarixdə azad olunub. Nərimanov rayon məhkəməsinin xx.xx.2010-cu tarixli hökmü ilə Azərbaycan Respublikası C'M-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2011-ci il qərarı ilə şərti olaraq vaxtından əvvəl cəzadan azad olunub. Abşeron rayon məhkəməsinin xx.xx.2016-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2016-ci il qərarı ilə Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 6 ay müddətinə azaldılmış, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Elektron informasiya sistemindən əldə edilmiş Abşeron Rayon Məhkəməsinin 7(012)- 34/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən qalan 01 il 01 ay hissəsi “08 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il müddəti azaldılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.2 və 307-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,165 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,105 qram çəkidə narkotik vasitə heroin və Sumqayıt ŞPİ-nin 2-ci və 3-cü PB-nin təhqiqatçıları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1,605 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 1,555 qram çəkidə narkotik vasitə heroin və "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. İş materiallarında olan Abşeron rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsi tərəfindən verilmiş 688 saylı, xx.xx.2022-ci il tarixli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3, mənzil 2-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Ağayev Fərid adlı övladı vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətin təkrar törədilməsini müəyyən etmişdir. İş materiallarından göründüyü kimi, Sumqayıt şəhər Məhkəməsinin 1(060)xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə cəzası 1 il müddətinə azadılmış, cəzaçəkmə müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,105 qram və 1,555 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan üç ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 206 (ik yüz altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-947/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 2064 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq olaraq xalis çəkisi 0,105 qram və 1,555 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan üç ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 206 (iki yüz altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar