Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-222/2023 22.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.2004-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-757/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 20 avqust 2022-ci il tarixdə saat 06:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, S.Vurğun küçəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Starrooms” restoranının yan tərəfindəki, açıq olan nəfəsliyindən restorana qanunsuz daxil olub, orada olan kassa aparatını üzərində olan açarla açmaqla oradan 686 (altı yüz səksən altı) manat nağd pulu götürüb aparmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 686 (altı yüz səksən altı) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir işsiz olduğundan maddi vəziyyəti yaxşı olmamış, ona görə ehtiyaclarını ödəmək üçün 20 avqust 2022-ci il tarixdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evdə özünə məxsus qara rəngli şalvarını, qara rəngli, qısa qollu, papaqlı köynəyini geyinib əllərinə corab, başına isə papaq qoyub üzünü bağlamışdır. Sonra isə yaşadığı evdən çıxıb təxminən saat 06:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Starrooms” restoranının yaxınlığına gəlmişdir. Həmin restoranın ətrafında gəzib içəridə heç kimin olmadığına əmin olmaq üçün pəncərədən içəri baxmışdır. İçəri baxanda piştaxtanın arxasında olan kassanın açarının da üzərində olduğunu və kassada pul ola biləcəyini düşünüb həmin restorana daxil olaraq oradan oğurluq etməyi qət etmişdir. Bir neçə dəqiqə restoranın ətrafında gəzib heç kimin olmadığını dəqiqləşdirdikdən sonra giriş qapısına yaxınlaşıb özü ilə götürdüyü alətlə qapını açmağa cəhd göstərmiş, lakin aça bilmədiyindən qapıdan uzaqlaşmış və içəri daxil olmaq üçün başqa yer tapmaq üçün restoranın ətrafında gəzməyə başlamışdır. Həmin vaxt restoranın yan tərəfində yerləşən nəfəsliyin açıq olduğunu görmüş və ora yaxınlaşıb nəfəslikdən içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra həmin yerin mətbəx olmasını bilmişdir. Mətbəxdən tez restoranın zalına keçib piştaxtanın arxasına keçərək orada olan kassaya yaxınlaşmış və üzərində olan açarla kassanı açmışdır. Kassanı açandan sonra orada pulların olmasını görüb tez götürərək cibinə qoymuşdur. Sonra isə piştaxtanın ətrafını da axtarmağa başlamışdır ki, qiymətli əşya və ya pul tapsa onları da götürsün, lakin başqa heçnə tapmamış və giriş qapısına yaxınlaşıb içəridən qapını açaraq çölə çıxıb cəld oradan uzaqlaşmışdır. Oğurladığı pulları sayanda isə 686 (altı yüz səksən altı) manat pul olduğunu görmüşdür. Həmin pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin restorandan oğurladığı pulun hansı əskinaslardan ibarət olmasını xatırlamamışdır. Ətrafda heç kimin olmadığına və onu heç kimin görmədiyinə əmin olduqdan sonra restorandan oğurluq etmişdir. O, baxanda restoranın ətrafında nəzarət kameralarının olduğunu gördüyünə görə papaqla üzünü bağlamışdır ki, videogörüntülərə baxanda onu tanımasınlar. Həmçinin əl-barmaq izlərinin müəyyən olunmaması üçün də əllərinə corab geyinmişdir. Restorandan oğurluq etməzdən əvvəl və ya sonra bu barədə heç kimə danışmamış və heç kimin onun oğurluq etməsindən məlumatı olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəmiş, onunla barışmışdır və onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, S.Vurğun küçəsində yerləşən “StarRooms” restoranını təxminən 03 (üç) ildir icarəyə götürüb işlədir. Mütəmadi olaraq hər gün təxminən saat 09:00 radələrində restoranı açaraq fəaliyyətə başlamış, təxminən saat 00:00 radələrində isə restoranı bağlamışdır. Restorana isə həmişə ondan əvvəl xadimə işləyən qadınlar gələrək qapını açıb içəridə təmizlik işləri görmüşlər. Hər gün olduğu kimi o, 19 avqust 2022-ci il tarixdə təxminən saat 09:00 radələrində restorana gələrək qapısını açıb içəri daxil olmuşdur. Bir müddətdən sonra restoranda işləyən digər işçilər də ora gəlmişlər. Həmin gün saat təxminən 00-01 radələrinə kimi restoran fəaliyyət göstərdikdən sonra işçilərin hamısını yola salıb özlüyündə hesabat aparmış və 686 (altı yüz səksən altı) manat məbləğində pulu kassaya qoymuş, lakin kassanın açarı yadından çıxıb üzərində qalmışdır. Sonra isə restoranın yan tərəfindəki nəfəsliyi açıq qoymuşdur ki, restoranın içərisi havalansın və restoranın qapısını açarla bağalayaraq yaşadığı evə getmişdir. 20 avqust 2022-ci il tarixdə, təxminən saat 09-10 radələrində restorana gəlmiş, həmin vaxt xadimə işləyən qadınlar içəridə təmizlik işləri görmüşlər. Piştaxtanın arxasına keçib kassaya baxanda kassanın ağzının açıq olduğunu və açarının üzərində olduğunu görmüşdür. Tez kassanı açaraq içərisinə baxanda 686 (altı yüz səksən altı) manat məbləğində pulun orada olmadığını görmüşdür. Sonra isə nəzarət kameralarına baxanda arıq bədən quruluşlu, üzündə maska əllərinə corab geyinmiş bir nəfər şəxsin restoranın yan tərəfində yerləşən, açıq qoyduğu nəfəslikdən restoranın içərisinə daxil olduğunu və kassada olan pulları oğurladığını müəyyən etmişdir. Bundan sonra bu barədə polisə məlumat vermiş və polis əməkdaşları restorana gələrək baxış keçirmişlər. İcarə əsasında işlətdiyi restorandan oğurluq hadisəsi 20 avqust 2022-ci il tarixdə saat 06:00 radələrində baş vermişdir. Beləki, o, nəzarət kameralarının videogörüntülərinə baxan zaman bunu müəyyən etmişdir. Restorandan oğurluq edilməsi nəticəsində ona 686 (altı yüz səksən altı) manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı ödəmiş, onlar barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri ödəmiş, onlar barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, S.Vurğun küçəsində yerləşən “StarRooms” restoranı ona məxsusdur. Həmin restoranı icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs vermiş və həmin vaxtdan da restoranı Emin işlədir. xx.xx.2022-ci il tarixdə Emin onunla əlaqə saxlayaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 06:00 radələrində restorandan bir nəfər şəxs 686 (altı yüz səksən altı) manat məbləğində pul oğurlandığını bildirmişdir. O, restorana gəlib bu barədə maraqlananda bir daha ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində bir nəfər şəxs restoranın yan tərəfində yerləşən nəfəslikdən restorana daxil olaraq orada olan kassadan 686 (altı yüz səksən altı) manat nağd pulu oğurlamışdır. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “StarRooms” restoranıdır. Baxış zamanı naməlum şəxsin restoranın pəncərəsindən içəri daxil olaraq oradan 686 (altı yüz səksən altı) manat məbləğində pul oğurlaması müəyyən olunmuşdur İş materiallarında olan “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində VİD-20221213-WA0002 kimi qeyd olunmuş 7821 KB həcmində, VİD-20221213-WA0003 kimi qeyd olunmuş 10037 KB həcmində, VİD-20221213-WA0004 kimi qeyd olunmuş 9079 KB həcmində, VİD- 20221213-WA0005 kimi qeyd olunmuş 5013 KB həcmində və V1D-20221213-WA0023 kimi qeyd olunmuş 5603 KB həcmində video görüntülərin olması müəyyən olundu. VİD- 20221213-WA0002 kimi qeyd olunmuş 7821 KB həcmində olan görüntüyə baxdıqda “StarRooms” restoranının zalının göründüyü, arıq bədən quruluşlu, orta boylu, kişi cinsli, başında papaq, əynində qısa qollu köynək olan şəxsin zala daxil olaraq piştaxtanın arxasına keçdiyi, oranı axtardığı, həmin yerdən nəsə götürüb cibinə qoymaqla restoranın giriş qapısını açaraq çölə çıxdığı müəyyən olundu. VİD-20221213- WA0003 kimi qeyd olunmuş 10037 KB həcmində olan görüntüyə baxdıqda restoranın mətbəxinin göründüyü, yuxarıda qeyd olunan şəxsin mətbəxə daxil olması və başındakı papağı üzünə çəkərək üzünü gizlətməsi müəyyən olundu. VİD-20221213-WA0004 kimi qeyd olunmuş 9079 KB həcmində olan görüntüyə baxdıqda həmin şəxsin restoranın giriş qapısından çölə çıxaraq köynəyinin papağını başına örtməsi və həmin yerdən uzaqlaşması müəyyən olundu. VİD- 20221213-WA0005 kimi qeyd olunmuş 5013 KB həcmində olan görüntüyə baxdıqda həmin şəxsin restoranın yan tərəfində olan nəfəslikdən restoranın içərisinə daxil olması müəyyən olundu. VİD-20221213-WA0023 kimi qeyd olunmuş 5603 KB həcmində olan görüntüyə baxdıqda həmin şəxsin restoranın giriş qapısına yaxınlaşaraq əlində olan alət vasitəsi ilə giriş qapısını açmağa çalışdığı, lakin aça bilmədikdə həmin aləti cibinə qoyaraq giriş qapısından uzaqlaşdığı görünür. İş materiallarında olan “elektron məlumat daşıyıcısına təkrar baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində VİD-20221213-WA0002 kimi qeyd olunmuş 7821 KB həcmində, VİD-20221213-WA0003 kimi qeyd olunmuş 10037 KB həcmində, VİD-20221213-WA0004 kimi qeyd olunmuş 9079 KB həcmində, VİD- 20221213-WA0005 kimi qeyd olunmuş 5013 KB həcmində və VİD-20221213-WA0023 kimi qeyd olunmuş 5603 KB həcmində video görüntülərin olması müəyyən olundu. VİD- 20221213-WA0002 kimi qeyd olunmuş 7821 KB həcmində olan görüntüyə baxdıqda “StarRooms” restoranının zalının göründüyü, arıq bədən quruluşlu, orta boylu, kişi cinsli, başında papaq, əynində qısa qollu köynək olan şəxsin zala daxil olaraq piştaxtanın arxasına keçdiyi, oranı axtardığı, həmin yerdən nəsə götürüb cibinə qoymaqla restoranın giriş qapısını açaraq çölə çıxdığı müəyyən olundu. VİD-20221213- WA0003 kimi qeyd olunmuş 10037 KB həcmində olan görüntüyə baxdıqda restoranın mətbəxinin göründüyü, yuxarıda qeyd olunan şəxsin mətbəxə daxil olması və başındakı papağı üzünə çəkərək üzünü gizlətməsi müəyyən olundu. V1D-20221213-WA0004 kimi qeyd olunmuş 9079 KB həcmində olan görüntüyə baxdıqda həmin şəxsin restoranın giriş qapısından çölə çıxaraq köynəyinin papağını başına örtməsi və həmin yerdən uzaqlaşması müəyyən olundu. V1D- 20221213-WA0005 kimi qeyd olunmuş 5013 KB həcmində olan görüntüyə baxdıqda həmin şəxsin restoranın yan tərəfində olan nəfəslikdən restoranın içərisinə daxil olması müəyyən olundu. VİD-20221213-WA0023 kimi qeyd olunmuş 5603 KB həcmində olan görüntüyə baxdıqda həmin şəxsin restoranın giriş qapısına yaxınlaşaraq əlində olan alət vasitəsi ilə giriş qapısını açmağa çalışdığı, lakin aça bilmədikdə həmin aləti cibinə qoyaraq giriş qapısından uzaqlaşdığı görünür. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin video görüntüdəki şəxs özüdür, oğurluq hadisəsini o törətmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında’' xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda vermiş olduğu ifadəsini yerində yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-dən çıxaraq xüsusi konvoy vasitəsi ilə Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, 1-ci mikrorayon, S.Vurğun küçəsində yerləşən “StarRooms” restoranının qarşısına gedilmişdir. Orada Təqsirləndirilən şəxs bir daha istintaqda vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək “Starrooms” restoranının yan tərəfində yerləşən nəfəsliyi göstərməklə həmin yerdən restoranın mətbəxinə daxil olduğunu, oradan zala keçərək piştaxtanın arxasındakı kassadan 686 (alti yüz səksən altı) manat məbləğində nağd pulu oğurladığını, daha sonra restoranın giriş qapısını içəridən açaraq çölə çıxıb oradan uzaqlaşdığını qeyd etməklə əyani şəkildə göstərmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-757/2022 saylı, xx.xx.2022-ci il taixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-757/2022 saylı, xx.xx.2022-ci il taixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O məkmumluğu olan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, səmimi etirafını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-757/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı və iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-757/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilən 01 (bir) il müddətinə azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-222/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-222/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver