Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-220/2022 16.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olan və ünvan 3də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə 21.10.2021-ci il tarixdə “COVİD 19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra 22.10.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanını tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyeniya və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından həmin gün saat 09:30 radələrində Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən Sumqayıt Tibb Mərkəzi, PHŞ, 2 saylı Ailə Sağlamlıq Mərkəzində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin və Sumqayıt ŞPİ-nin PPXT-nın əməkdaşları tərəfindən aşkar edilərək saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 19.10.2021-ci il tarixdə o, səhətində ağrılar hiss etdiyindən və bədən hərarəti yüksək olduğundan Covid-19 virusuna yoluxmağından şübhələnərək analiz vermək üçün yaşadığı ünvana təcili tibbi yardım çağırıb test analizi vermiş, 21.10.2021-ci il tarixdə onun istifadəsində olan 051 518-00-01 Azercel mobil telefon nömrəsinə, İTS.GOV.AZ saytından onun Covid-19 virusuna yoluxmasını təsdiq edən, yəni test analizinin cavabının pozitiv olmasını və 14 gün müddətinə evdən bayıra çıxmasının qadağan olmasını göstərən sms gəlmişdir. Bu səbəbdən də, o, 22.10.2021-ci il tarixdə, saat 09:00 radələrində istifadəsində olan 051 518-00-01 Azercel mobil telefon nömrəsi ilə, yaşadığı ünvanın inzibati ərazi poliklinikası olan, Sumqayıt şəhəri 22-ci məhəllə ərazisində yerləşən, 2 saylı poliklinikanın telefon nömrəsinə zəng edərək, Covid-10 virusuna yoluxduğunu bildirib, müalicə üçün gərəkli dərman pereparatlarını onun yaşadığı ünvana göndərilməsini xahiş etmişdir. Telefona cavab verən, poliklinikanın xanım əməkdaşı dərman pereparatlarını ünvana göndərmək üçün poliklinikanın imkanları olmadığını deyərək, dərman pereparatlarını onun yaşadığı ünvana göndərə bilməyəcəyini bildirmişdir. O, dərman pereparatlarını poliklinikadan götürməsi üçün göndərəcək heç kimi olmadığını dedikdə, telefonda onunla danışan həmin xanım əməkdaş onun poliklinikaya yaxınlaşıb dərman pereparatlarını götürməsini bildirmiş, bu səbəbdən də, o, 22.10.2021-ci il tarixdə, saat 09:30 radələrində yaşadığı evdən çıxıb Sumqayıt şəhəri 22-ci məhəllə ərazisində yerləşən, 2 saylı poliklinikaya getmiş, poliklinikanın girişində əyləşərək, müraciət edən şəxsləri qarşılayan 2 nəfər poliklinikanın xanım əməkdaşlarından birinə yaxınlaşıb, özünü təqdim edib, Covid-19 vürusuna qarşı müalicə üçün lazım olan dərman pereparatlarını götürmək məqsədi ilə gəldiyini bildirmiş, bu zaman həmin xanım əməkdaş poliklinikada xidmət aparan polis əməkdaşına yaxınlaşaraq, onun Covid-19 virusuna yoluxduğu halda, yaşadığı evi tərk edərək poliklinikaya gəldiyini bildirmişdir. Bundan sonra poliklinikaya digər polis əməkdaşları-4-cü polis bölməsinin əməliyyat qrupunun üzvləri çağırılmış, təhqiqatçı tərəfindən, qanunvcericiliyin tələblərini pozaraq Covid-19 virisuna yoluxduğu halda yaşadığı evi tərk edərək, bayıra çıxmağına görə məsuliyyət daşıması ona izah olunmuş, sonra o, avtomobilə əyləşdirilib, polis nəzarəti ilə yaşadığı evə aparılmışdır. Poliklinikanın əməkdaşı dəvət etməsə evdən çıxmaq fikri olmamış, sonradan səhvini başa düşmüşdür. Törətdiyi əməldən peşmandır. Barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək aşağı həddə cərimə cəzası təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ifadəsində öz müdafiəsi üçün dəlil gətirərək poliklinikaya zəng etdikdə telefona cavab verən poliklinikanın xanım əməkdaşının, dərman pereparatlarını götürməkdən ötrü, onun özünün poliklinikaya yaxınlaşa biləcəyini dediyinə görə 22.10.2021-ci il tarixdə yaşadığı evdən çıxıb Sumqayıt şəhəri 22-ci məhəllə ərazisində yerləşən, 2 saylı poliklinikaya (2 saylı Ailə Sağlamlıq Mərkəzinə) getdiyini bildirmişdir. Məhkəmə bunu təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədilə özünü müdafiə etməsi kimi qiymətləndirir. Çünki Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi həmin xüsusatlar məhkəmə iclasında tədqiq edilsə də təsdiq olunmadı. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünü qismən etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 bildirdi ki, 22.10.2021-ci il tarixdə, saat 09:30 radələrində, Sumqayıt şəhəri 22-ci məhəllə ərazisində yerləşən 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində (əvvəlki 2 saylı şəhər poliklinikası) təhkim olunmuş məntəqədə vətəndaşların vaksinasiya olunmaları ilə bağlı ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin olunması ilə əlaqədar xidmətdə olan zaman, vətəndaşların portal məlumatlarını yoxlayarkən, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs “Covid-19” virus xəstəsi və daşıyıcısı olması məlum etmiş, o, bu barədə Təqsirləndirilən şəxs özündən soruşduqda Təqsirləndirilən şəxs, “Covid-19” virusuna yoluxduğunu qeyd edərək, verdiyi testin nəticəsinin “pozitiv” çıxması ilə əlaqədar 21.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs mobil telefonuna sms gəldiyini bildirərək öz mobil telefonunda həmin sms-i təqdim etmişdir. O, Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı 14 gün müddətində özünü təcrid formada evdə qalmalı və çölə çıxmamalı olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs, Covid-19 vurusuna qarşı müalicə olunması ilə bağlı gərəkli olan dərman pereparatlarını götürmək üçün polikninikaya gəldiyini bildirmişdir. Bundan sonra o, baş vermiş faktla bağlı Sumqayıt ŞPİnin 4-cü PB-nin növbətçi hissəsinə məlumat vermiş, poliklinikaya yaxınlaşan 4-cü PB-nin əməliyyat qrupunun üzvləri müvafiq sənədləşdirmə aparmış və Təqsirləndirilən şəxs nəzarət altında yaşadığı ünvana yola salmışlar. Məhkəmə iclasında Şahid2 bildirdi ki, Sumqayıt Tibb Mərkəzi PHŞ 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində tibb qeydiyatçısı vəzifəsində çalışdığını, 22.10.2021-ci il tarixdə saat 09:00-dan saat 16:00-dək Sumqayıt şəhər 2 saylı Ailə Sağlamlıq Mərkəzində işdə olduğunu qeyd edərək, Təqsirləndirilən şəxs “COVİD 19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra, 22.10.2021-ci il tarixdə, yaşadığı ünvan 1 ünvanını tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyeniya və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından həmin gün Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən, Sumqayıt Tibb Mərkəzi, PHŞ 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində (2 saylı poliklinikada) Suqmayıt ŞPİ-nin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılması faktı ilə bağlı bildirmişdir ki, həmin şəxs, 22.10.2021-ci il tarixdə, saat 09:00 radələrində 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 65 5-59-01 telefon nömrəsinə zəng edərək, Covid-19 virusuna yoluxduğunu bildirib, müalicə üçün gərəkli dərman pereparatlarını Təqsirləndirilən şəxs yaşadığı ünvana göndərilməsini xahiş etmişdir. O, dərman pereparatlarını ünvana göndərmək üçün poliklinikanın imkanları olmadığını deyərək, dərman pereparatlarını götürməsi üçün Təqsirləndirilən şəxs hər hansı bir şəxsi göndərə biləcəyini bildirmiş, ancaq o, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi, dərman pereparatlarını götürməsi üçün Təqsirləndirilən şəxs 2 saylı poliklinikaya- Ailə Sağlamlıq Mərkəzinə dəvət etməmişdir. Məhkəmə iclasında Şahid5 bildirdi ki, Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən Sumqayıt Tibb Mərkəzi PHŞ 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində tibb qeydiyatçısı vəzifəsində çalışdığını, 22.10.2021-ci il tarixdə saat 09:00-dan saat 16:00-dək Ailə Sağlamlıq Mərkəzində işdə olduğunu qeyd edərək, Təqsirləndirilən şəxs “COVİD 19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra, 22.10.2021-ci il tarixdə, yaşadığı ünvan 1 ünvanını tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyeniya və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından həmin gün Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən, Sumqayıt Tibb Mərkəzi, PHŞ 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində (2 saylı poliklinikada) Suqmayıt ŞPİ-nin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılması faktı ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs “COVİD 19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra, 22.10.2021-ci il tarixdə, yaşadığı ünvanı tərk edərək, Ailə Sağlamlıq Mərkəzinə gəlməsi barədə sonradan öyrənmiş, həmin tarixdə o, işdə olsa da, Təqsirləndirilən şəxs telefon zənginə o, cavab verməmişdir. Həmçinin Şahid5 izahatında Ailə Sağlamlıq Mərkəzinin heç bir əməkdaşının “COVİD 19” infeksiyasına yoluxmuş şəxsi dərman pereparatlarını götürmək üçün sağlamlıq mərkəzinə dəvət etməsinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 Şahid5 söylədiklərini təsdiq edərək eyni məzmunlu izahat verdilər. İş materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 08.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonun mesaj bölməsinə baxış keçirilmiş və baxış zamanı İTS.GOV.AZ saytından 21 oktyabr 2021-ci il tarxdə, saat 10:33-də göndərilmiş “Hormetli NERGİZ SADİXOVA. Sizin 19.10.2021-ci il tarixində Covid-19 ilə baglı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduqunuz teqdirdə Azerbaycan Respublikası İnzibati xetalar ve Cinayət mecəllelerinde nəzərdə tutulmuş qaydada məhsulliyyete cəlb oluna bilərsiniz. İD:**********. tel:1542” məzmunda sms mətn skreen edilib fotoşəkillə işə əlavə edilmişdir. .(i.v 47-48) İş materiallarında olan Azərbaycan Respublikası İcbarı Tibbi Sığorta üzrə Agentliyi “TƏBİB” Publik Hüquqi şəxs, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdən daxil olmuş 24.11.2021-ci il tarixli 969/1643 nömrəli məktubda göstərilmişdir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “COVİD 19” virusuna görə “PZR” müayinəsindən keçmiş, 20.10.2021-ci il tarixdə testin cavabı pozitiv olmuşdur. Sumqayıt şəhər 2 nömrəli ASM tərəfindən Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılıb karantin qaydalarının şərtlərinə əməl etməsi məsləhət görülüb, 22.10.2021-ci il tarixdə covid çantası ilə təmin olunub. Təqsirləndirilən şəxs karantin müddəti bitdikdən sonra 02.11.2021-ci il tarixdə sağalma ilə portaldan çıxarılıb. (i.v 22) İş materiallarında olan 03.12.2021-ci il tarixli, 899 nömrəli mütəxəssis rəyindən də görünür ki, COVİD 19 xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. COVİD19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu, damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Hal-hazırda COVİD-19 xəstəliyi yeni xəstəlik olduğu üçün dünya alimləri tərəfindən öyrənilməkdə olan bir xəstəlikdir və bunun yoluxma yollarının hava damcı, təmas ilə bərabər başqa yollarla da yoluxması istisna edilmir. Xəstəlikdən ən təhlükəli mənbə virusu gəzdirən insanlardır(kliniki əlamətlər yoxdur, lakin virus halı vardır). Vaksinasiya olunmayan insanlar isə həm xəstəliyin yayılmasının əsas mənbəyinə çevrilir, eləcə də xəstəliyin yayılmasına imkan yaradaraq ətrafa daha çox virus buraxırlar. Ailə Sağlamlıq Mərkəzlərində çox saylı insanlar olduğundan vaksinasiya olunmayan insanların və eləcə də, COVİD-19-infeksiyasına yoluxduğu üçün xəstə kimi qeydiyyata götürülmüş yaşı 18-dən yuxarı olan şəxslərin 14 gün müddətində evdən çıxmamaq qaydalarına əməl etməyib, evdən bayıra çıxaraq, sanitar-gigiyena qaydalarını pozmaqla insanların çox toplaşdığı həmin mərkəzlərdə, olması kütləvi yoluxmaya səbəb ola bilər. Vaksinasiya olunmayan insanların və eləcə də, COVİD-19-infeksiyasına yoluxduğu üçün xəstə kimi qeydiyyata götürülmüş yaşı 18-dən yuxarı olan şəxslərin 14 gün müddətində evdən çıxmamaq qaydalarına əməl etməyib, evdən bayıra çıxaraq, sanitar-gigiyena qaydalarını pozmaqla insanların çox toplaşdığı yerlərdə olması xəstəliyin yayılması üçün real təhlükə hesab edilir. Belə ki, həmin şəxslər kliniki əlamətlər olmadan xəstəliyə yoluxmuş ola biləcəklərindən və kütləvi tədbirlər zamanı daha çox insanla təmasda olduqlarından xəstəliyin sürətlə yayılaraq daha çox insanı yoluxdura biləcəyini nəzərə alsaq, belə bir hal COVİD -19 virusunun nəzarətdən çıxaraq qarşısı alınmaz olmasına gətirib çıxara bilər. Buna görə də COVİD-19-infeksiyasına yoluxduğu üçün xəstə kimi qeydiyyata götürülmüş yaşı 18-dən yuxarı olan şəxslərin 14 gün müddətində evdən çıxmamaq qaydalarına əməl etməyib, evdən bayıra çıxaraq sanitar-gigiyena qaydalarını pozmaqla insanların çox toplaşdığı yerlərdə olması yeni növ koronavirus olan COVİD -19 xəstəliyinin yayılması üçün real təhlükə hesab edilir. (i.v. 41-42) İş materiallarında olan İstintaq zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən şəxsin saxlanılması barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (i.v. 34-35) İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.12.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 46) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (i.v. 45) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” 08.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.68-69) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsində təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarının 2.1-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, vəziyyətin kəskinliyi nəzərə alınmaqla aşağıdakı müvəqqəti tədbirlər görülə bilər: xüsusi sanitar rejim: yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və onlarla təmasda olan digər şəxslərin təcrid edilməsi və müalicəsi üçün xüsusi qaydaların tətbiqi və s. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət, inzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs «Covid- 19» virusuna yoluxması faktı təsdiq olunduqdan sonra özünütəcrid müddəti ərzində yaşadığı ünvanı tərk edərək xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimini pozması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 12 (on iki) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitləri dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) İş üzrə maddi sübut bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-220/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-220/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver