Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-229/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-771/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi ilə ümumilikdə 1,041 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini, ümumilikdə 4,328 qram çəkidə şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı, ümumilikdə 0,159 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini və tərkibində ümumilikdə 0,12 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon maddəsi olan 03 (üç) ədəd həbləri əldə edib daşıyaraq işlədiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi ilə digər adsız küçənin kəsişməsində yerləşən adsız çay evində saxlamış, 24 sentyabr 2022-ci il tarixdə saat 20:40 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin çay evində saxlanılaraq oraya keçirilən baxış zamanı, çay evinin giriş hissəsinin sol tərəfində yerləşən zaldakı “jurnal” masasının üzərindən 03 (üç) ədəd gümüşü, 01 (bir) ədəd göy rəngli siqaret kağızına, 02 (iki) ədəd şəffaf rəngli sellofanlara bükülmüş bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,443 qram, 0,087 qram, 0,059 qram, 0,056 qram, 0,368 qram, 0,028 qram, ümumi təmiz çəkisi 1,041 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda, qəhvəyi rəngli, kimyəvi komponent tərkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına və həmin bükümün içərisindəki 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş bükümdə, ümumi təmiz çəkisi 0,159 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 (bir) ədəd ağ rəngli siqaret kağızına və 01 (bir) ədəd 01 (bir) manatlıq pul əskinazına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,228 qram, 4,100 qram, ümumi təmiz çəkisi 4,328 qram təşkil edən, bitki mənşəli, eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızna bükülmüş və 01 (bir) ədəd üzərində “F M40” göstəricisi olan konvalyut kəsiyində, hər birinin tərkibində 0,04 qram, ümumilikdə isə tərkiblərində 0,08 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon maddəsi olan, tünd qəhvəyi rəngli, dairəvi formalı, xarici görünüşünə və kimyəvi komponent tərkiblərinə görə eyni metadon tərkibli həblər, 01 (bir) ədəd üzərində “ddp M40” göstəricisi olan konvalyut kəsiyində, tərkibində 0,04 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon maddəsi olan, açıq qəhvəyi rəngli, dairəvi formalı, xarici görünüşünə və kimyəvi komponent tərkiblərinə görə digər metadonlardan fərqli metadon tərkibli həb və üzərində narkotik vasitə olan heroinin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik tərkibli maddələrin aludəçisi olduğundan və uzun müddət əvvəl səhhətində ağrıları olduğundan narkotik və psixotrop tərkibli maddələri qəbul etməyə başlamış, qəbul etdiyi narkotik vasitəni və psixotrop maddəni isə müxtəlif, tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 21-22 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi Kitabxana deyilən yerdə yerləşən icarə əsasında işlətdiyi çay evində, qapılar bağlı şəraitdə 02 (iki) nəfər qonuşuluqda yaşayan Tahir və Xəyal adlı şəxslərlə birlikdə televizora baxarkən polis əməkdaşları çay evinin qapısını sındıraraq və hasardan tullanaraq içəri daxil olmuş, ona fiziki zor tətbiq etməyə başlamış, sonra isə 01 (bir) kq heroinin yerini deməyini tələb etmişlər. Ancaq həmin təhvil verməyini tələb etdikləri narkotik vasitənin onda olmadığını bildirib, ancaq bir neçə gün əvvəl şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığı marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları həmin narkotik vasitələri çay evindən dolabın üsütündən tapdıqları 01 (bir) ədəd elaktron tərəzini, çay evindən götürdükləri bıçaqları, eləcə də digər əşyaları çay evindəki jurnal masanın üstünə toplamışlar. Daha sonra işlədiyi çay evinə vəkil X2 dəvət edilmiş, bundan sonra işlədiyi çay evinə baxış keçirilməsinə etirazının olub olmadığı soruşulmuş, əvvəlcədən polis əməkdaşları ilə razılaşdığından və ona yenidən fiziki zor tətbiq ediləcəyindən qoxduğundan işlədiyi çay evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bununla bağlı ərizə yazmış, bundan sonra ona işlədiyi çay evinə videoçəkliş aparılmaqla baxış keçiriləcəyi bildirilməklə işlədiyi çay evində iş üzrə hər hansı əhəmiyyət kəsb edən, qanunla saxlanmılması qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildikdə isə, əvvəlcədən polis əməkdaşları tərəfindən çay evindəki jurnal masanın üstünə toplanmış əşyaları göstərib çay evində saxladığı narkotik vasitələrin orda olduğunu bildirmişdir. Daha sonra həmin masanın üzərinə video kameranın yaddaşına qeyd etməklə baxış keçirilmiş və masasının üzərindən aşkar edilmiş ona məxsus olmayan 03 (üç) ədəd gümüşü rəngli siqaret kağızına, 01 (bir) ədəd göy rəngli siqaret kağızına bükülmüş, 02 (iki) ədəd şəffaf rəngli sellofana qablaşdırılmış narkotik vasitə olan heroinlər, 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızna bükülmüş və həmin kağız bükümün içərisindəki 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd ağ rəngli kağıza və 01 (bir) ədəd 01 (bir) manatlıq pul əskinazına bükülmüş narkotik vasitə qurudulmuş marixuna həm ayrı ayrılıqda, həmdə birlikdə elektron tərizəyə qoyub çəkilməklə, narkotik vasitə və psixotrop maddələrin ümumi çəkiləri müəyyən edilmiş, sonra isə içərisi boş zərflərə qablaşdırılmışdır. Sonra isə polis əməkdaşlarının təklifi ilə onlarla birlikdə Sumqayıt şəhər Pİ-nin inzibati binasına gəlmiş, orda yerləşən xidməti otaqlardan birində bir daha narkotik tərkibli və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğundan video kameranın yaddaşına qeyd etməklə üəzrinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, buna etiraz etməmiş, daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən üzərindən hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pritmet aşkar edilməmişdir. İşlədiyi çay evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitələr və elektron tərəzilər ona məxsus olmamış, onların hansı şəraitdə aşkar edilməsindən məlumatsız olmuş, ilkin olaraq ifadəsində bu barədə göstərməməyinin səbəbi onu saxlamış polis əməkdaşlarının 48 saatdan sonra buraxılacağını bildirərək ona ümid vermələri olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilsə də onu saxlamış polis əməkdaşlarının 48 saatdan sonra buraxılacağını bildirərək ona ümid vermələri səbəbindən, bu barədə ilkin ifadəsində göstərməmiş, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edərkən hər hansı bədən xəsarəti almamışdır. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2019cu ildən DİO-da, tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində isə 2020-ci ildən xidmət aparmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə Kənan adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Kənan adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcə də satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan adlı şəxsin xx.xx.1975-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunduğundan, daha sonra əməliyyataxtarış tədbirləri davam etdirilmiş və Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən icarə əsasında işlətdiyi adsız çay evində olduğu müəyyən edildiyindən, bundan sonra həmin gün saat 20:40 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid2 və Şahid3lə birlikdə həmin çay evində Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən ondan başqa çay evində Şahid5 və Şahid6da müştəri qismində olmuş, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona özlərini təqdim etmişlər, bundan sonra ona təhqiqatçı tərəfindən narkotik tərkibli və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, satışı ilə məşğul olmaqda, eləcə də işlədiyi çay evində saxlamaqda şübhəli olduğundan şübhəli şəxs qismində saxlanılması elan olunmuş, həmçinin onun hüquq və vəzifələri izah edilməklə, işlədiyi çay evinə video kameranın yaddaşına qeyd etməklə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs işlədiyi çay evinə baxış keçirilməsinə etirazının olub olmadığı soruşulduqda o, işlədiyi çay evinə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra, orda onun, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid2 və Şahid3, eləcə də Təqsirləndirilən şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fərhad İsmayılovun iştirakları ilə çay evinə baxış keçirilməsinə başlanmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs çay evində saxladığı qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edildikdə isə Təqsirləndirilən şəxs çay evinin giriş qapısından sol tərəfdə yerləşən “jurnal” stolunu işarə verərək, çay evində saxladığı narkotik vasitə və psixotrop maddələrin həmin masanın üzərində olduğunu bildirmiş, onun göstərdiyi masanın üzərinə baxış keçirildikdə isə masanın üzərində bir neçə bükümlərin, elektron tərəzinin, müxtəlif ölçülü bıçaqların və başqa bir neçə əşyaların olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs masanın üzərində olan büküm və əşyaların nə olması barədə sual verildikdə, o, masanın üzərində olan bükümlərdəki maddələrin narkotik və psixotrop tərkibli maddələr olduğunu, bir gün əvvəl şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən əldə etdiyini, şəxsi istifadəsi üçün işlədiyi cay evində saxladığını bildirmiş, masanın üzərinə baxış keçirilərkən ordan 08 (səkkiz) ədəd bükümlər, 02 (iki) ədəd konvalyut kəsiyində həblər, 02 (iki) ədəd elektron tərəzi, 05 (beş) ədəd müxtəlif ölçülü bıçaqlar, 01 (bir) ədəd 01 (bir) manatlıq pul əskinazının üzərində bitki tərkibli, yaşıl rəngli kütlə, 04 (dörd) ədəd müxtəlif markalı mobil telefonlarla bərabər digər əşyalar aşkar edilmiş, bundan sonra aşkar edilmiş bükümlərdəki maddələr elektron tərəzidə çəkilmiş, həmin maddələrin ayrı-ayrılıqda və ümumilikdə çəkisi müəyyən edildikdən sonra isə, masanın üzərindən aşkar edilmiş müxtəlif ölçülü bıçaqlar, mobil telefon və elektron tərəzilərlə birlikdə qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün birlikdə polis idarəsinə geri qayıtmışlar. Polis idarəsinə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq şəxsi axtarış istintaq hərtəkəti zamanı onun üzərindən hər hansı qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı pridmet və ya əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 da Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1995ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı vəzifəsində isə 2021-ci ildən xidmət aparmağa balamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nə Kənan adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də, Kənan adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və həmin şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcə də satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Daha sonra bununla bağlı əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna digər polis əməkdaşları ilə birlikdə o da daxil edilmiş, bundan sonra əməliyyat axtarış tədbirləri davam etdirilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan adlı şəxsin xx.xx.1975-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Sonradan isə xidmət yerində olarkən həmin gün saat 20:40 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olan Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən adsız çay evində saxlanılması barədə ona məlumat verildiyindən, dərhal göstərilən ünvana getmişdir. Orda Təqsirləndirilən şəxs və çay evində olan özlərini çay evinin müştəriləri kimi təqdim edən iki nəfər şəxsin şəxsiyyətləri tərəfindən dəqiqləşdirildikdən sonra narkotik tərkibli və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, satışı ilə məşğul olmaqda, eləcə də işlədiyi çay evində saxlamaqda şübhəli olduğundan şübhəli şəxs qismində saxlanılmasını Təqsirləndirilən şəxs elan etmiş, Təqsirləndirilən şəxs həmçinin hüquq və vəzifələrini izah edilməklə, işlədiyi çay evinə video kameranın yaddaşına qeyd etməklə baxış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs işlədiyi çay evinə baxış keçirilməsinə etirazının olub olmadığı soruşduqda, o işlədiyi çay evinə baxış keçirilməsinə etirazının olmadığını bildirməklə bununla bağlı rəsmi müraciət etmiş, bundan sonra Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1, kiçik inspektorlar Şahid2 və Şahid3, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün öz xahişi ilə oraya dəvət etdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fərhad İsmayılovun iştirakları ilə çay evinə baxış keçirilməsinə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs çay evində saxladığı qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi tərəfindən təklif edildikdə, Təqsirləndirilən şəxs çay evinin giriş qapısından sol tərəfdə yerləşən “jurnal” stolunu işarə verərək, çay evində saxladığı narkotik vasitə və psixotrop maddələrin həmin masanın üzərində olduğunu bildirmiş, onun göstərdiyi masanın üzərinə baxış keçirildikdə isə masanın üzərində bir neçə bükümlərin, 02 (iki) ədəd elektron tərəzinin, müxtəlif ölçülü bıçaqların və başqa bir neçə əşyaların olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs masanın üzərində olan büküm və əşyaların nə olması barədə sual verdikdə, o masanın üzərində olan bükümlərdəki maddələrin narkotik və psixotrop tərkibli maddələr olduğunu, bir gün əvvəl şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən əldə etdiyini, şəxsi istifadəsi üçün işlədiyi çay evində saxladığını bildirmişdir. Masanın üzərinə tərəfindən baxış keçirilərkən ordan 08 (səkkiz) ədəd bükümlər, 02 (iki) ədəd konvalyut kəsiyində həblər, 02 (iki) ədəd elektron tərəzi, 05 (beş) ədəd müxtəlif ölçülü bıçaqlar,01 (bir) ədəd 01 (bir) manatlıq pul əskinazının üzərində bitki tərkibli, yaşıl rəngli kütlə, 04 (dörd) ədəd müxtəlif markalı mobil telefonlarla bərabər digər əşyalar aşkar edilmiş, bundan sonra aşkar edilmiş bükümlərdəki maddələrin elektron tərəzidə çəkilməsi zərurəti yarandığından, bu məqsədlə özü ilə götürdüyü elektron tərizədən istifadə etmək istəmişdir. Ancaq özü ilə götürdüyü elektron tərəzidə nəsə nasazlıq olduğundan, eləcə də həyata keçirilən baxış və götürmə istintaq hərəkətini təxirə salmaq mümkün olmadığından masanın üzərindəki özü ilə götürdüyü elektron tərəziyə oxşar tərəzidən istifadə etməklə aşkar edilmiş bükümləri çəkərək çəkilərini dəqiqləşdirmək qərarına gəlmiş, buna baxmayaraq həmin vaxt iş gününün sonu olduğundan yorğun, eləcə də həyəcanlı olduğundan səhvən baxış və götürmə istintaq hərəkətində istifadə etmək üçün özü ilə götürdüyü, texniki səbəblərdən işlək vəziyyətdə olmayan tərəzini masanın üzərindən götürdüyü elektron tərəzinin yerinə qoymuş, sonradan isə masanın üzərindən aşkar edilmiş müxtəlif ölçülü bıçaqlar, mobil telefon və elektron tərəziləri birlikdə qablaşdıraraq götürərkən, diqqətsizlik etdiyindən masanın üzərindən götürməklə istifadə etdiyi və Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirdiyi tərəzinin əvəzində baxış və götürmə istintaq hərəkətində istifadə etmək üçün özü ilə götürdüyü elektron tərəzini qablaşdıraraq götürmüş, sonradan isə həmin elektron tərəzini ekspertiza tədqiqatına təqdim etmişdir. Bu sonradan ona baxış və götürmə istintaq hərəkətinin gedişini əks etdirən video görüntüyə onun iştirakı ilə baxış keçirilərkən məlum olmuşdur. Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi adsız çay evində baxış və götürmə istintaq hərəkətini yekunlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün ona birlikdə Sumqayıt ŞPİ-nə getmələrini təklif etmişlər, o, etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmiş, polis idarəsinə gəldikdən sonra isə xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq şəxsi axtarış istintaq hərtəkəti zamanı onun üzərindən hər hansı qanunla saxlanılması və daşınması qadağan edilmiş pridmet və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin və 01 (bir) büküm narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmadığını, eləcə də saxlanılarkən ona qarşı fiziki zor təbiq edilərək, digər qeyri qanuni hərəkətlərə yol verməsini ifadəsində özünü müdafiə etmək, törətdiyi əmələ haqq qazandırmaq və cinayət məsuliyyətindən kənar məqsədi ilə göstərmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən adsız çay evinə tərəfindən baxış keçirilərkən ordakı “jurnal” masasının üzərindən narkotik tərkibli maddələrə oxşar maddələrlə bərabər 01 (bir) ədəd bükümdə və həmin bükümün içərisində başqa 01 (bir) bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüş, həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş bütün maddələrin və elektron tərəzilərin özünə məxsus olduğunu bildirmişdir. Əvvəllər də baxış və götürmə, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətlərini icra edərkən narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanmasında şübhəli bilinərək saxlanmış şəxslərdən aşkar edilmiş narkotik vasitələri xx.xx.2022-ci il tarixdə baxış və götürmə istintaq hərəkəti icra edərkən istifadə etmək istədiyi həmin elektron tərəzidən istifadə etməklə çəkib çəkilərini dəqiqləşdirmiş, ehtimalına görə həmin vaxt elektron tərəzinin səthinədə narkotik vasitə heroin təmas etmiş, bud a ekspertiza tədqiqqatı aparılarkən müəyyən edilmiş, həmin elektron tərəzinin işlək vəziyyətdə olmadığını güman etdiyindən və istifadə üçün yarasız olduğunu fikirləşdiyindən sonradan məişət tullantısı kimi atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddət əvvəl tanımış, Kənanı yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanışları “Kamyan” deyə çağırmış, Təqsirləndirilən şəxs ilə münasibətləri normal olmuş, aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamış, Kənan yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “Kitabxananın” yaxınlığındakı adsız çay evini işlətmiş, arada boş vaxtlarında həmin çay evinə gedib, orda vaxtını səmərəli keçirtməyə çalışmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində yenidən həmin çay evinə getmiş, çayxanaya getdikdə orda Kənandan başqa heç kim olmamış, aradan təxminən 20-25 dəqiqə keçdikdən sonra oraya həmkəndliləri Tahir də gəlmiş, bundan sonra birlikdə onun təklifi ilə bilyard oynamağa hazırlaşarkən çay evinə mülki geyimli və polis əməkdaşının gündəlik geyim formasında olan şəxslər daxil olub onu və Tahiri, eləcə də həmin vaxt onlardan aralıda çay evinin hansısa otağında olan Kənanı saxlayıb çay evinin zalına dəvət etmişlər. Bundan sonra polis əməkdaşları Kənanın qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə, qəbulu və satışı ilə məşğul olmaqda, eləcədə işlədiyi çay evində qanunsuz olaraq əldə etdiyi narkotik tərkibli və psixotrop maddələri saxlamaqda şübhəli olduğundan saxlandığını elan etmişlər, həmçinin Kənanın razılığı olarsa çay evinə baxış keçiriləcəyini bildirmişlər. Kənan isə işlədiyi çay evinə baxış keçirilməsinə razılıq verdikdən sonra çay evinə baxış keçirilmiş, həmin vaxt video kameradan istifadə etməklə videoçəkliş də aparılmış, çay evinə baxış keçirilərkən çay evinin zalındakı “jurnal stolu” adlanan stolun üzərindən xırda bükümlərdə narkotik tərkibli maddələr, bıçaqlar, elektron tərəzi, xatırlamadığı başqa bir neçə əşyalar aşkar edilərək götürülmüş, daha sonra çay evinin başqa hissələrinədə baxış keçirilmiş, ancaq başqa hər hansı qanunla saxlanması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra izahatının alınması üçün Sumqayıt ŞPİ-nə dəvət edilmiş, polis idarəsinə gəldikdən sonra isə ona məlum olan hallar üzrə izahat vermiş, sonra isə yaşadığı evə geri qayıtmışdır. Əvvəllər narkotik tərkibli maddələr qəbul etmiş, bu səbəbdən də, 2021-ci ilin oktyabr ayında Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonradan yəni, 2022-ci ilin iyun ayında isə azadlığa buraxılmış, ona təyin edilmiş cəzasını çəkib qurtardıqdan sonra daha narkotik tərkibli maddələr qəbul etməmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələr qəbul etməsindən, narkotik tərkibli maddələrin alqı-satqısı ilə məşğul olmasından, eləcə də işlədiyi çay evində narkotik vasitə və ya psixotrop maddə saxlamasından məlumatsız olmuşdur. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı, eləcə də orda olan Şahid5 və Təqsirləndirilən şəxs qarşı hər hansı formada fiziki zor tətbiq edilməmiş, başqa qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs çay evində olarkən aşkar edilmiş maddələrin, o cümlədən psixotrop maddə və qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa çay evinə polis əməkdaşlarının çay evinin qapısını qıraraq girdiklərini, içəri daxil olduqdan sonra Kənanı bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri vuraraq ona qarşı fiziki zor tətbiq etdiklərini, şərəf və ləyaqətini alçaldıcı hərəkətlər edəcəkləri ilə hədələdiklərini, çay evindən video kameraların yaddaş bolkunun və Təqsirləndirilən şəxs cibindən 170 manat pulunu götürüldüyünü görməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin, psixotrop maddə mütamfetamının, metadon həblərinin, marixuananın və elektron tərəzilərin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən çay evininin içərisini əks etdirdiyi video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Şahid4 olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin ordakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra həmin şəxsin özünü təqdim edərək 1975-ci il təvəllüdlü, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 496 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin məlumat verərək onun qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu və işlədiyi çay evində saxlaması barədə Sumqayıt ŞPİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında işlədiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən adsız çay evində şübhəli şəxs qismində saxlanılması barədə məlumat verərək, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izahına dair yazıh bildiriş təqdim etdiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul edərək tanış olmağa başladığı, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin çay evindəki digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, onun təklifindən sonra ilk özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 olduğunu, sonuncu özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 olduğunu bildirdikləri, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəsxə hüquq və vəzifələrini izah etdiyi, həmin şəxsdən təqdim edilmiş bildirişlə tanış olub olmadığını, hüquq və vəzifələrinin başa düşüb düşmədiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualı cavablandıraraq hüquq və vəzifələrinin ona aydın olduğunu bildirdiyi, daha sonra təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxsində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fərhad İsmayılov olduğunu bildirdiyi, həmçinin onun Sumqayıt ŞPİ-nə qanunsuz olaraq narkotik və psixotrop tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və işlədiyi çay evində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında işlədiyi çay evində şübhəli şəxs qismində saxlanması barədə təkrar məlumat verərək, videoçəklişdən istifadə edilməklə işlədiyi çay evinə baxış keçiriləcəyini bildirdiyi, həmin şəxsə işlədiyi çay evində qanunla saxlanması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet varsa təqdim etməsini təklif etdiyi, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin işlədiyi çay evinə baxış keçirilməsinə etirazının olmadığını bildirməklə, təhqiqatçının təklifindən sonra çay evində olan “jurnal” stolunu işarə verərək, çay evində saxladığı narkotik vasitə və psixotrop maddələrin həmin masanın üzərində olduğunu bildirdiyi, bundan sonra orda olan şəxslərin həmin masaya yaxınlaşdıqları, masanın üzərinə baxış keçirildikdə masanın üzərində bir neçə bükümlərin, elektron tərəzinin, bıçaqların və başqa bir neçə əşyaların olmasının müəyyən edildiyi, özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə masanın üzərində olan büküm və əşyaların nə olması barədə sual verdikdə, həmin şəxsin verilmiş sualı cavablandıraraq masanın üzərində olan bükümlərdəki maddələrin narkotik və psixotrop tərkibli maddələr olduğunu, bir gün əvvəl şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən əldə etdiyini, şəxsi istifadəsi üçün işlədiyi cay evində saxladığını bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə çay evində olan digər iki nəfər şəxsin kim olmasını soruşduğu, həmin şəxsin verilmiş sualı cavablandıraraq həmin şəxslərin çay evinin müştəriləri olduqlarını bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin həmin iki nəfər şəxsi yanına dəvət edərək, həmin şəxslərdən özlərini təqdim etməsini xahiş etməklə çay evinə nə məqsədlə gəlmələrini, Təqsirləndirilən şəxs çay evində narkotik və psixotrop tərkibli maddələr saxlamasından məlumatları olub olmadığını soruşduğu, bundan sonra oraya yaxınlaşmış iki nəfər şəxsdən birincisinin özünü təqdim edərək Şahid5 olduğunu, ikincisinin isə özünü təqdim edərək Şahid6 olduqlarını bildirdikləri, həmçinin hər iki şəxsində verilmiş sualları cavablandıraraq çay evinə masa üstü oyun oynmaqla vaxtlarını səmərəli keçirmək üçün gəldiklərini, Təqsirləndirilən şəxs çay evində narkotik və psixotrop tərkibli maddələr saxlamasından məlumatsız olduqlarını bildirdikləri, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən masanın üzərinə baxış keçirildiyi, masanın üzərindən 08 (səkkiz) ədəd bükümlərin, 02 (iki) ədəd konvalyut kəsiyində həblərin, 01 (bir) ədəd kiçik ölçülü plastik qabın, 02 (iki) ədəd elektron tərəzinin, 05 (beş) ədəd müxtəlif ölçülü bıçaqların, 04 (dörd) ədəd müxtəlif markalı mobil telefonların, 01 (bir) ədəd kiçik ölçülü dəri materialdan hazırlanmış qara rəngli çantanın, 01 (bir) qutu siqaretin, 01 (bir) ədəd 01 (bir) manatlıq pul əskinazının üzərində bitki tərkibli, yaşıl rəngli kütlənin, 01 (bir) ədəd sellofan torbada şirniyyat çeşidlərinin, 02 (iki) ədəd metal qabda enerji içkilərinin, 01 (bir) ədəd metal siqaret qutusunun, falqa adlanan kağız parçalarının aşkar edildiyi, daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş bükümlərin hər birinin ayrı ayrılıqda açıldığı və içərisinə baxış keçirilməklə elektron tərəzidə çəkildikləri, ilk gümüşü rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda həmin bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddənin aşkar edildiyi, həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,15 qaram olduğu, ikinci gümüşü rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda həmin bükümün içərisindən də qəhvəyi rəngli, tozşəkilli maddənin aşkar edildiyi, həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,12 qram olduğu, üçüncü gümüşü rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda həmin bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddənin aşkar edildiyi, həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,13 qram olduğu, dördüncü göy rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda həmin bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddənin aşkar edildiyi, həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,23 qram olduğu, beşinci gümüşü rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda həmin bükümün içərisindən ağ rəngli, kristal şəkilli maddənin və başqa 01 (bir) ağ rangli kağıza bükülmüş bükümün olduğu, həmin bükümdə açıldıqda həmin bükümündə içərisindən ağ rəngli kristal şəkilli maddənin aşkar edildiyi, beşinci büküm və içərisindəki büküm birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0,37 qram olduğu, altıncı ağ rəngli kağıza bükülmüş büküm açıldıqda həmin bükümün içərisindən yaşıl rəngli, bitki mənşəli kütlənin aşkar edildiyi, həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,38 qram olduğu, yeddinci gümüşü rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda həmin bükümün içərisindən dərman həbinin aşkar edildiyi, yeddinci içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olan büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,49 qram olduğu, səkkizinci içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olan büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,43 qram olduğu, 01 (bir) manatlıq pul əskinazının üzərində olan bitki tərkibli, yaşıl rəngli kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 6,63 qram olduğu müəyyən edildikdən sonra isə, içərisində qəhvəyi rəngli maddələr olan bükümlərin və içərisində bitki mənşəli, yaşıl rəngli kütlə olan bükümlərin birlikdə elektron tərəzidə çəkildikləri, içərisində qəhvəyi rəngli maddələr olan bükümlərin ümumi çəkilərinin 1,57 qram olduğu, içərisində bitki mənşəli, yaşıl rəngli kütlələr olan bükümlərin ümumi çəkilərinin 7,01 qram olduğu müəyyən edildiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən ilk əvvəl içərisində qəhvəyi rəngli, toz şəkilli, ağ rəngli, kristal şəkilli maddələr olan bükümlərin və dərman həblərinin içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, üzərində qeydlər aparıldığı, daha sonra içərisində bitki mənşəli, yaşıl rəngli kütlə olan bükümün və 01 (bir) manatlıq pul əskinazının üzərində olan bitki mənşəli, yaşıl kütlənin başqa bir içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, üzərində qeydlər aparıldığı, bundan sonra ardıcıl olaraq aşkar edilmiş 02 (iki) ədəd elektron tərəzinin, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə məxsus 02 (iki) ədəd “Samsung” markalı mobil telefonların və 05 (beş) ədəd müxtəlif ölçülü bıçaqların ayrı ayrı içərisi boş ağ rəngli zərflərə qablaşdırıldığı, zərflərin üzərinin möhürləndiyi, üzərində qeydlər aparıldığı, daha sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təhqiqatçı tərəfindən suallar ünvanlandığı, ondan çay evinin neçə otaqdan ibarət olduğunu, digər otaqlara baxış keçirilməsinə, eləcə də aşkar edilərək götürülmüş bükümlərdəki maddələrin və əşyaların qablaşdınlmasına etirazının olub olmadığını soruşduğu, həmin şəxsin isə cavabında heç bir etirazının olmadığını bildirdiyi, bundan sonra orda olan müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan saxlanılarkən ona qarşı hər hansı formada fiziki zor tətbiq edilib edilmədiyini, şəxsiyyətini alçaldan digər qeyri qanuni hərəkətlərə yol verilib verilmədiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq ona qarşı saxlanılarkən hər hansı formada fiziki zor təbiq edilmədiyini, eləcə də digər qeyri qanuni hərəkətlərə yol verilmədiyini bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən masanın üzərində aşkar edilmiş digər 02 (iki) ədəd mobil telefonların çay evində olan və özlərini çay evinin müştərisi kimi təqdim edən şəxslərə geri qaytarıldığı, onları həmçinin araşdırma zərurəti ilə əlaqədar izahatlarının alınması üçün polis idarəsinə dəvət etdiyi, daha sonra orda olan şəxslərin hərəkətə başlayaraq ilk əvvəl bir otağa daxil olduqları, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin məlumat verərək həmin otağın çay evinin zalı olduğunu bildirdiyi, həmin otağa baxış keçirildikdə otaqdan araşdırma üzrə əhəmiyyət kəsb edən əşya və ya pridmetin aşkar edilmədiyi, daha sonra orda olan şəxslərin ardıcıl olaraq üç otağa daxil olduqları, həmin otaqlara baxış keçirildikdə həmin otaqlardanda araşdırma üzrə əhəmiyyət kəsb edən əşya və ya predmetin aşkar edilmədiyi, bundan sonra orda olan şəxslərin hərəkətə başlayaraq çay evinin mətbəxinə daxil olduqları, mətbəxə baxış keçirildikdə otaqdan araşdırma üzrə əhəmiyyət kəsb edən əşya və ya predmetin aşkar edilmədiyi, daha sonra orda olan şəxslərin əvvəlki yerlərinə geri qayıtdıqları, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək aparılan video çəklişin dayandırılacağı, sənədləşmə işlərinin həyata keçirilməsi məqsədilə Sumqayıt ŞPİ-nin inzibati binasına qayıdacaqlarını bildirdiyi, keçirilmiş baxışın nəticəsində dair iştirakçılardan etiraz və ya vəsatlərinin olub olmadığını soruşduğu, iştirakçılar tərəfində heç bir etiraz və ya vəsatət daxil olmadığından, bundan sonra aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. Diskin yaddaşında olan ikinci faylla baxış keçirilərkən həmin faylın yaddaşında rəngli formatda, otaq şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Şahid4 olduğunu bildirdiyi, daha sonra məlumat verərək araşdırma üzrə zərurət yarandığından xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməkdə və işlədiyi çay evində saxlamaqda şübhəli bilindiyindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən çay evində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd etdiyi, bundan sonra xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etdiyi, onun təklifindən sonra müraciət edilən şəxsin özünü təqdim edərək 1975-ci il təvəllüdlü, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 496 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin həmin şəxsə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etdiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul edərək tanış olduğu, daha sonra xidməti otaqda olan digər şəxslərində özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin təklifi ilə özlərini təqdim etdikləri, ilk özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müwəkkili Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 olduğunu, sonuncu özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 olduğunu bildirdikləri, bundan sonra təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxsində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təqdim etdiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fərhad İsmayılovun olduğunu bildirdiyi, müdafiəçinin iştirakına etirazının olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualı cavablandıraraq müdafiəçinin iştirakına etirazının olmadığını bildirdiyi, daha sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə məlumat verilərək videoçəklişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verdiyi, həmin şəxsdən üzərində qanunla saxlanması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etdiyi, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə videoçəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını, eləcə də üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya olmadığını bildirdiyi, bundan sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, həmin şəxsin üzərindən hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilmədiyi, bütün bunlardan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən şəxsi axtarış zamanı hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmetin aşkar edilmədiyi barədə və şəxsi axtarış istintaq hərəkətinin yekunlaşdırıldığı barədə iştirakçılara məlumat verilərək şəxsi axtarış istintaq hərəkətinin icrası ilə əlaqədar iştirakçıların etiraz və ya vəsatətlərinin olub olmadığını soruşduğu, iştirakçılar təırəfmdən etiraz və ya vəsatətlərinin olmadığı bildirildiyi, bundan sonra müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar verildiyi, ondan saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, eləcə də digər qeyri qanuni hərəkətlərə yol verilib verilmədiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir formada fiziki zor tətbiq edilmədiyini, eləcə də digər qeyri qanuni hərəkətlərə yol verilmədiyini bildirdiyi, bundan sonra isə özünü təhqiqatçı kimi təqdim edən şəxsin aparılan video çəklişin dayandırılacağı barədə məlumat verdiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə olan: - üzərində “Təqsirləndirilən şəxs ... çayxanadan aşkar edilmiş ...” sözləri, imzalar qeyd edilmiş paketin içərisində 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,443 qram, 0,087 qram, 0,059 qram, 0,056 qram, 0,368 qram, 0,028 qram, ümumi təmizs çəkisi 1,041 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər kimyavi komponent tərkiblərinə görə eynidirlər, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,159 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə və bir ədəd konvalyut kəsiyində üzərində “F M40” göstəricisi olan ümumilikdə 2 ədəd tünd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə metadondur, metadonlar xarici görünüşünə və kimyavi komponenet tərkiblərinə görə eynidirlər, bir ədəd konvalyut kəsiyində üzərində “ddp M40” göstəricisi olan 01 ədəd dairəvi formalı, açıq qəhvəyi rəngli həb narkotik vasitə metadondur və xarici görünüşünə, kimyəvi komponent tərkibinə görə digər metadonlardan fərqlidir. Ümumilikdə 03 ədəd olan metadon həblərinin təsir maddəsinin ümumi miqdarı 0,12 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. - üzərində “Təqsirləndirilən şəxs ... çayxanadan aşkar edilmiş 02 əd. elektron tərəzi...” sözləri, imzalar qeyd edilmiş paketin içərisində iki ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması mümükün deyildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin üm. təmiz çəkisi - 1,041 qram, cəmi tədqiqata sərf edildi - 0,12 qram, qalıq - 0,921 qram. Metamfetaminin təmiz çəkisi - 0,159 qram, tədqiqata sərf edildi - 0,03 qram, qalıq - 0,129 qram. Metadon həblərinin sayı - 3 həb, cəmi tədqiqata sərf edildi - 1,5 həb (hər həbin yarısı), qalıq -1,5 həb (hər həbin yarısı). İş materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/1099 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs ..... çayxanadan aşkar edilmiş ......” yazısı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,228 qram və 1 ədəd şəffaf yapışqan lentlə yapışdırılmış 01 manatlıq pul əskinazının içərisində tütün və təmiz çəkisi 4,100 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar eyni tərkibli olub, ümumi çəkisi 4,328 qramdır. Qeyd: Marixuananın ümumi çəkisi - 4,328 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,1 qram, qalıq - 4,228 qram. İş materiallarında olan məhkəmə kimyavi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5746 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ARƏN Məhkəmə Ekspertiza mərkəzinə məxsus “Tədqiqat obyekti № 63” ştamp əksi, “Ekspert rəyi 6/5512... 25 sentyabr 2022-ci il.. Sumqayıt ŞPİ TŞ” və s. yazılar olan bir ədəd qəhvəyi rəngli kağız paketdəki metamfetamin bir ədəd bükümdə olduğundan müqayisəli tədqiqatın aparılması və eyniliklə bağlı qoyulmuş sualın cavablandırılması mümkün deyildir. Qeyd: Tədqiqat üçün nümunə götürülmədi. İş materiallarında olan məhkəmə ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1361 nömrəli rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş və “1” rəqəmi ilə işarələnmiş bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır -soyuq silah hesab edilmir. - tədqiqata təqdim edilmiş və “2” rəqəmi ilə işarələnmiş bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır -soyuq silah hesab edilmir. - tədqiqata təqdim edilmiş və “3” rəqəmi ilə işarələnmiş bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır - soyuq silah hesab edilmir. - tədqiqata təqdim edilmiş və “4” rəqəmi ilə işarələnmiş bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır - soyuq silah hesab edilmir. tədqiqata təqdim edilmiş və “5” rəqəmi ilə işarələnmiş bıçaq tiyəsi - məişətdə istifadə olunan, ucu deşici xassəyə malik olmaqla, zavod üsulu ilə bıçaq formasında hazırlanmış sevenirin hissəsidir - kəsicilik xassəsi olmayan tiyəsidir və soyuq silah hesab edilmir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6348 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-391/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 1,041 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,921 qram narkotik vasitə heroin, ilkin çəkisi 0,159 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,129 qram psixotrop maddə metamfetamin, 03 ədəd metadon həbindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq 1,5 metadon həbi, ilkin çəkisi 4,328 qram olan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 4,228 qram 01 (ədəd) kağız kəsiyi bükümündə və 01 (bir) ədəd şəffaf yapışqan lentlə yapışdırılmış 01 (bir) manatlıq pul əskinazının içində qurudulmuş marixuana, 02 (iki) ədəd elektron tərəzi və 05 (beş) ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk və əməliyyat tədbirlərində iştirak etmiş polis əməkdaşlarının istifadəsində olan mobil telefonların anten göstəriciləri barədə məlumatlar "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 1489 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3942 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2022-ciil tarixdən iki və daha cox narkotik maddənin qəbul edilməsi nəticəsində yaranan psixi və davranış pozuntusu diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən verilmiş 21/1-748 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 771/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi, üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, saat 23:30-dan səhər saat 06:30-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək vəzifələrinin qoyulduğu, ona xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitələri tətbiq edilərək elektron monitorinq sistemində qeydiyyata alındığı, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:40 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəm oğlu küçəsi ilə digər adsız küçənin kəsişməsində yerləşən çay evində olduğu göstərilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası medallarının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X3 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, "xxxx" mobil operatoruna məxus “*** *** ** **” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, ünvan 3 ünvanında qeydiyyatda olan Şahid2 adına qeydiyyata alındığı, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 19:34:01 radələrində Sumqait, saat 20:36:51 radələrində Sumqayit ş.,Corat qes., Shor 4, saat 20:44:37 radələrində Sumqayit - Corat Yolu, saat 22:37:14 radələrində Sumqayit s., 30-cu meh., "Xezer" Shirked ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-771/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. AzərbaycanRespublikası CM-nin 83.3.3-cü maddəsində isə qeyd olunmuşdur ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluğu ödənilmiş şəxs hesab olunurlar. Həmin Məcəllənin 18.4.4-cü maddəsinin “azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığı” barədə tələblərinə əsasən Təqsirləndirilən şəxs yenidən qəsədən cinayət əməli törətməsi onun əməlində cinayətlərin residivini yartmadığı kimi qiymətləndirilməli və bu nəzərə alınmalıdır. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-771/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyatda düşmüş, xx.xx.2022-ci il tarəxədək cəzasından 07 (yeddi) ay 22 (iyirmi iki) gününü çəkmiş və cəzanın çəkilməmiş hissəsi 01 (bir) il 07 (yeddi) ay 04 (dörd) gün təşkil edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlu X1 İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı verdiyi ifadəsi özünü müdafiə xarakter daşıyır, onun törətdiyi əməl şahid ifadələri və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-771/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 1,041 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,921 qram narkotik vasitə heroin, ilkin çəkisi 0,159 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,129 qram psixotrop maddə metamfetamin, 03 ədəd metadon həbindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq 1,5 metadon həbi, ilkin çəkisi 4,328 qram olan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 4,228 qram 01 (ədəd) kağız kəsiyi bükümündə və 01 (bir) ədəd şəffaf yapışqan lentlə yapışdırılmış içində qurudulmuş marixuana, 02 (iki) ədəd elektron tərəzi və 05 (beş) ədəd bıçaq məhv edilməli, iş üzrə maddi sübut 02 ədəd CD formatlı disk və 01 (bir) manatlıq pul əskinazı cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 272,00 (iki yüz yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-771/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,921 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,129 qram psixotrop maddə metamfetamin, qalıq 1,5 metadon həbi, qalıq çəkisi 4,228 qram 01 (ədəd) kağız kəsiyi bükümündə və 01 (bir) ədəd şəffaf yapışqan lentlə yapışdırılmış içində qurudulmuş marixuana, 02 (iki) ədəd elektron tərəzi və 05 (beş) ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd CD formatlı disk və 01 (bir) manatlıq pul əskinazı cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 272,00 (iki yüz yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-229/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-229/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver