Məhkəmə qərarları › İş №1(060)-22/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-22/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-22/2022 11.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Mustafazadə Ruslan Əsabəli oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22.02.2021-ci il tarixdə saat 22 radələrində özgə əmlakını ələ keçirmək məqsədi ilə Sumqayıt şəhəri Nəsimi parkında yerləşən X8 inzibati binasının çöl tərəfinə qoyulmuş “Gree” markalı GVA60ADM3NNA2A/O modelli şkaf tipli kondisonerin çöl blokunu özü ilə gətirdiyi kəlbətin və vintaçan vasitəsilə söküb açmaqla, içərəsindən 600 (altı yüz) manat dəyərində 60.000 btu.luq mühərrik kompressor, 140 (bir yüz qırx) manat dəyərində komplekt dördyollu vanna, 120 (bir yüz iyirmi) manat dəyərində komplekt kapilyar sistemi, 15 (on beş) manat dəyərində doqquzluq vintil, 25 (iyirmi beş) manat dəyərində ondoqquzluq vintil; 130 (bir yüz otuz) manat dəyərində çöl blokun daxilindəki qaz sistemini birləşdirən komplekt mis boruları, 250 (iki yüz əlli) manat dəyərində çöl blokun radiatoru, 25 (iyirmi beş) manat dəyərində çöl blokun elektrik terminalı, 45 (qırx beş) manat dəyərində mühərrik işəsalıcı kontaktor, 20 (iyrimi) manat dəyərində mühərrik və fan motorun kondensatorları, 200 (iki yüz) manat dəyərində komplekt iki ədəd fan mühərrik və iki ədəd pər olan ehtiyyat hissələri gizli talayaraq ümumlikdə X11 1570 (bir min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən 03.03.2021-ci il tarixdə saat 22:30 radələrində özgə əmlakını ələ keçirmək məqsədi ilə Sumqayıt şəhəri Nəsimi parkında yerləşən X8 inzibati binasının çöl tərəfinə qoyulmuş “Gree” markalı GVA60ADM3NNA2A/O modelli şkaf tipli kondisonerin çöl blokunu özü ilə gətirdiyi kəlbətin və vintaçan vasitəsilə söküb açmaqla, içərəsindən 600 (altı yüz) manat dəyərində 60.000 btu.luq mühərrik kompressor, 140 (bir yüz qırx) manat dəyərində komplekt dördyollu vanna, 120 (bir yüz iyirmi) manat dəyərində komplekt kapilyar sistemi, 15 (on beş) manat dəyirində doqquzluq vintil, 25 (iyirmi beş) manat dəyərində ondoqquzluq vintil; 130 (bir yüz otuz) manat dəyərində çöl blokun daxilindəki qaz sistemini birləşdirən komplekt mis boruları, 250 (iki yüz əlli) manat dəyərində çöl blokun radiatoru, 25 (iyirmi beş) manat dəyərində çöl blokun elektrik terminalı, 45 (qırx beş) manat dəyərində mühərrik işəsalıcı kontaktor, 20 (iyrimi) manat dəyərində mühərrik və fan motorun kondensatorları, 200 (iki yüz) manat dəyərində komplekt iki ədəd fan mühərrik və iki ədəd pər olan ehtiyyat hissələri gizli talayaraq ümumlikdə X11 1570 (bir min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, asma bronxit xəstəliyi olduğu üçün ona həkimlər sübh saatlarında piyada gəzinti etməyi tövsiyyə etmişdirlər. Ona görə də hər gün saat 05 radələrində yuxudan oyanıb yaşadığı evdən çıxıb Sumqayıt şəhəri dənizkənarı parkında piyada bir neçə saat gəzikdən sonra yaşadığı evə qayıdırmış. 22.02.2021-ci il tarixdə təxminən saat 05:30 radələrində yaşadığı evdən çıxıb dənizkənarı parka düşmüşdür. Təxminən saat 07:30 radələrində Sumqayıt şəhəri dənizkənarı parkda yerləşən “Palma” restoranın yaxınlığındakı X8 yaxınlığından keçən zaman qalereyanın divarına paralel yerdə kondisioner mühərriki blokunun bərkdildiyini görmüşdür. Həmin ərəfədə o kirayə pulunu ödəyə bilmədiyi üçün maddi çətinliyi olmuşdur. Yol ilə evə gedə-gedə həmin bloku söküb içindəki dəyərli hissələri oğurlamaq, oğurladığı əşyaları isə satıb gəlir əldə etmək, bununla da kirayə pulunu ödəmək qərarına gəlmiş və təhsili üzrə ixtisasının elektrik olduğu üçün bloku rahat sökəcək və lazımı hissələri çıxara biləcəyini fikirləşmişdir. Həmin gün axşam saatlarınadək bu barədə düşünmüş və sonda oğurluq edəcəyini qətiləşdirmişdir. Təxminən saat 21:40 radələrində vintaçan, indiqator və kəlbətini evdən götürüb həmin yerə yollanmışdır. Rəsm qalereyasını yaxınlığındakı zibil tullantılarının atıldığı yeşikdən kisə tapıb həmin kisəni də özü ilə götürmüşdür. Təxminən saat 22 radələrində Rəsm qalereyasının ətrafına dolaşıb kimsənin yaxınlıqda olmadığına əmin olduqdan sonra gündüz vaxtı gördüyü kondisioner blokuna yaxınlaşmışdır. Kəlbətin və vintaçan vasitəsilə blokun üst örtüyünü açmışdır. Blokun içərəsindəki mühərriki, mühərrikə daxil olan və çıxan mis naqilləri və 2 ədəd pəri açıb yerindən çıxarıb kisənin içərisinə yığmışdır. Mühərrik təxminən 40-50 kq olduğu üçün daşımaqda çətinlik çəkmişdir. Kisəni içərisindəki oğurladığı materiallarla birgə təxminən 50 metr aralıdakı inşaatı gedən obyektdə gizlətmişdir. Oradan birbaşa yaşadığı evə getmişdir. Oğurluq hadisəsi törətməyi ilə bağlı kimsəyə məlumat verməmişdir. Növbəti gün təxminən saat 08 radələrində kisəni gizlətdiyi yerə gəlib kiməsənin ətrafda olmadığı vaxtda götürüb tanımadığı taksi sürücüsü ilə anasının yaşadığı Corat qəsəbəsində ev 499 saylı ünvana aparmışdır. Kisəni qapının çöl tərəfindəki kolluğun içərəsində gizlətmişdir. Əvvəlcə düşünmüşdür ki, laqonda vasitəsi ilə mühərriki söküb içrəsindəki mis naqilləri çıxartmaqla satsın. Həmin vaxt yaxınlıqdan dövlət qeydiyyat nömrə nişanına fikir vermədiyi QAZ24 markalı avtomobilin səyyar şəkildə metal məmulatları aldığını görüb həmin avtomobilin sürücüsünə yaxınlaşmışdır. Ondan özünə məxsus kondisioner mühərriki, pərləri və mis naqillərini satdığını, neçiyə ala biləcəyini soruşmuşdur. O isə ona həmin materialları təqdim etməyi bundan sonra qiymət deyəcəyini bildirmişdir. Kolluqda gizlətdiyi kisəni çıxarıb həmin şəxsə təqdim etmişdir. Alıcı bütün materiallara ümumlikdə 15 manat pul verəcəyini bildirmişdir. O daha da baha satmağa çalışsa da, müsbət nəticə əldə edə bilməmişdir. Sonda alıcının bildirdiyi qiymətə yəni 15 manata oğurladığı əşyaları satmışdır. Alıcı həmin əşyaların oğurluq olmasını bilməmişdir. Avtomobil dənizlə paralel yol istiqamətində hərəkətinə davam etmişdir. Əldə etdiyi 15 manat gəliri maddi tələbatlarından ötrü ərzaq dükanlarında xərcləmişdir. Bundan sonra oğurluq etmək barədə fikri olmamışdır. Təxminən bir neçə gün sonra tanışı Eldarla söhbətləşən zaman o soyuducunun mühərrikkinin sıradan çıxdığını, mühərriki düzəltmək üçün ustaya müraciət edərkən ustanın ona mühərrik lazım olmasını bildirdiyini, mühərrikin isə təxminən 150 manat qiymətində olmasını öyrəndiyini demişdir. Həmin vaxt o bir neçə gün öncə oğurladığı mühərrik və hissələrini ucuz qiymətə satdığını anlamışdır. Bu barədə Eldara heç bir söz deməmişdir. Fikirləşmişdir ki, Rəsm qalereyasına yenə gedsin. Bu dəfə oğurlayacağı mühərriki daha baha qiymətə satıb kirayə pulunu ödəyəcəyini qətiləşdirmişdir. Məhz Rəsm qalereyasından oğurluq etməyinə səbəb isə oradan daha az adamın keçdiyini və gözətçisinin olmadığını, oğurluq üçün ideal şərait olması olmuşdur. 03.03.2021-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı evdən özünə məxsus vintaçan, indiqator, kəlbətin və kisə götürüb Rəsm qalereyasının yanına getmişdir. Qalereyanın arxa ətrafını gəzəndə arxa hissəsində bir ədəd də kondisioner blokunun yerdə quraşdırıldığını görmüşdür. Kimsənin olmadığına əmin olduqdan sonra xəlvətcə bloka yaxınlaşmışdır. Kəlbətin və vintaçan vasitəsilə blokun üst örtüyünü açmışdır. Blokun içərəsindəki mühərriki, mühərrikə daxil olan və çıxan mis naqilləri və 2 ədəd pəri açıb yerindən çıxardıb kisənin içərisinə yığmışdır. Mühərrik təxminən 40-50 kq olduğu üçün daşımaqda çətinlik çəkmişdir. Kisəni içərisindəki oğurladığı materiallarla birgə təxminən 50 metr aralıdakı hazırda inşaatı gedən obyektdə gizlətmişdir. Oradan birbaşa yaşadığı evə getmişdir. Oğurluq hadisəsi törətməyi ilə bağlı kimsəyə məlumat verməmişdir. Növbəti gün təxminən saat 08 radələrində kisəni gizlətdiyi yerə gəlib kiməsənin ətrafda olmadığı vaxtda götürüb 5-ci mikrorayona aparmışdır. 5-ci mikrorayon 9 saylı binanın qarşısındakı qarajda yerləşən alıcısını tanımadığı metal qəbulu məntəqəsinə həmin materialları baha satmağa çalışsa da alıcının almadığını görüb sonda 14 manata satmağa məcbur qalmışdır. Əldə etdiyi gəliri maddi tələbatları ilə bağlı müxtəlif dükanlarda xərcləmişdir. 06.03.2021-ci il tarixdə təxminən saat 19:30-da dəniz kənarı parkda gəzən zaman birinin adının Eldəniz olduğunu bildiyi iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etməyini bildirmişdirlər. Onlara özünü təqdim etdikdən sonra yaxınlıqdakı Rəsm Qalereyasından oğurluq olduğunu, həmin hadisəni onun törədib törətmədiyini soruşmuşdurlar. Hadisənin onun tərəfindən törədildiyini etiraf etdikdən sonra onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışdırlar. Sözügedən oğurluq faktlarından başqa digər oğurluq və ya qanunsuz hər hansı bir əməl törətməmişdir. Ümumiyyətlə onun, ikinci dəfə oğurluq etmək fikri olmamışdır. Bir dəfə oğurluq edib 100-150 manat gəlir əldə edib oğurluğu yekunlaşdıracaqdır. Amma oğurladığı əşyaları satmaqla 15 manat gəlir əldə etmişdir. Yenə oğurluq etməyəcəkdir. Lakin bir neçə gün sonra tanışı ilə söhbət zamanı ona məlum olmuşdur ki, o, mühərriki ucuz satmışdır. Onda ikinci dəfə oğurluq emtək qərarına gəlmişdir ki, yaxşı gəlir əldə etsin və kirayə pulunu ödəsin. Ona görə ikinci dəfə oğurluq etmək üçün həmin yerə qayıtmışdır. Həmçinin o, birinci dəfə oğurluq edərkən 2-ci bloku görməmişdir. Onu ikinci dəfə gedəndə görmüşdür. Kondisionerin mühərrikini oğurlayan zaman kondisionerin yerində qalan hissələrinin, daxili blokunun işləməyəcəyini və sıradan çıxacağını başa düşürmüş, oğurluq hadisələri törətdiyi zaman istifadə etdiyi kisələri atmış, vintaçan və kəlbətini isə polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs X8 nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 22.02.2021-ci il tarixdə saat 09 radələrində X8 direktoru Şahid1 onunla telefon əlaqəsi saxlayıb oğurluq hadisəsinin baş verməsi barədə telelfon məlumatı vermiş, o dərhal X11 yaxınlaşmış, inzibati binasının sol tərəfindəki yerə bərkidilmiş “Gree” markalı kondisionerin üz blokunun söküldüyünü və içərsindəki ehtiyyat hissələrin yerində olmadığını görmüşdür. 04.03.2021-ci il tarixdə saat 09 radələrində X9 direktoru Şahid1 onunla yenidən telefon əlaqəsi saxlayıb oğurluq hadisəsinin baş verməsi barədə telelfon məlumatı vermiş, o dərhal X11 yaxınlaşmış, inzibati binasının sağ tərəfindəki yerə bərkidilmiş “Gree” markalı kondisionerin üz blokunun söküldüyünü və içərsindəki ehtiyyat hissələrin yerində olmadığını görmüşdür. X8 nümayəndəsi Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək hadisə nəticəsində X11 ümumlikdə 2200 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda isə Təqsirləndirilən şəxs tərəfindən X11 vurulmuş maddi ziyan tam aradan qaldırıldığı üçün onların sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2007-ci il tarixdən Sumqayıt şəhəri Nəsimi parkında yerləşən X10 direktor vəzifəsində işləyir. İş saatı həftənin şənbə və bazar günləri istisna olmaqla hər gün saat 09:00-dan 18:00-dəkdir. 22.02.2021-ci il tarixdə saat 18:30 radələrində X5 çıxmışdır. Növbəti gün 09 radələrində işə gələrkən inzibati binanın sol tərəfindəki yerə bərkidilmiş “Gree” markalı kondisionerin üz blokunun söküldüyünü və içərsindəki ehtiyyat hissələrin yerində olmadığını görmüşdür. Bu barədə dərhal Azərbaycan Respublikası DİN 102 xidməti zəng mərkəzinə telefon məlumatı vermişdir. 04.03.2021-ci il tarixdə saat 09 radələrində iş yerinə gedəndə isə inzibati binanın sağ tərəfindəki yerə bərkidilmiş “Gree” markalı kondisionerin üz blokunun söküldüyünü və içərsindəki ehtiyyat hissələrin yerində olmadığını görmüşdür. Bu barədə də dərhal Azərbaycan Respublikası DİN 102 xidməti zəng mərkəzinə telefon məlumatı vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 43 nömrəli baxçanın yaxınlığında yerləşən uşaq baxçasının yanındakı metal qəbulu məntəqəsini işlədir. Təqsirləndirilən şəxs uşaqlığından tanıyır. Belə ki, Eminin atası Vaqif ölməmişdən əvvəl onun yaşadığı Sumqayıt şəhəri 5-ci mikrorayonda qonşuluqda yaşamışdır. Emin və qardaşı tərbiyəli uşaqlar olmuşdurlar. Onların ailəsi ilə bağlı ona hər hansı bir şəxs şikayət məzmunlu sözlər deməmişdirlər. Təxminən 10 il bundan öncə Vaqif ailəsi ilə birgə Corat qəsəbəsinə köçmüşdür. Köçdüyündən bir neçə müddət sonra Vaqif dünyasını dəyişmişdir. Bundan sonra onun ailəsi barədə ətraflı məlumatı olmamışdır. Təxminən 2 ildir ki, işlətdiyi metal qəbulu mənətəqsində olan zaman 04.03.2021-ci il tarixdə təxminən saat 11 radələrində Emin əlində bir ədəd kisə ilə birgə ona yaxınlaşmışdır. O dərhal Emini tanımışdır. Bir qədər hal əhval tutduqdan sonra Emin əlindəki kisəni ona təqdim edib Sumqayıt şəhərində müxtəlif yerlərdən metal tullantılar topladığını, satmaq üçün onun yanına gətirdiyini bildirnmişdir. Kisənin içərisində dəqiq olaraq bilmədiyi hansısa alətin metal ehtiyyat hissələri olmuşdur. O, tərəzidə çəkib kilosunu 18 qəpikdən hesablayıb Eminə 2 manat 50 qəpik pul ödəmişdir. Emin sağollaşıb ondan ayrılmışdır. Təxmini xatırladığına görə 06.03.2021-ci il tarixdə iş yerinə bir neçə polis əməkdaşları gəlib ondan Emin adlı şəxsin satdığı metal ehtiyyat hissələri alıb-almadığını soruşmuşdurlar. O “almışam” deyib həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Emindən aldığı ehtiyyat hissələrdən heç birini satmamışdır. O, PB-də olan zaman Eminin ona satdığı əşyaların əslində oğurluq əmlak olmasından məlumatı olmuşdur. Həmin anadək onun əşyaların oğurluq olmasından məlumatı olmamışdır. Bu barədə məlumatlı olsaydı dərhal hüquq mühafizə orqanlarına məlumat verərdi. Təqsirləndirilən şəxs əvvəllər ona metal məmulatlar və ya digər hər hans bir konstruksiya, predmet satmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04.06.2021-ci il tarixli 9/3202 saylı saylırəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən split kondisonerlərin təmiri və satışı məntəqələrində mövcud olan qiymətlərə və təqdim edilmiş “Samsung Servis” Sumqayıt filialının icraçı direktoru X12 tərəfindən tərtib edilmiş qüsur aktında olan məlumatlara əsasən, tədqiq edilən bir ədəd “Gree” markalı GVA60ADM3NNA2A/O modelli şkaf tiöli kondisonerin çöl blokunda aşkar edilməyən ehtiyyat hissələrin, 2021-ci ilin fevral-mart ayına, istismar olunması nəzərə alınmaqla respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: mühərrik kompressoru 60.000 btu – 600.00 manat; komplekt dördyollu vanna – 140.00 manat; komplekt kapilyar sistemi – 120.00 manat; doqquzluq vintil – 15.00 manat; ondoqquzluq vintil – 25.00 manat; çöl blokun daxilindəki qaz sistemini birləşdirən komplekt mis borular – 130.00 manat; çöl blokun radiatoru – 250.00 manat; çöl blokun elektrik terminalı – 25.00 manat; mühərrik işəsalıcı kontaktoru – 45.00 manat; mühərrik və fan motorun kondensatorları – 20.00 manat; iki ədəd fan mühərrik və 2 ədəd pər – 200.00 manat. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsindən və təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən təmsil etdiyi hüquqi şəxsə vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir və onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs hyimayəsində bir azyaşlı uşağı-12.06.2014-cü il təvəllüdlü X6 vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmini etiraf etməsini və əməlindən peşiman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 08.03.2021-ci il tarixli qərarla CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat və vəsatət təmin edilməmiş, həmin tarixdə barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 30.09.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 20.11.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 15.11.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 18.11.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 06.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək və 15.11.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 26 (iyirmi altı) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, 02 ədəd kəlbətin, 01 ədəd vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 2 ədəd böyük diaoqanlallı 6 ədəd dartıcı mexanizmi (purjun) olan dəmir parçalar, 4 ədəd kasa formalı gümüşü rəngli metal hissələr, 1 ədəd dairəvi hissəsinin altında və üstündə 2 ədəd paçelnik olan, dairəvi hissəsi bənövşəyi rəngli üzərində şaquli paralel xətlər olan metal hissə, 1 ədəd “E” hərfi formasında ağ rəngli üzərində bolt yerləri olan metal hissə, 4 ədəd qəhvəyi rəngli bolt, 3 ədəd qara rəngli halqa, 1 ədəd gümüşü rəngli ziqzaq dəmir və 2 ədəd qayka hökm qanuni qüvvəyə mindikdən sonra X3ytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli (iş № 1(060)-470/2021) qərarını icra edərək, 30 iyun 2021-ci il tarixli 754 saylı orderinə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək və 15.11.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 26 (iyirmi altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 2/30, mənzil 29 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, 02 ədəd kəlbətin və 01 ədəd vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, 2 ədəd böyük diaoqanlallı 6 ədəd dartıcı mexanizmi (purjun) olan dəmir parçalar, 4 ədəd kasa formalı gümüşü rəngli metal hissələr, 1 ədəd dairəvi hissəsinin altında və üstündə 2 ədəd paçelnik olan, dairəvi hissəsi bənövşəyi rəngli üzərində şaquli paralel xətlər olan metal hissə, 1 ədəd “E” hərfi formasında ağ rəngli üzərində bolt yerləri olan metal hissə, 4 ədəd qəhvəyi rəngli bolt, 3 ədəd qara rəngli halqa, 1 ədəd gümüşü rəngli ziqzaq dəmir və 2 ədəd qayka hökm qanuni qüvvəyə mindikdən sonra X3ytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar