Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-227/2024 28.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X7, X4, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri Xəzər bağları massivində yataqxanada yaşamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qəti olaraq 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb keçdikdən sonra evin pəncərəsinin nəfəsliyindən keçmə yolu ilə qanunsuz içəri daxil olaraq oradan 450 manat dəyərində 02 il istifadə olunmuş 24-lük “İmerqaz” markalı kombi aparatını və 200 manat dəyərində olan 01 ədəd 1978-ci il istehsallı 05 litrlik samovarı gizli talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Fərid Baxşiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb evin arxa tərəfində yerləşən qeyriyaşayış sahəsi hesab edilən tikiliyə qanunsuz daxil olaraq oradan 800 manat dəyərində olan 01 ədəd 03 il istifadə olunmuş 40-lıq “Demirdöküm” markalı kombi apparatını gizli talamaqla Zərərçəkmiş şəxs3 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Fərid Baxşiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 01-02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən bağ evinə hasardan aşıb həyətdə olan qeyri-yaşayış sahəsi hesab edilən yardımçı tikilinin plastik qapısını sıxıb açma yolu ilə qanunsuz içəri daxil olaraq oradan 650 manat dəyərində olan 01 ədəd 01 il istifadədə olmuş 32-lik “Baymak” markalı kombi apparatını gizli talamaqla Zərərçəkmiş şəxs4 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Fərid Baxşiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 01-02 radələrində Zərərçəkmiş şəxs2 Hacıbala oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən bağ evinə hasardan aşıb həyətdə olan qeyri-yaşayış sahəsi hesab edilən yardımçı tikilinin qapısını sıxıb açma yolu ilə qanunsuz içəri daxil olaraq oradan 600 manat dəyərində olan 01 ədəd 01 il istifadədə olmuş 28-lik «Vanward 30» markalı kombi apparatını gizli talamaqla Zərərçəkmiş şəxs2 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Fərid Baxşiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb evin pəncərəsinin dəmir barmaqlıqlarını aralayıb içəri qanunsuz daxil olaraq oradan 01 ədəd 120 manat dəyərində olan “Fujitsu” markalı noutbuku, 01 ədəd 160 manat dəyərində olan “HP” markalı noutbuku, 01 ədəd 450 manat dəyərində olan “Unikal 24” markalı kombi apparatını, 01 ədəd 30 manat dəyərində olan “Hidrotherm” markalı kombi apparatı üçün DVR-500VA modelli elektrik stabilizatorunu, 01 ədəd 50 manat dəyərində “Kenwood” markalı 1600 w ət çəkən maşını, 01 ədəd 160 manat dəyərində olan istifadədə olmuş samovarı gizli talamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 970 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş, lakin sonra sərbəst ifadə verərkən bildirmişdir ki, özünü 3 epizod üzrə oğurluqlarda iştirak etməkdə təsirli bilir. O, ifadəsində qeyd etmişdir ki, X6 uzun müddətdir tanımışdır. Fəridlə bir məhəllədə yaşamışlar, aralarında daima yaxşı münasibət olmuş, ədavət və düşmənçilik olmamışdır. Özü kombi ustası kimi fərdi əməklə məşğul olmuşdur. Bir müddət işləmədiyi və pula ehtiyacı olduğu üçün Fəridlə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Belə ki, pula ehtiyacları olduğu üçün tanışı Fərid Baxşiyevlə oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, təxminən saat 02 radələrində o, Fəridlə birlikdə Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində görüşüb həmin ərazidən oğurluq etmək qərarına gəlmişlər. Həmin ərazidə olarkən mənzillərdən birinin işıqlarının sönülü olduğunu və qapısının bağlı olduğunu görmüş, evdə və ətrafda kimsənin olmadığına əmin olduqdan sonra evin həyətinə daş hasardan aşıb daxil olaraq evin arxa tərəfində olan kiçik tikilini görüb həmin tikilinin dəmir qapısını açdıqda içərisində ağ rəngli kombi olduğunu görmüş və həmin kombi aparatını söküb oğurlamaq qərarına gəlmişlər. Sonra Fəridlə kombiyə gələn su xəttini bağlayıb, açarla boruları açaraq həyətə girdikləri yerdən küçəyə çıxarmışlar. Kombini oğurladıqları yerdən bir qədər kənarlaşıb yaşayış olmayan bir bağa qoymuşlar. Növbəti gün kombinin fotoşəklini çəkib “Lalafo” internet səhifəsində paylaşaraq satıb pul əldə etməklə bağlı razılığa gəlmişlər. 02 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Fəridlə kombini qoyduqları yerdə görüşüb, şəkilini çəkərək “Lalafo” internet səhifəsində yerləşdirib satışa çıxarmışlar. Elə həmin gün intenet üzərindən həmin kombi aparatını tanımadıqları bir nəfər şəxsə 200 manata satmış, pulu aralarında bölmüşlər. Həmin şəxsin kombinin oğurluq yolu ilə əldə etmələri barədə heç bir məlumatı olmamış, bu barədə həmin şəxsə heç bir söz deməmişlər. Həmin oğurluq cinayətini Fərid Baxşiyevlə ikisi törətmiş, onlara kömək edən olmamışdır, əldə etdikləri puldan heç kimə verməmiş, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, pula ehtiyyacı olduğu üçün Fərid Baxşiyevlə yenidən oğurluq etmək fikrinə düşmüşlər. Bu məqsədlə də xx.xx.2022-ci il tarixdə, saat 01-02 radələrində Fəridlə Sumqayıt şəhəri, Novxanı bağlar ərazisində görüşüb həmin ərazidən oğurluq etmək qərarına gəlmişlər. Həmin ərazidə olarkən işıqlarının sönmüş və qapısı bağlı vəziyyətdə olan bir ev görmüşlər. Həmin evin ətrafına nəzər yetirib evdə və ətrafda heç kimin olmamasına əmin olduqdan sonra daş hasardan aşıb həyətə daxil olaraq evin arxa tərəfində olan kiçik həcmli tikilidə kombi olduğunu görmüş və qərara gəlmişlər ki, həmin kombi aparatını oğurlayaraq satıb pul əldə etsinlər. Bundan sonra o, kombiyə gələn su xəttini bağlamış, özü ilə götürdüyü açarla boruları açaraq kombini həyətə girdikləri yerdən küçəyə çıxarmışlar. Sonra həmin kombini oğurladıqları yerdən bir qədər kənarlaşıb yaşayış olmayan bir bağa qoymuşlar və oradan çıxıb evlərinə getmişlər. Həmin günün səhəri kombini qoyduqları yerdə şəklini çəkərək “Lalafo” saytına yerləşdirib satışa çıxartmışlar. Sonra onlar həmin kombi aparatını atası Əlivanın yaşadığı Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivində yerləşən evin həyətinə gətirib orada gizlətmişlər. Həmin vaxt evdə heç kim olmamış və kombini gətirmələrində heç kimin məlumatı olmamışdır. Həmin günün səhəri onlar evin həyətində saxladıqları kombi aparatını götürüb aparıb tanımadıqları şəxsə 250 manata satmış və pulu da öz aralarında bölmüşlər. Həmin şəxsin kombini oğurluq yolu ilə əldə etmələri barədə heç bir xəbəri olmamış, bu barədə heç nə deməmişlər. Həmin oğurluq cinayətini ikisi törətmiş, onlara kömək edən olmamışdır. Əldə etdikləri puldan heç kimə verməmişlər, öz şəxsi ehtiyaclarna sərf etmişlər. Bundan başqa yenə də pula ehtiyacları olduğu üçün Fəridlə yenidən oğurluq etmək fikrinə düşmüşlər. Bu məqsədlə o, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Fəridlə görüşüb birlikdə Sumqayıt şəhəri, Novxanı bağları ərazisinə getmişlər. Orada gəzişib oğurluq etmək üçün münasib ev axtarmışlar. İşıqları sönmüş vəziyyətdə olan bir ev görüb evdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra onlar hasara qalxıb evin həyətinə keçmişlər. Evin dəmir barmaqlıqlarını aralayıb plastik pəncərədən evə daxil olaraq oradan 01 ədəd kombi aparatını, 02 ədəd notbuku, 01 ədəd ətçəkən maşını, 01 ədəd kombinin elektrik tənzimləyicisini, 01 ədəd samovarı oğurlayıb çölə çıxarmışlar. Daha sonra yoldan keçən markasını və nömrəsini xatırlamadığı taksi ilə oğurladıqları əşyaları yaşadığı evə gətirib qoymuşlar ki, səhər aparıb satsınlar. Lakin polis əməkdaşları onları saxladığı üçün həmin əşyaları sata bilməmişlər. O, həmin əşyaları polislərə təqdim etmişdir. Həmin oğurluq cinayətini Fərid Baxşiyevlə birlikdə törətmiş, onlara kömək edən olmamışdır. Əməlindən peşmandır və himayəsində İ qrup əlil həyat yoldaşının olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 məxsus mənzillərdən edilmiş oğlurluqlara münasibətdə özünü təqsirli bilməmiş, həmin mənzillərdən edilmiş oğurluqlarda iştirak etmədiyini bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi həmin epizodlar üzrə elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən bütün epizodlar üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, gece saat 01 radələrində Fərid Baxşiyevlə görüşüb Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində gəzişərək oğurluq etmək üçün münasib bir ev axtarmışlar. Qarşılarına bir fərdi yaşayış evi çıxmış, həmin evin işıqları sönmüş vəziyyətdə olduğu üçün evin hasarına çıxıb ətrafda kimsənin olmamasına əmin olduqdan sonra hasardan evin həyətinə keçmişlər. Evin hamam otağının pəncərəsinin nəfəsliyi açıq olduğu üçün oradan içəri keçmişlər. Oradan 01 ədəd 24-lük "İmerqaz" markalı kombi aparatını və 01 ədəd samovarı oğurlayaraq oradan çıxmışlar və həmin əşyaları gətirib Fəridgilin evində heç kim olmadığı üçün onun yaşadığı evin həyətində yığmışlar. Oğurladıqları əşyaları həmin yerə yığdıqdan sonra çıxıb getmişdir. Fəridlə razılaşmışlar ki, səhəri gün görüşüb, həmin əşyaları aparıb satsınlar. 15 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində Fərid ona zəng vuraraq evlərinin yaxınlığındakı “Al” marketin yanına gəlməsini demiş, o, da Fəridin dediyi yerə çatanda sürücüsünü tanımadığı «Kia» markalı taksi avtomobilində Fəridin olduğunu görmüş və avtomobilə əyləşmişdir. Onlar birlikdə Fəridgilə getmişlər. Fəridin yaşadığı evə çatandan sonra içəriyə keçib oğurladıqları kombi aparatını və samovarı avtomobilin yük yerinə qoyub, Sumqayıt şəhəri Şərq bazarında yerləşən məişət əşyaları satılan yerə getmişlər. Orada həmin əşyaları tanımadığı bir nəfərə hər ikisini 200 manata satmışlar. Həmin oğurluq cinayətini tanışı Fəridlə birlikdə törətmiş, onlara başqa kömək edən olmamışdır. Əldə etdikləri pulu aralarında bölmüşlər. Həmin puldan heç kimə verməmişdir. Bundan başqa bildirmişdir ki, pula ehtiyacları olduğu üçün Fərid Baxşiyevlə yenidən oğurluq etmək fikrinə düşmüşlər və bu məqsədlə 17 noyabr 2022-ci il tarixdə, təxminən saat 01-02 radələrində Fəridlə məhəllədə görüşüb Sumqayıt şəhəri, Novxanı bağlarına gedib orada yerləşən tanımadığı bir evə girib oradan oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə birlikdə Sumqayıt şəhəri, Novxanı bağları ərazisinə gedib orada yaşayış olmayan tanımadıqları bir evə daxil olmuşlar. Həmin evin həyətinə hasardan aşaraq keçmiş, həyətə keçəndən sonra gecə saatlarında sakitçilik olmasını görüb həyəti gəzmişlar. Həmin vaxt həyətdə olan hamama daxil olmuş, hamamda olan kombi aparatını bağlandığı yerdən çıxarıb, hasardan küçəyə çıxararaq oradan uzaqlaşmışlar. Həmin kombini gecə saatlarında Novxanıda tanımadıqları sahibsiz yarımçıq tikilinin həyətinə qoyub orada gizlətmişlər. Tikilinin qapısı olmamış və boş sahə olmuşdur. Səhəri günün səhəri yəni xx.xx.2022-ci il tarixdə Fəridlə görüşüb taksiyə əyləşmiş, həmin yarımtikiliyə getmişlər. Orada kombini şəklini çəkərək "Lalafo" internet satış səhifəsində yerləşdirmişlər. Təxminən bir saatdan sonra Fərid Baxşiyevə tanımadıqları şəxs zəng edərək həmin kombini 200 manata almaq istədiyini bildirmiş, onlar da razılaşıb həmin şəxslə görüşərək kombini 200 manata satmış və pulu aralarında bölmüşlər. Həmin şəxsin kombini oğurluq yolu ilə əldə etmələri barədə heç bir məlumatı olmamış, həmin şəxsə bu barədə heç nə deməmişlər. Həmin oğurluq cinayətini ikisi törətmiş, onlara kömək edən olmamışdır, əldə etdikləri puldan heç kimə verməmişlər, öz şəxsi ehtiyaclarına sərf etmişdir. İbtidai istintaq zamanı qeyd edilən epizodlar üzrə etirafedici ifadə verməsinin səbəbini soruşduqda Təqsirləndirilən şəxs oxumadan imza atdığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedci ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşasa da, onun Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış masisivində fərdi evi olmuş, həmin evdə hazırda heç kim yaşamamışdır. Həmin evə yaxınlıqda yaşayan qardaşı Rayət nəzarət etmiş, özü ay ərzində iki dəfə həmin evə gəlmişdir. 2022-ci ilin oktyabr ayının təxminən 15-də o, həmin fərdi yaşayış evinə gəlmiş və evə nəzər yetirdikdə görmüşdür ki, evdə olan 02 il istifadə olunmuş “İmerqaz” markalı kombi aparatı və 1978-ci il istehsallı 05 litrlik samovar oğurlanmışdır. O bu barədə sahə müvəkkilinə, daha sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə təxminən 1500 manat ziyan dəymişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun Sumqayıt şəhəri, Novxanı bağları ərazisində fərdi yaşayış evi olsa da, orada heç kim yaşamamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmin evə getmiş və müəyyən etmişdir ki, evdə heç kimin olmadığı müddətdə naməlum şəxslər dəmir barmaqlıqları aralayaraq saxlanc yerinə girmiş və orada olan 01 ədəd “Fujitsu” markalı noutbuk, 01 ədəd “HP” markalı noutbuk, 01 ədəd “Unikal 24” markalı kombi aparatı və 01 ədəd “Hidrotherm” markalı kombi üçün elektrik tənzimləyici, 01 ədəd “Kenwood” markalı ət çəkən maşın və 01 ədəd istifadə olunmuş samovar oğurlanmışdır. Daha sonra o baş vermiş hadisə ilə əlaqədar ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə müraciət etmiş və onun izahatı almışdır. Oğurluq nəticəsində ona ümumilikdə təxminən 2000 manat maddi ziyan vurulmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs5in məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində yuxudan oyanmışdır ki, ev soyuqdur. Evin arxa tərəfində arxa divarında quraşdırdığı “Vanward 30” markalı təxminən 1050 manat dəyəri olan kombi aparatı yerindən sökülüb oğurlanmışdır. O həmin gün bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verib daha sonra Sumqayıt ŞPİ 1-ci PB-yə gedib ərizə yazmış, orada izahatı alınmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 1050 manat maddi ziyan dəymişdir. Ərizəsində və ilkin izahatında o vurulmuş ziyanın məbləğini səhvən 450 manat kimi göstərmiş, əslində ona 1050 manat ziyan vurulmuşdur. Sonradan öyrənmişdir ki, onun evindən kombini oğurlayan şəxs Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxsla Fərid Baxşiyevdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə toy mərasimi ilə əlaqədar Şəki şəhərinə getmiş, xx.xx.2022-ci il tarixə saat 00:40da bağına nəzarət edən Nüsrət həyətə baxmış və çıxıb öz evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Nüsrət ona zəng vurub bildirmişdir ki, həyətdə açıq sahədə olan qapısı daim açıq vəziyyətdə olan kombi otağının içərisindən markası yadında olmayan 2020-ci il tarixdə 1200 manata aldığı hal hazırki dəyəri 450 manat olan işlənmiş köhnə 40-lıq “Demirdöküm” markalı kombi aparatının borusunu kəsərək oğurlamışlar. O, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra 1-ci PB-nə dəvət olunaraq, onun izahatı alınmışdır. Hadisə nəticəsində ona 450 manat ziyan vurulmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağları ünvanında yerləşən bağ evində uzun müddətdir yaşamamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmin evə getmiş, evdən 01 il istifadə olunmuş 32-lik “Baymak” markalı kombi aparatının oğurlanmasını görmüşdür. Oğurluq nəticəsində ona təxminən 1500 manat maddi ziyan vurulmuşdur. O, bu barədə ərizə ilə polisə müraciət etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilməmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin əsas ifadəsi olaraq qəbul edilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş şahid Cavid Məmmədqulu oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, «Kia- Rio» markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobillə taksi fəaliyəti ilə məşğuldur. 2022-ci ilin oktyabr ayının ortalarında əvvəllər işlədiyi Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində yerləşən «Al» Marketdə olarkən sonradan ad və soyadını bildiyi Fərid Baxşiyev ona yaxınlaşaraq ona məxsus olan evdən köhnə məişət əşyalarını aparıb satmaq istədiyini və həmin əşyaları onun avtomobilinə yükləyib satacağı yerə aparmasını xahiş etmiş, o da razılaşmış və onlar maşına əyləşib onun dediyi ünvana, yəni Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivinə getmək istəyərkən bir nəfər tanımadığı şəxs də maşına əyləşərək Fəridin tanışı olduğunu bildirmişdir. Söhbət əsnasında onlar bir-birinə «adaş, adaş» demişlər. Bundan sonra onlar Fəridin dediyi ünvana getmiş və onlar avtomobildən düşərək hansısa fərdi evin darvazasının qapısını açıb içəriyə girib həmin əşyaları, yəni 01 ədəd kombi aparatını və 01 ədəd samovarı onun avtomobilinin arxa yük yerinə yerləşdirmişlər. Daha sonra onlar oradan çıxıb Fəridin dediyi Sumqayıt şəhəri Şərq bazarında yerləşən məişət əşyaları alan ünvana getmişlər. Orada Fərid və onun tanışı həmin əşyaları maşından götürüb tanımadığı bir nəfər şəxsə satmış və ona xidmət haqqı kimi 05 manat pul vermişlər. O, onları Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində düşürmüşdür. Baş vermiş oğurluq hadisəsi ilə bağlı onun heç bir əlaqəsi yoxdur, o həmin əşyaların Fəridgilin oğurluq yolu ilə əldə etdiyini bilməmiş, bu barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v. 6); “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Tural Əhmədlinin icraatında olan X5 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə başqa ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunmuş və icraatına qəbul edilərək istintaqı aparılmışdır.(cild İ, i.v. 1-4) 220730841 nömrəli cinayət işi üzrə “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 24 noyabr 2022-ci il tarixdə, saat 21:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i.v. 50-51); 26 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 139-140); “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild İ, i.v. 148-150); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v.169-170); “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş vermiş yer Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evidir. Baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus evdən 24-lük “İmerqaz” markalı kombi aparatının və 01 ədəd 05 litrlik samovarın oğurlanması müəyyən edilmişdir. (cild İİ, i.v. 17-19); “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş vermiş yer Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evidir. Baxış zamanı Zərərçəkmiş şəxs4 məxsus evin həyətində yerləşən tikilidən 01 ədəd 32-lik “Baymak” markalı kombi apparatının oğurlanması müəyyən edilmişdir. (cild İ, i.v. 86-88); “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş vermiş yer Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1383 nömrəli fərdi yaşayış evidir. Baxış zamanı Zərərçəkmiş şəxs2 məxsus evin həyətində yerləşən tikilidən 01 ədəd 28-lik «Vanward 30» markalı kombi aparatının oğurlanması müəyyən edilmişdir. (cild İ, i.v.101-103); “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş vermiş yer Zərərçəkmiş şəxs5 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evidir. Baxış zamanı Zərərçəkmiş şəxs5 məxsus evdən 01 ədəd “Fujitsu” markalı noutbukun, 01 ədəd “HP” markalı noutbukun, 01 ədəd “Unikal 24” markalı kombi apparatının, 01 ədəd “Hidrotherm” markalı kombi apparatı üçün elektrik stabilizatorunun, 01 ədəd “Kenwood” markalı ətçəkən maşının və 01 ədəd samovarın oğurlanması müəyyən edilmişdir. (cild İ, i.v. 183-187); “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş vermiş yer Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evidir. Baxış zamanı Zərərçəkmiş şəxs3 məxsus evin həyətində yerləşən tikilidə 01 ədəd 40-lıq “Demirdöküm” markalı kombi apparatının oğurlanması müəyyən edilmişdir. (cild İ, i.v. 227- 228); “Təqdim etmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tanışı Fərid Baxşiyevlə birlikdə Zərərçəkmiş şəxs5 evindən oğurladıqları 01 ədəd “Fujitsu” markalı notebook, 01 ədəd “HP” markalı notebook, 01 ədəd “Unikal 24” markalı kombi aparatı, 01 ədəd “Hidrotherm” markalı kombi üçün elektrik tənzimləyici, 01 ədəd “Kenwood” markalı ət çəkən maşın və 01 ədəd istifadə olunmuş samovarı 1-ci PB-nə təqdim etmişdir. (cild İ, i.v. 195-199); “Məhkəmə-əmtəəşünaslıq ekspertizasının” xx.xx.2023-cü il tarixli, 9/1877 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2022-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7143 manat müəyyən olunur. Həmin malların adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. (cild İİ, i.v. 19-22); 230730249 saylı cinayət işi üzrə 30 noyabr 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınan zaman göstərdiyi xüsusatları təsdiq etmiş, bu barədə protokol tərtib edilmişdir. (cild İİ, i.v. 112); 230730249 saylı cinayət işi üzrə 01 dekabr 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınan zaman göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild V, i.v. 114-115); 230730249 saylı cinayət işi üzrə 04 dekabr 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınan zaman göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild V, i.v. 116-117); 230730249 saylı cinayət işi üzrə 06 dekabr 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınan zaman göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild V, i.v. 118-119); 230730249 saylı cinayət işi üzrə 07 dekabr 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınan zaman göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild V, i.v. 120-121); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 11 ay 26 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək Abşeron rayon Polis İdarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü tarixədək həbsdə saxlanıldığı 02 gün, o cümlədən həmin iş üzrə həbsdə saxlanıldığı 03 ay 04 gün müddət bir günə iki hesabı ilə hesablanmaqla təyin edilən cəzadan çıxılmış, üzərində qəti olaraq 11 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. (cild İ, i.v. 239-240, İİ cild, i.v. 122-129); İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 11 ay 14 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə cəzasının 09 ay 24 gününü çəkmiş, çəkilməmiş cəzası 01 ay 20 gün təşkil edir. (İİİ cild, i.v. 116); İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 04 ay müddətinə həbs qətikan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İİİ cild, i.v. 38-42); İş materiallarında olan nikah şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.20219cu il tarixdə Fərid X1 arasında nikah bağlanmışdır. (cild İ, i.v 156); İş materiallarında olan 096887 nömrəli vəsiqənin surətindən görünür ki, Könül Aslanova İ qrup əlildir. (cild İ, i.v 154); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində şikayət daxil olmamışdır.(cild İ, i.v 158) “sübutların qiymətləndirilməsi haqqında” 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və xx.xx.2022-ci il tarixli qərarla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Cavid Quliyevin əməlində CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 evindən oğurladığı 01 ədəd “Fujitsu” markalı notebook, 01 ədəd “HP” markalı notebook, 01 ədəd “Unikal 24” markalı kombi aparatı, 01 ədəd “Hidrotherm” markalı kombi üçün elektrik tənzimləyici, 01 ədəd “Kenwood” markalı ət çəkən maşın və 01 ədəd istifadə olunmuş samovar saxlanılması üçün Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınmışdır. (İİ cild, i.v. 135-148); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda yalnız iki epizod üzrə özünü təqsirli bilməyərək həmin oğlurluq əməllərinin törədilməsində iştirak etmədiyini, ifadəsini oxumadan imzaladığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Fərid Qurbaovun ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs özü istintaq zamanı verdiyi ifadəsində göstərilən hər bir epizod üzrə törətmiş olduğu əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə təqsirləndirilən şəxs qeyd etdiyi kimi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 mənzillərindən edilmiş oğurluq hadisləri üzrə ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur edilmədiyini, döyülmədiyini, fiziki və psixi işgəncələrə məruz qalmadığını bildirsə də, ifadəsini oxumadan imzaladığını qeyd etmişdir. Göründüyü kimi Vüqar Vəliyevin ifadəsində göstərdiyi xüsusat məhkəmə tərəfindən yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 10-cu bəndinə görə özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində İ qrup əlil həyat yoldaşının olmasını, zərərçəkmiş şəxslərdən dörd nəfərin şikayətçi olmadığını, CMnin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə həmin məcəllənin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin sonuncu epizodunu xx.xx.2022-ci il tarixdə törətmiş, Sumqayıt Apelyasiya məhkəməsinin qərarı isə xx.xx.2023-cü il qəbul edilmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 48-cı bəndində cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməli olduğu qeyd edilmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmasını, bundan öncə də eyni məzmunlu cinayət törətdiyini, məhkəmə tərəfindən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsinə baxmayaraq hələ də islah olmamasını, zərərçəkmiş şəxslərdən dördünün şikayətçi olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir Ona görə də, CM-in 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırma cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 09 (doqquz) azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, həmin məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, ona cəza təyin edilməli, həm bu həm də əvvəlki hökm üzrə ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu müddət, o cümlədən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi təyin edilən cəzadan çıxılmaqla qəti cəa təyin edilməlidir. Cəzasının əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, ibtidai istintaq zamanı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilçəlidir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək Abşeron rayon Polis İdarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü tarixədək həbsdə saxlanıldığı 02 gün, həmin iş üzrə həbsdə saxlanıldığı 03 (üç) ay 04 (dörd) gün müddət, o cümlədən hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün eyni zamanda əvvəlki Sumqayıt Apellyasiya məhkəməsinin qərarı üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 09 ay 24 günü 4 ay 27 günə bərabər tutulmaqla cəmi 8 ay 7 gün müddət təyin edilən cəzadan çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Zərərçəkmiş şəxs2 başqa digər zərəçəkmiş şəxslərin şikayətçi olmadıqları nəzərə alınmalı, zərəçəkmiş Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə maddi sübutlar - 1 ədəd “Fujitsu” markalı noutbuk, 1 ədəd “HP” markalı noutbuk, 1 ədəd “Unikal 24” markalı kombi aparatı, 1 ədəd “Hidrotherm” markalı kombi üçün elektrik tənzimləyici (stabilizator), 1 ədəd “Kenwood” markalı ət çəkən maşın və 1 ədəd istifadə olunmuş samovar Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Apellyasiya məhkəməsinin 1(105)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 09 (doqquz) ay azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, həmin məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon Polis İdarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü tarixədək həbsdə saxlanıldığı 02 gün, həmin iş üzrə həbsdə saxlanıldığı 03 ay 04 gün, bundan başqa hazırki iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, o cümlədən əvvəlki qərar üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 09 ay 24 günü 4 ay 27 gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla ümumlikdə 8 ay 7 gün müddət təyin edilən cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın, ibtidai istintaq zamanı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar - 1 ədəd “Fujitsu” markalı noutbuk, 1 ədəd “HP” markalı noutbuk, 1 ədəd “Unikal 24” markalı kombi aparatı, 1 ədəd “Hidrotherm” markalı kombi üçün elektrik tənzimləyici (stabilizator), 1 ədəd “Kenwood” markalı ət çəkən maşın və 1 ədəd istifadə olunmuş samovar Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-227/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-227/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver