Məhkəmə qərarları › İş №1(060)-221/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-221/2022

28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-221/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1971-ci ildə Tovuz şəhərində anadan olmuş, evli, orta ixtisas təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35, mənzil 20-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 10cu mikrorayon, “Kristal ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bilə-bilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2020-ci il tarixli 73-1 №-li, 12.09.2020-ci il tarixli 336 №-li, 28.10.2020-ci il tarixli 427 №-li, 19.11.2020-ci il tarixli 450 və 451 №-li qərarlarının tələblərini yəni, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimləri qaydalarını, habelə özünü təcrid qaydalarını qəsdən pozaraq 01.09.2021-ci il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon “Kristal ünvan 1 ünvanını tərk edib insanların olduğu marşrut avtobusu ilə Sumqayıt şəhəri, H.Əliyev adına istirahər parkına getmiş və orada insanların hərəkətdə olduğu yerlərlə piyada gəzərək insanların yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmasına real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onunla bir evdə yaşayan qızı Nərgiz 2021-ci ilin avqust ayında yeni növ koronovirus olan Covid-19 infeksiyasına yoluxub-yoluxmaması ilə əlaqədar test vermiş, 18 avqust 2021-ci il tarixdə onun verdiyi test pozitiv çıxmış, Nərgiz onunla bir evdə yaşadığından və özündə həmin xəstələyin əlamətlərini hiss etməyə başladığından 19.08.2021-ci il tarixdə həmin xəstəlikdən test vermiş və 21.08.2021-ci il tarixdə mobil telefonuna vermiş olduğu testin pozitiv çıxması barədə mesaj gəlmişdir. Daha sonra sahə həkimi onunla mobil telefonla əlaqə saxlayaraq yeni növ koronavirus xəstəsi olmağı ilə bağlı səhhətində ağrıların olub-olmadığını soruşmuş, həmin dərmanlarla müalicə olunmağı tövsiyyə etmiş, koronavirusla bağlı hansı hərəkətləri etməli olacağı və özünü cəmiyyətdən təcrid etməyini, fərdi qoruyucu vasitə olan maskadan istifadə etməyi, digər ailə üzvləri ilə 2-3 metr ara məsafəsi saxlamasını, 14 gün müddətində evdə otaq şəraitində qalaraq müalicə almağını tapşırmışdır. Bundan sonra o, yaxın qohumları vasitəsi ilə aptekdən lazımi dərman pereporatlarını alıb müalicəyə başlamış və müalicə nəticəsində artıq sağalmağa doğru getdiyini hiss etdiyindən 01 sentyabr 2021-ci ildə bir qədər hava almaq üçün yaxınlıqda olan H.Əliyev adına parkına gedib hava almaq qərarına gəlmişdir. 05 sentyabr 2021-ci il tarixədək ona çölə çıxmağa icazə olmaması və həmin müddətə kimi özünü cəmiyyətdən təcrid etməli olduğunu bilsə də, 01 sentyabr 2021-ci il tarixdə yaşadığı mənzildən çıxaraq 7 saylı marşrut avtobusu ilə H.Əliyev adına parka gəlmiş, bir qədər gəzib hava almış, saat təxminən 15:00 radələrində iki nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib mobil axtarış portalında onun barədə məlumatları yoxlamış və onun 19.08.2021-ci il tarixdə Covid-19 xəstəliyi üzrə yaxma verdiyini və 21.08.2021-ci il tarixdə vermiş olduğu testin pozitiv nəticə verdiyini müəyyən edərək dərhal insanların içərisindən kənarlaşdıraraq təcrid edib hadisə barədə harasa məlumat vermişlər. Bir qədər sonra başqa polis əməkdaşları da gəlmiş və videoçəkiliş vasitəsi ilə onu sorğu-sual edərək etdiyi əməlin qanuna zidd olduğunu izah etmişlər. O, Covid-19 xəstəsi olduğunu etiraf edərək bu barədə test verdikdən sonra müvafiq mesajın gəldiyini, özünü yaxşı hiss etdiyindən sağaldığını düşünərək evdən çölə çıxdığını bildirmişdir. Daha sonra o, həkimlərin müşayiəti ilə tibbi yardım avtomaşınına otuzdurulub evinə yola salınmışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin Post Partul Xidməti Taborunun polis nəfəri, polis serjantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə, saat 15-20 radələrində postaçı yoldaşı, polis serjantı Şahid2 ilə birlikdə Sumqayıt şəhəri, H.Əliyev adına parkda 9187 çağırışlı avtopatrulda xidmət apararkən 1 nəfər qadının mütəmadi olaraq öskürərək özünü pis hiss etdiyini görmüş, həmin qadına yaxınlaşaraq özlərini təqdim edib ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin qadın özünü xx.xx.1971-ci il təvəllüdlü, Sumqayıt şəhəri 10-cu mikrorayon, “Kristal ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etdikdə onu mobil axtarış portalında yoxlamış və Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdə Covid-19 xəstəliyi üzrə yaxma verməsi, 21.08.2021-ci il tarixdə onun vermiş olduğu testin pozitiv nəticə verməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdən parka marşrut avtobusu ilə gəldiyini bildirmiş, dərhal Təqsirləndirilən şəxs insanların içərisindən kənarlaşdıraraq təcrid edib hadisə barədə tağım komandirinə məlumat verib həmin yerə ərazi üzrə əməliyyat qrupunu dəvət etmişlər. Əməliyyat qrupu əraziyə gəldikdən sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs sorğu-sual edərək onun etdiyi əməlin qanuna zidd olduğunu izah etmiş, Təqsirləndirilən şəxs Covid-19 xəstəsi olduğunu etiraf edərək bu barədə test verdikdən sonra ona 21.08.2021-ci il tarixdə müvafiq mesaj gəldiyini, özünü yaxşı hiss etdiyindən sağaldığını düşünərək evdən çölə çıxdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həkimlərin müşayiəti ilə tibbi yardım avtomaşınını ilə evinə yola salınmışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin Post Partul Xidməti Taborunun polis nəfəri, polis baş serjantı Şahid2 da anoloji ifadə verərək Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında iş materiallarında olan diskə baxış keçirilərək Təqsirləndirilən şəxs oğlunun Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 01.09.2021-ci il tarixdə saat 15-20 radələrində Sumqayıt şəhəri “Kristal ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Covid-19 xəstəsi olduğu halda üzərinə qoyulmuş məhdudiyyətlərə məhəl qoymayaraq yaşadığı ünvanı tərk edərək Sumqayıt şəhəri, H.Əliyev adına parkın ərazisində gəzərkən saxlanılması, onun 21.08.2021-ci il tarixdə «Covid-19» virusuna yoluxması haqqında daxil olmuş “sms” məlumatı olsa da, ürəyi sıxıldığı üçün yaxınlıqdakı parka gəzməyə gəlməsini etiraf etməsi müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər tibb mərkəzi PHŞ 1 nömrəli ASM-dən daxil olmuş 09.09.2021-ci il tarixli, 550 saylı məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 20.08.2021-ci il tarixdə Covid yaxma analizi vermiş və cavabı “pozitiv” olmuş, karantin müddətində evdə qalması vətəndaşa izah olunmuşdur. İş materiallarında olan 21.08.2021-ci il tarixdə İTS. GOV.AZ saytından daxil olmuş mesaj mətninə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 21.08.2021-ci il tarixdən “Covid-19” analizinin cavabının pozitiv olması qeyd olunmuş və eləcə də yaşadığı yeri tərk etməməsi, əks halda məsuliyyət daşıyacağının izah olunması qeyd olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılması barədə görüntünü əks etdirən 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10.12.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında 13 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, cəzaçəkmə müddəti onun Sumqayıt şəhə probasiya şöbəsində qeydiyyat alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, “Kristal ünvan 1 ünvanı tərk etməmək, Abşeron rayon, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd DWD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar