Məhkəmə qərarları › İş №1(060)-229/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-229/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-229/2020 27.08.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 9V, m. 59-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 21:20 radələrində yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9 V saylı yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs ilə X3 mübahisə etdiklərini görüb ayırmaq məqsədi ilə onlara yaxınlaşaraq iki əli ilə Zərərçəkmiş şəxs arxadan belini qucaqlayıb kənara çəkmək istəyərkən sonuncu ayağı yerdə olan daşa ilişərək arxası üstə yerə yıxılmış, özü də müvazinətini saxlaya bilməyərək onun hər iki ayaqlarının üzərinə yıxılmaqla ona ehtiyatsızlığından sağ bazunun yuxarı 1/3nin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan, sağ budun orta 1/3-nin hematoması kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişən sınığı, baldırın yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X1 tanıyır, onunla üzbəüz binada yaşayır və onların yaxın dostluq münasibətləri var. X6 onun qonşusudur, onunla heç bir münasibəti yoxdur. xx.xx.2019-cu il tarixdə, saat 21:20 radələrində o, keçiddən keçərək məhəllələrinə daxil olub evə getmək istəyərkən yaşadığı 9 V saylı binanın qarşısında olan meydançada 3 xarici maşının, həmin maşınların yanında üç nəfər oğlanın olduğunu, onlardan birinin, yəni qonşuları olan Muradla sonradan ad və soyadını bildiyi Ümid adlı oğlanın bir-biriləri ilə mübahisə edərək bir-birini təhqir etdiklərini, onların yanında dayanan sonradan adını bildiyi Hikmət adlı şəxsin isə hər ikisini ayırdığını görmüşdür. Həmin şəxslərin yanında olan maşının arxa oturacağında 2 nəfər qız da olmuş, onlar da maşının açıq qapısından onların mübahisə etdiklərini görmüşlər. Həmin qızlar onun gəldiyini görüb maşının qapısını bağlamışlar. O, Ümid, Murad və Hikmətə yaxınlaşıb salamlaşmış, Ümidlə Murada söyüş söyməmələrini demişdir. Bir az sonra məhəllədəki mağazaya tərəf gedən dostu Həsən Tarverdiyev də dava səsini eşidib onlara yaxınlaşmışdır. Həsən də Ümid və Murada söyüş söyməmələrini, məhəllədə camaatın ana-bacısının olduğunu demişdir. Onların yanında olan Hikmət onlara narahat olmamalarını, dostların öz aralarında söhbət etdiklərini, özünün onları sakitləşdirəcəyini, daha söyüş söyməyəcəklərini demişdir. Buna baxmayaraq Ümid və Murad yenidən yüksək səslə mübahisə etməyə başlamışlar. Həmin vaxt onların tanışı Pərvin mübahisəni görüb onlara yaxınlaşmış və onları sakitləşdirmək istəmişdir. Həmin vaxt Ümid və Murad əlbəyaxa olub bir-birilərini vurmaq istədikdə Həsən və Pərvin onların arasına girmiş, Hikmət isə arxadan Muradın belini qucaqlayıb kənara çəkməyə çalışmışdır. O, arxadan Ümidə yaxınlaşaraq onun belini qucaqlayıb kənara çəkmək istəyərkən Ümidin sağ ayağı yerdə olan daşa ilişərək arxası üstə yerə yıxılmış, o da öz müvazinətini saxlaya bilməyərək onun hər iki ayaqlarının üzərinə yıxılmışdır. Bu zaman Ümid bərkdən qışqıraraq «ay ayağım» sözünü demiş və onlar Ümidin sol baldır sümüyünün şalvarından üzə çıxdığını görmüşlər. Murad Ümidə yaxınlaşaraq onu yerdən qaldırıb öz maşınına qoyaraq Sumqayıt şəhət TTYX-na aparmış, Hikmət isə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onları Sumqayıt ŞPİ-nin 3-cü PB-yə aparmışlar. Ümidlə Muradın arasında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Onlar dost kimi mübahisə edərək bir-birilərini təhqir etmişlər, lakin onlar bir-birlərini vurmaq istədikdə o, Həsən, Hikmət və Pərvin araya girərək onları sakitləşdirib ayırarkən bu hadisə baş vermişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə iclasında təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilir. Zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsdən üzr istəmişdir. Barəsində olan cinnayət işi üzrə icraata xitam verilib məsuliyyətdən azad edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Hikmət Feyzizadə onun bibisi oğludur. Murad Qaytaranovu təxminən 10 ildir ki, tanıyır. xx.xx.2019-cu il tarixdə, saat 20:30 radələrində o, diş texniki işlədiyi Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36 saylı binanın altında yerləşən «Evrodent» stomatoloji kabinetindən çıxıb evə gedərkən Hikmət onun istifadəsində olan mobil telefona zəng edib harada olduğunu soruşmuş, o, Hikmətə evə getdiyini demişdir. Hikmət ona Sumqayıt şəhəri, 9-cu mikrorayon, Muradın yaşadığı 9v saylı binanın qarşısında olduğunu, oraya gəlməsini, Muradın da onun yanında olduğunu bildirmişdir. O, idarə etdiyi «Kia-Optima» markalı avtomobillə onların yanına getmişdir. Həmin vaxt 9 V saylı binanın qarşısında olan meydançada Hikmətin «Kia Serato», Muradın isə «Kia Cupe» markalı avtomobili yanbayan saxlanılmışdır. Muradın maşının arxa otucağında 2 nəfər tanımadığı qız əyləşmiş, Hikmət isə maşınında tək olmuşdur. Murad və Hikmət onu görüb maşından düşmüşlər. O da maşından düşüb onlara yaxınlaşmışdır. Muradın şəxsi problemləri olduğu üçün və Muradı uzun müddət tanıdığına görə Muradın pisliyini istəmədiyi üçün söhbət əsnasında Murada bəzi məsləhətlər vermişdir. Həmin söhbət zamanı Murad onun sözünü və dostcasına Murada tutulan iradı səmimi qəbul etmədiyi üçün aralarında sözlə mübahisə olmuş və mübahisə əsnasında onlar bir-birlərini söyüb təhqir etmişlər. Saat 21:20 radələrində mübahisələri bir az səsküylü olduğundan ətrafdan tanımadığı, sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq salamlaşıb Muradla ona söyüş söyməməsini demişdir. Bir az sonra onların yanına sonradan adını və soyadını bildiyi Həsən Tarverdiyev də yaxınlaşmışdır. Həsən də onlara söyüş söyməmələrini, məhəllədə camaatın ana-bacısının olduğunu demişdir. Həmin vaxt Hikmət də onlara narahat olmamasını, onun Muradla dost kimi öz aralarında söhbət etdiklərini, özünün onları sakitləşdirəcəyini, daha söyüş söyməyəcəklərini demişdir. Buna baxmayaraq o, Muradla yenidən yüksək səslə mübahisə etməyə başlamışdır. Həmin vaxt sonradan adını Pərvin kimi bildiyi şəxs də onlara yaxınlaşmışdır. O, Muradla əlbəyaxa olub bir-birilərini vurmaq istədikdə Həsənlə Pərvin onların arasına girmiş, Hikmət isə Muradın arxadan belini qucaqlayıb kənara çəkməyə çalışmışdır. Fuad arxadan ona yaxınlaşaraq onun belini qucaqlayıb kənara çəkmək istəyərkən sağ ayağı yerdə olan daşa ilişmiş və o, arxası üstə yerə yıxılmış, Fuad da öz müvazinətini saxlaya bilməyərək onun hər iki ayaqlarının üzərinə yıxılmışdır. Həmin vaxt o, bərkdən qışqıraraq «ay ayağım» sözünü demiş, sol baldır sümüyü şalvarından üzə çıxmışdır. Murad tez ona yaxınlaşaraq onu yerdən qaldırıb öz maşınına qoyaraq Sumqayıt şəhət TTYX-na aparmışdır. Hikmət, Həsən, Fuad və Pərvin hadisə yerində qalmışlar. Hadisə xx.xx.2019-cu il tarixdə, saat 21:20 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9 V saylı yaşayış binasının qarşısında olan avtomobil dayanacağında baş vermişdir. Muradla onun arasında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Onların dost kimi sözlə mübahisələri olmuş, bir-birlərini söyüb təhqir etmişlər. Onlar bir-birilərini vurmaq istədikdə Fuad, Həsən, Hikmət və Pərvin araya girərək onları sakitləşdirib ayırarkən hadisə baş vermişdir. Hadisə vaxtı onu heç kim döyməmiş, vurmamış, ona bədən xəsarəti yetirilməmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Onların aralarında heç bir mübahisə yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid X2 göstərdi ki, Təqsirləndirilən şəxs onların qonşusudur. Onlar bir məhəllədə yaşayırlar, onunla yaxın dostluq münasibəti var. X6 qonşu binada yaşayır, onunla heç bir münasibəti yoxdur. xx.xx.2019-cu il tarixdə, saat 21:20 radələrində o, yaşadığı evdən çıxıb yaxınlıqdakı 9 V saylı binaya yaxın mağazadan siqaret alması üçün aşağıya düşmüşdür. Mağazaya gedərkən 9 V saylı binanın qarşısında olan meydançada 3 xarici maşının dayandığını, həmin maşınların yanında qonşu binada yaşayan Muradla sonradan adını və soyadını bildiyi Ümid adlı oğlanın mübahisə edərək bir-birilərini təhqir etdiklərini görüb onlara yaxınlaşmışdır. Həmin vaxt onların yanında dostu Fuad və sonradan adını bildiyi Hikmət adlı şəxs də dayanmışdır. X14 sakitləşdirmişlər. O, Ümidlə Murada söyüş söyməmələrini, məhəllədə camaatın anabacısının olduğunu demişdir. Onların yanında olan Hikmət onlara narahat olmamalarını, dostların öz aralarında söhbət etdiklərini, onları sakitləşdirəcəyini, daha söyüş söyməyəcəklərini demişdir. Lakin buna baxmayaraq Ümidlə Murad yenidən yüksək səslə mübahisə etməyə başlamışlar. Həmin vaxt sonradan adını Pərvin kimi bildiyi şəxs də mübahisəni görüb onlara yaxınlaşmış, Pərvin də onları sakitləşdirmək istəmişdir. Həmin vaxt Ümidlə Murad əlbəyaxa olub bir-birilərini vurmaq istədikdə o, Pərvinlə birlikdə onların arasına girmiş, Hikmət isə arxadan Muradın belini qucaqlayıb kənara çəkməyə çalmışdır. Fuad arxadan Ümidə yaxınlaşaraq onun belini qucaqlayıb kənara çəkmək istəyərkən Ümid sağ ayağı yerdə olan daşa ilişdiyi üçün arxası üstə yerə yıxılmış, Fuad da öz müvazinətini saxlaya bilməyərək onun hər iki ayaqlarının üzərinə yıxılmışdır. Bu zaman Ümid bərkdən qışqıraraq «ay ayağım» sözünü demiş və onlar Ümidin sol baldır sümüyünün şalvarından üzə çıxdığını görmüşlər. Murad Ümidə yaxınlaşaraq onu yerdən qaldırıb öz maşınına qoyaraq Sumqayıt şəhər TTYX-na aparmışdır. Hikmət DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onları Sumqayıt ŞPİ-nin 3-cü PB-yə aparmışlar. Ümidlə Muradın arasında olan mübahisə təxminən 5 dəqiqə davam etmiş, onlar dost kimi mübahisə edərək bir-birilərini təhqir etmişlər. Ümid və Murad bir-birilərini vurmaq istədikdə o, Fuad, Hikmət və Pərvin araya girərək onları sakitləşdirib ayırarkən məlum hadisə baş vermişdir. Şahidlər X6, X4 və X5 istintaq zamanı şahid X2 ilə oxşar məzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v. 52) İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 15/1973 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı aşkar edilmişdir: sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişən sınığı, baldırın yarası, sağ budun orta 1/3-nin hematoması-qançırı, sağ bazunun yuxarı 1/3-nin qançırı. Qeyd olunan xəsarətlərdən sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişən sınığı, baldırın yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Sağ budun orta 1/3-nin hematoması-qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sağ bazunun yuxarı 1/3-nin qançırı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (i.v. 62-64) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 113) Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, həmçinin məhkəmə tibbi ekspertiza rəyi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmişdir. Sumqayıt Şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Əmrah Rüstəmov tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X10 istintaqda 20 saat iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 16 (on altı) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 120 (yüz iyirmi) manat, Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X10 tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində, vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 96 (doxsan altı) manat məbləğində (cəmi 216 manat) pul vəsaitləri dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar