Məhkəmə qərarları › İş №1(060)-227/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-227/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-227/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1968-ci il tarixdə Qubadlı rayonu, Balahəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10/9, mənzil 60 ünvanında qeydiyyatda olmaqla ünvan 3ndə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxduğu halda 13 sentyabr 2021-ci il tarixdə saat 16:30 radələrində yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10/9, mənzil 60 ünvanını tərk edib Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən “Asan Xidmət” mərkəzinə gedərək xüsusi karantin rejimi dövründə epidemiya əleyhinə rejimin eləcə də, sanitariyagigiyena və karantin rejim qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təqaüdçüdür, hal-hazırda heç bir yerdə işləmir. 02 sentyabr 2021-ci il tarixdə axşam saat 19:00 radələrində yaşadığı evdə olduğu zaman hərarətinin yüksəldiyini hiss edib müayinə və tibbi yardım göstərilməsindən ötrü “103” xidmətinə zəng edib təcili tibbi yardım çağırmışdır. Həkim müayinəsindən sonra hərarətinin yüksək olduğunu bildikdə ondan “Covid-19” testi götürülmüşdür. O, 16 aprel 2021-ci il və 17 may 2021-ci il tarixlərdə 02 dəfə peyvənd olunduğu üçün “Covid-19” testinin nəticəsi neqativ olacağını fikirləşmişdir. Buna baxmayaraq bir neçə gün sonra istifadəsində olan daxilində ***-***-**-** saylı nömrənin olduğu “Huawei” markalı mobil telefonun mesajlar bölməsinə baxdıqda 04 sentyabr 2021-ci il tarixdə saat 16:40 dəqiqədə “İTS. GOV.AZ”dan mesaj göndərildiyi, həmin mesaj mətnində “Sizin 02.09.2021-ci il tarixində COVİD-19 il bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR”. Xahiş olunur, siz ve ailə uzvləriniz yaşayiş yerinizi terk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasinin İnzibati Xətalar ve Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. İD: **********. tel: 1542” yazıldığı, bununla da test analizinin cavabın pozitiv olması, yəni Covid-19 virusuna yoluxmağı ona məlum olmuşdur. Belə ki, o heç bir yerdə işləmədiyindən 13 sentyabr 2021-ci il tarixdə onun adına dostu tərəfindən pul köçürüldüyü üçün həmin tarixdə saat 16:00 radələrində evi tərk edib Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən ASAN xidmət mərkəzinin inzibati binasındakı "xxxx" ASC-nin filialına getmişdir. ASAN xidmət mərkəzinin binasının giriş qapısında polis əmkdaşları tərəfindən hər bir vətəndaşın Covid-19 virusuna qarşı vaksinasiya olunub-olunmamağı, “Covid-19” ilə bağlı test nəticəsi, yəni yoluxucu olub-olmaması sistem vasitəsi ilə yoxlanılırdı. O, şəxsiyyət vəsiqəsini verdikdən sonra sistemdə yoxlanış keçirilərkən onun Covid-19 virusuna yoluxmağı və hal-hazırda karantin rejimi qaydasında yəni, 14 gün evdən bayıra çıxmamalı olduğu məlum olmuşdur. Polis əməkdaşları ona “Covid-19” virusuna yoluxmağı ilə bağlı test cavabının pozitiv olduğunu və bu barədə ona mesaj gəlib-gəlmədiyini soruşduqda, o mesaj gəldiyini bildirib, həmin mesajı təqdim etmiş və həmin mesaja polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Bundan sonra polis əməkdaşlarının ASAN xidmət mərkəzinin qarşısına çağırdığı təcili tibbi yardım həkim briqadası tərəfindən təcili tibbi yardım avtomobilinə əyləşmiş və polis nəzarəti ilə yaşadığı evə aparılmışdır. O, 13 sentyabr 2021-ci il tarixdə ASAN xidmət mərkəzinə maddi imkanı yaxşı olmadığından dostunun onun üçün yolladığı pula bankdan götürməkdən ötrü oraya getmişdir. Fikirləşib ki, 16 aprel 2021-ci il və 17 may 2021-ci il tarixlərdə 02 dəfə vaksinasiya olmuşsa, həmçinin evdən çölə çıxdığı tarixdə də səhhətinin yaxşı olduğunu hiss etdiyindən sağaldığını və daha virus daşıyıcısı olmadığını güman etmiş, bu səbəblə də evi tərk etmişdir. “COVİD-19” virus daşıyıcısı olaraq ictimai yerlərdə olmağının digər şəxslərin də həmin virusa yoluxması ilə nəticələnə biləcəyini, bu əməlinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını dərk edir, sadəcə bir daha bildirir ki, maddi imkansızlığına görə evdən çölə çıxıb ictimaiyyətin olduğu yerə getmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri vəzifəsində işləyir. Polis serjantı rütbəsindədir. 13.09.2021-ci il tarixdə saat 16:30 radələrində PPXT-nin 1-ci bölüyünün polis nəfəri, polis baş serjantı Şahid1 ilə birlikdə Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən “Asan Xidmət” mərkəzinin binasının girişində vətəndaşların vaksinasiya olub-olmamalı, həmçinin “Covid-19” virus daşıyıcısı olub-olmamalı ilə bağlı ictimai qaydanın qorunması və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar xidmətdə olan zaman vətəndaşların portal məlumatlarını yoxlayarkən ünvan 2 ünvanda yaşayan xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Covid-19” virus daşıyıcısı olduğu məlum olmuşdur. Onlar bu barədə Təqsirləndirilən şəxs soruşduqda o, “Covid-19” virusu ilə bağlı vermiş olduğu testin nəticəsinin pozitiv olması ilə əlaqədar olaraq ona sms gəldiyini bildirib həmin mesajı istifadəsində olan mobil telefonda onlara təqdim etmişdir. Həmin mesaja baxıldıqda Təqsirləndirilən şəxs “Covid-19” testinin cavabının pozitiv çıxması barədə mesajın “İTS.GOV.AZ”dan 04.09.2021-ci il tarixdə göndərildiyi məlum olmuşdur. Bundan sonra onlar baş vermiş faktla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nin növbətçi hissəsinə məlumat vermişlər. Videoçəkiliş aparılaraq hadisə yerinə getmiş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan telefonun mesajlar bölməsinə baxış keçirilmiş, xəstəliyi ilə bağlı test nəticəsinin pozitiv çıxması ilə bağlı 14 gün müddətində özünütəcrid formada evdə qalmalı olduğu izah edilmiş, virus daşıyıcısı olaraq yaşadığı ünvanı tərk edib çölə çıxmasının digər şəxslərin də həmin virusa yoluxması, xəstəliyin yayılması üçün real təhlükə yaratdığını bildirilmiş və Təqsirləndirilən şəxs özünütəcrid formada evdə qalmalı olacağı barədə iltizam alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs təcili tibbi yarım briqadası ilə yaşadığı ünvana polis müşahidəsi ilə aparılmışdır. Məhkəmə iclasında iş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, təhqiqatçı tərəfindən vahid portal sistemində, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə Təqsirləndirilən şəxs mobil telefonu təqdim etdikdən sonra mesajlar bölməsinə baxılıb orada “İTS. GOV.AZ”dan mesaj göndərildiyi, həmin mesaj mətnində “Sizin 02.09.2021-ci il tarixində “COVİD-19” il bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR”. Xahiş olunur, siz və ailə uzvləriniz yashayiş yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasinin İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. İD: **********. tel: 1542” yazılmasının aşkar olunmuş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı test nəticəsinin pozitiv çıxmasına görə 14 gün müddətində özünütəcrid formada evdə qalmalı olduğunun izah edilmiş, virus daşıyıcısı olaraq yaşadığı ünvanı tərk edib çölə çıxmasının digər şəxslərin də həmin virusa yoluxması və xəstəliyin yayılması üçün real təhlükə yaratdığı bildirilmiş, Təqsirləndirilən şəxs özünütəcrid formada evdə qalmalı olacağı barədə iltizam alınmış, daha sonra Təqsirləndirilən şəxs təcili tibbi yarım briqadası ilə yaşadığı ünvana polis müşahidəsi ilə aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” Publik Hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X2 daxil olmuş 22.12.2021ci il tarixli 1155/1828 nömrəli məktubda göstərilmişdir ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10/9, mənzil 60 ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixdə verdiyi “PZR” müayinəsindən keçmiş, cavabı pozitiv olmuşdur. Sumqayıt şəhər 4 nömrəli ASM tərəfindən Q. Məmmədova evdə müalicə təyin olunub karantin qaydalarının şərtlərinə əməl etməsi məsləhət görülmüşdür. İş materiallarında olan X1 məxsus mobil telefonun mesaj bölməsinə baxış keçirilmiş və baxış zamanı 04 sentyabr 2021-ci il tarixdə “İTS. GOV.AZ”dan mesaj göndərildiyi, həmin mesaj mətnində “Sizin 02.09.2021-ci il tarixinde COVİD-19 il bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR”. Xahiş olunur, siz və ailə uzvləriniz yaşayiş yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasinin İnzibati Xətalar ve Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. İD: **********. tel: 1542” yazıldığı müəyyən edilmiş və baxış zamanı həmin mesaj mətninin fotoşəkili çəkilərək işə əlavə edilmişdir. İş materiallarında olan 19.11.2021-ci il tarixli, 835 nömrəli mütəxəssis rəyindən görünür ki, “COVİD 19” xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. “COVİD-19” virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu, damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Hal-hazırda “COVİD-19” xəstəliyi yeni xəstəlik olduğu üçün dünya alimləri tərəfindən öyrənilməkdə olan bir xəstəlikdir və bunun yoluxma yollarının hava damcı, təmas ilə bərabər başqa yollarla da yoluxması istisna edilmir. Xəstəlikdən ən təhlükəli mənbə virusu gəzdirən insanlardır (kliniki əlamətlər yoxdur, lakin virus halı vardır). Vaksinasiya olunmayan insanlar isə həm xəstəliyin yayılmasının əsas mənbəyinə çevrilir, eləcə də xəstəliyin yayılmasına imkan yaradaraq ətrafa daha çox virus buraxırlar. “ASAN Xidmət” mərkəzlərində çoxsaylı insanlar olduğundan vaksinasiya olunmayan, eləcə də “COVİD-19” infeksiyasma yoluxduğu üçün xəstə kimi qeydiyyata götürülmüş yaşı 18-dən yuxarı olan şəxslərin 14 gün müddətində evdən çıxmamaq qaydalarına əməl etməyib evdən bayıra çıxaraq, sanitar-gigiyena qaydalarını pozmaqla insanların çox sayda olduğu həmin mərkəzlərdə olması kütləvi yoluxmaya səbəb ola bilər. Vaksinasiya olunmayan, eləcə də “COVİD-19” infeksiyasma yoluxduğu üçün xəstə kimi qeydiyyata götürülmüş yaşı 18-dən yuxarı olan şəxslərin 14 gün müddətində evdən çıxmamaq qaydalarına əməl etməyib evdən bayıra çıxaraq, sanitar-gigiyena qaydalarını pozmaqla insanların çox sayda olduğu yerlərdə olması xəstəliyin yayılması üçün real təhlükə hesab edilir. Belə ki, həmin şəxslər kliniki əlamətlər olmadan xəstəliyə yoluxmuş ola biləcəklərindən və müəssisə, idarə və qurumlarda olduqları zaman daha çox insanla təmasda olduqlarından xəstəliyin sürətlə yayılaraq daha çox insanı yoluxduraca biləcəyini nəzərə alsaq, belə bir hal “COVİD-19” virusunun nəzarətdən çıxaraq qarşısı alınmaz olmasına gətirib çıxara bilər. Buna görə də “COVİD-19” infeksiyasma yoluxduğu üçün xəstə kimi qeydiyyata götürülmüş yaşı 18-dən yuxarı olan şəxslərin 14 gün müddətində evdən çıxmamaq qaydalarına əməl etməyib, evdən bayıra çıxaraq sanitar-gigiyena qaydalarını pozmaqla insanların çox sayda olduğu yerlərdə olmasıyeni növ koronavirus olan “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə hesab edilir. İş materiallarında olan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılması barədə görüntünü əks etdirən 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20.12.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş 030572 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İ Qarabağ döyüşlərinin iştirakçısı və müharibə veteranıdır. İş materiallarında olan Sumqayıt şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 009199 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, İ Qarabağ döyüşlərinin iştirakçısı və müharibə veteranı olmağını, ikinci qrup əlil olmasını və yaşayış yerində müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, cəzaçəkmə müddəti onun cəzanı icra edən orqana qeydiyyat alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanı tərk etməmək, Abşeron rayon, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd DWD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar