Məhkəmə qərarları › İş №1(060)-222/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-222/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-222/2022 02.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 iştirakları, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1987-ci ildə Ermənistan SSR, Sisiyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4aşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,534 qram çəkidə narkotik vasitə olan heroini, 0,202 qram çəkidə psixatrop maddə olan metamfetini əldə edib daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitə olan heroinin 0,784 qram çəkidə olan hissəsini 01 ədəd şəffaf rəngli sellofan bükümdə 10 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri, 5-ci mikroryon “Gənclər Evi”nin yanında tanışı Təqsirləndirilən şəxs1 satmış, 10 oktyabr 2021-ci il tarixində, saat 07:30-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 5-ci mikrorayon, “Gənclər Evi”nin yanında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq PB-ə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibinin üstündəki kiçik cibdən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 0,784 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, 10 oktyabr 2021-ci il tarixdə, saat 07:30da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri 5-ci mikrorayon, “Gənclər Evi”nin yanında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibin üstündəki kiçik cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 0,750 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş 0,202 qram çəkidə psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 10.10.2021-ci il tarxidə saat 07 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayon, “Gənclər Evi”nin yanında tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,784 qram çəkidə narkotik vasitə olan heroini pulsuz əldə edib daşıyaraq üzərində saxlamış, 10 oktyabr 2021-ci il tarixində, saat 07:30-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 5-ci mikrorayon, “Gənclər Evi”nin yanında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq PB-ə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibinin üstündəki kiçik cibdən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 0,784 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, fasilələrlə narkotik vasitə heroin və psixotrop maddə metamfetmin qəbul edir. 09.10.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən özünə 2 bükümdə heroin və 1 bükümdə metamfetamin almışdır. 10.10.2021-ci il tarixdə təxminən saat 2-3 radələrində tanışı, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1 ilə zəngləşib Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində görüşmüş, sonra isə birlikdə narkotik maddə qəbul etmək qərarına gələrək birlikdə özü ilə gətirdiyi narkotik maddələri çıxarmış və həmin narkotik maddələri qəbul etmək istəyərkən polis əməkdaşları onlara yaxınlamış, həmin vaxt Müşviq onun gətirdiyi narkotik maddə olan bir büküm heroini götürərək qaçmaq istəyərkən polis əməkdaşları onu saxlamış və onları birlikdə 3-cü polis bölməsinə aparmışlar. 3-cü PB-də onları bir neçə saat saxladıqdan sonra müdafiəçi dəvət olunaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və üzərinə videoçəkliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı o, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli "Redmi" markalı mobil telefonu, sağ yan cibin üstündəki kiçik cibdən isə şəffav selofana bükülmüş 2 ədəd bükümü çıxardıb təqdim etmişdir. Təqdim etdiyi bir bükümün içərisində narkotik vasitə heroin, digər bükümün içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin bükümlərin içərisinə baxıldıqda bir bükümün içərisində narkotik vasitə heroin və digər bükümün içərisində psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş heroin və metamfetamini bir gün əvvəl Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlğında tanımadığı şəxsdən əldə etmişdir. O. heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, nə də ki, Təqsirləndirilən şəxs1 narkotik maddə hədiyyə verməmişdir. Bunu polis əməkdaşları ona demiş, ona görə də o, ibtidai istintaq zamanı ifadə verərkən Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik maddəni o, Təqsirləndirilən şəxs1 hədiyyə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd olunanların nəzərə alınaraq barəsində CM-nin 234.2-ci maddəsinin CM-nin 234.1-ci maddəsinə tövsif olunaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o ara bir narkotik vasitə heroin və psixotrop maddə metamfetmin qəbul etmişdir. 09.10.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən pulsuz olaraq özünə 2 bükümdə heroin və 1 bükümdə metamfetamin almışdır. Bu gün, yəni 10.10.2021-ci il tarixdə saat 07 radələrində tanışı, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1 ilə zəngləşib Sumqayıt şəhəri, 5-ci mkr ərazisində görüşmüşdürlər, Müşviq ona sonuncu üçün 1 büküm heroin təşkil etməyini xahiş etdiyindən sonuncuya vəziyyətdən çıxmaq üçün pulsuz olaraq özündə olan heroindən 1 büküm heroini Müşviqə vermişdir. Belə ki, bir qədər keçdikdən sonra saat 07:30 radələrində onlara polis işçiləri yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün saxladıqlarını bildirmiş və üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə dəvət etmişdirlər. Onlar etiraz etməmişdirlər və birlikdə 3-cü polis bölməsinə gəlmişdirlər. Bölmədə xidməti otaqların birində onlara hansı səbəbdən saxlanılmaqları bildirilmiş və əvvəlcə Müşviqin üzərinə şəxsi axtarış keçirilmişdir. Sonra ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim olunmuş və ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməyi təklif olunduqda o, əynində olan boz rəngli cins şalvarımın sol yan cibindən 1 ədəd ağ rəngli "Redmi" markalı mobil telefonu, sağ yan cibin üstündəki kiçik cibdən isə şəffav selofana bükülmüş 2 ədəd bükümü çıxardıb təqdim etmiş və verilən suallara cavab olaraq təqdim etdiyi bir bükümün içərisində narkotik vasitə heroin, digər bükümün içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlərin içərisinə baxıldıqda bir bükümün içərisində narkotik vasitə heroin və digər bükümün içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş heroin və metamfetamini bir gün əvvəl Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlğında tanımadığı şəxsdən əldə etdiyini, həmçinin birlikdə saxlanıldığı tanışı Təqsirləndirilən şəxs1 da pulsuz olaraq, hörmət qarşılığında bir bükümdə heroin verdiyini bildirmişdir. Bundan sonra, şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli heç bir predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş heroin və metamfetamin ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir, 1 bükümdə heroinin çəkisi 0,84 qram, 1 bükümdə metamfetaminin çəkisi 0,29 qram olmuşdur. Həmin bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq zərfə qoyulmuşdur və möhürlənmişdir. Üzərindən aşkar olunmuş 1 ədəd nömrəli "Redmi" markalı mobil telefon araşdırma ilə bağlı götürülmüşdür. İfadədə verilən suallara cavab olaraq, üzərində aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır və həmin narkotik vasitədən 01 ədəd büküm heroini Təqsirləndirilən şəxs1 hədiyyə verdiyini, üzərindən aşkar olunmuş narkotik vasitəni aldığı şəxsi tanımadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə müddətdir ki, narkotik vasitələrin və psixatrop maddələrin qəbulu ilə məşğul olmuşdur. 09.10.2021-ci il tarixdə tanışı X4 narkotik vasitə və ya psixatrop maddə istəmiş, Vəli isə təşkil edəcəyini bildirmişdir. O, da Vəli ilə razılaşmışdır ki, görüşərlər. 10.10.2021ci il tarixdə saat gecə saat 2-3 radələrində Vəli ilə zəngləşib Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Gənclər Evi”nin yanında görüşmüşlər. Onlar birlikdə narkotik maddə qəbul etmək qərarına gəlmişlər. Həmin vaxt Vəli özü ilə gətirdiyi 3 bükümdə olan narkotik maddəni çıxarmış və onlar narkotik maddələrdən istifadə etmək istəyərkən polis əməkdaşları onlara yaxınlaşmış və o, Vəlinin gətirdiyi bir büküm içərisində narkotik maddə olan heroini götürərək qaçmağa başlamış, bir neçə metr qaçdıqdan sonra polis əməkdaşları onu saxlamış və onu Vəli ilə birlikdə 3-cü PB-nə gətirmişlər. Polis bölməsində olarkən adının Rasim olduğunu bildiyi polis əməkdaşı onunla sövdələşmə aparmış və ona bildirmişdir ki, onun təklif etdiyi məbləği verərsə onun barəsində heç bir sənədləşmə işləri aparılmayacaqdır. Bu məqsədlə onları bölmədə bir neçə saat saxladıqdan sonra səhər saat təxminən 07 radələrində bölməyə müdafiəçi dəvət olunaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən “Samsung” markalı mobil telefonu, sağ yan cibin üstündəki kiçik cibin içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı ondan həmin maddələrin nə olduğu soruşulan zaman o, bildirmişdir ki, tünd qəhvəyi rəngli maddə “KAKOS”dur. O, polis əməkdaşlarının təklifi ilə həmin bükümün Vəlidən hədiyyə olaraq aldığını və üzərində saxladığını bildirmişdir. Əslində isə Vəli ona həmin narkotik maddəni hədiyə kimi verməmiş, onlar birlikdə narkotik maddələrdən istifadə etmək istədikləri vaxt, polis əməkdaşları gəldiyi üçün o, həmin bükümü götürərək həmin yerdən qaçmışdır. Lakin, o Rasim adlı polis əməkdaşının onunla sövdələşməyə girməsi bardə məhkəmə baxışına qədər olan müddətdə şikayət etməmiş, bunu məhkəmədə birinci dəfədir ki, səsləndirmiş və bununla bağlı heç bir şikayəti olmamış və hazırda da yoxdur, bununla bağlı da hər hansı bir qruma şikayət etmək fikri də yoxdur. Polis bölməsində olarkən onu heç kim döyməmiş, ona qarşı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 qeyd olunanların və narkotikdən asılı olduğuna görə bu cinayəti törətməsinin nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, narkotik vasitələrin və psixatrop maddələrin qəbulu ilə məşğul olmuşdur. 09.10.2021-ci il tarixdə tanışı X4 narkotik vasitə və ya psixatrop maddə istəmişdir. Vəli isə ona sabaha kimi gözləməli olduğunu bildirmişdir. O, sonuncu ilə razılaşmışdır. 10.10.2021-ci il tarixdə saat 07 radələrində Vəli ilə zəngləşib Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Gənclər Evi”nin yanında görüşmüşdürlər. Vəli ona içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü ona pulsuz vermişdir. O da həmin bükümü əynində olan boz rəngli cins şalvarımın sağ yan cibinə qoymuşdur. Bir qədər orada Vəli ilə söhbət etmişdir. Bir neçə dəqiqədən sonra onlara bir neçə nəfər yaxınlaşmışdır və onları saxlamşdır. Sonra həmin şəxslər özlərini təqdim edərək Sumqaylıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Daha sonra polis əməkdaşları onlara narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişdirlər. Həmin vaxt üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayı ŞPİ-nin 3-cü PB-nə dəvət etmişdirlər. O, etiraz etməmişdir və sonuncularla birlikdə 3-cü PB-nə gəlmişdir. Onlar PB-nə gəldikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarımın müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 polis əməkdaşlarıtərəfindən təqdim olunmuşdur. Həmin vaxt onun icazəsi ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanılmışdır və şəxsi aştarış zamanı əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən “Samsung” markalı mobil telefonu, sağ yan cibin üstündəki kiçik cibin içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı ondan həmin maddələrin nə olduğu soruşulan zaman o, bildirmişdir ki, tünd qəhvəyi rəngli maddə “KAKOS”dur, 10.10.2021-ci il tarixdə saat 07 radələrində Sumqayıt şəhri, 5-ci mikrorayon, “Gənclər Evi”nin yanında tanışı X4 pulsuz, şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0,96 qram olduğu müəyyən olunmuşdur. Üzərindən götürülmüş büküm ekspert tədqiqatına göndərilməsi üçün polis əməkdaşı tərəfindən qablaşdırılmışdır, möhürlənmişdir. Bundan başqa “Samsung” markalı mobil telefon araşdırma ilə bağlı götürülmüşdür. Sonra çəkiliş dayandırılmışdır. İfadədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 əvvələrdən tanıdığını, onunla əvvəldən tanışlığı olduğunu. saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etmədiyini, heç bir hüququnun pozulmadığını, tututlduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis baş leytenantıdır. 10.10.2021-ci il tarixində Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 8/23, mənzil 23-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 29-da yaşayan Təqsirləndirilən şəxs2 və ünvan 3də qeydiyyatda olan və Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 17/132, mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, polis sahə rəisi, polis leytenantı Şahid3, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Mustafa Mustafazadədən, kriminalistik təhqiqatlar bölməsinin baş inspektorkriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişdirlər və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakını təmin edilmişdir. Həmin gün, Saat 07:15 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 5-ci mikrorayon, “Gənclər Evi” nin yanında olması müəyyən edilmişdir. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, “Gənclər Evi”nin yanına gəlmişlər. Saat 07:30 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gəldiyini görüb onları saxlamış və özlərini təqdim etdikdən sonra onlardan özlərini təqdim etmələrini xahiş edilmiş, onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişdirlər. O və digər polis əməkdaşları birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə, satma və gəzdirməkdə şübhəli bilindiklərini bildirərək onları 3-cü polis bölməsinə gətirmişdirlər. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs1 heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsini xahiş etmişdirlər. Təqsirləndirilən şəxs1 bu zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu və sağ yan cibin üstündəki kiçik cibdən isə 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni 10.10.2021-ci l tarixdə saat 07 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində tanışı olan Təqsirləndirilən şəxs2 götürmüş, əvvəldən yaxın münasibətləri olduğuna görə Təqsirləndirilən şəxs2 həmin bükümün qarşılığı olaraq pul vermədiyini və bükümü istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək üçün həmin kütlə elektron tərəzidə çəkilmiş və narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 0,96 qram olduğu müəyyən olunmuş və protokol tərtib olunması üçün həmin kütlə tərəflərindən götürülmüş və qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və videoçəkiliş dayandırılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağını izah edərək sonuncudan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs2 heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsini xahiş etmişdirlər. Təqsirləndirilən şəxs2 bu zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonu, sağ yan cibin üstündəki kiçik cibdən isə 02 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Soruğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlələrin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlələrin bir bükümü narkotik vasitə heroin, bir bükümü psixatrop maddə metamfetamindir. Həmin narkotik vasitəni və psixatrop maddəni saxlanılmamışdan bir gün qabaq aşxam saatlarında Bakı şəhəri, 20 yanvar dairəsində tanımadığı şəxsdən pul vermədən pay şəklində aldığını bildirmişdir. Həmin narkotik vasitə olan heroinin bir hissəsini büküm formasında 10.10.2021-ci l tarixdə saat 07 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində tanışı olan Təqsirləndirilən şəxs1 pay kimi verdiyini bildirmişdir. Sonra, isə həmin bükümlər elektron tərəzidə çəkilərək miş, içərisində qəhvəyi rəngli kütlə olan bükümün çəkisinin 0,84 qram, ağ rəngli kristallar olan bükümün çəkisinin 0,29 qram olduğu müəyyən edilmişdir. Bundan sonra, protokol tərtib olunması üçün həmin kütlələr tərəflərindən götürülmüş, kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış və daha sonra videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar olunan narkotik vasitə heroini və psixatrop maddə metamfetamini saxlanılmamışdan bir gün əvvəl Bakı şəhəri 20 Yanvar dairəsində tanımadığı şəxsdən pay almışdır. Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələri qəbul etməsi, eyni zamanda əldə etməsində vasitəçilik etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuş, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması təsdiqini tapmışdır. Sonuncu Təqsirləndirilən şəxs1 narkotik maddəni pay kimi verdiyini demişdir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı onlarla hər hansı bir polis əməkdaşının sövdələşmə aparması, iş materiallarında göstərilən saatdan bir neçə saat əvvəl saxlanmaları barədə dedikləri həqiqəti əks etdirmir, bu barədə göstərilənlər yalandır və özlərini müdafiə xarakteri daşıyır, saxlanılan zaman və sonra onlara hər hansı bir zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və polis sahə rəisi, polis leytenantı Şahid3 Şahid1 oğlunun ifadəsinə uyğun ifadə verərək nə onlar, nə də ki, digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərlə sövdələşmə aparmadıqlarını bildirdilər. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 10.10.2021-ci il tarixdə təqsirləndirilən şəxs X5 Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan heroin və psixoturop maddə olan mütamfetamin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 10.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan heroin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının 10.10.2021-ci il tarixli 6/4504 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. X5...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,202 qram olan ağ rəngli kristalllik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə-metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,750 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “...Vət. Təqsirləndirilən şəxs2...” sözləri olan zərfdəki 1 ədəd bükümdəki narktoik vasitə heroinlə üzərində “...Vət.X6 üzərindən...” sözləri olan zərfdəki 1 ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (Qeyd: heroinin təmiz çəkisi-0,750 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq 0,700 qram. Metamfetaminin təmiz çəkisi-0,202 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq 0,152 qram). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının 10.10.2021-ci il tarixli 6/4503 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs1...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,784 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Qeyd: heroinin təmiz çəkisi-0,784 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq 0,734 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 19.10.2021-ci il tarixli, 4032 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 23.11.2021-ci il tarixli, 4625 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixatrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. Beləliklə, istər ibtidai istintaq, istərsə də məhkəmə baxışında təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 üzərindən 0,750 qram çəkidə narkotik vasitə olan heroini və 0,202 qram çəkidə psixatrop maddə olan metamfetin, Təqsirləndirilən şəxs1 isə üzərindən 0,784 qram çəkidə olan heroinin çıxdığını etiraf etmişlər, həmçinin hər iki təqsirləndirilən şəxs 10 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikroryon “Gənclər Evi”nin yanında saxlanıldıqlarını təsdiq etmişdirlər. Bu hal sonuncuların etirafedici ifadələri ilə yanaşı digər iş materialları ilə tam təsdiq edilmişdir. Lakin, məhkəmə baxışında dindirilmiş təqsirləndirilən şəxs Müşfiq Qasımov və Təqsirləndirilən şəxs2 ifadələrində 10.10.2021-ci ildə gecə saat 2-3 radələrində saxlanıb polis bölməsinə gətirildiklərini, təxminən bir neçə saat polis bölməsində saxlandıqdan sonra üzərlərinə baxış keçirildiyini göstərmişdirlər. Həmçinin, məhkəmə baxışında Müşfiq Qasımov narkotik maddənin ona Təqsirləndirilən şəxs2 tərəfindən verilmədiyini, polis əməkdaşları gələn zaman onun özü tərəfindən götürüldüyünü və qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən yayınmağa cəhd etməsi kimi qiymətləndirilməlidir. Belə ki, bu hallar işin faktiki halları ilə uyğunsuzluq təşkil etməklə özlərini müdafiə xarakteri daşıyır. Həmçinin, məhkəmə hesab edir ki, Müşfiq Qasımovun hazırkı məhkəmə baxışında narkotik maddəni Təqsirləndirilən şəxs2 ona verməməsinə dair ifadəsi sonuncunu CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən yayındırmağa çalışması kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hər iki təqsirləndirilən şəxslər üzərindən iş materiallarında qeyd edilən çəkidə və növdə narkotik və psixotrop maddə aşkar edildiyini etiraf etməklə təsdiq edir, belə olan halda polis əməkdaşlarının hər iki təqsirləndirilən şəxsi iş materiallarında qeyd edilən saatdan əvvəl saxladığı halda daha gec sənədləşdirmə aparılmasında heç bir məntiqi əlaqə görmür. Həmçinin, polis əməkdaşlarının və təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı ifadələrindən görünür ki, hər iki şəxs hərəkətdə olarkən saxlanmış və polis bölməsinə gətirildikdən sonra üzərlərinə baxış keçirilmiş, Müşfiq Qasımovun məhkəmə baxışında qeyd etdiyi kimi nakrotik maddəni götürüb qaçması halı olmamışdır. Bundan əlavə, iş materiallarından göründüyü kimi Müşfiq Qasımovun üzərindən aşkar edilmiş narkotik maddə olan heroinlə Vəli Mehrəbəliyevin üzərindən aşkar edilmiş narkotik maddə olan heroin eyni tərkiblidir. Göründüyü kimi, hər iki narkotik maddə olan heroinin eyni tərkibli olması və X17 Mehbəliyevdən onların görüşməsindən əvvəl ona narkotik maddə tapmasını xahiş etməsi, həmçinin ibtidai istintaq zamanı və məhkəmə baxışında toplanmış materiallarla həmin narkotik maddəni Təqsirləndirilən şəxs2 Müşfiq Qasımova verməsi tam sübuta yetirilir. Məhkəmə digər halda Təqsirləndirilən şəxs2 narkotik vasitəni Müşfiq Qasımova hədiyyə kimi yəni əvəzsiz verməsini narkotik vasitələrin qanunsuz yayılması, yəni narkotik maddəni qanunsuz olaraq satma kimi qiymətləndirir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göründüyü kimi, Müşfiq Qasımova narkotik maddəni hədiyyə kimi və ya əvəzsiz verməklə Təqsirləndirilən şəxs2 nakotik maddənin yayılmasına yönəldimiş hərəkət etməklə şəxsi maraq güdmüşdür. Həmçinin, məhkəmə X17 Mehbəliyevdən onun üçün narkotik maddə tapmasını xahiş etməsi, sonuncunun tapması və ona hədiyyə kimi verməsini belə Təqsirləndirilən şəxs2 özünü Müşfiq Qasımovun yanında nüfüz qazanmağa yönəlmiş hərəkəti kimi qiymətləndirir. Beləliklə, məhkəmə bir daha toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında saxlanmalarına və narkotik maddənin Müşfiq Qasımova verilməsinə dair hissəsində verdiyi ifadələri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özlərini müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduğu narkotik maddələrin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs1 narkotik maddə verməməsi və digər xüsusatlara dair ifadəsi, həmçinin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ona narkotik maddə verməməsi, polis əməkdaşlarının onunla sövdələşməsi və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxslər qismində ibtidai istintaqda vermiş olduqları ifadələr sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdikləri xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxslər törətdikləri cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdırlar. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmçinin işin faktiki hallarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 üzərindən iki fərqli növdə 2 ədəd bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,750 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,202 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa hər iki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 1 bükümdə narkotik vasitə olan heroini hədiyyə olaraq verməsini bildirmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, daşıma da həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi nəzərə alınmalı hallar arasındadır. Təqsirləndirilən şəxs2 Müşfiq Qasımova narkotik vasitə təşkil edəcəyinə dair əvvəlcədən sövdələşmələri və Təqsirləndirilən şəxs2 Müşfiq Qasımov üçün narkotik vasitə təşkil etməsinə dair işin faktiki halları Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi olan əməlini bir daha təsdiq edir. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik maddələrin müxtəlif növlərdə, yəni narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olması, həmçinin həmin narkotik maddələrin ayrı-ayrı xırda bükümlərə bükülməsi, həmin bükümlərdən birini Təqsirləndirilən şəxs1 verməsi və onun narkotik maddələrin satışı ilə məşğul olması barədə əməliyyat tədbirini həyata keçirən orqanın əməkdaşına verilmiş məlumat bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs2 həqiqətən də üzərində aşkar olunmuş narkotiki və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində daşımışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 13.11.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət törətməmiş və məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı-X8 vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən 17.11.2021-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı-X9 vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 10.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 11.10.2021-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 10.10.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 10.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmışdır. Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının 28.01.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 oktyabr 2021-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 10.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 11.10.2021-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 0,700 qram çəkidə narkotik vasitə heroin və 0,152 qram çəkidə psixatrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 0,734 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 163,64 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli (iş № 1(060)-222/2022) qərarını icra edərək, 18 yanvar 2022-ci il tarixli 173/2022 və 174/2022 saylı orderlərə əsasən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 10 saat olmaqla cəmi 20 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 10 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 02 (iki) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayon, Şimal küçəsi, ev 9 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 0,700 qram çəkidə narkotik vasitə heroin və 0,152 qram çəkidə psixatrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 0,734 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 163,64 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 göstərdikləri 10 (on) saat hüquqi yardıma görə hər birinə 60 (altmış) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar