Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-223/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sürücü işləyən, məhkum olunmamış, Xızı rayonu, Yeni Yaşma qəsəbəsi, ev 285-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu xx xxxxxxx 2020-ci il tarixdə saat 07:20 radələrində Sumqayıt şəhəri, Lermontov küçəsində “İsuzu” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən Zərərçəkmiş şəxs tanışı X2 ilə onun arasında olan münasibəti aydınlaşdırmaq üçün həmin avtobusu saxlatmaq istəmiş, Təqsirləndirilən şəxs avtobusu saxlamadığından, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla bir neçə dəfə vuraraq ona burun sümüklərinin yerdəyişən sınığı, sol üst göz qapağının və boyun nahiyyəsinin qançırları” kimi xəsarətlər yetirib zərərçəkmişin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, “İveco” markalı, ** CH *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus etibarnamə ilə onun istifadəsindədir, həmin avtobusla “xxxx” MMC-nin işçilərini daşımaqla məşğul olur. Zərərçəkmiş şəxs təxminən 7-8 aydır ki, tanıyır. Kamran “Aqro Termin” işçisi kimi tanıdığı Gülnaz adlı qadının tanışıdır. 7-8 ay əvvəldən Kamran hər dəfə Gülnazla aralarında problem yarandıqdan sonra idarə etdiyi mikroavtobusun arxası ilə sürmüş, avtobusu saxlatdırmağa çalışmış, ona və bütün sərnişinlərə narahatçılıq yaratmışdır. O, dəfələrlə Kamrana demişdir ki, Gülnazla nə problemi varsa kənarda həll etsin, onu və sərnişinləri narahat etməsin. Lakin buna baxmayaraq Kamran hər gün səhər saat 07 radələrində Koroğlu prospekti ilə Ü.Hacıbəyov küçələrinin kəsişməsinə gəlmiş, orada Gülnazı izləyib, araları dəydikdə isə avtobusu saxlatdırıb Gülnazı düşməyə məcbur etmişdir. xx.xx.2020-ci il tarixdə saat 07 radələrində o, Gülnazı “Səməd” marketin qarşısındakı dayanacaqdan götürmüşdür. Sonra isə 17-ci mikrorayondan bir işçini götürüb yenidən Koroğlu prospekti ilə Ü.Hacibəyov küçəsinin kəsişməsindəki dayanacağa qayıtmışdır. Daha bir nəfər sərnişini də oradan götürmüşdür. Saat təxminən 07 radələri olmuşdur. Bu zaman görmüşdür ki, Kamran avtomobildən düşüb avtobusa tərəf yaxınlaşır. Kamran avtobusa baxdıqda Gülnazın orada olduğunu görmüşdür. O, avtobusla hərəkətini davam etdirmiş, Koroğlu prospekti ilə Sabir küçəsinin kəsişməsində Kamran avtobusun sağ kənarına keçib avtomobili ilə ona süni maneə yaratmış, lakin o, dayanmadan yoluna davam etmişdir. Lermantov küçəsində Kamran qəfildən idarə etdiyi avtomobillə avtobusu ötüb qarşısına keçib və əyləcə sıxmışdır. O, tez ayağını əyləcə sıxsa da hadisənin qarşısını ala bilməmişdir, nəticədə avtobusun ön hissəsi ilə Kamrana məxsus avtomobilin arxa hissəsi toqquşmuşdur. Kamran avtomobildən düşüb avtobusun sağ sərnişin qapısına yaxınlaşmışdır. O, qapını açmışdır. Bu zaman Gülnaz tez aşağı düşmüşdür ki, Kamranın qarşısını alsın. O da avtobusdan aşağı düşmüşdür. Gülnaz Kamranın qarşısını almaq istəsə də Kamran onun üstünə hücum etmişdir. Bu zaman o, Kamranın sifət nahiyyəsindən bir neçə yumruq zərbəsi vurmuşdur. Kamran da onun sifətinə və başına bir neçə dəfə yumruqla zərbə vurmuşdur. Bu zaman avtobusda olan şəxslər avtobusdan düşüb onları ayırmışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, “Azsamand” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə onun istifadəsindədir, Anuru tanıyır, Anur “İsuzu” markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun sürücüsüdur və həmin mikroavtobusla “xxxx” MMC-yə sərnişin daşıma ilə məşğul olur. Təxminən 5 ildir ki, X2 ilə yaxın münasibəti vardır, Gülnaz “xxxx” MMC-də işləyir, Anur digər işçilər kimi Gülnazı da evindən iş yerinə, eləcə də iş yerindən evinə aparır. Hadisədən 7-8 ay əvvəl Anurla onun arasında problemlər yaranmışdır. Belə ki, 7-8 ay əvvəl o, hiss etmişdir ki, Anur Gülnazı narahat edir, onun mobil telefonuna tez-tez zəng vurur. Gülnaz özü bu barədə ona deməsə də o, bunu hiss etmişdir. Ona görə də bununla bağlı o, bir neçə dəfə Anura Gülnazı narahat etməməsini bildirmişdir. Buna baxmayaraq Anur yenə də Gülnaza zəng vurub onu narahat etmişdir. xx.xx.2020-ci il tarixdə o, idarə etdiyi avtomobillə Sülh küçəsi ilə 9-cu mikrorayon tərəfinə getmişdir ki, Gülnazı qarşılasın. Çünki Anur hər gün mikroavtobusu ilə Gülnazı 9-cu mikrorayon ərazisində düşürür. O, Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu prospektinin kəsişməsində Anurun idarə etdiyi “İsuzu” markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusla rastlaşmışdır. Anur ona yol verməyib süni maneə yaratmışdır. Lakin o, Anura fikr verməyib yoluna davam etmişdir. Ertəsi gün o, qərara almışdır ki, Anurla görüşüb nə üçün belə etdiyini soruşsun, həm də ona desin ki, Gülnazı narahat etməsin. O, Anurun hər gün səhər saat 7-də Koroğlu prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində dayanacaqdan sərnişin götürdüyünü bilmişdir. Bu məqsədlə o, avtomobili ilə həmin yerə getmişdir. Avtomobili saxlayıb aşağı düşmüş, Anurun idarə etdiyi mikroavtobusla ora gəldiyini görmüşdür. O, avtobusa yaxınlaşıb içərisinə baxıb, içəridə bir neçə qadın sərnişinin olduğunu görmüşdür. O, istəməmişdir ki, qadın sərnişinlərin yanında Anurla söhbət etsin. Bu səbəbdən də Anura əl ilə işarə edib bildirmişdir ki, avtobusdan düşüb onun yanına gəlsin. Lakin Anur ona məhəl qoymadan mikroavtobusu idarə etməyə başlamışdır. O, da avtomobilinə əyləşib Anurun arxasınca avtomobilini idarə etməyə başlamışdır. Yol ilə gedərkən o, bir neçə dəfə avtomobilinin işıqlarını yandırıb söndürərək ona mikroavtobusu saxlamasını işarə etmişdir. Lakin Anur mikroavtobusla Koroğlu prospekti ilə üzü Sülh küçəsi istiqamətində hərəkətini davam etdirmişdir. Lermantov küçəsi ilə kəsişmədə Anur sağa dönüb Bakı küçəsi istiqamətində hərəkətini davam etdirərkən o, tez Anuru ötüb təxminən 10 metr irəlidə avtomobili saxlamışdır. Lakin o, görmüşdür ki, Anur mikroavtobusu dayandırmadan avtomobilinin üzərinə sürür. Ona görə də o, tez avtomobilini 10 metr də qarşıya hərəkət etdirib dayanmışdır. Lakin Anur yenə də sürətini azaltmamış və idarə etdiyi mikroavtobusla ona məxsus avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. O, tez avtomobildən aşağı düşüb mikroavtobusun qabaq qapısına yaxınlaşmışdır. Anur qapını açmışdır. O, Anura qışqıraraq “sən nə edirsən” demişdir. Anur ayağa durub avtobusun içərisindən onu ucadan nalayiq söyüşlərlə söymüşdür. O da cavabında Anuru ucadan nalayiq söyüşlərlə söymüşdür. Həmin vaxtı mikroavtobusda olan 3 nəfər qadın tez aşağı düşüb qapının pilləkənin önündəonu sakitləşdirmək istəmişlər. Bu zaman Anur avtobusun içərisindən pilləkənin üzərindən onun burun nahiyyəsinə bir neçə dəfə yumruqla zərbə vurmuşdur. O, yerə yıxılmış və sifət nahiyəsi qanamağa başlamışdır. Sonra o, ayağa qalxıb Anurun sifət nahiyyəsindən bir neçə dəfə yumruqla zərbə vurmuşdur. Sonra mikroavtobusda olan qadınlar onları ayırmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu ona dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İstintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsində Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1359 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: burun sümüklərinin yerdəyişən sınığı, sol üst göz qapağının və boyun nahiyyəsinin qançırları. Qeyd olunan xəsartlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yumruqla yetirilən zərbənin təsiri nəticəsində yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. .(i.v 32-34) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 67) İş materiallarında olan Xızı Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 370 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji xəstəliklər ilə dispanser qeydiyyatda yoxdur. (i.v 65) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 64) Beləliklə, Təqsirləndirilən şəxs oğlunun verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə məhkəməyədək sadələşdirilmiş icraat məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-223/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-223/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver