Məhkəmə qərarları › İş №1(060)-227/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-227/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-227/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,işləməyən, məşkum olunmamış, Sumqayıt şəhəri, 41-ci məhəllə, 7 a saylı yataqxana, mənzil 86-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraatına materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri 41-ci məhəllə 7 a saylı yataqxana mənzil 86-da Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində bədəninin müxtəlif nahiyyələrindən yumruq və təpiklə,habelə başını döşəməyə vurmaqla döyərək sonuncuya “sol alın gicgah nahiyyəsinin yarası, sol saidin qançırvə sıyrığı, sol döş vəzisinin sıyrığı”ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona lan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs ilə 2006-cı ildə ailə həyatı qurduğunu və birgə nikahdan iki qız övladlarının olduğunu, 2013-cü ildə Şahanə ilə münasibətləri uyğun gəlmədiyindən boşandıqlarını, lakin buna baxmayaraq yenə bir ünvanda yaşadıqlarını,05 fevral 2021-ci il tarixdə axşamüstü dostları ilə kafedə azca spirtli içki qəbul etdiyini və evə gəldikdə Şahanənin əşyalarını yığışdırdığını gördüyünü, şahanənin ona başqa evdə qalmaq üçün köçdüyünü bildirdiyini, ondan nə baş verdiyini soruşduqda isə o, uşaqları da götürüb yaşamaq üçün başqa evə köçəcəyini dediyini, Şahanədən onu qızlarından ayırmamasını xahiş etsə də Şahanənin qəti surətdə qızlarını da götürüb gedəcəyini bildirdiyini, bundan əsəbiləşərək əli ilə bir neçə dəfə Şahanənin bədəninin müxtəlif nahiyyələrindən vuraraq yerə yıxdığını, bu vaxt səsə Şahanənin qardaşı Məzahirin gələrək onları ayırdığını,törətdiyi əməldən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək barəsindəki iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Onunla birgə nikahdan iki qız övladı vardır. Münasibətləri alınmadığından 2013-cü ildən rəsmi olaraq boşanmışlar. Lakin qalmağa ev tapmadığından Elnurla eyni evdə yaşayır.2021-ci ilin 05 fevral tarixində qalmaq üçün kirayə ev tapdığından evdən ayrılmıq qərarına gəlmiş və əşyalarını yığmağa başlamışdır. Saat 22 radələrində Elnur evə sərxoş vəziyyətdə gələrək, gedəcəyi halda uşaqları ona verməyəcəyini bildirmiş, o isə hər bir halda qızlarını özü ilə götürəcəyini bildirmişdir. Elnur mübahisə yaradaraq onu yerə yıxmış və bədəninin müxtəlif nahiyyələrindən vurmağa başlamışdır.Həmçinin onun başını əli ilə tutaraq yerə çırpmışdır. Bu zaman çöldə onu gözləyən qardaşı Məzahir səsə özünü yetirərək onları ayırmışdır. Hadisə bir neçə dəqiqə davam etmişdir və hadisənin şahidi sonradan otağa daxil olmuş qardaşı Məzahir olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və ondan şikayətçi deyildir. Odur ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. O, 2006-cı ildə Təqsirləndirilən şəxsla ailəhəyatı qurmuş və münasibətləri alınmadığından 2013-cü ildə rəsmi olaraq boşanmışdır.Lakin keçmiş əri ilə eyni evdə yaşamışdır. 05 fevral 2021-ci il tarixdə Şahanə ona zəng vuraraq kirayə ev tapdığını bildirərək evdən köçəcəyini bildirmiş və ondan əşyalarını yığmasında köməklik etməsini xahiş etmişdir. O, Elnurun qaldığı binaya gələrək Şahanəyə 3-cü mərtəbədə onu gözlədiyini demişdir. Təxminən saat 22 radələrində Elnur evə gəlmiş və bundan sonra mənzildən qışqırıq səslərini eşidərək yuxarı qalxmış və Elnurun Şahanəni yerə yıxaraq onun başını yerə çırpdığını və bədəninin müxtəlif nahiyyələrindən əli ilə vurduğunun şahidi olmuş və Elnuru Şahanədən ayırmışdır. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan iş üzrə keçirilmiş Məhkəmə Tibbi Ekspertizasının 06.02.2021-ci il tarixli 160 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş “sol alın gicgah nahiyyəsinin yarası, sol saidin qançır və sıyrığı, sol döş vəzinin sıyrığı ” xəsarətləri küt əşyanın təsirindən törənmişlər.Qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilərdi,müddəti müayinədən bir gün əvvəl olmaqla 05.02.2021-ci il tarixinə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 08.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğunun məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 10.12.2021-ci il tarixli 467 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər Poliklinikasından daxil olmuş 11.02.2021-ciil tarixli,76 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs psixiatrik kabinetdə ambulator və dispanser qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan sübutların qiymətləndirilməsinə dair 08 fevral 2021-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs əməlində CM-nin 221-ci maddəsinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanmasının rədd olunasına dair qərar çıxarılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin, şahid ifadəsi, ekspert rəyi və məhkəməyədək sadələşdirilmiş icraatın digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 03.03.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü tam təqsirli bilir. Zərərçəkmiş şəxs İlə barışmışdır və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 03.03.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı iddia və tələbi yoxdur və sonuncunun barəindəki cinayət təqibinə xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli (iş № 1(060)-227/2021) qərarını icra edərək, 23fevral 2021-cu il tarixli 198 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi X2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar