Məhkəmə qərarları › İş №1(060)-227/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-227/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-227/2023 17.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 2.3-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, çəkilməmiş 10 ay 01 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə cəzası olan, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 10, 2-ci Paralel küçəsi, məhəllə 9-da qeydiyyatda olan və ünvan 5-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını açıq yolla talama məqsədilə 02 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında park edilmiş Zərərçəkmiş şəxs məxsus 850,00 (səkkiz yüz əlli) manat dəyərində, 01 (bir) ədəd qırmızı rəngli, 2020-ci il istehsallı, mühərrikin həcmi 45 sm3 təşkil edən, “Kuba” markalı, “Х- Boss” model mopedi zərərçəkmiş şəxsin razılığı olmadan idarə edib hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus mopeddən ibarət əmlakı açıq yolla talayıb maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onu xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 34cü məhəllə ərazisində görüb tanımış, Şahid1 ilə isə əvvəllər Sumqayıt şəhəri 41A məhəllə ərazisində yerləşən avtoyuma məntəqəsində işləyərkən tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində təsadüfən Vüqarla görüşmüş, həmin vaxt Vüqar özünə pul lazım olduğundan “Karvan” ticarət mərkəzində özünə məxsus gümüş qolbağını satmaq istədiyini bildirmişdir. Bundan sonra ticarət mərkəzinə daxil olub bir neçə şəxsə həmin qolbağını göstərmişlər, ancaq qolbağına Vüqarın istədiyi məbləği vermədiklərindən Vüqar qolbağını satmaqdan imtina etmiş, bundan sonra Vüqarla ticarət mərkəzindən çıxıb piyada dayanacağa tərəf gedərkən Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən yaşayış binalarının birinin qarşısında motosiklet təmir edən Rəfayəti görmüşlər, Rəfayəti gördükdə Vüqardan aralanıb Rəfayətin yanına getmiş və onunla söhbət etməyə başlamışdır. Ona əvvəllər özünə məxsus motosikletinin olduğunu bildirib, motosikletin təmirində ona köməklik göstərə biləcəyini dedikdə, Rəfayətdə onunla razılaşmış, həmin müddətdə Vüqar binanın həyətində olan oturacaqlardan birində əyləşərək onu gözləməyə başlamış, Rəfayətlə motosikletin müəyyən hissələrini təmir etdikdən sonra motosikleti sürüb, saz vəziyyətdə olub olmadığını yoxlamağını, əgər hər hansı nasazlıq müəyyən edərsə bu barədə ona məlumat verməsini təklif etmiş, bu təklifindən sonra Rəfayət onunla razılaşmış və motosikletin açarlarını ona vermişdir. Motosikletlə müəyyən məsafə qət etdikdən sonra geri qayıtmış və motosikleti Rəfayətə təhvil verərək motosikletin sürətlər qutusunda nasazlıq olduğunu bildirmiş, həmin vaxt Rəfayət motosikletin yük yerində olan alət qutusunun düşdüyünü bildirdiyindən, yenidən motosikletlə gəldiyi istiqamətdə geri qayıtmış və həmin alət qutusunu taparaq özü ilə götürüb Rəfayət və Vüqarın yanına qayıtmış, bundan sonra motosikleti və alət qutusunu Rəfayətə təhvil vermişdir. Daha sonra Vüqarla birlikdə dayanacağa tərəf getməyə başlamış, yolda motosikleti Rəfayətin əlindən almaq qərarına gələrək geri qayıtmış, Vüqara isə motosiklet sahibi ilə işinin olduğunu demişdir. Rəfayətin yanına gəldikdən sonra isə motosikleti sürərkən özünə məxsus sənədlərini itirdiyini bildirib motosikleti getdiyi əraziləri yoxlamaq üçün ona verməsini xahiş etmiş, Rəfayət etiraz etmədən motosikletin açarlarını ona vermiş, ancaq özünündə onunla gələcəyini bildirmiş, Rəfayətə buna ehtiyac olmadığını bildirib tez geri qayıdacağını demiş və motosikleti idarə edərək ordan uzaqlaşarkən Rəfayətin narazı olduğunu bilmişdir. Bundan sonra gəldiyi istiqamətdə hərəkət edərkən Vüqarın yol ilə piyada getdiyini görüb onu səsləyib çağırmış, Vüqar yanına gəldikdən sonra motosikletlə onu yaşadığı evə aparmasını təklif etmiş, Vüqar motosikleti necə əldə etdiyini soruşduqda isə motosikletin dəyərini hissə-hissə ödəmək şərti ilə sahibindən aldığını, motosikletin pulunu hissə-hissə Rəfayətə məxsus bank kartına ödəyəcəyini bildirmişdir. Bundan sonra Rəfayəti motosikletə mindirmiş və onun yaşadığı H.Z.Tağıyev qəsəbəsi ərazisinə gəlmiş, orda Vüqarı düşürdükdən sonra motosikleti söndürmüş, motosikletin yanacağı olmadığından, motosikleti təkrar işə sala bilməmiş, bu səbəbdən motosikleti Vüqarın yaşadığı evin həyətində saxlamış və səhər motosikleti aparacağını bildirərək çıxıb getmişdir. Səhəri isə Vüqarın yaşadığı evə gedib motosikletə yanacaq doldurmuş, sonra isə motosikleti işə salaraq Bakı şəhəri Qala qəsəbəsi ərazisinə qədər idarə etmiş, orda axşam saatlarında təsadüfən tanış olduğu Murad adlı şəxsə özünə məxsus motosikleti satmaq istədiyini bildirmiş, qiymətlə bağlı aralarında razılığa gəldikdən sonra Murad adlı şəxs ona nağd 100 manat, sonradan isə ona məxsus karta ödəniş terminalı vasitəsilə 200 manat ödəməsi şərti ilə motosikleti ona satmışdır. Bundan sonra əldə etdiyi 100 manat pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmiş, ancaq düzgün hərəkət etmədiyini anlayaraq axırda polis bölməsinə gəlib törətdiyi əməl barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs məxsus motosikleti satdığı şəxsə, həmin motosikletin cinayət yolu ilə əldə etməsi barədə hər hansı məlumat verməmiş, sadəcə motosikletin özünə məxsus olduğunu bildirərək satmışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən qeyd olunanları nəzərə alınmaqla ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, xx.xx.2022-ci il tarixdən təxminən 5-6 gün əvvəl Sumqayıt şəhəri ərazisində yerləşən “Armi” marketin yaxınlığında işləyən anket məlumatlarını bilmədiyi ustadan 700 manata “Kuba” markalı, qırmızı rəngli motosiklet almış, sonradan isə əlavə olaraq təxminən 700 manat pul xərcləyərək həmin motosikleti təmir edərək saz vəziyyətə gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı binanın qarşısında motosikletin təmiri ilə məşğul olarkən oraya iki nəfər şəxs, sonradan adlarını öyrəndiyi Hikmət və Vüqar adlı şəxslər gəlmiş, həmin vaxt Hikmət ona yaxınlaşsa da, Vüqar bir qədər aralıda oturacaqda əyləşmişdir. Hikmət ona yaxınlaşdıqdan sonra motosikletin markası, qiyməti, hardan əlkdə etdiyi ilə və sair maraqlanmış, sonra isə motosikleti işə salmağını xahiş edərək özünün də motosiklet idarə etdiyini bildirib motosikletin hansı vəziyyətdə olmasını yoxlamaq istədiyini demişdir. Onun xahişi ilə motosikleti işə saldıqdan sonra o, motosikleti idarə etmək üçün Hikmət ondan icazə istəmiş, bundan sonra ona motosikleti idarə etməyə razılıq vermiş və onunla gəlmiş Vüqarın yanında əyləşərək telefonla danışmağa başlamışdır. Aradan təxminən bir neçə dəqiqə keçdikdən sonra Hikmət motosikletlə geri qayıtdıqda motosikletin yük yerində olan alət qutusunun düşdüyünü görüb bu barədə Hikmətə bildirmiş, Hikmət isə yenidən motosikletlə getmiş və alət qutusunu taparaq geri qayıtmışdır. O, geri qayıtdıqdan sonra alət qutusunu və motosikleti ona təhfıl vermiş və onunla sağollaşıb Vüqarla çıxıb getmişdir. Motosikleti Hikmətdən qəbul etsə də motosikletin üzərində olan açarı çıxartmamış, Hikmət getdikdən sonra təxminən 3-4 dəqiqə sonra geri qayıtmış və motosikleti idarə edərkən sənədlərini itirdiyini bildirərək ondan icazə almadan motosikletə əyləşmiş və motosikleti işə salmış, bundan sonra ona mane olmağa çalışsa da bunu bacarmamış və Hikmətin motosikleti hərəkətə gətirdiyini gördükdə bu dəfə özünün də onunla gedəcəyini bildirmiş, ancaq Hikmət ona məhəl qoymayaraq motosikleti hərəkətə gətirib ordan uzaqlaşmışdır. Onu səsləyib geri qayıtmasını tələb etsə də o dayanmamış və çıxıb getmiş, bundan sonra bir qədər gözləsə də Hikmətin geri qayıtmaması səbəbindən ona məxsus motosikleti ələ keçirdiyini anlamış və bundan dərhal sonra zəng edib hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Lakin motosikleti gözü öünündə oğurlandığını deməyə utandığından ona məxsus motosikletin yaşadığı binanın qarşısından naməlum şəraitdə oğurlandığını bildirmiş, daha sonra ərizə və izahatının alınması üçün polis bölməsinə dəvət edilmiş, sonradan isə ona məxsus motosikleti talamış şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən motoskletin ona qaytarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdir. Əvvəllər Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən “039” adlı avtoyuma məntəqəsində işləyərkən orada Təqsirləndirilən şəxs ilə tanış olmuş, xx.xx.2022-ci il tarixdə Hikmətlə görüşərək ona məxsus gümüş qolbağını satmaq üçün birlikdə Sumqayıt şəhəri 34-cü məhəllə ərazisinə gəlmişlər. Ancaq qolbağına istədiyi məbləği vermədiklərindən qolbağını satmaqdan imtina etmiş, bundan sonra Hikmətlə ticarət mərkəzindən çıxıb piyada dayanacağa tərəf gedərkən Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən yaşayış binalarının birinin qarşısında motosiklet təmir edən Rəfayəti görmüş, Rəfayəti gördükdə Hikmət ondan aralanıb Rəfayətin yanma getmiş və onunla söhbət etməyə başlamış, həmin müddətdə binanın həyətində olan oturacaqlardan birində əyləşmiş, Hikmət Rəfayətlə bir qədər söhbət etdikdən və motosikleti təmir etməkdə ona köməklik göstərdikdən sonra Hikmət motosikletin açarını Rəfayətdən alıb motosikleti idarə etməyə başlamış, bundan sonra Rəfayətdə yanına gəlib onunla eyni oturacaqda əyləşmiş və telefonla danışmağa başlamış, aradan bir qədər keçdikdən sonra Hikmət geri qayıtdıqda Rəfayət motosikletin yük yerində olan alət qutusunun düşdüyünü bildirdiyindən, Hikmət yenidən gəldiyi istiqamətdə getmiş, sonra isə geri qayıdıb motosikleti Rəfayətə təhfıl vermiş, bundan sonra birlikdə dayanacağa tərəf getmişlər. Ordan təxminən 50-60 metr məsafədə aralandıqdan sonra Hikmət işi olduğunu deyib geri qayıtmış, özü isə yoluna davam etmiş, ancaq aradan təxminən on dəqiqə keçdikdən sonra Hikmət yenidən motosikletlə yanma qayıdıb onu idarə etdiyi motosikletlə yaşadığı evə aparmasını təklif etmiş, bundan sonra razılaşıb motosikletə əyləşmiş, daha sonra yaşadığı H.Z.Tağıyev qəsəbəsi ərazisinə gəlmişlər, orada Hikmət motosikleti söndürmüş, ancaq yenidən motosikleti işə sala bilmədiyindən motosikleti yaşadığı evin həyətində saxlamış və çıxıb getmiş, səhəri isə Hikmət ondan xəbərsiz yaşadığı evin həyətində olan motosikleti götürüb aparmışdır. Ancaq onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edildikdə Rəfayətin motosikletinin oğurlanması ilə bağlı şikayət etdiyini, polis əməkdaşlarının onu və Hikməti axtarmalarını öyrənmiş, bundan sonra ona məlum olan hallar üzrə izahat vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Hikmətlə təsadüfən yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində küçədə qarşılaşdıqda, Hikmət yaşadığı Quba rayonundan Qala qəsəbəsi ərazisində kirayəşin yaşayan xalası oğlunun evinə qonaq gəldiyini, idarə etdiyi motosikletdə nasazlıq yarandığından yolda qaldığını bildirib, idarə etdiyi motosikleti təmir etməkdə ona köməklik göstərməyini xahiş etmişdir. Özüdə motosiklet idarə etdiyindən və motosikletin təmirindən anlayışı olduğundan onun motosikletinə təmir üçün baxmış, motosikletin karbirator sistemində nasazlıq olduğundan motosikleti təmir etmiş, bundan sonra Hikmət çıxıb getmişdir. Aradan bir neçə saat keçdikdən sonra isə Hikmət gerti qayıdıb xalası oğlunun xəstə olduğundan onun müalicəsi üçün pul lazım olduğunu bildirib, motosikleti ona 500 manata satmasını təklif etmiş, ancaq ona pulunun olmadığını bildirdikdə, o ilk əvvəl ona 100 manat pul verməyini, sonra isə qalan pulu sonradan hissə hissə ödəməklə motosikleti almağını xahiş etmiş, onunla aralarında razılığa gəldikdən sonra Hikmətə nağd 100 manat, qalan pulu isə yəni 200 manat pulu isə hissə hissə ona məxsus bank kartına ödəmək şərti ilə ondan almış, pulu Hikmətə verdikdən sonra o, çıxıb getmiş, aradan təxminən bir neçə gün keçdikdən sonra isə, daha dəqiqi xx.xx.2022-ci il tarixdə ailə üzvüləri ona məlumat verərək polis əməkdaşları ilə yaşadığı evə gəlmiş Hikmətin ona satdığı motosikleti cinayət yolu ilə əldə etməsi barədə məlumat verdiyini bildirmişlər. Bundan sonra isə ailə üzvüləri tərəfindən Hikmətdən aldığı motosiklet polis əməkdaşlarına təhfıl verilmiş, Təqsirləndirilən şəxs ona motosikleti satarkən həmin motosikletin cinayət yolu ilə əldə edilməsi barədə ona hər hansı məlumat verməmiş, motosikletin özünə məxsus olduğunu bildirib və pula ehtiyacı olduğundan satmaq istədiyini demiş, Təqsirləndirilən şəxs motosiklet alarkən motosikletin mülkiyyət hüququ ilə kimə məxsus olmasını təsdiq edən hər hansı sənədi olub olmamasını soruşmuş, o, motosikletin sənədlərini itirdiyini bildirib, ancaq öz sənədlərini ona təqdim etmiş, həmçinin pulu tam şəkildə ona ödədikdən sonra sənədləri qaydasına salıb ona təhfıl verəcəyinə söz vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısından taladığı Zərərçəkmiş şəxs məxsus bir ədəd “Kuba” markalı motosikleti Bakı şəhəri Xəzər rayonu Qala qəsəbə sakini Şahid2 satdığı müəyyən edildiyindən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində park edilmiş həmin motosikletə baxış keçirildi. Baxış zamanı motosikletin qırmızı rəngli olduğu, gövdəsi üzərində “KUBA”, “Х-Boss” və “super” markalanma yazılarının olduğu, ancaq baxış keçirilən motosikletin üzərində hər hansı zədələnmə və dövlət qeydiyyat nişanının olmadığı müəyyən edildi. Baxış zamanı həmçinin motosikletin mühərrik həcminin 0.1 litr olduğu, 2020-ci ildə istehsal edildiyi də müəyyən edildi. Baxışda iştirak edən X3 baxış keçirilən motosikleti xx.xx.2022-ci il tarixdə nəvəsi Şahid2 Hikmət adlı şəxsə nağd olaraq 100 manat, sonradan isə hissə-hissə 200 manat ödəmək şərti ilə aldığını, Hikmət adlı şəxsin motosikleti satarkən motosikletin cinayət yolu ilə əldə edilməsi barədə onlara hər hansı məlumat vermədiyini, motosikletin özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığını bildirdiyini göstərdi. Motosikletə baxış gündüz vaxtı, təbii işıq şəraitində keçirildi və motosiklet araşdırma üzrə əhəmiyyət kəsb ediyindən götürüldü. Motosikletə baxış keçirilərkən nəmçinin mobil telefonun kamerasından istifadə edilməklə foto görüntülər çəkilərək sərtib edilmiş protokola əlavə edildi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Nizami küçəsi 111-də 20 oktyabr 2022-ci il tarixdə saat 18:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 180.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır, yaşamır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakerizə olunur. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Fətullayev Məhəmməd adlı övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etməcəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 2.3-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-261/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 21-2/3-4731 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı X4 Müəssisəsinin xx.xx.2021 -ci il tarixli məktubuna əsasən “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli məclisinin 05 noyabr 2021 -ci ii tarixli Qərarının 2.3-cü bəndinə əsasən çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzasından xx.xx.2021-ci il tarixdə azad edilmişdir. Həmin məktubla Təqsirləndirilən şəxs əlavə cəzası olan 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə Şöbəsinin icraatına daxil olandan sonra aidiyyəti qurumlara müvafiq sənədlər göndərilmişdir. Hazırda Təqsirləndirilən şəxs əlavə cəzasının yəni 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə tarixi bitməsi xx.xx.2023-cü ildə başa çatır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7650 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, ekspertiza təyini haqqında qərarda və fotocədvəldə göstərilən 01 ədəd qırmızı rəngli, 2020-ci il istehsallı, mühərrikin həcmi 45 sm3 təşkil edən, “Kuba” markalı, “Х-Boss” model mopedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 850,00 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.4 və 181.1-ci maddələrinin, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkib əlamətləri yaranmadığından, həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanması rədd edilmiş, açıq yolla talanmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd qırmızı rəngli, 2020-ci il istehsallı, mühərrikin həcmi 45 kub sm təşkil edən, “Kuba” markalı, “X-Boss” model mopedin ekspertiza tədqiqatı ilə müəyyən edilmiş dəyəri əsas götürülməklə təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilmiş, 01 ədəd qırmızı rəngli, 2020-ci il istehsallı, mühərrikin həcmi 45 kub sm təşkil edən, “Kuba” markalı, “X- Boss” model mopedin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Sumqayıt ŞPİ-nin 4-cü PB-də saxlanması nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və ya əlavələr edilərək Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində edilərək ona həmin maddə ilə yenidən ittiham edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmış, şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxs və şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etməcəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 2.3-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi şəxsin əməli ehtiyatsızlıqdan törədildiyi üçün hazırki iş üzrə onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etməcəzasının çəkilməmiş qalan 10 (on) ay 01 (bir) gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə cəzası hökmlərin məcmusu üzrə bu hökmlə təyin olunan cəzaya tam birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan, Sumqayıt ŞPİ-nin 4-cü PB-də saxlanılan 01 ədəd qırmızı rəngli, 2020-ci il istehsallı, mühərrikin həcmi 45 kub sm təşkil edən, “Kuba” markalı, “X-Boss” model moped zərərçəkmiş şəxsin sərəncamına verilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-950/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 2063 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 01 (bir) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə cəzası təyin edilmiş əsas cəzaya əlavə cəzanı tamamilə birləşdirmək yolu ilə hökmlərin məcmusu qaydasında tam birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay 01 (bir) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 10 (on) ay 01 (bir) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin 4-cü PB-də saxlanılan 01 ədəd qırmızı rəngli, 2020-ci il istehsallı, mühərrikin həcmi 45 kub sm təşkil edən, “Kuba” markalı, “X-Boss” model moped zərərçəkmiş şəxsin sərəncamına verilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar