Məhkəmə qərarları › İş №1(060)-225/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-225/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-225/2021 20.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X5 oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də mexanik işləyən, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 35B, mənzil 31-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 dekabr 2020-ci il tarixdə təxminən saat 08:16 radələrində “BC” kateqoriyalı, AE 025141 seriyalı sürücük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi Airtrek” markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə kərəkətdə olarkən “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin, 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna riayət etməyərək və hadisənin qarşını almağa texniki imkanı olduğu halda tədbir görməyərək idarə etdiyi avtomobil üzərində idarəetməni itirib avtomobilin ön tərəfi ilə həmin küçədə yolun kənarında dayanmış piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs döş qəfəsinin küt travması, sol İİ-Vİİ qabırğaların, ön qoltuqaltı xətt üzrə yerdəyişən qapalı sınıqları, sol ağ ciyərin yaraları, daxili qanaxma, sol baldırın orta 1/3-nin açıq sınığı, sağ budun aşağı 1/3-nin iç səthinin, sol gicgah nahiyyəsinin iki ədəd, sol almacıq nahiyyəsinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək döş qəfəsinin küt travması nəticəsində daxili qanitirmə səbəbindən zərərçəkmişin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, nəqliyyat vasitələrini idarə etmək üçün “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. Özünə məxsus “Mitsubishi Airtrek” markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili artıq 5 ildir ki, idarə edir. 30 dekabr 2020-ci ildə həmişə olduğu kimi səhər saat 07:45 radələrində özünə məxsus olan “Mitsubishi Airtrek” markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobili ilə işə getmək üçün yaşadığı evdən çıxmış, Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Universitetinin qarşısından iş yoldaşları Amid, Qoşqar və Kamranı da götürüb yola düşmüşlər. Saat təxminən 08 radələrində Sumqayıt şəhəri Sülh küçəsi ilə Bakı-Sumqayıt şosse yolu istiqamətində hərəkətdə olduğu zaman, ondan irəlidə hərəkət edən avtomobil hərəkətini dayandırdığından həmin avtomobili ötmək üçün sola, yəni orta zolağa keçmiş və orta zolağa keçəndən sonra idarə etdiyi avtomobil üzərində idarəetməni itirmiş və avtomobil sağ tərəfə, yoldan kənarda yerləşən süni ot sahəsinə doğru istiqamətlənməyə başlamışdır. Avtomobil bir qədər irəliləyib süni ot sahəsində inşa edilmiş hasara dəydikdən sonra dayanmışdır. Həmin vaxt hasara ziyan dəyməmişdir. Bundan sonra o, və iş yoldaşları avtomobildən düşmüş və düşəndə görmüşdür ki, həmin süni ot sahəsində avtomobilinin yaxınlığında yerdə bir nəfər şəxs uzanmış vəziyyətdədir. Həmin şəxsə yaxınlaşmış və hərəkətsiz olduğunu görmüşdür. Başa düşmüşdür ki, həmin şəxsi o, avtomobili ilə idarəetməni itirən zaman vurmuşdur. Bundan sonra o, Sumqayıt şəhər TTYS-na zəng etmiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, özünü polislərə təqdim edib bildirmişdir ki, hadisəni o törətmişdir. Sonra Sumqayıt şəhər TTYS-nın əməkdaşları da hadisə yerinə gəlmiş və vurduğu piyadanı dərhal TTYS-nın avtomobilinə uzandırıb xəstəxanaya aparmışlar. O, qardaşı Sabitə də hadisə barədə məlumat vermiş və xəstəxanaya getməsini demişdir. Lakin bir qədər sonra Sabit ona zəng edib bildirmişdir ki, vurduğu piyada aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 bildirdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. 30 dekabr 2020-ci il tarixdə saat 08:30 radələrində Şabran rayonunda olduğu zaman Asifin həyat yoldaşının dayısı Tofiq ona zəng edib bildirmişdir ki, qardaşı Asif Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində ayağından xəsarət almışdır. Lakin təxminən 25-30 dəqiqə sonra Tofiq yenidən ona zəng edib bildirmişdir ki, Asif artıq vəfat etmişdir. Bundan sonra dərhal birbaşa Sumqayıt şəhər TTYX-na gəlmişdir. Hadisə barədə soruşduqda məlum olmuşdur ki, 30 dekabr 2020-ci il tarixdə təxminən saat 08:00 radələrində Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “Mitsubishi Airtrek” markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə kərəkətdə olarkən həmin küçədə qardaşı Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilinin ön tərəfi ilə vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir. Ona görə də, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 20.09.2021-ci il tarixdə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 30.12.2020-ci il tarixli 137 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin küt travması, sol İİ-Vİİ qabırğaların, ön qoltuqaltı xətt üzrə yerdəyişən qapalı sınıqları, sol ağ ciyərin yaraları, daxili qanaxma, sol baldırın orta 1/3-nin açıq sınığı, sağ budun aşağı 1/3-nin iç səthinin, sol gicgah nahiyyəsinin iki ədəd, sol almacıq nahiyyəsinin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti meyitin müayinəsindən 2-4 saat əvvəl olmaqla 30.12.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu döş qəfəsinin küt travması nəticəsində daxili qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01.02.2021-cı il tarixli, 8/13 nömrəli rəyindən görünür ki, “Mitsubishi Airtrek” markalı, **- DD-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında 30 dekabr 2020-ci il, tarixli 7006 nömrəli aktdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 1 saylı Sumqayıt Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsi tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixli 302-277-1221 nömrəli məktubdan görünür ki,Təqsirləndirilən şəxs 22.07.2016-cı il tarixdə 10 illik AE 025141 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi almışdır və sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması” haqqında 05.01.2021-ci il tarixli qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, X4 onun hüquqi varisi təyin edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 01 azyaşlı uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, 10 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir.. İş materiallarında olan 18.09.2021-ci il notarial qaydada bağlanmış sazişdən görünür ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi arasında barışıq sazişi imzalanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, cinayəti səmimi etiraf etməsini olmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmaması Azərbayan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, himayəsində 01 azyaşlı uşağın olmasını Azərbayan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbayan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun Vəkili Əsədov X1 Seymur Yusif oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 14 (on dörd) saat vaxt sərf etmişdir. Ona görə də 84 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Yusifov X3 Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Bundan başqa, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, hadisəni əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatinin dəyəri olan 100 (yüz) manat məbləğində pul ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 03 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 04 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD dick cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun Vəkili Əsədov X1 Seymur Yusif oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar