Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-226/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-X2, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 08 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,184 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 oktyabr 2022-ci il tarixdə saat 03:55-də Sumqayıt şəhəri, M.Hüseynzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində, yolun sol tərəfində Sumqayıt ŞPİ-nin PPXT-unn 1-ci Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, təmiz çəkisi 0,184 qram olan, qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs X5 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, sonuncu dəfə 03 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən iki gün əvvəl Sumqayıt şəhəri Xəzər bağları yaşayış massivi ərazisində olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, adını və digər məlumatlarını bilmədiyi şəxsə beş manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə olan, “kakos” adlandırılan heroin almış və sonradan istifadə etmək məqsədilə üzərində saxlamışdır. Sonuncu dəfə 03 oktyabr 2022-ci il tarixdə saat 03:55-də Sumqayıt şəhəri, M.Hüseynzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində olarkən ona üç nəfər polis formasında olan şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib, ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar şübhəli olduğunu izah edərək, onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olduğunu bildirmişlər. Buna etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə razılıq vermiş, bundan sonra polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedərkən yolda polis əməkdaşlarına üzərində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olan heroin olduğunu bildirmiş, polis bölməsinə gəldikdən sonra isə polis bölməsinin xidməti otaqlarının birinə daxil olmuşlar. Orda hüquqlarının müdafiəsi üçün hazırki vəkil Müdafiəçi ona təqdim edilmiş, ona həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə, video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirələciyi bildirilmiş, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, sonra polis əməkdaşlarının təklifi ilə əynində olan şalvarın cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş beş manata aldığı narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə üzərinə şəxsi axtarış aparılarkən aşaar edilmiş narkotik vasitə içərisi boş zərfə qablaşdırılmış və üzərində qeydlər aparılmışdır. Həmçinin polis əməkdaşları üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, narkotik vasitə olan heroini xeyli müddətdir istifadə etdiyindən, həmin narkotik vasitə olan heroinidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmiş, saxlanılarkən üzərində mobil telefon olmamış, saxlanılmamışdan xeyli müddət əvvəl pula ehtiyacı olduğundan istifadə etdiyi mobil telefonu satmışdır. Təqsirləndirilən şəxs X5 hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edirəm. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nun İ Bölüyünün polis nəfəri vəzifəsində xidmət aparır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 03:55 radələrində postaçı yoldaşları Sumqayıt ŞPİ-nin PPXT-nun İ Bölüyünün polis nəfərləri, polis baş serjantı Şahid3 və polis serjantı Şahid2 ilə birlikdə xidmət etdikləri ərazidə baş verə biləcək oğurluq hadisələrinin və digər hüquq pozmaların qarşısını almaq məqsədilə 9138 çağrışlı avtopatrul avtomobilində xidmətdə olarkən, Sumqayıt şəhəri M.Hüseynzadə küçəsi ilə N.Nərimanov küçələrinin kəsişməsində yolun sol tərəfində, ərazinin nisbətən qaranlıq yerində bir nəfər şəxsin onları gördükdən sonra özünü şübhəli apardığını görüb, bundan sonra dərhal həmin şəxsə yaxınlaşaraq onu saxlamışlar. Daha sonra həmin şəxsə özlərini təqdim edib, saxladıqları şəxsdən özünü şübhəli aparmasının səbəbini aydınlaşdırmaq istədikdə, həmin şəxs ilk olaraq qeyri səmimi cavablar vermiş, sonra isə həmin şəxs üzərində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirib, raport tərtib etməklə təhfıl vermişlər, bölmədə olarkən saxladıqları şəxsin xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Sumqayıt şəhəri, Nizami küçəsi, 6-cı məhəllə, 19C-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra polis bölməsinin inzibati binasında yerləşən xidməti otaqlardan birində onun, Sumqayıt ŞPİ-nin PPXT-nun İ Bölüyünün polis nəfərləri, polis baş serjantı Şahid3 və polis serjantı Şahid2in, eləcədə oraya saxlanılmış şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığı izah edilməklə, həmçinin video kamerdanda istifadə edib çəkliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyindən, daha sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə, Təqsirləndirilən şəxs sağ əlini əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə salaraq həmin cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisinə baxış keçirildikdə, ordan qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki qəhvəyi rəngli maddənin nə olması ilə bağlı sual verildikdə, o həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni saxlanılmamışdan iki gün əvvəl Sumqayıt şəhəri Xəzər bağları yaşayış massivi ərazisində olarkən əvvəllər tanımadığı, adını və ünvanını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 5 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, üzərində başqa digər qanunla saxlanılması və daşınması qadağan olunmuş hər hansı əşyanın olmadığını bildirmişdir. Daha sonra gümüşü rəngli siqaret kağızma bükülmüş bükümdəki, qəhvəyi rəngli maddə elektron tərəzidə çəkilmiş, həmin kütlənin qablaşdırıldığı gümüşü rəngli kağızla birlikdə ümumi çəkisi müəyyən edildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olub, protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra onu ərazi aidiyyatı üzrə aparıb raport tərtib etməklə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə təhfıl vermişlər, daha sonra polis bölməsinin xidməti otaqlarının birində onun üzərinə şəxsi axatarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, onun üzərindən mobil telefon aşkar edilməmişdir. Məhkəmədə Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs X2 Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5670 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №128” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə..Təqsirləndirilən şəxs - imza, Qablaşdırdı: R.Quliyev imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,184 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (Qeyd: Heroinin təmiz çəkisi - 0,184 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,134 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 7371 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarında olan Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 noyabr 2022-ci il tarixli 1(009)-215/2022 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 08 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 1(009)-215/2022 saylı hökmü ilə təyin olunmuş 08 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən hissəsi 07 ay 02 gün təşkil edir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-xx.xx.2017-ci il təvəllüdlü X3 vardır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, azadlığın məhdudlaşdırılması növündə cəza çəkə çəkə yenidən qəsdən cinayət törətməsi, hazırki cinayət işinin məhkəmədə olduğu müddətdə məhkəmə icraatından yayınması nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 04 ay 11 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün və azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 ay 20 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdr. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, üseynzadə İlkin Alim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan 0,134 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Səbail Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 04 ay 11 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və ona 10 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün və ona Səbail Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 ay 20 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 26 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,134 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-226/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-226/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver