Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-223/2022 01.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-X2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilənlər şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 20 avqust 2021-ci il tarixdə saat 23 radələrində, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2 ünvanında yerləşən binanın qarşısına gələrək, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra binanın 1-ci mərtəbəsində yerləşən Soltan Tahirova məxsus 22 nömrəli mənzilin pəncərəsini əli ilə açaraq içəri daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd "İnerskol" markalı, Russiya istehsalı, 200 manat dəyərində olan prefaratoru, 01 ədəd "İnterskol" markalı Russiya istehsalı 83 manat dəyərində olan dreli, 01 ədəd xırda həcimli "Evrolux" markalı 2020-ci il tarixdə Çində istehsal edilmiş 65 manat dəyərində olan dreli, 01 ədəd "Evrolux" markalı iri ölçülü, 2020-ci il tarixdə istehsal edimiş 165 manat dəyərində dreli, 01 ədəd "İntreskol" markalı Russiya istehsalı 150 manat dəyərində olan laqondanı, 01 ədəd böyük həcmli Alamniya istehsalı "Machina" markalı 230 manat dəyərində olan laqondanı, 01 ədəd "termet" markalı 150 manat dəyərində su qızdırıcısını, 600 metr uzunluğunda 300 manat dəyərində Türkiyə istehsalı, 4-mm diametirində elektrik naqillərini, 10 ədəd hər biri 05 manat dəyərində ümumilikdə 50 manat dəyərində “Arko” markalı su krantlarını, 01 ədəd 30 manat dəyərində olan “Nike” markalı idman çatnasını, 01 ədəd üstündə "Zubr, 28mm 800 min" markalanma yazıları olan 50 manat dəyərində olan prefratoru, 01 ədəd üzərində "RTR , 65 mm " markalnma yazıları olan 40 manat dəyərində olan lozbziki, 01ədəd üzərində "Royce Profesional , RED 550, 10 mm" yazıları olan 20 manat dəyərində dreli və 01 ədəd "Boch" markalı 25 manat dəyərində laqondanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 1558 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək əldə olunacaq qazancı aralarında böləcəklərinə dair razılaşıb, aralarında aparılmış vəzifə bölgüsünə əsasən 02 oktyabr 2021-ci il tarixində gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 18-ci mikrarayon, ev 41 saylı binanın zirzəmsinin qarşısına gələrək qapını sıxıb açma yolu Təqsirləndirilən şəxs2 açaraq içəri daxil olaraq oradan 03 ədəd hər biri 30 manat ümümlikdı 90 manat dəyrində olan 7 litr həcmili alminum materialından olan qazanları, 01 ədəd alminum materilından olan 3 litr həcmində olan 10 manat dəyərində çayniki, 01 ədəd 80 manat dəyərində "Samsung" marakalı 2018-ci il tarixdə ÇXR-da istehsal olunmuş su qızdırıcısı, 01ədəd 25 manat dəyərində "Boch" markalı, ÇXR-da istehsal olunmuş dreli, 08 ədəd hər biri 50 manat ümümlikdə 400 manat dəyərində olan "Tel Carp" markalı spilinqi (balıq ovu üçün dəsti) və həmin balıq ovu üçün nəzərdə tutulmuş dəstə aid olan hər biri 25 manat olan ümümlikdə 200 manat dəyərində 08 ədəd KAİDA markalı barabanları, 02 ədəd 50 manat dəyərində ümümlikdə 100 manat dəyərində 2017-ci il tarixdə ÇXR-da istehsal edilmiş "Tefal" markalı 7 litr həcmində olan qazanları, 01 ədəd 10 manat dəyərində avtomoblin birləşdirici elektrik naqilləri, 01 bir ədəd 80 manat dəyərində odun samovarını və 01ədəd 10 manat dəyərində dəmir padnosu taladığı zaman küçədə həmin zirzəminin yanında pusuqda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 evdən çıxdıqdan sonra oradan uzaqlaşaraq ümümlikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 1055 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək əldə olunacaq qazancı böləcəklərinə dair razılaşıb, aralarında aparılmış vəzifə bölgüsünə əsasən 02 oktyabr 2021-ci tarixində gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 18-ci mikrarayon, ev 41 saylı binanın zirzəmsinin qarşısına gələrək oradan olan qapını sıxıb açma yolu açaraq içəri daxil olaraq 03 ədəd hər biri 30 manat ümümlikdə 90 manat dəyrində olan 7 litr həcmili alminum materialından olan qazanları, 01 bir ədəd alminum materilından olan 3 litr həcmində olan 10 manat dəyərində çayniki, 01 bir ədəd 80 manat dəyərində "Samsung" marakalı 2018ci il tarixdə ÇXR-da istehsal olunmuş su qızdırıcısı, 01 ədəd 25 manat dəyərində "Boch" markalı, ÇXR-da istehsal olunmuş dreli, 08 ədəd hər biri 50 manat ümümlikdə 400 manat dəyərində olan "Tel Carp" markalı spilinqi (balıq ovu üçün dəsti) və həmin balıq ovu üçün nəzərdə tutulmuş dəstə aid olan hər biri 25 manat olan ümümlikdə 200 manat dəyərində 08 ədəd KAİDA markalı barabanları, 02 ədəd 50 manat dəyərində ümümlikdə 100 manat dəyərində 2017-ci il tarixdə ÇXR-da istehsal edilmiş "Tefal" markalı 7 litr həcmində olan qazanları, 01 ədəd 10 manat dəyərində avtomoblin birləşdirici elektrik naqilləri, 01bir ədəd 80 manat dəyərində odun samovarını oğurladığı zaman küçədə, həmin zirzəmin yanında Təqsirləndirilən şəxs1 pusuqda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 evdən çıxdıqdan sonra oradan uzaqlaşaraq ümümlikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 1055 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bacısı Validə ilə birlikdə ünvan 3 ünvanında yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə əvvələr məhkum olunmuş, sonucu dəfə 18.07.2017-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmiş və 08.12.2018-ci il tarixdə cəzasını sonuncu günə kimi çəkib azadlığa çıxmışdır. 20.08.2021-ci il tarixdən bir necə gün öncə yaxınlıqda 1-ci mərtəbədə yerləşən ünvan 4 ünvanındakı evdə təmir işlərin getməsini görmüş və pəncərəsinin açıq olmasını, evdə təmir tikinti alətlərinin ola biləcəyini düşünmüş və oradan evə girərək oğurluq etmək qərarına gəlmişdir. 20.08.2021-ci il tarixdə gecə saat 23 radələrində oğurluq edəcəyi evin qarşısına gəlmiş və pəncərənin açıq olmasını görmüşdür. Ətrafda heç kəsin olmadığını və törədəcəyi cinayət əməlini heç kəs görməyəcəyinə əmin olduqdan sonra evə keçmək üçün ayağını divara qoymuş və pəncərədən mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra orada təmir işləri getdiyini və mənzildə müxtəlif təmir alətləri olduğunu görmüşdür. Orada olan otaqların birindən 05 ədəd laqonda götürərək mənzildə yerdə olan idman çantasına qoymuş və pəncərədən çölə tullamışdır. Daha sonra özüdə pəncərədən çıxaraq mənzili tərk etmişdir. Daha sonra oğurladığı alətlərlə birlikdə əlində tutulmaması üçün onları binanın zirzəmisində gizlətmişdir. Növbəti gün isə yəni 21.08.2021-ci il tarixdə oğurladığı əşyaları gizlətdiyi yerdən götürərək Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən dəmir alıq-satqı ilə məşğul olan Şahid 33 manata satmışdır. Bundan başqa o, 02.10.2021-ci il tarixdə gecə təxminən 01 radələrində tanışı Təqsirləndirilən şəxs2lə Sumqayıt şəhəri, 18-ci mikrarayon ərazisində gəzən zaman qaranlıq küçələrinin birində olan 41 saylı binanın zirzəmisini görüb, həmin zirzəmidən oğurluq etməyə qərarına gəlmişlər. Muradla ətrafa baxmışlar və heç kəsin olmadığını gördükdən sonra o Muradla zirzəminin qapısını sıxb açmışlar, o, çöldə gözləmiş, Murad isə içəri daxil olmuşdur. Daha sonra aralarında olan razılaşmaya əsasən o, bayırda onu gözləmiş və hər hansı bir şəxsin gəldiyi zaman Murada xəbər eidi. Murad içəri zirzəmiyə daxil olduqdan sonra oradan 01 ədəd samovar, 03 ədəd qazan və başqa məişət əşyaları olmasını müəyyən etmişdir. O oradan 01 bir ədəd samovar 3ədəd alminum və tefal qazanları, 01 ədəd çaydan, 01 ədəd dəmir qabı və digər dəqiq adları yadında qalmayan dəmir alətləri çıxartmışdır. Daha sonra həmin oğurladığları əşyaları Muradla birlikdə oradan aparmışlar və onun evinin zirzəmisində gizlətmiş, səhər isə həmin oğruladığları əşyalardan 02 ədəd qazan, 01 ədəd samovar, 01 ədəd primiçka, bir ədəd padnosu tanışları Şöhrət adlı şəxsə Murad özünə məxsus oldugunu deyərək, ümümilkdə 30 manata satmışlar. Həmin pulları Muradla aralarında bölmüşlər və şəxsi ehtiyclarını ödəmək üçün xərcləmişlər. Digər əşyaları isə tanımadığı şəxslərə hissə-hissə küçədə satmışlar. Təqsirləndirilən şəxs1 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu, oğurladıqları əmlakları polis əməkdaşları tərəfindən satdıqları şəxsdən alaraq zərərçəkmiş şəxslərə qaytardıqlarını, hazırda zərərçəkmiş şəxslərin tələb etdikləri qalan zərəri ödəməyə maddi imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 02.10.2021-ci il tarixdə gecə saat 01 radələrində tanışı İlqar adlı şəxslə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisindən keçən zaman qaranlıq küçələrin birində olan 41 A saylı binanın zirzəmisini görmüş, bir qədər ətrafda gəzişmiş və yaxınlığda hər hansı bir insanın olmadığına tam əmin olduqdan sonra həmin zirzəminin dəmir qapsını sıxıb açaraq içəri daxil olmuş, İlqar həmin vaxt aralarında əvvəldən olan razılaşmaya əsasən hər hansı bir şəxsin gəlib-gəlməməyi barədə ona məlumat vermək üçün onu bayırda gözləmişdir. Bir neçə dəqiqə sonra zizrəmiyə daxil olmuş, oranın qapısını əli ilə açıb keçmiş, zirzəmidə olarkən orada olan 01 ədəd samovar, 03 ədəd qazan və məişət əşyalarının olmasını müəyyən etmiş, oradan 01 bir ədəd samovar, 3 ədəd alüminüm və tefal qazanları, 01 ədəd çaydan, 01 ədəd dəmir qabı və digər dəqiq adları yadında qalmayan dəmir alətləri oğurlamışdır. Lakin, həmin yerdə su qızdırıcısı olmamışdır. Daha sonra o, oğurladığı əşyaları İlqarla birlikdə oradan aparmış və yaşadığı evin zirzəmisində gizlətmişdir. Səhər isə həmin oğruladığı əşyalardan 02 ədəd qazan, 01 ədəd samovar, 01 ədəd primiçka, bir ədəd padnosu və bir ədəd dəmir padnosu tanışı Şahid İlqarla birlikdə ümümilkdə 30 manata satmışlar. Həmin pulları İqlar Məlikovla aralarında bölmüşlər və şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişlər. Digər əşyaları isə tanımadığı şəxslərə hissə-hissə küçədə satmışlar. Tanışı Şöhrətin yanında həmin oğurladığı əşyaların özünə məxsus oldugunu demişdir. O, törədiyi cinayət əməlindən səmimi peşman olduğunu, oğurladığı əşyaları polis əməkdaşları tərəfindən satdıqları şəxsdən alınaraq zərərçəkmiş şəxsə qaytarıldığını, hazırda zərərçəkmiş şəxsə tələb etdiyi maddi zərəri ödəməyə imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qohumu Soltan Tahirova məxsus ünvan 5 ünvanında 01.08.2021-ci il tarixdən təmir işləri aparmış, həmin tarixdən etibarən təmir işləri apardığı mənzilə özünə məxsus əşyaları və alətləri gətirərək saxlamışdır. 20.08.2021-ci il tarixdə axşam 19 radələrində mənzildən çıxaraq evə getmiş, növbəti gün təmir etdiyi mənzilə gəldikdə orada özünə məxsus 01 ədəd “İnrskol” markalı, Rusiya istehsalı, 2020-ci il tarixdə 200 manata aldığı preparatoru, 01 ədəd “Zubr” markalı Rusiya istehsalı 2020-ci il tarixdə istehsal edilmiş 175 manata aldığı preparatoru, 01 ədəd “İnrskol” markalı 83 manata 2020-ci il tarixdə aldığı, Rusiya istehsalı dreli, 01 ədəd xırda həcmli “Evrolux” markalı 2020-ci il tarixdə Çində istehsal edilmiş 65 manat aldığı direli, 01 bir ədəd “Evrolux” markalı iri ölçülü, 2020-ci il tarixdə Çində istehsal edilmiş 165 manat dəyərində olan direli, 01 ədəd xırda həcmli “İnteskol” markalı Rusiya istehsalı, 2020-ci il tarixdə 150 manat dəyərində aldığı laqondanı, 01 ədəd böyük həcmli Almaniya istehsalı “MACHİNA” markalı 2020-ci il tarixdə 230 manata aldığı laqondanı, bir ədəd yaşıl rəngli 150 manat dəyərində lobziki, 01 ədəd “Termet” markalı təzə 2021-ci il tarixdə alınmış su qızdırcısını, 600 metr uzunluğunda 320 manat dəyərində Türkiyə istehsalı, 4-mm diametirində elektrik naqillərinin, 10 ədəd hər biri 05 manat dəyərində “Arko” markalı su krantlarını və 01ədəd 30 manat dəyərində Çin istehsalı olan “Nike” markalı 2020-ci il tarixdə 30 manata aldığı böyük idman çantasının oğurlandığını aşkar etmişdir. Bunla bağlı o, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və həmin oğurluq edən şəxsi müəyyən edib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Baş vermiş oğruluq nəticəsində ona 1608 manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış əşyalardan bir ədəd "Zubr” markalı prefarator, bir ədəd "RTR, 65 mm" narkalı lobzik, bir ədəd "Royce Profesional, Red 550, 10 mm, 3000/min " markalı direl, bir ədəd üstündə "Boch" markalı laqonda polis əməkdaşları tərəfindən ona qaytarılmış, qalan əşyalar və ya onların dəyəri ona ödənilməmişdir. Zərərçəkmiş şəxs2 qeyd olunanların nəzərə alınaraq Təqsirləndirilən şəxs1 barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 18-ci mikrarayon, 41 saylı yaşayış binasınında ailəsi ilə birlikdə yaşayır və həmin binanın zirzəmisində ona ayrılmış sahədə özünə məxsus əşyları saxlayır. 02.10.2021-ci il tarixdə saat 11 radələrində yuxarda qeyd etdiyi zirzəminin qapısını açaraq naməlum şəxslər daxil olaraq oradan özünə məxsus 30 manat dəyərində avtomobilin birləşdirici elektrik naqilini, bir ədəd 5 litr həcmində olan samovarı, üç ədəd hər biri 30 manat dəyərində 7 litr həcmində olan alminum materialından olan qazanları, 01 ədəd alminum materilından olan 3 litr həcmində olan 25 manat dəyərində çaynik, bir ədəd 10 manat dəyərində olan dəmir padnosu, bir ədəd "Samsung" marakalı 2018-ci il tarixdə Çin istehsalı olan, işlək vəziyətdə olan 150 manat dəyərində su qızdırıcısını, 01 bir ədəd 25 manat dəyərində “Boch” markalı, Çin istehsalı, 2020-ci ildə aldığı direli, bir ədəd 15 manat dəyərində çugun materialından olan tava, 08 ədəd hər biri 50 manat dəyərində olan "Tel Carp" markalı spiling (balıq ovu üçün dəst) və həmin balıq ovu üçün nəzərdə tutulmuş dəstə aid olan hər biri 25 manat dəyərində 08 ədəd “KAİDA” markalı barabanları, 02 ədəd 50 manat dəyərində 2017-ci il tarixdə ÇXR-da istehsal edilmiş “Tefal” markalı 7 litr həcmində olan qazanların oğurlandığını müəyyən etmişdir. Bunula bağlı o, DİN-nin 102 xidmətinə zəng edərək, baş vermiş oğulruq hadisəsi barədə məlumat vermişdir. Oğurlanmış əşyalardan bir qismi, yəni 1 ədəd samovar, 1 ədəd dəmir padnos, 2 ədəd alüminum qazanlar, 1 ədəd avtomobil üçün nəzrdə tutulmuş elektrik naqil, 1 ədəd çuqun tava polis əməkdaşları tərəfindən ona qaytarılmış, qalan əşyalar və ya onların dəyəri ona qaytarılmamışdır. Zərərçəkmiş şəxs1 qeyd olunanların nəzərə alınaraq təqsirləndirilən şəxslərin barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən metal qəbulu məntəqəsini işlədir və həmin yer onun özünə məxsusdur. Təxminən avqust ayının sonlarında adını sonra bildiyi İlqar adlı şəxs ona məxsus metal qəbulu məntəqəsinə gələrək 01 ədəd lobzik, 01 ədəd drel, 01 ədəd preparator və bir ədəd laqondanın özünə məxsus olduğunu demiş və satmaq istədiyini bildirmişdir. O da, həmin əşyaları öz şəxsi istifadəsi üçün almaq istədiyini və həmin əşyalara ümumilikdə 33 manat verə biləcəyini bildirmişdir. İlqar onun təklifi ilə razılaşmış və o, İlqara 33 manat məbləğində nağd pul vermiş və həmin əşyaları öz şəxsi istifadəsi üçün ondan almış, daha sonra polis əməkdaşları ona yaxınlaşaraq İlqar adlı şəxsdən aldığı əşyaların oğurluq olması barədə ona məlumat vermişlər. O könülü olaraq İlqar adlı şəxsdən aldığı 01 ədəd lobzik, 01 ədəd drel, 01 ədəd preparator və bir ədəd laqondanı könüllü olaraq qaytarmağa razılıq vermişdir. İlqarın ona satdığı alətlərin oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Həmçinin 03.10.2021-ci il tarixdə adını sonra bildiyi İlqar və Murad adlı şəxslər ona məxsus metal qəbulu məntəqəsinə gələrək, bir ədəd avtomobilin birləşdirici elektrik naqili, bir ədəd 5 litr həcmində olan samovar, iki ədəd hər biri 7 litr həcmində olan alminum materialından olan qazanların, bir ədəd dəmir padnosun, bir ədəd çugun materialından olan tavaların özlərinə məxsus olduğunu deyərək satmaq istədiklərini ona demişlər, o da həmin əşyaları öz şəxsi istifadəsi üçün almaq istəmiş və onlardan həmin əşyaları 30 manata almışdır. Daha sonra polis əməkdaşları ona yaxınlaşmış və həmin əşyaların haradan və kimdən almasını soruşduqda o, həmin əşyaları İlqar və Murad adlı şəxslərdən aldığını bildirmiş, bundan sonra polis əməkdaşları həmin əşyaların oğurluq olması barədə ona məlumat vermişlər. O, da bu səbəbdən könülü olaraq İlqar və Murad adlı şəxslərdən aldığı bir ədəd avtomobilin birləşdirici elektrik naqilini, bir ədəd 5 litr həcmində olan samovarı, iki ədəd hər biri 07 litr həcmində olan alminum materialından olan qazanları, bir ədəd dəmir padnosu, bir ədəd çugun tavanı polis əməkdaşlarına təhvil vermişdir. İlqarın və Muradın ona satdığı alətlərin oğurluq olması barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 oktyabr 2020-ci il tarixli, 9/6789 nömrəli rəyindən görünür ki, aparılmış ekspert təhqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarında mövcud olan qiymətlərə və internet saytlarının məlumatlarına əsasən ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin hazırki işlənmiş vəziyyətdə, 2021-ci il avqust ayının ortalarına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: Təqdim edilən tədqiqat obyektləri -bir ədəd üstündə “Zubr” 28 mm, 800 min” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi gümüşü rəngli, Rusiya 2020-ci il tarixdə istehsal edilmiş prefarator 50,00 manat; -bir ədəd üstündə “RTR” 65 mm” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi göy rəngli lobzik 40,00 manat; -bir ədəd üstündə “Royce Profesional, RED 550, 10 mm, 3000/min” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi göy rəngli markalı drel 20,00 manat; -bir ədəd üstündə “Boch” markalanma (yazılar pozulub, oxunmur) yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi yaşıl rəngli markalı laqonda 25,00 manat; Təqdim edilməyən tədqiqat obyektləri -bir metr Türkiyə istehsalı, 4 mm diametrində təzə olduğu halda elektirik naqil 0,50 manat, 600 metr 300,00 manat; -bir ədəd təzə olduğu halda “Arko” markalı su krantı 5,00 manat, 10 ədədi 50,00 manat; Ekspert qeyd edir ki, tədqiqata təqdim edilməyən, qərarın təsviri hissəsində göstərilən lakin qiymətləndirilməyən digər yeddi adda tədqiqat obyektləri ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, istehsal yerini, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalması müəyyən etmədən onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 9/8110 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotoşəkillərdə göstərilən 4 adda malların orta istisimar müddəti və orta istisimar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 180,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 7 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istisimar müddəti, istehsal yeri, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Sıra Adı və markalarının göstəriciləri Miqdar vahidliyin Ümumi №-si (ədədi) qiyməti dəyəri (manatla) (manatla) Nəzəri qaydada 1 Alüminium materiallardan olan, 3 1 10 10 litr həcmində olan çaynik "Samung" markalı, 2018-ci il ÇİN 2 istehsallı, işlək vəziyətdə olan su 1 80 80 qızdırıcısı (pitiminituka) 3 “Boch” markalı, Çin istehsallı, 2020-ci aydın deyil 1 0 ildə alınmış 4 Te Cap" markalı spilinq (balıq ovu aydın deyil 8 0 üçün 5 Həmin balıq ovu üçün nəzərdə 5 aydın deyil tutulmuş dəstə aid olan, “KAİDA” 0 markalı barabanlar 6 2017-ci il tarixdə ÇXR-da istehsal 2 aydın deyil edilmiş, “Tefal” markalı, 7 litr həcmində olan 0 qazanlar Cəmi 90,00 Ftoşəkilləri təqdim edilmiş mallar nəzər qaydada 1 avtomobilin birləşdirici elektrik naqili 1 10 10 2 5 litr həcmində olan odun samovarı 1 80 80 3 7 litr həcmində olan alüminium 2 aydın deyil 0 materiallarından olan qazanlar 4 dəmir padnos 1 aydın deyil 0 5 çuğun materiallardan olan tava 1 aydın deyil 0 CƏMİ: 90,00 Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları, təqsirləndirilən şəxslərin özlərinin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar ittiham olunduqları maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 19.09.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 15.12.2021-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanmaqla qəti cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 12.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 14.10.2021-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 12.10.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, eyni məhkəmənin 06.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti 15 gün müddətinə, yəni 27.01.2022-ci tarixədək uzadılmış və həmin məhkəmənin hazırlıq iclasının 25.01.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 09.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 10.09.2021-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, MSY-dən azad olunmuş, Təqsirləndirilən şəxs1 barəsində Sumqayıt şəhər Məhkəməsinin 14.10.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 12.10.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 06.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 12.01.2021-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmış, eyni məhkəmənin hazırlıq iclasının 25.01.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd samovar, 1 ədəd dəmir padnos, 2 ədəd alminum qazanlar, 1 ədəd avtomobil üçün nəzrdə tutulmuş elektrik naqil və 1 ədəd çuğun tavanın Zərərçəkmiş şəxs1 sərəncamına verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd bir ədəd üstündə "Zubr, 28 mm, 800 çin" markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi gümüş rəngli, Russiyada 2020-ci il tarixdə istehsal edilmiş prefarator, bir ədəd üstündə "RTR, 65 mm" narkalanma yazıları olan xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi göy rəngli lobzik, bir ədəd üstündə "Royce Profesional, Red 550, 10 mm, 3000/min" markalanma yazıları olan, xairci görünününə görə istifadədə olmuş, gövdəsi göy rəngli drel, bir ədəd üstündə "Boch" markalanma (yazılar pozulub, oxunmur) yazıları olan xairci, görünüşünə görə istifadədə olmuş laqondanın zərərçəkmiş şəxs X1 verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxslər tərəfindən onlara vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli (iş № 1(060)-223/2022) qərarını icra edərək, 18.01.2022 və 14.01.2022-ci il tarixli 170/2022 və 171/2022 saylı orderlərə əsasən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 15 saat olmaqla cəmi 30 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulub saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12.10.2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd samovar, 1 ədəd dəmir padnos, 2 ədəd alminum qazanlar, 1 ədəd avtomobil üçün nəzrdə tutulmuş elektrik naqil və 1 ədəd çuğun tavanın Zərərçəkmiş şəxs1 sərəncamına verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd bir ədəd üstündə "Zubr, 28 mm, 800 çin" markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi gümüş rəngli, Russiyada 2020-ci il tarixdə ustehsal edilmiş prefarator, bir ədəd üstündə "RTR, 65 mm" narkalanma yazıları olan xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi göy rəngli lobzik, bir ədəd üstündə "Royce Profesional, Red 550, 10 mm, 3000/min" markalanma yazıları olan, xairci görünününə görə istifadədə olmuş, gövdəsi göy rəngli drel, bir ədəd üstündə "Boch" markalanma (yazılar pozulub, oxunmur) yazıları olan xairci, görününə görə istifadədə olmuş, gövdəsi yazıl markalı laqondanın zərərçəkmiş şəxs X1 verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 oğlunun göstərdikləri 15 saat hüquqi yardıma görə hər birinə 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-223/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-223/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver