Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-223/2024 04.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi, ev 8/3də qeydiyyatda olmaqla ünvan 1də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 avqust 2023-cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində 522 saylı marşrut xətti üzrə fəaliyyət göstərən sərnişin daşıma avtobusunda olan zaman Zərərçəkmiş şəxs səhhətinin pisləşməsi ilə bağlı olaraq Sumqayıt şəhərində yerləşən «Karvan» Ticarət Mərkəzinin qarşısında avtobusdan düşən zaman əl çantasını avtobusda unutmasından istifadə edərək, Zərərçəkmiş şəxs məxsus 30 manat dəyərində əl çantasını, içərisindəki 425 manat dəyərində 585 əyarlı 5 qramlıq 1 ədəd qızıl üzüyü, 354 manat dəyərində 585 əyarlı 4,17 qramlıq ağ qaşlı üzüyü, 1200 manat dəyərində 585 əyarlı 1 ədəd qızıl qol saatı, 304 manat dəyərində 1 ədəd 525 əyarlı 4 qramlıq qızıl dəsti, 456 manat dəyərində 525 əyarlı 6 qramlıq 1 ədəd qızıl sep klonu, 890 manat nağd pul, 1 ədəd 10 manat dəyərində bank kartı, 2 ədəd hər biri 15 manat dəyərində istifadə olunmuş ətirləri, 2 ədəd hər biri 45 qəpik dəyərində birdəfəlik kofeləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3699 manat 90 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, əvvəllər məhkum olunmamışdır. Belə ki, 12 avqust 2023-cü il tarixdə saat 15 radələrində 522 nömrəli marşrut avtobusunda sərnişin qismində Sumqayıt şəhər ərazisində hərəkət etmiş, avtobusda olarkən qarşısında bir nəfər qadın əyləşmiş və yanındakı oturacağa əl çantasını qoymuşdur. Bir neçə dəqiqə sonra qadın avtobusdan düşüb getmiş, həmin vaxt əl çantası oturacağın üzərində qalmışdır. Həmin vaxt avtobusda çoxlu adam olmamış və o, ətrafa baxıb onu heç kimin görməməsinə əmin olub, həmin əl çantasını götürmüş və sonrakı duracaqların birində avtobusdan düşmüşdür. Avtobusdan düşdükdən sonra əl çantasına baxdıqda orada 2 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd bank kartı, 890 manat nağd pul, 2 ədəd istifadə olunmuş ətir, 2 ədəd birdəfəlik kofelər, açarlar, 1 ədəd qızıl üzük, 1 ədəd ağ qaşlı üzük, 1 ədəd qızıl qol saatı, 1 ədəd qızıl dəsti, 1 ədəd qızıl klon olduğunu görmüşdür. Daha sonra şəxsiyyət vəsiqələrini və bank kartı ilə açarları əl çantası ilə birlikdə zibil qutusuna tullamış, pulu cibinə qoymuş, qızılları isə götürüb Karvan Ticarət Mərkəzinə getmişdir. Orada o, tanımadığı şəxsin mağazasına yaxınlaşıb qızılları satmaq istədiyini demiş və həmin şəxsə 1 ədəd qızıl üzük, 1 ədəd qızıl qol saatı, 1 ədəd qızıl dəsti, 1 ədəd qızıl klonu təqdim etmişdir. Həmin şəxs onlara baxıb qeyd olunan əşyalara görə ona 1770 manat pul verə biləcəyini demişdir. O da razılaşmışdır. Həmin şəxs ondan qızılların oğurluq olub-olmamasını soruşduqda, qızıllar özünə məxsus olduğunu, pul lazım olduğu üçün satdığını demişdir. Daha sonra o, şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün sürücülük vəsiqəsini həmin şəxsə vermiş və həmin şəxs sürücülük vəsiqəsinə baxıb onu geri qaytarmışdır. Sonra həmin şəxs ona 1770 manat pul vermiş və qızılları almışdır. O, oradan çıxmış və öz işləri ilə məşğul olub əldə etdiyi 1770 manat və 890 manat pulları öz ehtiyaclarına xərcləmişdir. Ağ qaşlı üzük isə xoşuna gəldiyi üçün onu satmaq istəməmiş və özündə qalmışdır. Kofeləri isə sonradan özü üçün istifadə etmişdir. Başqa cinayət törətməmiş, oğurluq edərkən onu görən olmamışdır. Mülki iddianı qəbul edir. Hal-hazırda maddi durumu pis olduğu üçün zərəçəkmişin tələb etdiyi məbləği ödəyə bilmir, lakin işləyəcəyi halda ödəyəcəyinə söz verir. Əməlindən peşmandır. O, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Yaşını, qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs- mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən saat 15 radələrində yaşadığı evə getmək üçün 522 nömrəli marşruta minmiş, marşrutda olan zaman yorğun olduğundan mürgüləmişdir. Marşruta minəndə əlində qara rəngli çantası olmuş, həmin qara çantanın içində qızıl-zinət əşyaları olmuşdur. O, qəfil oyanmış və Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yaxınlığında marşrutdan düşdükdən sonra əl çantasının olmadığını gördükdə əl çantasını avtobusda unutduğunu başa düşmüş, lakin həmin avtobus artıq getmişdir. Bundan sonra Sumqayıt şəhəri 4-cü PB-nə gedib ərizə ilə müraciət etmişdir. Onun əl çantasında 500 manat dəyərində 585 əyarlı, 5 qramlıq 1 ədəd qızıl üzük, 800 manat dəyərində 585 əyarlı, 8 qramlıq ağ qaşlı üzük, 1200 manat dəyərində, 585 əyarlı, 1 ədəd qızıl qol saatı, 500 manat dəyərində 1 ədəd 525 əyarlı, 4 qramlıq qızıl dəsti, 600 manat dəyərində 525 əyarlı, 6 qramlıq 1 ədəd qızıl sep klonu, 890 manat nağd pul, ona və baldızına məxsus şəxsiyyət vəsiqələri, 1 ədəd 10 manat dəyərində bank kartı, 2 ədəd hər biri 15 manat dəyərində istifadə olunmuş ətirlər, 2 ədəd hər biri 45 qəpik dəyərində birdəfəlik kofelər və açarlar olmuşdur. Oğurlanmış əl çantası 30 manat dəyərində olmuşdur. Ona baş vermiş oğurluq nəticəsində 3699 manat 90 qəpik məbləğində maddi ziyan dəymiş, həmin ziyandan 354 manatı qaytarılmışdır. O, mülki iddasında geri qaytarılmış məbləği nəzərə almadığı üçün 3699 manat qeyd etmişdir, hazırda zərəçəkmiş şəxsin maddi vəziyyətini nəzərə alaraq mülki iddia ərizəsinə dəqiqləşmə verərək, təqsirləndirilən şəxdən 2500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat məbləğində pulun alınaraq ona ödənilməsini tələb edir. Zərərçəkmiş şəxsdən şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, rəsmi olaraq Sumqayıt şəhəri, Karvan ticarət mərkəzində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə işdə olduğu zaman tanımadığı bir şəxs müştəri qismində müraciət edərək ankoloji xəstə olduğunu və bu səbəbdən özünə məxsus qızılzinət əşyalarını satmaq istədiyini bildirmişdir. O, etiraz etməmiş və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etmişdir. Bu zaman sonuncu şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, lakin sürücülük vəsiqəsinin üzərində olduğunu bildirmişdir. O da, həmin qadının sürücülük vəsiqəsini aldıqdan sonra onun anket məlumatlarını qeyd edib, sənədini özünə geri qaytarmışdır. Sənədini gördükdən sonra qadının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona 1 ədəd qızıl üzük, 1 ədəd qol saatı, 1 ədəd qızıl dəsti və 1 ədəd qızıl klonu aralarındaki razılığa əsasən 1770 manat pula satmışdır. Sabahı gün, yəni, xx.xx.2023-cü il tarixdə aldığı qızıl-zinət əşyalarını daha baha qiymətə tanımadığı şəxslərə satmışdır. Həmin qızıl zinət əşyalarını Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Əgər oğurluq olduğunu bilsəydi almazdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 16:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 20 avqust 2023-cü il tarixdə, saat 17:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 36); 22 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 47-48) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 55-56); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” 22 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.57- 60); 20 avqust 2023-cü il tarixli “götürülmə aparılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd üzük sarı rəngli metaldandır, üzərində «585» əyar damğası həkk olunmuşdur, üzük qızıla bənzəyir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs təqdim etdiyi üzüyü 12 avqust 2023-cü il tarixdə saat 15 radələrində 522 nömrəli avtobusda olan zaman oğurladığı əl çantasındakı qızıllardan qalan üzük olduğunu bildirmişdir. (i.v.40-41) xx.xx.2023-cü il tarixli “qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd qızıl üzüyü təhvil almışdır. (i.v. 106) AR ƏN MEM 9/8999 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzəri tor toxunuşlu üzük üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,17 qramdır. Aparılmış tədqiqatlar nəticəsində ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzüyün 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 354 manat müəyyən edilir. Tədqiqata təqdim olunmayan məmulatların 2023-cü ilin avqust ayına olan nəzəri qiyməti ümumilikdə təxminən 1539 manat müəyyən edilir. O cümlədən 1 ədəd 585 əyarlı 5 qramlıq qızıl üzük - 425 manat, 1 ədəd 525 əyarlı 4 qramlıq qızıl dəst - 304 manat, 1 ədəd 525 əyarlı 6 qramlıq qızıl sep kulon - 456 manat təşkil edir. (i.v. 71-74) AR DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v.70); Məhkəmə istintaqı dövründə iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən mülki iddia ərizəsi verilərək Təqsirləndirilən şəxs 3699 manat məbləğində dəymiş ziyanın tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs 04 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında mülki iddia ərizəsinə dəqiqləşdirmə verərək 2500 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat-ümumilikdə 2560 manat pulun təqsirləndirilən şəxsdən alınaraq ona ödənilməsini xahiş etmişdir “sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, kompleks məhkəmə fiziki-kimyəvi və məhkəməəmtəəşünaslıq ekspertizasının 9/8999 nömrəli 05 dekabr 2023-cü il tarixli rəyi, sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1, 177.2.5, 180, 186 və 326.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Şahid barəsində CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır (i.v. 83-89); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 177.1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinin İ bəndinə görə Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 2-ci bəndinə görə Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı-xüsusən yaşını, əməlini ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı olan mövqeyini, vurulmuş ziyanın ödənilməməsini şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 20 avqust 2023-cü il tarixdən 22 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını ünvan 1 ünvanında çəkməli, cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərini və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Günay Cəfərovaya 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. AR CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan 3699 manat 90 qəpik təşkil etmiş, həmin ziyandan 354 manat ödənilmiş, 3345 manat 90 qəpik ödənilməmiş qalmışdır. 04 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs iddia ərizəsinə dəqiqləşdirmə vermiş, 2500 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat pulun təqsirləndirilən şəxsdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 2500 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat-ümumilikdə 2560 (iki min beş yüz altmış) manat pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdən 22 avqust 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs 2500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat-ümumilikdə 2560 (iki min beş yüz altmış) manat pul alınaraq Zərərçəkmiş şəxs verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-223/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-223/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver