Məhkəmə qərarları › İş №1(060)-224/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-224/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-224/2022 20.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göyçay şəhəri Z.Bünyadov küçəsi, ev 25-də qeydiyyatda olan, hazırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Gecəqondu Məhəllədə fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə saat 00:40 radələrində etibarnamə əsasında “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Corolla” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, “Sumqayıt Kimya Sənaye Parkı”nın arxa hissəsində yerləşən avtomobil yolu ilə Azərbaycan prospekti istiqamətində hərəkətdə olarkən "xxxx" MMC-nin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək, eləcə də hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və sonuncunun dərəcəsinə görə həyat üçün təhükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri alması nəticəsində “Kəllə qapağı və əsas sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma” xəsarətlərindən hadisə yerində ölməsi ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, hadisə onun təqsiri ucbatından baş verməmişdir, piyada qəflətən qaça-qaça yola çıxmış, hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Bununla belə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Taksi fəaliyyəti ilə məşğul olur, yeganə qazancı bundandır, ailəsindən ayrılmışdır, bir uşağı var, ayda 170 manat aliment verir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadəsi ilə təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs istintaq zamanı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, “ “Toyota Corolla” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə “B” kateqoriyalı AF 713737 nömrəli sürücülük vəsiqəsi ilə 2021-ci ilin fevral ayından idarə edir. Özü taksi fəaliyyəti ilə məşğul olur və “Omega” taksi şirkətində işləyir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri zavodlar ərazisi ilə müştəri götürmək üçün Sumqayıt şəhəri 14-cü məhəlləyə gedirmiş, həmin gün saat təxminən 00:40 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Corolla” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yəhya Məmmədov küçəsi ilə üzü Azərbaycan prospekti istiqamətində təxminən 70-80 km/saat sürətlə hərəkətdə olan zaman “Süşə zavodunun” yaxınlığında bir nəfər 40-45 yaşlarında olan kişini yolun hərəkət hissəsində görüb həmin piyadanı vurmamaq üçün avtomobilin sükanını sola doğur döndərmiş, lakin hadisənin qarşısını ala bilməmiş, həmin piyadanı idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuş və piyada avtomobilin ön alın şüşəsinin sağ tərəfinə çırpılaraq yerə yıxımışdır. O, həmin yerdən bir qədər irəlidə avtomobilini saxlayıb piyadaya yaxınlaşmış və “103” təcili tibbi yardım xidmətinə zəng vurmuş, lakin “103” xidməti məşğul olduğu üçün zənginə cavab verilməmişdir. O, dəfələrlə “103” xidmətinə zəng vursa da xətt məşğul olduğu üçün əlaqə saxlaya bilməmiş, həmin piyadaya yaxınlaşıb nəbzini yoxlayan zaman nəbzinin döyünmədiyini görüb onu xəstəxanaya aparmağın əhəmiyyəti olmadığınına görə DİN-in “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yeri onun iştirakı ilə müayinə olunaraq fotoşəkillər çəkilmiş və polis əməkdaşlarının dəvəti ilə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə getmişdir. Hadisə 24 avqust 2021-ci il tarixdə saat təxminən 00:40 radələrində Sumqayıt Kimya Sənayə Parkının arxa hissəsində yerləşən avtomobil yolu ilə Azərbaycan prospekti istiqamətində hərəkətdə olan zaman “Şüşə zavodu”nun ("xxxx" MMC-nin) yaxınlığında baş vermiş, hadisə baş verməmişdən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 70-80 km/saat olmuş, o, hadisədən əvvəl həmin piyadanı fikirli olduğu üçün gec görmüş, təxminən ona çatmağına 3 metr məsafə qalmış yolun sağ kənarından sol kənarına doğru yolun hərəkət hissəsində 2 metr məsafədə görmüş və avtomobili sola doğru döndərsə də həmin piyadanı vurmuş və piyada avtomobilin ön alın şüşəsinə çırpılaraq yolun sağ kənarına düşmüş, həmin piyadanı yolun hərəkət hissəsində hərəkətdə olan zaman görmüş, həmin vaxt avtomobildə sərnişin və ya yük olmamış, hadisə vaxtı özü heç bir xəsarət almamış, hadisə zamanı avtomobilin ön hissəsinin sağ kənarı, yəni buferin sağ tərəfi, sağ qanad hissəsi zədələnmiş, eləcə də avtomobilin ön alın şüşəsinin sağ tərəfi sınmış, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 göstərdi ki, xx.xx.1980-cı il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır və Zərərçəkmiş şəxs ilə xx.xx.2005-ci ildən rəsmi nigahda olmuşlar. xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs hava qəbul etmək adı ilə evdən çıxaraq həyətə getmiş, həmin gün axşam Anar evə gəlmədiyi üçün o narahat olub onun mobil nömrəsinə dəfələrlə zəng etsə də zənglərinə cavab verməmiş, səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə axşam saatlarında ona polisdən zəng edilərək Polis İdarəsinə dəvət edilmiş, ona idarədə həyat yoldaşının fotoşəkli göstərilən zaman o fotoşəkildəki şəxsin həyat yoldaşı Zərərçəkmiş şəxs olduğunu demiş və həmin zaman həyat yoldaşını avtomobil vurduğu üçün ölməsi ona məlum olmuşdur. İşə məhkəmədə baxılan ərəfədə təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, Cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Qubadlı RPŞ-nin DYPB-nin YPX inspektorudur, Sumqayıt şəhərində fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixdə saat 00:45 radələrində xidmətdə olduğu vaxt Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən Sumqayıt Kimya Sənayə Parkında yerləşən "xxxx" MMC-nin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuş, dərhal hadisə yerinə yaxınlaşmışdır. Hadisə yerinə gedəndən sonra məlum olmuşdur ki, “Toyota Corolla” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs "xxxx" MMC-nin yaxınlığından keçən avtomobil yolunda bir nəfər 40-45 yaşlarında olan piyadanı vurmuş, piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Həmin vaxt hadisə yeri “Toyota Corolla” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri və sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin vaxt “Toyota Corolla” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müayinəsi üçün müvafiq tibb müəsissəsinə apararaq tibbi müayinədən keçirilməsini təmin etmişlər, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sürücünün hadisə yerindən qaçması halları baş verməmişdir. İş materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi ilə Azərbaycan prospektini birləşdirən avtomobil yolunda yol nəqliyyat hadisəsi baş vermişdir. Yolun hərəkət hissəsi düz olmuş, yolun örtük hissəsi asfalt beton olmuş, örtüyün vəziyyəti quru olmuşdur. Yol örtüyünün eni 7 metr, gərəkət zolaqlarının sayı 1, hərəkət hissəsinin eni 3,5 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayıran nişanlama xətti yoxdur. Hərıkət hissəsi sağdan yolun çiyni ilə birləşir. Sağdan işıqlandırma dirəkləri vardır. Hərəkətin nizamnlam üsulu yoxdur. Yol nişanları zonası yoxdur. Yol elektrik işığı ilə işıqlandırılır. Piyada yolun sağ kənarından sol kənarına doğru 2 metr məsafədə vurulmuşdur. (i.v 4-10) Məhkəmədə işə baxılarkən hadisə yerinə baxış keçirilmişdir. “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokolda göstərilənlər təsdiq olunmuşdur. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin” 6214 saylı, xx.xx.2021-ci il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu və narkotik maddələrin təsiri altında olmamaışdır.(i.v 19) İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən və nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs “Toyota Corolla minik”markalı 50DV936 nömrəli avtomobili idarə etməyə səlahiyyəti və hüququ olmuşdur. (i.v 21-23) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 00:40-da Sumqayıt Kimya Sənaye Parkının arxa hissəsində yerləşən avtomobil yolu ilə Azərbaycan prospekti istiqamətində hərəkətdə olan “Toyota Corolla” markalı avtomobilə bənzəyən tünd boz rəngli avtomobil yol sağ kənarında sol kənarına doğru yolun hərəkət hissəsinə çıxan piyadanı vurur, sonra avtomobilin arxa əyləc işıqları yanır və avtomobil yolun sağ kənarında dayanır. Baxış zamanı BabayevOrxan Vadim oğlu bildirmişdir ki, tünd boz rəngli “Toyota Corolla” markalı avtomobilə bənzəyən avtomobil onun idarə etdiyi “Toyota Corolla” markalı 50DV936 dövlət qeydiyyat nişanlı avtomobildir.(i.v 42-43) Məhkəmə iclasında 01 ədəd diskdəki görüntülərə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, “Toyota Corolla” markalı 50DV936 dövlət qeydiyyat nşanlı avtomobil gəlməzdən əvvəl piyada yolun sağ hisəsində dayanmış, həmin avtomobil yaxınlaşanda onu saxlatmaq üçün yolun hərəkət hissəsinin kənarına, sağ hissəsinə çıxmış, avtomobil onu vurana qədər tormozlama və avtomobili kənara çəkmə əməliyyatları yerinə yetirilməmiş, piyada vurulduqdan sonra idarəetmə ani olaraq itirilmiş, avtomobil ziqzaq hərəkətlər etmiş, sonra tormozlama əməliyyatı aparılmış və avtomobil yolun sağ hissəsində dayanmışdır. Piyada yolun sağında, kənarda yerdə yıxılı vəziyyətdə qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 105 saylı ekspert rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:Beyin maddəsinə və mədəciklərinə qansızma. Subdural Hematoma, Alın sümüyünün kəllə əsasına keçən sınığı. Alnın, sağ qaçüstü nahiyyənin, sağ qulaq seyvanının, sağ dizin yaraları. Bədən səthinin qançır və sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən trənmişdirlər.qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni, xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilməsi inkar olunur, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və və bu halda ölümlə nəticələnən sağlamlığa Ağır zərərvurmaya aid edilirlər. İlkin zərbə sağ baldır-diz nahiyyəsinin olmuşdur. X1 bədəni üzərində nəqliyyat travması ilə əlaqədar olmayan xəsarətlər, təkrar vurulma nəticəsində, ölümündən sonrakı xəsarətlər şakr edilməmişdir. X1 ölümünə səbəb kəllə qapağı və əsas sümüklərin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyitini müayinəsindən 8-12 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir.(i.v 59-62) İş materiallarında olan məhkəmə yol nəqliyyat ekspertizasının 8/2453 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Toyota Corolla markalı 50DV936 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(66-68) İş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AF713737 saylı “B” kateqoriyalı 10 illik sürücülük vəsiqəsi almışdır. Kompyuter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur.(i.v 74) İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində tutularaq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir.(i.v 75-76) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 96-98) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 100-101) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dipanserinin 3838 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 102) İş materiallarında Məhkəmə Psixiatrik Ekspertizası X9 3746 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ambulator və stasionar məhkəməpsixiatrik ekspertizasından keçməmişdir.(i.v 103) İş materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan Təqsirləndirilən şəxs piyada X5 vuraraq ona xəsarət yetirməsi və xəsarət nəticəsində ikincinin hadisə yerində vəfat etməsi öz təsdiqini tapmışdır.(i.v 104- 105) İş materiallarında olan Göyçay rayon İHB-nın Göyçay şəhər İƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.(i.v 109) İş materiallarında olan Respublika Narkoloji Mərkəzi X9 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur.(i.v 114) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 264-cü maddəsinin tərkibi olmadığından onun barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bbayev Orxan Vadim oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 186.1 və 187.1-ci maddələrini tərkibi olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İstintaq zamanı Sumqayıt Kimya Sənaye Parkının hasarına quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış videogörüntünü əks etdirən 01 CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır.(i.v 118-123) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci маддясиnin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görməşəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Məhkəmə 01 ədəd diskdəki görüntülərə baxaraq, hadisə yerinə baxış keçirərərk, işdəki sübutların müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə vaxtı piyada yolu sağdan sola keçməmiş, yolun sağ hissəsində olmuş, avtomobil gələrkən yolun sağından hərəkət hissəsinin sağına çıxaraq orada dayanmış, sonra isə hadisə baş vermişdir. Bu təqsirləndirilən şəxsin əməlinin tövsifinə təsir etməsə də işin müəyyən olunmuş halıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə saat 16:00-da tutulmuş, 06 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək saat 19:05-dən saat 19:58-dək dindirilmiş, sonra isə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutularaq saxlandığı bir gün ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Onun təqdim etdiyi hesabatdan görünür ki, o təqsirləndirilən şəxsin müdafiəsinin təmin edilməsi üçün 95 saat sərf etmişdir. Məhkəmə bu hesabatla razılaşmayaraq hesab edir ki, bu ağlabatan deyildir və müdafiə üçün 40 (qırx) iş saatı sərf olunması daha real və ağlabatandır. Ona görə də, dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut-Sumqayıt Kimya Sənaye Parkının hasarına quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış videogörüntünü əks etdirən 01 CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə tutularaq saxlandığı 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və onun cəzası qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar