Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-224/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 sayı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1963-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “xxxx” ASC-də sürücü vəzifəsində işləyən, məhkum olunmamış, Sumqayıt şəhəri, Qazax rayonu, Qaymaqlı kəndində qeydiyyatda olmaqla həmin Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən Covid-19 virusuna yoluxması haqqında İTS.GOV.AZ saytından istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna daxil olmuş sms məlumatı aldıqdan sonra yaşadığı ünvana qayıtmamış və həmin tarixdə Sumqayıt şəhəri, M.Əsədov küçəsində olan karantin postunda polis əməkdaşları tərəfindən saxlanılaraq Covid-19 virusuna yoluxduğu barədə xəbərdarlıq edilməsinə baxmayaraq bilə-bilə ictimai yerə, ünvan 2 ünvanında yerləşən “Real” Tibb Mərkəzinə gedərək xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax rayonu, Qaymaqlı kəndinə anadan olmuş son 15 ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində özünə məxsus fərdi evdə yaşamış, Hazırda “xxxx” ASC-də sürücü vəzifəsində işləmiş, 26 dekabr 2020-ci il tarixdə səhhətində problemlər olduğu üçün 103 xidmətinə zəng edərək evə təcili tibbi yardım çağırmış, həmin vaxt evə gələn həkimlər ondan “Covid-19” virusuna yolxub-yolxmadığı müayyən etmək üçün test (nümunələr) götürmüşlər. Daha sonra özünü narahat hiss etdiyi üçün 28.12.2020-ci il tarixdə “Hyundai Sonata” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Sumqayıt şəhərinə “Real” adlı tibbi klinikasına müayinədən keçmək üçün yola düşmüş, həmin vaxt yolda olarkən saat 12:41-də işətdiyi ***-***-**-** mobil telefon nömrəsinə Təbibdən COVİD-19 yoxluması ilə bağlı mesaj gəlmiş, o Sumqayıt şəhərində 18 mkr ərazisində saat təxminən 13:20 radələrində olduğu zaman orada PPXT-nin əməkdaşları tərəfindən karantin postinda saxlanmış, özünü onlara təqdim etdikdən polis əməkdaşları onun məlumat bazasında COVİD-19 virusuna yoluxduğu barədə demişlər. Avtomobildə sərnişin yerlərədə ailəsi ilə birlikdə olmuş, həmin vaxt polis əməkdaşlarına onun işətdiyi mobil telefonuna Təbibdən yenicə mesaj aldığını və Covid-19 virusuna yoluxması barədə yolda olduğu zaman oyərindiyini demişdir. “Real” klinikasına müayyinədən keçmək üçün getdiyini demiş, Daha sonra təxminən saat 15 radələrində Real klinikasına getmiş və orada tibbi müayinədən keçmiş və həmin günü yaşadığı ünvana qayıtmış və daha sonra karantin qaydalarını pozmamışdır.Ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş X3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, “Real” tibbi mərkəzində həkim radioloq vəzifəsinə işləyir, həmin klinikada rentgen müayinəsinin nəticəsinə kompüterlə baxdıqdan sonra protokol yazır, klinikaya müxtəlif pasiyentlər gəlir, onların Covid-19 virusuna yoluxub-yolxumaması barədə şifahi şəkildə sorşulduqdan onların Covidlə yoluxmamış olduğunu bildikdən sonra onlara tibbi xidmətlər göstərilir.Təxminən 28.12.2020-ci il tarixdə saat 14:30 radələrində Qazax rayonu, Qaymaqlı kənd sakini Təqsirləndirilən şəxs həmin “Real” Tibb klinikasına gəlmiş və orada ağciyərlərinin rentgen müayinəsindən keçmiş istəmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin vaxt Covid-19 virusuna yoluxmuş olduğunu bildirməmişdir. Ona görə də həmin vaxt Təqsirləndirilən şəxs istəyi ilə ağciyərləri rentgen müayinəsindən keçirilmiş və özünə rentgenin şəkiləri və protokolu verilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X4 ifadəsində X7 tibb bacısı vəzifəsində işlədiyini, onun xəstələri cihaz olan otağa apararaq rentgenin keçirilməsini təmin etdiyini, rentgen müayinəsindən sonra nəticələrə kompüterlə baxdıqdan sonra həkim radioloq tərəfindən protokol yazıldığını, Covid 19 virusu ilə bağlı müayinə üçün klinikaya müxtəlif pasiyentlər gəldikdə onların həmin virusa yoluxub-yoluxmadıqdalarını soruşulduqdan və yoluxmadıqlarını öyrəndikdən sonra müayinə elədiklərini, 28.12.2020-ci il tarixdə klinikaya saat 14:30 radələrində Təqsirləndirilən şəxs adlı şəxsin gələrək ağciyərinin rentgen müayinəsinin keçirilməsini istədiyini, şifahi sorğu zamanı sağlam olduğunu dediyini, həmin gün Təqsirləndirilən şəxs Rentgen müayinəsindən keçirilərək müayinənin şəkilləri və protokolunun onun özünə təqdim edildiyini göstərdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, 28.12.2020-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, M. Əsədov küçəsində “Daş bazarı” adlanan ərazisində polis serjantı Şahid3 ilə birlikdə xidmətdə olduğları zaman “Hyundai Sonata” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili stasinar postda çatdığı zaman saxlamışlar, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxsin təhkim edilmiş portal vasitəsilə onun koronavirus xəstəliyinə yolxub-yolxumaması və evdən çıxması ilə bağlı xüsusi icazə olmasını müəyyən etmək üçün yoxlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs 28.12.2020-ci il tarixdə saat 02:59:07 Covid 19 virusuna yolxuması ilə əlaqədar portaldan çıxarldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğunu bildiyini və ağ ciyərlərini yoxlatdırmaq üçün xəstaxanasına getdiyini demişdir. Ona Covid-19 virusa yoluxduğu üçün onun yaşadığı ünvanda karantin qaydalarına əsasən evdən çıxmamalı olduğunu və əks təqdirdə qanuni qaydada məsuliyyətə cəlb ediləciyini bildirmişlər, Lətif COVİD-19-a yoluxduğunu bilərək evi tərk edərək qanunu pozduğunu demiş, lakin xəstəxanada ağ çiylərini yoxlatırmaq lüzum yarandığını bildirmişdir. Bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmişlər və Lətif evə qayıdacağını deyərək və karantin qaydalarına daha pozmuyacağını vəd edərək oradan getmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan TƏBİB X8 Abşeron Rayon Mərkəzi Xəstəxanasından verilmiş 14.01.2021-ci il tarixli 43 saylı arayışdan görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi İ.Qayıbov küçəsi fərdi evdə yaşayan xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 28.12.2020-ci il tarixdən “U07.3 COVİD 19” təsdiqlənmiş diaqnozu ilə Mehdiabad həkim məntəqəsində qeydiyyata götürülmüşdür. DİN BƏSİİ-dən daxil olmuş 28.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “xxxx” MMC tərəfindən verilmiş 13.01.2021-ci il tarixli, 38B saylı arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 28.12.2020-ci il tarixində saat 14:30-da X9 MMC-də Döş qəfəsinin rentgen müayinəsindən keçmişdir. İTS.GOV.AZ saytından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 26.12.2020-ci il tarixində COVİD 19 ilə bağlı verdiyi testin nəticəsi POZİTİV çıxdığındanonun və ailə üzvlərinin yaşayış yerini tərk etməmələri bildirilmişdir.Həmçinin Təqsirləndirilən şəxs karantin rejimini pozduğu təqdirdə İXM və CM-də nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Həmçinin ona xxxx ASC tərəfindən verilmiş icazə Covid 19 virusuna yoluxma faktı ilə əlaqədar ləğv olunmuşdur. Cinayət işinin materiallarında olan Sübutların qiymətləndirilməsinə dair 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 139-1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarıda olan Diskə baxış keçirlməsi haqqında 08.02.2021-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı 99 UH754 dövlət nömrə nişanlı avtomobilin 28.12.2020-ci il tarixdə saat 12:38-dən 15:22-dək hərəkət istiqaməti və marşrutu göstərilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 08.02.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Süleymanov Lətif Məhəmməd oğluna hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı onun Abşeron rayon icra və Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18.02.2021-ci il tarixli (iş № 1(060)-224/2021) qərarını icra edərək, 26 fevral 2021-ci il tarixli 201 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 Məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Abşeron rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək ünvan 3 ünvanını tərk etməmək, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-224/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-224/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver