Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-222/2024 05.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 03 azyaşlı övladı var), orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri Qəşəm Aslanov küçəsi ev 30-da qeydiyyatda olan, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 23 mənzil 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 06 (altı) ədəd bükümdə ümumi təmiz çəkisi 0,197 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 08:35 radələrində Sumqayıt ŞPİ-nin, PPXT-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioner” marketin arxasında saxlanılaraq, Sumqayıt ŞPİ- nin, 3-cü PBnin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,024 qram, 0,032 qram, 0,028 qram, 0,024 qram, 0,042 qram, 0,047 qram ümumi təmiz çəkisi 0,197 qram kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarın sağ yan kiçik cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Heydər” parkının yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində 6 ədəd bükümdə narkotik vasitə heroin almış və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün yəni, 07 oktyabr 2023-cü il tarixdə saat 08:30 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioner” marketin qarşısı ilə getdiyi zaman təsadüfən tanışı Şahid4 ilə rastlaşmışdır. Onlar “Pioner” marketin arxa tərəfinə keçmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlarla söhbət edən zaman üzərində narkotik vasitə olduğundan narahat olmuşdur ki, polis əməkdaşları birdən onun üzərində narkotik vasitə olmasını bilər. Polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar və o, polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin, 3-cü PB-nə dəvət etmişlər. Tanışı Şahid4 onu polis əməkdaşlarının aparmaq istədiyini görüb o da onlarla birlikdə polis bölməsinə gəlmişdir. Xidməti otaqda polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan kiçik cibindən özünə məxsus 6 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Bükümlər ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq onlar tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Rafael Rüstəmovun onun üzərində narkotik vasitə olmasından heç bir məlumatı olmamışır. Əməlindən peşmandır. Himayəsində üç azyaşlı övladı vardır, biri iflic xəstəsidir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində “Pioner” marketin arxasında üzərində narkotik vasitə olan heroin gəzdirməsi şübhəsi ilə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirlmiş Təqsirləndirilən şəxs üzərinə xidməti otaqların birində şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı Pərviz Babayev özünü, daha sonra onlar özlərini həmin şəxsə təqdim etmişlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyi üçün 3-cü PB-nə gətirildiyini bildirdi və vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs də əynində olan şalvarın sağ yan kiçik cibindən şəffaf sellofan torbaya bükülmüş 6 ədəd gümüşü kağızda bükümləri çıxarıb təqdim etdi və heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotiki həmin gün Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Heydər Park" ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotikə bənzər maddə elektron tərəzidə çəkilmiş və 06 ədəd maddənin bükümlə birgə çəkisinin 0.22 qram olduğu müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 08:35 radələrində 91-44 çağırışlı avtopatrulda postaçı yoldaşı, polis serjantı Şahid1 ilə birlikdə 45-ci məhəllə daxilində xidmət aparardıqları zaman “Pioner” marketin arxasında 2 nəfər onların xidməti avtopatrulunu görüb özlərini qeyri-səmimi apardıqları üçün diqqətini cəlb etmiş və onlar həmin şəxslərə yaxınlaşaraq özlərini onlara təqdim etmiş, onlarla profilaktik söhbətlər aparan zaman həmin şəxslərdən biri əlini tez-tez şalvarının sağ cibinə salıb çıxartdığı üçün onlar həmin şəxsdən cibində hər hansısa qeyri-qanuni əşya olub-olmadığını soruşanda o, səmimi olaraq cibində, içərisində narkotik vasitə “kakos” olan 6 (altı) büküm olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər onlar tərəfindən avtopatrula əyləşdirilib ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PBdə xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik cibindən şəffaf sellofan torbaya bükülmüş 6 ədəd gümüşü kağızda bükümləri çıxarıb təqdim etmiş və heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş narkotikə bənzər maddə elektron tərəzidə çəkilmiş, bükümlərlə birgə çəkisinin 0,22 qram olduğu müəyyən edilmiş və həmin maddə ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən «Pioner» marketin qarşısı ilə gedərkən tanışı Elvinlə qarşılaşmış, onunla 2-3 dəqiqə söhbət etdikdən sonra evə tərəf getmək istəyərkən polis əməkdaşları onlara yaxınlaşıb onlarla söhbət etməyə başlamışdır. Sonunda onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, o da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onlar Elvini polis bölməsinə apardıqlarını gördükdə, özü də onlarla birlikdə bölməyə getmiş, orada izahat yazdıqdan sonra sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitənin olmasından onun məlumatı olmamış, onunla həmin vaxt təsadüfi olaraq görüşmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə, Pioner marketin arxasında xx.xx.2023-cü il tarixdə saat 08:35-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş, həmin tarixdə saat 11:50-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulmuş, belə əşya və predimet varsa könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən şəffaf sellofan torbaya bükülmüş 6 ədəd gümüşü kağızda bükümləri çıxardaraq təqdim etdi və heroin olduğunu bildirdi. Bundan sonra tərəfimdən şəxsi axtarış davam etdirildi və əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd göy rəngli içərisində 2 ədəd siqaret olan “Davidoff’ markalı siqaret qutusu, göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd qırmızı rəngli alışqan, göy rəngli cins şalvarının sol arxa cibindən “Unibank” a aid 4098 5844 7801 4606 nömrəli “Leobank” bank kartı və 01 ədəd ödəniş çeki aşkar olundu. Üzərindən açkar olunmuş alıqan, siqaret qutusu ödəniş çeki və bank katı əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə qaytarıldı. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş narkotikə bənzər maddəni bu gün xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 07:30 radqiərində Sumqayıt şəhəri 9cu mikrorayonda yerləşən “Heydər park” adlanan ərizidə tanımadığı şəxsdən 20 manata alışdır. Narkotik maddə olan heroin çəkmə yolu qəbul etdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 06 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş narkotikə bənzər maddə elektron tərəzidə çəkildi, həmin 06 ədəd maddənin bükümlə birgə çəkisinin 0.22 qram olduğu müəyyən edildi. Həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı və DİN-nin 127 saylı möhürü ilə möhürləndi, zərfin üzərində müvafiq qeydlər aparıldı və imzalandı. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/5244 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 06(altı) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkilər 0.024 qram, 0.032 qram, 0.028 qram, 0.024 qram, 0.042 qram, 0.047 qram ümumi təmiz çəkiləri 0.197 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,06 qram sərf edildikdən sonra 0,137 qram heroin qalıq qalmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxsn xx.xx.2013-cü il təvəlüldlü Səmədli Nərgiz, xx.xx.2016-cı il təvəllüdlü Səmədli Fatimə, xx.xx.2014-cü il təvəllüdlü Səmədli Yunus adlı övladları vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,137 qram qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışma təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 384 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Bundan başqa İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7(002)-18/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən xx.xx.2023-cü il tarixdə saat 11:30-da azad edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan videogörüntüdə 07 oktyabr 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən İsmayıllı rayonu, İsmayıllı şəhəri, Qəşəm Aslanov küçəsi, ev 30-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə, “Pioner” marketin arxasında saxlanılmış və üzərinə Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis mayoru Pərviz Babayev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 və Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan kiçik cibindən şəffaf sellofan torbaya bükülmüş 06(altı) ədəd gümüşü kağızda bükümlərdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunduğu, həmin bükümün çəkisi 0.22 qram olduğu müəyyən edilmişdir. Bundan başqa şəxsi axtarış davam etdirilir və əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd göy rəngli içərisində 2 ədəd siqaret olan “Davidoff markalı siqaret qutusu, şalvarının sol yan cibindən 01 ədəd qırmızı rəngli alışqan, şalvarının sol arxa cibindən “Unibank”-a aid 4098 5844 7801 4606 nömrəli “Leobank” bank kartı və 01 ədəd ödəniş çeki aşkar olunur. Üzərindən aşkar olunmuş alışqan, siqaret qutusu, ödəniş çeki və bank kartı əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə qaytarılır. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanıldığı gün saat 07:30 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Heydər Park” ərazisində olan zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat pul verməklə aldığını və üzərində saxladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 8176 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə Şahid4 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,137 qram heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılmışdır. İş materiallarından görünür ki, Suqmayıt şəhər Məhkəməsinin 1(060)-222/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)- 161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,137 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-222/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 196/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,137 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-222/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-222/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver