Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-228/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Elləz oğlunun Təqsirləndirilən şəxs, onun müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1983-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 2 A, mənzil 68-də qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi ev 141-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Vurğun küçəsi 3-də yerləşən Şahid1 təsisçi olduğu "xxxx" MMC-nin polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarının nisbətən açıq olan hissəsindən sexin həyətinə qanunsuz olaraq, orada yerləşən qeyri-yaşayış sahəsi hesab edilən sexin nazik metal divarının nisbətən sökülmüş yerindən içəriyə daxil olaraq oradan 6700 manat dəyərində olan, iki hissədən ibarət 32 diametrli 01 ədəd muftanı, 3200 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd muftakeçidin bir hissəsini (3 ədəd metal qəlibləri) gizli talayaraq, "xxxx" MMC-yə 9900 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində eyni qayda ilə həmin sexə qanunsuz daxil olaraq oradan 3200 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd mufta-keçidin bir hissəsini, 4300 manat dəyərində olan iki hissədən ibarət 25 diametrli 01 ədəd propkanı, 2600 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd muftanın (traynikin) bir hissəsini, 200 manat dəyərində olan silindr cihazının boruya bənzər hissəsini (04 ədəd metal qəlib və 01 ədəd boru formalı metal əşyanı) gizli talayaraq, "xxxx" MMC-yə 10.300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə özünü təqsirli bilərək göstərdi ki, pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gələrək, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Xəzri yaşayış massivi ərazisində, "xxxx" adlanan yerdə yerləşən polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarın nisbətən açıq olan hissəsindən sexin həyətinə, oradan da sexin nazik metal divarının nisbətən sökülmüş yerindən sexin içərisinə daxil olaraq sexdən iki hissədən ibarət 32 diametrli 01 ədəd muftanı, iki hissədən ibarət 32 diametrli 01 ədəd mufta-keçidin bir hissəsini (3 ədəd metal qəlibləri) oğurlayıb, sexə daxil olduğu yolla da, sexdən çıxıb getmiş, elə həmin gün də, sexdən oğurladığı metal qəlibləri, onunla qonşuluqda yaşayan, metal qəbulu ilə məşğul olan Rəsmiyə adlı qadına 20 (iyirmi) manata satmış, əldə etdiyi pulu da özünə sərf etmiş, heç kimə verməmiş, həmin oğurluğu özü tək törətmiş, ona kömək edən olmamışdır. Bundan başqa, pula ehtiyacı olduğu üçün o yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o təxminən 3 gündən sonra, yəni xx.xx.2021-ci il tarixdə axşam saat 22 radələrində onunla qonşuluqda yaşayan Şahid2 yaxınlaşaraq, ona yalandan Sumqayıt şəhəri, Xəzri yaşayış massivi ərazisində, "xxxx" adlanan yerdə yerləşən polietilen istehsalı sexinin hal-hazırda fəaliyyət göstərmədiyini bildirib, birlikdə həmin sexə gedib, gizli yolla sexdən metal avadanlıqları götürüb, metal qəbulu məntəqələrinə satıb gəlir əldə etmələrini təklif etmişdir. Bunu da Turala ona görə belə demişdir ki, həmin sexə tək getməsin. Tural da onun təklifi ilə razılaşmış və onlar birlikdə həmin sexə tərəf getmişlər. Onlar "xxxx" adlanan yerdə yerləşən polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarın nisbətən açıq olan hissəsindən sexin həyətinə daxil olub sexə tərəf getmişlər, həmin vaxt Tural sexin pəncərəsindən içəri boylandıqda sexin daxilində olan bəzi avadanlıqların işlək vəziyyətdə olduğunu, həmçinin sexə müşahidə kameralarının quraşdırılmış olduğunu gördükdə, ona demişdir ki, sexin fəaliyyəti dayandırlmayıbdır, işlək vəziyyətdədir, sexin içinə daxil olmayacaq və heç nə götürməyəcək və çıxıb getmişdir. Özü isə sexə daxil olub oradan iki hissədən ibarət 32 diametrli 01 ədəd mufta-keçidin bir hissəsini, iki hissədən ibarət 25 diametrli 01 ədəd propkanı, iki hissədən ibarət 32 diametrli 01 ədəd muftanın (traynikin) bir hissəsini, silindr cihazının boruya bənzər hissəsini (04 ədəd metal qəlib və 01 ədəd boru formalı metal əşyanı) oradan oğurlayıb çıxmış və elə həmin gün də sexdən oğurladığı şeyləri ümumilikdə 25 (iyirmi beş) manata metal qəbulu ilə məşğul olan Rəsmiyə adlı qadına satmışdır. Əldə etdiyi pulu da özünə sərf etmiş, heç kimə verməmişdir. Həmin oğurluq zamanı Tural onunla gəlsə də, sonradan onun onu aldatdığını başa düşüb oğurluq etmədən, heç nə götürmədən sexin ərazisini tərk etmişdir. Həmin oğurluğu o özü tək etmiş və ona kömək edən olmamışdır. Rəsmiyəyə oğurladığı əşyaları satarkən onları öz həyətindən gətirdiyini və ona məxsus olduğunu demiş, Rəsmiyyə onların oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Evlidir, himayəsində azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın hamısını ödəmişdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Elləz oğlu göstərdi ki, 2008-ci ildən hal-hazıradək ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir, həmin MMC-nin nəzdnində olan polietilen sexi 7 ildir ki, fəaliyyətini dayandırıbdır və sexdə heç bir iş görülmür. Lakin həmin sexdə avadanlıqlar saxlanılır. O özü müəyyən vaxtlarda həmin sexə gedib baş çəkmişdir. xx.xx.2021-ci il tarixdə həmin sexə getdikdə hər şey qaydasında olsa da, xx.xx.2021-ci il tarixdə axşam saatlarında sexin gözətçisi Akif ona zəng edərək bəzi avadanlıqların yerində olmadığını, həmin əşyaların oğurlandığını güman etdiyini bildirmişdir. O sexə gedib ətraflı baxmış və polietilen su boruları üçün dəmir qəliblərə aid olan 6700 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd muftanın, 6400 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd mufta-keçidin, 4300 manat dəyərində olan iki hissədən ibarət 25 diametrli 01 ədəd propkanın, 5200 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd muftanın (traynikin), 5300 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd dirsəyin, 5700 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd dirsək keçidinin, 13500 manat dəyərində olan bir hissədən ibarət 01 ədəd polietilen vedrənin qulpu dəmir qəlibin, 950 manat dəyərində olan 01 ədəd avtomaşının bərk qoşqusunun (buksirin), 1500 manat dəyərində olan 01 ədəd akkumulyatora enerji dolduran aparatın və bir metri 20 manat olan 40 metr uzunluğunda olan 800 manat dəyərində 110 mm-lik elektrik kabelinin, 200 manat dəyərində silindr cihazının boruya bənzər hissəsini yerində olmadığını aşkar etmişdir. Həmin vaxt başa düşmüşdür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs (şəxslər) hasardan aşma yolu ilə sexin həyətinə daxil olaraq həmin sadaladığı avadanlıqları oğurlamışdır. Həmçinin sexin müşahidə kameralarının görüntülərinə baxdıqda xx.xx.2021-ci il tarixdə saat 06:30 radələrində 02 nəfər tanımadığı şəxslərin hasardan aşaraq sexin həyətinə daxil olduğunu və sonra sexin arxa tərəf divarının aliminium lövhəsini qaldırıb sexə daxil olub sexdən əşyalar götürüb sexi tərk etdiklərini görmüşdür. Beləliklə də həmin oğurluq nəticəsində MMC-yə ümumilikdə 50.550 manat maddi ziyan vurulmuşdur. İlkin izahatında silindr cihazının boruya bənzər hissəsini göstərmədiyindən ona vurulmuş ziyanın məbləğini 50350 manat kimi göstərmiş və bu barədə MMC tərəfindən məktub da verilmişdir. Ona görə də həmin MMC zərərçəkmiş qismində tanınmışdır. Sözügedən MMC hüquqi şəxs olduğundan onun nümayəndəsi qismində bütün istintaq hərəkətlərində iştirak etməsi ona həvalə edilmişdir. Hazırda Təqsirləndirilən şəxs ziyan vurduğu hissə ilə bağlı dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsi bağışlayır, ona qarşı şikayəti yoxdur, nəzərə alınmasını xahiş edir. Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Elləz oğlu xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində ona dəymiş zərərin tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir tələbinin olmadığını və heç bir şikayətinin olmadığını göstərərək bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs yaşadıqları məhəllədə ona yaxınlaşaraq Sumqayıt şəhəri Xəzri yaşayış massivi ərazisində "xxxx" adlanan ərazidə yerləşən polietilen istehsalı sexinin hazırda fəaliyyət göstərmədiyini bildirib, onunla birlikdə həmin sexə gedib, gizli yolla metal avadanlıqları götürüb, metal qəbulu məntəqələrinə satıb gəlir əldə etmələrini təklif etmişdir. O Babəkin təklifi ilə razılaşmış və həmin gün saat 22:30 radələrində onunla birlikdə "xxxx" adlanan yerdə yerləşən polietilen istehsalı sexinə getmişlər. Sexin arxa tərəfindəki dəmir hasarın nisbətən açıq olan hissəsindən sexin həyətinə daxil olub sexə yaxınlaşmışlar, o sexin pəncərəsindən içəri boylandıqda sexin daxilində olan bəzi avadanlıqların işlək vəziyyətdə olduğunu, həmçinin sexə müşahidə kameralarının quraşdırılmış olduğunu gördükdə başa düşmüşdür ki, sex Babəkin dediyi kimi fəaliyyətini dayandırmamışdır, işlək vəziyyətdədir. Belə olan halda o Babəkə sexin içinə daxil olmayacağını və heç nə götürməyəcəyini bildirib sexin həyətini tərk edib getmiş, Babək isə sexin həyətində qalmışdır. O getdikdən sonra Babəkin həmin sexdən hansı əşyaları oğurladığını bilməmiş, özü həmin sexdən heç nə oğurlamamışdır. Məhkəmə iclasında Şahid3 Səttar qızı göstərdi ki, yaşadığı ünvanda polietilen və metal qırıntıları alaraq əldə edir. 2021-ci ilin sentyabr ayının təxminən 8-i axşam saatlarında onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə gələrək bir neçə metal əşyaları ona satmaq istədiyini bildirmiş, o Babəkdən gətirdiyi metal əşyaları haradan əldə etdiyini soruşduqda, Babək satmaq üçün ona gətirdiyi əşyaları öz həyətindən gətirdiyini və özünə məxsus olduğunu bildirmiş, Babəkin torbaya yığıb gətirdiyi həmin 7 ədəd metal əşyanı və 01 ədəd boru formalı metalı tərəzidə çəkib, çəkisinə görə ümumilikdə 45 manat məbləğində pulunu ödəyib Babəkdən almış, həmin əşyaların ümumilikdə çəkisini hazırda xatırlamamışdır. İlkin izahatında o həmin əşyalara görə Babəkə ümumilikdə 50 manat pul verdiyini səhvən göstərmiş, o ona ümumilikdə 45 manat pul vermişdir. Polis bölməsində izahat verərkən öyrənmişdir ki, Babək ona satdığı həmin metal əşyaları Sumqayıt şəhəri Xəzri yaşayış massivində yerləşən "xxxx" adlanan yerdə yerləşən polietilen istehsalı sexindən oğurlamış və həmin metal əşyalar polietilen qablar istehsalında istifadə edilən qəliblərdir. O onların oğurluq olduğunu bilməmiş, Babəkdən aldığı sözügedən metal əşyaları polisə təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında onunla qonşuluqda yaşayan Qurban Rzayev və qardaşı Rusif Rzayev yaşadığı ünvana gələrək bir neçə metal əşyaları ona satmaq istədiklərini bildirmiş, o onlardan gətirdikləri metal əşyaları haradan əldə etdiyini soruşanda onlar satmaq üçünü ona gətirdikləri həmin metal əşyaları öz həyətlərindən gətirdiklərini və böyük qardaşları Xəyyamın avtomobilinin ehtiyyat hissəsi olduğunu bildirmişlər. Onların gətirdiyi həmin 01 ədəd avtomobil buqsur qoşqusunu və 01 ədəd metal «şvelleri» tərəzidə çəkmiş, lakin çəkisinə görə nə qədər onlara pul verdiyini, eləcə də çəkisinin ümumilikdə nə qədər gəldiyini hazırda xatırlamamışdır. Polis bölməsində izahat verərkən öyrənmişdir ki, Qurban və Rusif ona satdıqları həmin metal əşyaları "xxxx" adlanan yerdə yerləşən polietilen istehsalı sexindən oğurlanmışlar. O Qurban və Rusifdən aldığı sözügedən metal əşyaları, yəni 01 ədəd avtomobil buqsur qoşqusunu və 01 ədəd metal «şvelleri» də polislərə təqdim etmiş, onların oğurluq olduğunu bilməmişdir. İstintaq zamanı və əvvəl məhkəmədə işə baxılanda şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Elləz oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış Şahid1 məxsus polietilen istehsalı sexindən oğurluq edilməsi faktı ilə bağlı keçirilmişdir. Baxış keçirilən ərazi Sumqayıt şəhəri, Xəzri yaşayış massividir. Ətrafda fərdi yaşayış evləri vardır. Baxış Şahid1 məxsus polietilen istehsalı sexinə keçirilmişdir. Sexin ərazisinin ətrafı 4 tərəfdən hasarlanmışdır. Sexin giriş qapısında mühafizəçi köşkü vardır. Ərazidə bir neçə istehsalat obyektləri vardır. Polietilen istehsalı sexinin ölçüsü təxminən 1000 kv metrdir. Sexin daxilində bir neçə avadanlıqlar vardır. Sexbeton piltələrlə inşa edilmişdir. Bəzi divarları nazik metal lövhələrdən ibarətdir. Baxışda iştirak edən Nümayəndə Elləz oğlu əli ilə sexin göstərərək naməlum şəxsin sexin nazik metal divarını aralayıb sexə daxil olub, sexdən bir neçə avadanlığı oğurlamasını bildirmişdir. Hadisə yerindən əl barmaq izləri götürmək mümkün olmamışdır.(i.v 5-7 İ cild) İş materiallarında olan “Təqdim etmə və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 Səttar qızı özündə olan 10 ədəd metal əşyanı (7 ədəd metal qəlibi, 1 ədəd boru formalı metal əşyanı, 1 ədəd avto qoşqunu, 1 ədəd metal şvelleri) təqdim edərək həmin əşyaların bir hissəsini Təqsirləndirilən şəxs, bir hissəsini Rzayev Rusif və Rzayev Qurban adlı qardaşlardan aldığını bildirmişdir.(i.v 20 İ cild) İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 42-43 İ cild) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 66 İ cild) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada 09 dəqiqə 17 saniyədən ibarət videogörüntünün olması müəyyən olunur. Həmin videogörüntüdən görünür ki, xx.xx.2021ci il tarixdə 06:35-də 2 nəfər şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi 3-də yerləşən Şahid1 təsisçi olduğu "xxxx" MMC-nin polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarının nisbətən açıq olan hissəsindən sexin həyətinə hasardan aşma yolu ilə daxil olur, daha sonra hər ikisi MMC-nin həyətində yerləşən polietilen istehsalı sexinin arxa tərəf divarının aliminium lövhəsini qaldırıb sexə daxil olub oradan 01 ədəd dəmir qəlibi götürüb həmin gün saat 06:42-də MMC-nin ərazisini hasardan aşma yolu ilə tərk edirlər. Həmin şəxslərin videogörüntüləri uzaqdan əks olunduğundan onların şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır.(i.v 77-78 İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarına əsasən 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. (i.v 132-134 İ cild) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7298 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, analoji mallarına orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 05 ədəd hər birinin uzunluğu 3 metr, eni 2 metr, qalınlığı 0,5 metr olan aliminium dəmir listlərin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 300 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərada göstərilən 17 adda mallar üzrə qiymətləndirilmə aparılmamışdır. Bir qayda olaraq əmtəələrin qiymətləndirilməsi üçün onlara ekspert əmtəəşünas tərəfindən baxış keçirilməli onların markası, modeli, istehsal yeri, texniki göstəriciləri, hazırlandığı materialı, əmttə görünüşü müəyyən edilməlidir. Sadalanan əlamətlər müəyyən edildikdən sonra əmtəələrin qiymətləri müəyyən edilə bilər. Belə ki, eyni markaya məxsus malların qiymətləri onların modelinə, ölçülərinə, əmtəə görünüşünə görə və s. müxtəlif olur.(i.v 135- 138 İ cild) İş materiallarında olan 17 saylı MKS-nin xx.xx.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 154 İ cild) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ilk ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi çıxarılaraq onun əməli CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkum olunmuş hesab olunmuş və onun əməlində cinayətlərin residivinin olması nəzərə alınmışdır. Cinayət işi üzrə istintaqa təqdim edilmiş 07 ədəd dəmir qəlib, 01 ədəd silindrik formalı boru, avtomobil qoşqusu və 01 ədəd metal şveller, eləcə də oğurluq hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, 07 ədəd dəmir qəlib, 01 ədəd silindrik formalı boru, avtomobil qoşqusu və 01 ədəd metal şveller zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v 155-164 İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-125/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmününü surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbayacn Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddətinə həbsdə saxlanıldığı 2 gün hesablanaraq üzərində qəti olaraq 01 il 2 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.(i.v 17-19 İİ cild) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə düzgün tövsif olunmuş, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün azadlıqdan məhrumetmə növündə, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasının həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablanmalı və o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə tutulmuş, 19 sentyabr 2021-ci il tarixdə azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs tutularaq saxlandığı iki gün ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Maddi sübut-07 ədəd dəmir qəlib, 01 ədəd silindrik formalı boru, avtomobil qoşqusu və 01 ədəd metal şvellerin "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalıdır. Baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanmalıdır. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzanın əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-07 ədəd dəmir qəlib, 01 ədəd silindrik formalı boru, avtomobil qoşqusu və 01 ədəd metal şvellerin "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın. Baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlansın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-228/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-228/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver