Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-221/2023 03.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1969-cu il tarixdə Ermənistan Respublikası, Sisyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsində mühəndis işləyən, əvvəllər məhkum edilməmiş, Sumqayıt şəhəri, 40-cı Məhəllə, ev 197, mənzil 243-də qeydiyyatda olub, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 2-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 oğlu Eldarı yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə Sumqayıt şəhərində yerləşən tütün fabrikində operator işinə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 25 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 40-cı məhəllə ərazisində yerləşən “Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsinin inzibati binasında sonuncudan 3500 manat pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 qızma 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə “Alyans” tekstil fabrikində qrup rəhbəri işinə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 2021-ci ilin fevral ayının əvvəllərində Sumqayıt şəhəri, 4-cü mikrorayon, 40-cı məhəllə ərazisində yerləşən “Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsinin inzibati binasında sonuncudan 1000 manat pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 qızma 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 qızı Şahid3 yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə “Alyans” tekstil fabrikində işə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 2021-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri, 4-cü mikrorayon, 40-cı məhəllə ərazisində yerləşən “Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsinin inzibati binasında Zərərçəkmiş şəxs4 2000 manat pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 qızma 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 MKİS-də işə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 2021-ci ilin dekabr ayının sonlarında Sumqayıt şəhəri, 4-cü mikrorayon, 40-cı məhəllə ərazisində yerləşən “Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsinin inzibati binasında sonuncudan 750 manat pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 qızma 750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 oğlu Şahid4 Sumqayıt şəhər İcra Hakimiyyətində işləyən “Humay” adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhərində yerləşən tütün fabrikində kompyüter mühəndisi işinə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 11 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında sonuncudan 7500 manat pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda - 7500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 qızma işlədiyi Qaz idarəsində daha yüksək vəzifəyə keçməsi, daha sonra yüksək məvaciblə təqaüdə çıxması üçün pul lazım olması barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq yüksək vəzifəyə keçməsi və yüksək məvaciblə təqaüdə çıxması üçün 2021-ci ilin aprel ayının sonlarında ondan yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanında 6500 manat, 2021-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən “Lombard”da 2000 manat, 2022-ci ilin yanvar-fevral aylarında isə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanında 4000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 qızma ümumilikdə xeyli miqdarda - 12500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakım qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər İcra Hakimiyyətində işləyən “Humay” adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhərində yerləşən tütün fabrikində operator işinə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 2022-ci ilin fevral ayının ortalarında Sumqayıt Dövlət Universitetinin yaxınlığında olan “Bazar Store” mağazasının qarşısında Zərərçəkmiş şəxs1 verdiyi 1000 manat pulu və 2022-ci ilin fevral ayının ortalarında Sumqayıt şəhəri, 4-cü mikrorayon, 40-cı məhəllə ərazisində yerləşən “Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsinin qarşısında sonuncunun 3000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid6 2021-ci ilin mart ayında tanımış, Şahid6 həmin vaxt işlədiyi idarəyə gəlmişdir. Həmin şəxsin smart sayğacı, mexaniki sayğacla əvəz olunmuşdur. Həmin şəxs özünü N nömrəli hərbi hissənin qulluqçusu kimi təqdim etmiş, 44 günlük müharibədə vuruşduğunu və qazi olduğunu demişdir. Vüqarın sayğac məsələsini həll etmiş, bir neçə gün sonra Vüqar yenidən idarəyə gəlmiş və yenidən sayğacla bağlı müraciət etmişdir. Bu zaman onlar öz aralarında işçilərlə pensiya məsələsi barədə söhbət etmişlər. Söhbət edən zaman Vüqar bildirmişdir ki, qazidir və bütün işləri həll edə bilər. Vüqar müxtəlif şəxsləri işə düzəltdiyini və təqaüd məsələsini həll etdiyini demişdir. Vüqar onun əlillik məsələsini həll edəcəyini, yüksək məvaciblə təqaüdə çıxacağını və bu işə görə 11250 manat pul lazım olduğunu demişdir. Onlar mütəmadi əlaqə saxlamışlar. O, Vüqarın dediklərinə inanmış və 2022-ci ilin yanvar ayının sonlarında Vüqara yaşadığı evdə 11250 manatı vermişdir. Vüqar 3 aya məsələsinin həll olunacağını bildirmişdir. Bir neçə gün sonra Vüqar ona yaxın adamları varsa onların da iş və təqaüd məsələsini həll edə biləcəyini qeyd etmişdir. O da bundan sonra tanışı Zərərçəkmiş şəxs3 oğlu Eldarı işə düzəltmək üçün 3500 manat, İlahənin özünü işə düzəltmək üçün 1000 manat, Zərərçəkmiş şəxs4 qızı Şahid3 işə düzəltmək üçün 2000 manat, Reyhanın özünü işə düzəltmək üçün 750 manat, Zərərçəkmiş şəxs2 oğlu Şahid4 işə düzəltmək üçün 7500 manat, Zərərçəkmiş şəxs1 işə düzəltmək üçün 4000 manat pul almışdır. Həmin pulları o, alandan sonra Vüqar həmin pulları özündə saxlamağını və gəlib götürəcəyini demişdir. 2022-ci ilin yanvar ayının sonu, fevral ayının əvvəllərində Vüqar onun kirayədə yaşadığı evə gələrək həmin pulları götürmüşdür. Vüqar 3 aya şəxslərin işinin həll olunacağını demişdir. Mart ayından Vüqara zəng çatmamış və şəxslər onu axtarmağa başlamışlar, onun səhhətində problem olmuş və o, xəstəxanada stasionar müalicədə olmuşdur. Xəstəxanadan çıxandan sonra Vüqarın telefonuna zənglər etdiyini görmüş və o, onunla əlaqə saxlamışdır. O, Vüqara camaatın ondan əl çəkmədiklərini və işlərini həll etməsini bildirmış, həmin vaxt Vüqar ondan aldığı pulları etiraf etməmiş və onu tanımadığını bildirmişdir. Bundan sonra o, bütün olanlar barədə şikayət etmişdir. Vüqarın ona “Vatsapp” sosial şəbəkəsində göndərdiyi səs yazısını disk şəklində təqdim etmiş, həmin səs yazısı rəfiqəsi Rənanı 2 nömrəli Sumqayıt xəstəxanasında işə düzəldəcəyi bildirir. Zərərçəkmiş şəxslərə gah Humay, gah həkim, gah da yüksək vəzifələrdə işləyən şəxslərin vasitəsi ilə işə düzəldəcəyini yalandan demişdir. Belə ki, Vüqar hərbiçi olduğunu və adının hallanmamasını dediyindən o, yalandan qeyd olunan şəxslərin vasitəsi ilə işə düzəldəcəyini demişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək üçün kredit götürmək istə də banklar onun adında gecikmə olduğundan ona kredit verməkdən imtina etmişlər. Vaxt verilərsə ödəniş edə bilər. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının əvvəllərində tanımışdır. Belə ki, qardaşının arvadı Rəmziyyə Qaz İdarəsinin yaxınlığında gözəllik salonunda işləyir. Ulduza Rəmziyyənin müştərisi olmuşdur. Söhbət əsasnasında Ulduza Rəmziyyədən ərinin və ya hansısa tanışının işsiz olub-olmadığını soruşmuş, Rəmziyyə isə onun işsiz olduğunu demişdir. Həmin ərəfədə qohumları onun iş axtardığını bilmişlər. Ulduza Sumqayıt şəhərində yerləşən tütün zavodunun direktorunun arvadı ilə yaxşı münasibətinin olduğunu və həmin şəxsin vasitəsi ilə onu həmin zavodda operator işinə düzəldə biləcəyini, 1000 manat əmək haqqı alacağını, ancaq işə düzəltmək üçün 5000 manat pul lazım olduğunu Ulduza bildirmişdir. Həmin vaxt Rəmziyyə onun 2-ci Qarabağ döyüşlərində iştirak etdiyini Ulduzaya bildirdikdə, Ulduza 4000 manata işi həll edəcəyini demişdir. Rəmziyyə bundan sonra ona bu barədə məlumat vermiş, bir neçə gün sonra o, qardaşı Ceyhunla bir yerdə Sumqayıt Dövlət Universitetin yaxınlığında olan “Bazar store” mağazasının qarşısında Ulduza ilə görüşmüşlər. Ulduza qardaşı arvadı Rəmziyyəyə dediyi sözləri onlara təkrarlamış və onlar Ulduzaya inanmışlar. Bundan sonra o, özünə məxsus “Vaz 2107” markalı avtomobilini satmış və 2022-ci ilin fevral ayının ortalarında Sumqayıt Dövlət Universitetinin yaxınlığında olan “Bazar store” mağazasının qarşısında qardaşı Ceyhunun, gəlinləri Rəmziyyənin iştirakı ilə Ulduzaya 1000 manat pul vermişdir. Bundan sonra Ulduzanm istəyi ilə sonuncuya şəkilli anket məlumatlarını vermişdir. Bir neçə gün sonra isə fevral ayının ortalarında Ulduza ilə işlədiyi Qaz İdarəsinin qarşısında görüşmüş və 3000 manat pulu Rəmziyyənin iştirakı ilə Ulduzaya vermişdir. Ulduza 2022-ci ilin mart ayında onun işə çıxacağını demişdir. 2022-ci ilin mart ayında o, onunla əlaqə saxlamış, Ulduza Sumqayıt şəhər İcra Hakimiyyətində Humay adlı qadının vasitəsi ilə onun işini həll edəcəyini biraz səbrli olmağını demiş, o isə Ulduzaya inanmışdır. Bundan bir neçə gün sonra isə Ulduza ondan aldığı pulu hansısa hərbiçiyə verdiyini, həmin adamın onu aldatdığını bildirmişdir. O, Ulduzadan pulunu tələb etmiş, sonuncu həmin vaxt işin alınmadığını, pulu tezliklə qaytaracağını bildirmişdir. 2022-ci ilin aprel ayında o, Ulduzanın yaşadığı Sumqayıt şəhərində yerləşən “Kristal Abşeron”un binasına getmiş, Ulduza özünün də aldadıldığını demişdir. Bundan sonra o, Ulduzanın ondan başqa bir neçə nəfər şəxsi aldatdığını bilib ərizə ilə müraciət etmişdir. Şahid6 barəsində Ulduza ona və gəlinlərinə heç nə deməmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər qardaşı Bayram qonşu olmuşdur. Bu səbəbdən qardaşı arvadı Nabatın onunla yaxşı münasibəti yaranmış, Ulduza söhbət əsnasında müxtəlif şəxsləri işə düzəltdiyini, iş axtaran şəxs olduqda ona yönləndirməsini bildirmişdir. Onun 25 yaşı oğlu İlqar iş tapa bilmədiyindən o, bu barədə müxtəlif qohumlara demişdir. Nabat da öz növbəsində Ulduzaya demiş, Ulduza isə Sumqayıtda yerləşən tütün fabrikində 1000 manat əmək haqqı verilən iş olduğunu, işə düzəlməyə görə 10.000 manat tələb olunduğunu, ancaq danışıb 8000 manat həll edə biləcəyini Nabata demişdir. Nabat da öz növbəsində bu barədə ona demiş və o, Ulduza ilə əlaqə saxlamışdır. Ulduza Nabata dediyi sözləri ona da təkrarlamış, o, işin nə vaxta düzələcəyini soruşduqda, Ulduza pul verildikdən 10-15 gün sonra işin düzələcəyini demişdir. 11 yanvar 2022-ci il tarixdə Ulduza Nabatla bir yerdə yaşadığı evə gəlmişlər. Ulduza oğlunu tütün fabrikində kompüter mühəndisi işinə düzəldəcəyini, 1000 manat maaş alacağını demişdir. Ulduza 8000 manata bu işi həll edəcəyini, həmin işi Sumqayıt şəhər icra hakimiyyətində işləyən Humay adlı qadının vasitəsi ilə həll edəcəyini demişdir. O, 8000 manat pul düzəldə bilmədiyini, ancaq 7500 manat pul düzəldə biləcəyini bildirdikdə, Ulduza onunla razılaşmış və o, həmin gün evində Ulduzaya 7500 manat pul vermişdir. Ulduza oğlunun müvafiq sənədlərinin surətlərini götürmüş və şəkilli “CV” düzəldəcəyini demişdir. Bir müddət keçəndən sonra o, Ulduza ilə əlaqə saxlamış və işin nə yerdə olduğunu soruşmuşdur. Həmin vaxt Ulduza bəzi gecikmələrin olduğunu, tezliklə işin həll olunacağını demişdir. Bundan sonra Ulduzanın xəstəxanada müalicə olunduğunu bilmişdir. Həmin müddətdə Ulduza ilə əlaqə saxlaya bilməmişdir. Xəstəxanadan çıxdıqda narahat olmamağı, işin həll olunacağını demişdir. O, Ulduzanın dedikləri ilə razı olmamış və pulunu qaytarılmasını tələb etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Ulduza ondan başqa digər şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2020-ci ildə yaşadığı ünvana qaz sayğacını aktlaşdırmaq məqsədilə Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən qaz idarəsinə müraciət etmişdir. Orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Ulduza sənədlərini qəbul edərək ondan mobil nömrəsini istəmişdir ki, onlara fəhlələr göndərəcək. O, heç bir şeydən şübhələnməyərək mobil nömrəsini Ulduzaya vermişdir. Qaz idarəsindən ustalar gəlmiş və onların qaz sayğacını aktlaşdırıb getmişlər. Təxminən bir həftə keçəndən sonra ona zəng gəlmiş, o, telefonu açdıqda Ulduza olduğunu bildirmiş və onunla söhbətə başlamışdır. Onun Ulduza ilə çox səmimi münasibəti yaranmış, Ulduza onun işsiz olduğunu öyrənib ona və oğluna iş düzəldəcəyini bildirmişdir. Ulduza ondan oğlunun harada işlədiyini, nə qədər maaş aldığını soruşmuş və ona bildirmişdir ki, indiki zamanda bu qədər maaşla ailə dolanmaz. Ulduza bildirmişdir ki, “bizim adamlarımız var, sən narahat olma, mən sənin arxandayam, sənə kömək edəcəyəm.” Bir gün yenə zəng edərək bildirmişdir ki, “oğlun üçün Sumqayıtda tütün zavodunda operator işi danışmışam, 800 manat maaş olacaq,” “bu iş üçün 5000 manat lazımdır, lakin mən 3500 manata razı salmışam”. O da Ulduzaya o qədər pulunun olmadığını bildirdikdə, Ulduza demişdir ki, “heç cür əlindən çıxartma, hər zaman iş olmur, bir yerdən tap, onsuz uşaq yüksək maaş alacaq, bir neçə ayın içində o pulu çıxaracaqsan”. O, Ulduzaya inanaraq özünə məxsus olan İtaliya istehsalı olan 750 əyarlı olan təxminən 40 qram çəkidə olan qızıl boyunbağı və İtaliya istehsalı olan 750 əyarlı təxminən 35 qram çəkidə olan markasını xatırlamadığı qızıl saatı xx.xx.2020-ci il tarixdə «Rabitəbank» bankın Sumqayıt şəhər filialına qoyaraq 3500 manat pulu götürmüş və həmin gün aparıb qızı Lalənin yanında şəxsən özü qaz idarəsində Ulduza xanıma vermişdir. Ulduza ona ilin axırı olduğu üçün 2021-ci ilin yanvar ayında, yəni yeni ildən sonra oğlunun yeni işinə başlayacağını demişdir. Təxminən yanvar ayı qurtarmış, hələ də oğlu işə başlamamış, 2021-ci ilin fevral ayı gəldikdə Ulduza onu da işə düzəldə biləcəyini bildirmişdir. Ulduza onu “Alyans” tekstill fabrikində qrup rəhbəri işinə düzəldə biləcəyini, həmin işi həkim işləyən qadının vasitəsi ilə düzəldəcəyini, həmin qadının yüksək əlaqələrinin olduğunu demişdir. Ulduza oğlunu da həmin həkimin vasitəsi ilə işə düzəldəcəyini demişdir. Ulduza onun işini həll etməsi üçün ondan 1000 manat pul istəmişdir. O da məcbur qalıb bacısı Reyhandan borc alıb qızının iştirakı ilə 2021-ci ilin fevral ayının əvvəllərində 1000 manat pulu qaz idarəsində Ulduzaya vermişdir. Ulduza onu arxayın etmişdir ki, 2021-ci ilin mart ayında işə gedəcək. Özü ona CV şəklində sənəd düzəldib Alyans şirkətinə təqdim edəcəkdir. Bu arada o, Ulduza ilə oğlunun işi ilə maraqlandıqda sonuncu ona bildirmişdir ki, “bir az səbirli ol tezliklə uşağı çağıracaqlar.” 2021-ci ilin fevral ayının axırlarında Ulduza ona zəng edib tütün zavodunun uşağın sağlamlığı üçün zərərli olduğunu, uşağa başqa bir iş tapdığını, bu işin inkosator işi olduğunu, Bakıda E-manat şirkətində işə düzəldəcəyini demişdir. Bu aralarda Ulduza onlarla ailəvi münasibət qurmuş, onlar tez-tez bir-birlərinin evində görüşmüşlər. Nəhayət 2021-ci ilin aprel ayının 15-də oğlu Eldar Bakıda Araz Marketlər Şəbəkəsinə müraciət etmiş və oğlunu orada işə düzəltmişlər. Ulduza yenə pandemiya şəraitini bəhanə gətirərək işin yubanmasını bildirmişdir. Bu arada onları uşaqlarla birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Kristal Abşeron» da yerləşən evinə dəvət etmişdir. Ona söhbət əsnasında işlədiyi Qaz idarəsində daha yüksək vəzifəyə keçmək üçün 7500 manat məbləğdə pul lazım olduğunu və ondan kömək etməyini istədiyini demişdir. O da Ulduzaya pulunun olmadığını, ancaq qızıl və zinət əşyalarının olduğunu bildirmişdir. Ulduza bu vəzifəyə keçdiyi halda yüksək maaşla, yəni 2000 manat maaşla təmin olunacağını və tezliklə ondan alacağı borcu geri qaytaracağını bildirmişdir. Aralarındakı isti münasibətə, səmimi ünsiyyətə görə Ulduzaya inanmış və onu aldadacağından şübhə etməmişdir. Evindəki geri qalan qızıl əşyalarını, İtaliya istehsalı olan 750 əyarlı təxminən 20 qram çəkidə olan qızıl qolbağını, qızıl bilərziyini və qızıl boyunbağını götürüb Ulduza ilə birlikdə 2021-ci ilin aprel ayının axırlarında Sumqayıt şəhəri Sputnik adlanan yerin yaxınlığında yerləşən lombarda gedib orada girov qoyaraq ilkin olaraq 3000 manat pul götürmüşlər və Rabitə bankda olan borcunu bağlamış, ora xx.xx.2020-ci il tarixdə girov qoyduğu qızılları yenidən götürüb birlikdə yenidən Sumqayıt şəhəri “Sputnik” deyilən yerin yanındakı lombarda qayıdıb qızılların hamısını ora girov qoyub 3000 manatdan əlavə ona 6500 manat pul da vermişlər, məbləğ artıq ümumilikdə 9500 manat olmuşdur. Bundan sonra 9500 manat pulun 3000 manatını götürüb “Rabitə Banka” qoymuşdur. 2021-ci ilin aprel ayının axırlarında Ulduzanın yaşadığı evdə özü 6500 manat pulu Ulduzaya vermişdir. Lombardın hər ay ödəniləcək məbləği 765 manat təyin olunmuşdur. Ulduza bu məbləği özü ödəyəcəyini bildirmiş və pulu ondan almış, 2021-ci ilin oktyabr ayına kimi mütəmadi olaraq aybaay bu məbləği özü ödəmişdir. 2021-ci ilin oktyabr ayının axırlarında Ulduza ona bu vəzifə üçün əlavə olaraq 2000 manat da lazım olacağını bildirmiş və ona lombarddakı məbləği yeniləməyi təklif etmişdir. O da razılaşmış, 2021-ci ilin oktyabr ayının axırlarında Ulduza ilə birlikdə yenə də lombarda getmi, ödəniş olunduğu üçün həmin qızılları yenidən təminat göstərərək yeni müqavilə imzalamışdır. Orada ona əlavə olaraq 2000 manat da vermişlər, o, həmin pulu Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Lombardın içərisində Ulduzaya vermişdir. Bu işdən bir müddət keçdikdən sonra 2021-ci ilin noyabr ayının əvvəllərində evində təmir üçün 4000 manat topladığı pulu Ulduza bilmiş və ondan həmin pulu istəmişdir. Xəstəliyi səbəbindən pensiyaya çıxacağını və pensiyası yüksək məbləğ olacağını bildirmişdir. Ona 4-5 ilin pensiyasını geri qaytaracaqlarını və təxminən 20.000 manat pul alacağını, bununla ona olan bütün borclarını geri qaytaracağını demişdir. Yenə də onu arxayın salmışdır. 2022-ci ilin yanvarfevral aylarında 4000 manat pulu Ulduzaya vermişdir. O, həmin pulu Ulduzanm yaşadığı evdə vermişdir. 2022-ci ilin mart ayının 17-dən aprel ayının 4-dək Ulduza xəstəxanaya düşməsi ilə əlaqədar olaraq özündə telefon olmadığına görə onunla əlaqə saxlaya bilməmişlər. Aprel ayının 5-də Ulduza onunla əlaqə saxlayaraq xəstəxanadan çıxdığını, lombarddan aprel ayı üçün borcundan 400 manat faiz borcunu ona aparıb ödəməsi üçün vermişdir. Həmin ayın 20-də xəstə olduğu üçün Ulduzanın evinə getdikdə digər şikayətçiləri də orada görmüşdür. Ona məlum olmuşdur ki, Ulduza onları da aldadıb pullarını ələ keçirmişdir. O, Ulduzadan onu niyə aldatdığının səbəbini soruşduqda, sonuncu ona onları aldadıb pullarını ələ keçirdiyini, pulları qaytaracağını etiraf etmişdir. O, bacısı və digər şikayətçilər rəsmi olaraq polis idarəsinə müraciət edərək şikayətlərini bildirməyi qərara almışlar. Nəticə olaraq Ulduza onun etibarından sui-istifadə edərək müxtəlif bəhanələrlə cəmi 17.000 manat pulunu ələ keçirmişdir. Bacısı ilə Ulduzanın evində olub pulu istəyən zaman, sonuncu görüntülü Vüqar adında bir nəfərə zəng edərək onu aldatdığını deyərək onların pulllarını istədiklərini demiş, həmin şəxs Ulduzanın dediklərini təkzib edərək Ulduzadan pul almadığını bildirmişdir. Onun müxtəlif vaxtlarda Ulduzaya pul verməyi prosesini qızı Lalə və bacısı Reyhan görmüş və onlar da bu prosesdə iştirak etmişlər. Ulduza 4500 manatı onları işə düzəltmək adı ilə, qalan pulları isə özünün yüksək vəzifəyə getməsi məqsədi ilə almışdır. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımışdır. Belə ki, 2020-ci ilin sonlarında İlahə Ulduza ilə tanış olmuş və X6 yaxşı əmək haqqı ilə işə düzəltmək üçün İlahədən onun iştirakı ilə 3500 manat pul almış və daha sonra aralarında münasibətlər yaranmışdır. Hətta evlərinə gediş-gəliş də başlanmış, bir-birlərinin xeyir məclislərində iştirak etmişlər. Həmin dövrlər, yəni 2021-ci ilin mart ayında Ulduza onun qızı Şahid3 İqdisat Universitetinin 3-cü kursunda təhsil aldığını bildiyindən ona təklif etmişdir ki, Gülnazı aylıq əmək haqqısı minimum 600 manat olan “Alyans” şirkətinə işə düzəltsin. Eyni təklifi Ulduza bacısı İlahəyə də etmişdir. Onlarda artıq Ulduzaya inam yarandığından heç nədən şübhələnmədən elə 2021-ci ilin mart ayının əvvəllərində 2000 manat pulu Ulduzanın işlədiyi Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən Qaz İstismarı İdarəsinə gedərək Ulduzaya 2000 manat pul vermişdir. Bundan başqa o, Ulduzaya qızının şəkilli sənədlərini də təqdim etmişdir. Ondan bir ay əvvəl, yəni 2021-ci ilin fevral ayında isə bacısı İlahə özünün eyni işə qəbul olunması üçün Ulduzaya 1000 manat pul vermişdir. Ulduza ondan pulu aldıqdan sonra hazırda şirkətə işçilərin yığım prosesinin getdiyini, aprel ayında “Alyans” şirkətinin açılışı olacağını, bundan sonra Gülnazın işə başlayacağını bildirmişdir. Aprel ayının axırlarında o, Ulduzadan qızının işi barədə soruşduqda sonuncu pandemiya ilə əlaqədar Azərbaycanda tətbiq olunan karantin rejimi ilə bağlı şirkətin daxili açılışı olduğunu, işçilərin dəvət olunmasının sonraya qaldığını bildirdikdə o, yenə Ulduzaya inanaraq gözləməyə başlamışdır. Bir neçə ay keçdikdən sonra da qızı işlə təmin olunmamış, həmin dövrdə artıq Ulduza ilə münasibətləri çox yaxın olduğundan və hər dəfə o, Ulduzadan qızının işi barədə soruşarkən sonuncu ona narahat olmamağı, hər şeyin yaxşı olacağını bildirdiyindən o, Ulduzaya inanaraq səbirlə gözləmişdir. 2021-ci ilin dekabr ayında Ulduza onu aylıq 300 manat əmək haqqı olan “MKİS”də işə qəbul etdirməyi təklif edərək buna görə 750 manat pul vermək lazım olduğunu bildirdikdə o, yenə Ulduzaya inanaraq həmin məbləği 2021-ci ilin dekabr ayının sonlarında Ulduzaya işlədiyi Qaz İstismarı İdarəsində vermişdir. Həmin vaxt artıq ilin sonu olduğundan Ulduza ona 2022-ci ilin mart ayının sonunadək onun və qızının iş məsələsinin həll olunacağını bildirmişdir. Lakin mart ayı gəldikdən sonra da Ulduzadan heç bir xəbər çıxmamış, yalnız 2022-ci ilin aprel ayında Ulduza borclulardan canını qurtarmaq üçün özünü xəstəliyə vurub xəstəxanada yatarkən o və bacısı İlahəyə məlum olmuşdur ki, təxminən 1 ildən artıq müddətdə Ulduza onları aldadaraq İlahənin 17.000 manat, onun isə 2750 manat pullarını ələ keçirmişdir. Belə ki, İlahə oğlu Eldarın da şirkətə işə düzəldilməsi üçün də Ulduzanm hər hansı bir məbləğ pulu şirkətə vermədiyini, bu məqsədlə aldığı 3500 manat pulu özünün ələ keçirdiyini öyrənmişdir. Bundan sonra o və İlahə Ulduzaya verdikləri pulları geri tələb edərkən Ulduza onları aldatdığını etiraf edərək xəstəliyini bəhanə gətirib tezliklə pullarını qaytaracağını bildirmişdir. Lakin hal-hazıra kimi də pulları qaytarmaqdan imtina edir. Bundan başqa bacısı ilə pulu qaytarması üçün Ulduzanın evində olan zaman sonuncu görüntülü Vüqar adında bir nəfərə zəng edərək onu aldatdığını deyərək onların pullları istədiklərini bildirmiş, həmin şəxs isə Ulduzanm dediklərini təkzib etmiş və Ulduzadan pul almadığını bildirmişdir. Təqsirləndirilən şəxs onu və qızını işə həkimin vasitəsi ilə işə düzəldə biləcəyini bildirmiş, Ulduza həmin həkimin yaxşı əlaqələrinin olduğunu bildirmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qaz idarəsinin işçisi kimi tanımışdır. Bundan başqa Təqsirləndirilən şəxs onu, anasını, xalasını və xalası qızını işə düzəldəcəyini bildirmişdir. İlk öncə 2020-ci ilin oktyabr- noyabr aylarında Ulduza onu Sumqayıt şəhərində yerləşən tütün zavodunda operator işinə düzəldəcəyini, bunun üçün anasından 3500 manat pul almışdır. Anası həmin pulu Ulduzanın iş yerində sonuncuya vermişdir. Həmin vaxt Ulduza ona aid olan sənədləri də götürmüşdür. Bundan sonra 2021-ci ilin fevral ayında Ulduza anasını Alyans şirkətində qrup rəhbəri işinə düzəldəcəyini, bunun üçün anası Ulduzaya 2021-ci ilin fevral ayında işlədiyi yerdə 1000 manat pul vermişdir. Bundan sonra Ulduza müxtəlif bəhanələr gətirirək tezliklə işinin həll olunacağını demiş və onlar da Ulduzaya inanmışlar. Bundan əlavə Ulduza özünün yüksək vəzifəyə düzələcəyi və yüksək məvaciblə pensiyaya çıxması adı ilə anasından müxtəlif vaxtlarda ümumilikdə 12500 manat pul almışdır. Anası mütəmadi olaraq Ulduza ilə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşur, Ulduza isə hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə işin həll olunacağını demişdir. Bir müddət sonra Ulduza xəstəxanada müalicə almış və həmin vaxt onlar Ulduzanın onlardan başqa bir neçə nəfər şəxsi də işə düzəltmək üçün aldadaraq pullarını ələ keçirdiyini bilmişlər. “Araz” marketə Ulduza xanım vasitəsi ilə düzəlmiş, lakin bunun üçün ona heç bir pul verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ulduza Mahmdovanı qaz idarəsinin işçisi kimi tanımışdır. Belə ki, Ulduza ilə ilk öncə xalası İlahə tanış olmuş, bundan sonra onların da münasibətləri yaranmışdır. Ulduza xalası oğlu Eldarı işə düzəltməsi üçün ilk öncə 3500 manat pul almışdır. Bundan sonra Ulduza anasına onu “Alyans” tekstil şirkətində insan resursları departamentində kiçik mütəxəssis işinə düzəldəcəyini demiş və onlar da buna inanmışlar. 2021-ci ilin mart ayının əvvəllərində anası Ulduzaya onu işə düzəltməsi üçün 2000 manat pul vermişdir. Bundan sonra Ulduza ona aid sənədləri götürmüş və tezliklə işin həll olunacağını demişdir. 2021-ci ilin dekabr ayının sonlarında isə Ulduza anasını MKİS-də işə düzəldə biləcəyini demiş və buna görə anası Ulduzaya 750 manat pul vermişdir. Bundan sonra Ulduza müxtəlif bəhanələr gətirirək tezliklə işlərinin həll olunacağını demiş və onlar da sonuncuya inanmışlar. Anası mütəmadi olaraq Ulduza ilə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşur, Ulduza isə hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə işin həll olunacağını demişdir. Bir müddət sonra Ulduza xəstəxanada müalicə almış və həmin vaxt onlar bilmişlər ki, Ulduza onlardan başqa bir neçə nəfər şəxsi də işə düzəltmək üçün aldadaraq pullarını ələ keçirmişdir. Ulduza onu və anasını müxtəlif vəzifədə işləyən şəxslərin tanışılığı ilə işə düzəldəcəyini yalandan demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 25 ildir ki, tanıyır. Belə ki, onlar əvvəllər eyni binada yaşamışlar. Həmin vaxtdan onların yaxşı münasibətləri olmuşdur. 2021-ci ilin sonlarında o, evini dəyişmiş və qaz məsələsi ilə bağlı qaz idarəsinə getmişdir və orada Ulduza ilə görüşmüşlər. Bundan sonra Ulduza onun telefonunu götürmüş və əlaqə saxlayacağını demişdir. Ulduza mütəmadi olaraq ona zəng etmiş və müxtəlif şəxsləri işə düzəltdiyini, onu da yaxşı işə düzəldə biləcəyini demişdir. Ulduza gah 3000 manat, gah da 4000 manata onu işə düzəldə biləcəyini, ancaq onun pulu olmadığına görə o, Ulduza ilə danışa bilməmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində o, ailəsi ilə bir yerdə qaynı Vidadinın evinə getmiş, Vidadinin oğlu Şahid4 ali təhsilli olmasına baxmayaraq işsiz olmuşdur. Söhbət əsnasında Vidadi İlqara iş tapmadığını demişdir. Bundan sonra o, onlara Ulduza barəsində danışmış və Ulduza ilə əlaqə saxlamışdır. O, İlqar barədə məlumat vermiş, Ulduza isə İlqarı tütün fabrikində 10.000 manata işə düzəldə biləcəyini demişdir. Bundan sonra Ulduza onunla tanış olduğunu və buna görə 8000 manata həll edəcəyini demişdir. O, bu barədə Vidadiyə demiş və Vidadi özü də Ulduza ilə əlaqə saxlamışdır. Bundan sonra 11 yanvar 2022-ci il tarixdə Ulduza ilə birlikdə Vidadinin yaşadığı evə getmişlər. Orada ətraflı söhbət etmişlər və Ulduza 7500 manata İlqarı tütün fabrikində operator işinə düzəldə biləcəyini demişdir. Vidadi onların iştirakı ilə 7500 manat pulu Ulduzaya vermişdir. Ulduza 10-15 günə işin həll olunacağını, həmin işi İcra Hakimiyyətində işləyən “Humay” adlı şəxsin vasitəsi ilə düzəldəcəyini demişdir. Bundan sonra onlar mütəmadi olaraq Ulduza ilə əlaqə saxlamışlar, ancaq sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bir müddət xəstəxanada yatmış, daha sonra çıxmışdır. Bundan sonra onlar Ulduza tərəfindən aldadıldıqlarını bilmişlər. Daha sonra maraqlanan zaman Ulduzanın onlardan başqa digər şəxsləri də aldatdığını bilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2003-cü ildən 2020-ci ilə qədər N saylı hərbi hissədə müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ildə ailə məsələsi ilə əlaqədar təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarından tanımışdır. Belə ki, onun Corat 2-ci məhəllə, M.Qafarov küçəsi, ev 39K ünvanında fərdi yaşayış evi vardır. Həmin evdə qaz sayğacında problem olduğundan qaz idarəsinə müraciət etmiş, o, özünü N saylı hərbi hissənin keçmiş zabiti kimi təqdim etmişdir. Bundan sonra qaz idarəsində onu 9-cu otaqda Ulduza xanıma yönləndirmişlər. Onun qaz sayğacı ilə bağlı problemi həll olunmuşdur. Həmin vaxt Ulduza ondan kim olduğunu soruşmuş, o isə keçmiş hərbiçi olduğunu demiş, Ulduza ondan telefon nömrəsini istəmiş və əməkdaşlar evə gələn zaman əlaqə saxlayacağını bildirmişdir. Onun qaz kartı ilə bağlı problemi olmuş və yenidən qaz idarəsinə müraciət etmişdir. Ulduza kart məsələsini həll edəndən sonra kartı evindən götürə biləcəyini demişdir. 2021-ci ilin avqust ayında Ulduza ona zəng edib kartın özündə olduğunu demiş və o, X7 binasında yerləşən evinə getmişdir. Evdə heç kim olmamış, Ulduza qapını açmış və kartı ona təqdim etmişdir. Daha sonra onu çay içməyə dəvət etmiş və o, çay içəndən sonra onunla sağollaşıb çıxmışdır. 2022-ci ilin təxminən mart ayında ona Ulduzanın nömrəsi ilə görüntülü zəng gəlmişdir. O, telefona cavab vermiş, başının üzərində 2 xanım olduğunu görmüşdür. Ulduza anormal hərəkətlər etmiş, həmin xanımlar ona demişlər ki, Ulduzaya verdikləri pulu Ulduza ona vermişdir və pullarını qaytarmağını bildirdikdə, o belə bir şeyin olmadığını, Ulduzanın yalan dediyini, gedib işlərini həll etmələrini demişdir. Bundan sonra bu barədə heç kim ona zəng etməmişdir. Onun münasibəti Təqsirləndirilən şəxs ilə ancaq qaz idarəsinin əməkdaşı və vətəndaş şəklində olmuşdur. Təqsirləndirilən şəxs yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi səs yazısı ona məxsusdur. Təqsirləndirilən şəxs ona sayğacla və qaz kartı ilə bağlı köməklik etmiş, sonuncu onun hərbiçi işləyib təqaüdə çıxdığını, ondan bir nəfərin xəstəxanaya işə düzəltmək üçün hərbiçi kimi baş həkimdən xahiş etməsini istəmiş, o da həmin vaxt yalandan guya baş həkimə deyəcəyini söz vermiş, ancaq aralarında heç bir pul məsələsi olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun qardaşı, Rəmziyyə Mirzəyeva isə onun arvadıdır. Arvadı Rəmziyyə, Təqsirləndirilən şəxsm bir neçə ildir ki, tanıyır. Belə ki, arvadı Ulduzanın işlədiyi qaz idarəsinin yaxınlığında olan gözəllik salonunda işləyir. Ulduza həmin salona gələn zaman onlar tanış olmuşlar. Söhbət əsnasında Ulduza müxtəlif şəxsləri işə düzəltdiyini demiş və Rəmziyyə də buna inanmışdır. Qardaşı Cavid ikinci Qarabağ döyüşlərində iştirak etmişdir. Döyüşdən qayıdandan sonra isə işsiz olmuş və iş axtarmışdır. Bu barədə onlar yaxınlarına bildirmişdir. Söhbət əsnasında Rəmziyyə qardaşı barədə Ulduzaya demiş, sonuncu isə Sumqayıt şəhərində yerləşən tütün zavodunun direktorunun arvadı ilə yaxşı münasbətinin olduğunu və həmin şəxsin vasitəsi ilə Cavidi həmin zavodda operator işinə düzəldə biləcəyini demişdir. Ulduza həmin işə görə Cavidin 1000 manat əmək haqqı alacağını demiş, ancaq işə düzəlmək üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Rəmziyyə, Cavidin Qarabağ döyüşlərində iştirak etdiyini Ulduzaya demiş, bu zaman Ulduza 4000 manata işi həll edəcəyini bildirmişdir. Rəmziyyə bundan sonra bu barədə ona və Cavidə demişdir. Bir neçə gün sonra Cavidlə bir yerdə Sumqayıt Dövlət Universitetin yaxınlığında olan “Bazar store” mağazasının qarşısında Ulduza ilə görüşmüşlər. Ulduza Rəmziyyəyə dediyi sözləri onlara da demiş və onlar Ulduzaya inanmışlar. Bundan sonra Cavid özünə məxsus “Vaz 2107” markalı avtomobilini satmış və 2022-ci ilin fevral ayının ortalarında Sumqayıt Dövlət Universitetinin yaxınlığında olan “Bazar store” mağazasının qarşısında onun və Rəmziyyənin iştirakı ilə Ulduzaya 1000 manat pul vermişdir. Bundan sonra Ulduzanın istəyi ilə Cavid şəkilli anket məlumatlarını vermişdir. Bir neçə gün sonra isə fevral ayının ortalarında Cavid Rəmziyyə ilə Ulduzanın işlədiyi Qaz İdarəsinin qarşısında görüşmüş və 3000 manat pulu Ulduzaya vermişdir. Ulduza 2022-ci ilin mart ayında Cavidin işə çıxacağını demişdir. 2022-ci ilin mart ayında Cavid onunla əlaqə saxlamışdır. Həmin vaxt Ulduza Sumqayıt şəhər İcra Hakimiyyətində Humay adlı qadının vasitəsi ilə Cavidin işini həll edəcəyini, biraz səbrli olmasını demiş, onlar isə Ulduzaya inanmışlar. 2022-ci ilin aprel ayında Cavid Ulduzanın yaşadığı Sumqayıt şəhərində yerləşən “Kristal Abşeron”un binasına getmişdir. Bundan sonra Ulduzanın Caviddən başqa bir neçə nəfər şəxsi aldatdığını bilmişlər və Cavid bu barədə ərizə ilə müraciət etmişdir. Şahid6 adlı şəxs barəsində Ulduza onlara heç nə deməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının əvvəllərindən tanımışdır. Belə ki, xalası Nabat onlara gələn zaman atası Vidadi onun iş problemindən danışmış və Nabat Ulduza adlı şəxsin olduğunu demiş, həmin şəxsin bu işlə məşğul olduğunu demişdir. Bundan sonra Nabat Ulduza ilə əlaqə saxlamış, daha sonra atası da Ulduza ilə danışmışdır. Ulduza onu yekun olaraq 8000 manata tütün fabrikində operator işinə düzəldə biləcəyini demişdir. 11 yanvar 2022-ci il tarixdə Nabatla Ulduza onlara gəlmişlər. Həmin vaxt Ulduza ilə ətraflı söhbət etmişlər. Ulduza İcra Hakimiyyətində işləyən “Humay” adlı şəxsin vasitəsi ilə onun işini həll edəcəyini demişdir. Stol arxasında Ulduza 7500 manata işi həll edə biləcəyini demişdir. Bundan sonra atası yaşadıqları evdə 7500 manat pulu Ulduzaya vermişdir. Ulduza həmin vaxt ondan müvafiq sənədlərin surətini götürmüş və həmin sənədlərlə “CV” düzəldəcəyini və fabrikə göndərəcəyini demişdir. Ulduza 10-15 günə işin həll olunacağını demişdir. Həmin vaxt tamam olandan sonra Ulduza ilə əlaqə saxlamışlar. Ulduza də hər dəfə müxtəlif bəhanələr gətirib tezliklə işin həll olunacağını demişdir. Ulduza bir müddət xəstəxanada yatmış, daha sonra çıxmışdır. Bundan sonra onlar Ulduza tərəfindən aldadıldıqlarını bilmişlər. Daha sonra maraqlanan zaman Ulduzanın onlardan başqa digər şəxsləri də aldatdığını bilmişlər. Ulduza Vüqar adlı şəxs barədə heçnə deməmiş, Humay adlı şəxsin vasitəsi ilə onu işə düzəldə biləcəyini demişdir. Ancaq sonradan onlar pullarını istəyən zaman Ulduza guya pulları Vüqara verdiyini demişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, HK-1/615 nömrəli material Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid6 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan ona axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, Şahid6 22 oktyabr 2022-ci il tarixdə saat 14:00-da özü könüllü olaraq Sumqayıt ŞPİ-nin İŞ-nə gəlmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid6 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid6 şübhəli şəxs qismində iştirakına xitam verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən olundu ki, Şahid6 səsi olduğu deyilən şəxsin Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə səs göndərdiyi müəyyən olunur. Həmin səs yazısında Şahid6 ilkin olaraq Təqsirləndirilən şəxs ilə salamlaşır. Daha sonra həkim xanım barəsində xəstəxananın baş həkiminə nəsə dediyini, baş həkimin baxarıq dediyini, həmin şəxsin dəqiq işlədiyini, ona görə baş həkimə ağız açacağını, Təqsirləndirilən şəxs görə xahiş edəcəyini, həmin xanımı tanımadığını və həmin şəxsin tərcümeyi-halını səs şəklində ona göndərməsini bildirir. Məhkəmə iclası zamanı təqdim olunmuş diskə baxış zamanı xx.xx.2022-ci il tarixli protokolda qeyd olunanların eyni məzmunda öz əksini tapdığı müəyyən olunmuşdur. İş materiallarında olan “STŞ-Turan” Mənzil Tikinti Kooperativliyi tərəfindən verilmiş 03/279 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, ünvan 5 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-cii il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 308-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 311-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid6 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi səs yazısı maddi sübut kimi qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxlər və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində zərərçəkmiş şəxslərdən aldığı pulları Şahid6 verməsi, sonuncunun onu da aldatması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar iş materialları ilə tam təkzib olunmaqla öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmır, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin iki hissəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzası ona görə təyin edilməlidir ki, təsiqləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu, davamlılığı və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 03 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. 02 ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)- 948/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 2066 saylı orderə əsasən vəkil X4 onun vəkili təyin etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ilə müqavilə bağladığından dövlət hesabına təyin edilmiş müdafiəçi X1 hüquqi yardımından imtina etmişdir. Müdafiəçi X5 məhkəmə iclasında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 03 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-221/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-221/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver