Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-23/2022 11.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, barəsində Sumqayıt şəhər Məhkəməsinin 14.04.20221-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 29A/18, mənzil 83-də qeydiyyatda olan, Sumqayıt şəhəri 47-ci məhəllə, ev 7, mənzil 14-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09.04.2021-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,157 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PByə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 (iki) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə ayrıayrılıqda təmiz çəkiləri 0,103 qram və 0,054 qram, ümumi təmiz çəkisi 0,157 qram olan kimyəvi tərkib konponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəl verdiyi fadəsində özünü təqsirli bilməsə də, 11 fevral 2022-ci ildə verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2021-ci ilin aprel ayının 9da Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə tanımadığı şəxsə 20 manat verərək şəxsi istifadəsi üçün 2 (iki) büküm heroin almış və həmin maddələri üzərində gəzdirmişdir. 12 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Möhtəşəm” şadlıq sarayının yanı ilə piyada gedən zaman mülki və polis geyimində olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o özünü polis əməkdaşlarına təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda, saxlamada və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını söyləmiş, saxlanıldığı yerdə şərait olmadığına görə Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqların birində hüquqlarını müfadiə etmək üçün ona təqdim ediləcək vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, onlarla birlikdə xidməti avtomobilə əyləşmiş və 1-ci PB-yə getmişlər. Bölmədə xidməti otaqların birində ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim edilmişdir. Vəkilin iştirakı ilə videoçəkiliş aprılmaqla üzərində şəxsi axtarış aparılacağı ona PB-də təkrar izah olunmuş və o, polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olubolmamasını sual edib, olduğu halda təqdim etməsini bildirmişlər. O əynində olan qara rəngli parça materialından olan gödəkçəsinin sağ yan cibindən 2 (iki) ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş vəziyyətdə içərisində narkotik vasitə heroin olan bükümləri çıxardaraq təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin heroin olduğunu söyləmiş, həmin maddələri üç gün əvvəl Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata ağrılarını götürmək məqsədilə şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bükülülər açılaraq baxış keçirilmiş və elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış, üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin vaxt o və digər iştirakçılar protokolu imzalamışlar. Üzərindən aşkar olunan iki büküm heroini təxminən 2021-ci ilin aprel ayının 9-da şəxsi işləri ilə bağlı Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə olduğu zaman təsadüfən ünsiyyəti yaranmış tanımadığı şəxsə 20 manat verərək şəxsi istifadəsi üçün almış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Bir daha belə əməl etməyəcəyinə söz verir və barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12.04.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2lər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİnin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Şahid2, həmin PB-nin təhqiqatçısı, polis kapitanı X1, 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid3 və Sumqayıt ŞPİ KTB-nin baş inspektoru, polis mayoru X4 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində “Möhtəşəm” şadlıq sarayının yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 12.04.2021-ci il tarixdə saat 16:30 radələrində əməliyyat qrupu ilə birlikdə məlumatda qeyd olunan, Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Möhtəşəm” şadlıq sarayının yaxınlığına getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxsla üstüstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu, saxlanıldığı yerdə şərait olmadığına görə Sumqayıt ŞPİnin 1-ci PB-də xidməti otaqların birində hüquqlarını müfadiə etmək üçün ona təqdim ediləcək vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, onlarla birlikdə xidməti avtomobilə əyləşmiş və 1ci PB-yə getmişlər. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüqularını müdafiə etmək üçün vəkil təqdim etmişlər. Vəkilin iştirakı ilə videoçəkiliş aprılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını təkrar izah etmişlər və Təqsirləndirilən şəxs onlara videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Həmin vaxt PB-də videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 (iki) ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş bükümləri çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs bükülülərin içərisində nə olduğu soruşulduqda o, bükülülərin içərisində narkotik vasitə olan heroin olduğunu söyləmişdir. Həmin bükülüyə baxılarkən orada narkotik vasitə olan heroinə oxşar spesifik iyə malik qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik maddəni təxminən 2021-ci ilin aprel ayının 9-da şəxsi işləri ilə bağlı Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə olduğu zaman təsadüfən ünsiyyəti yaranmış tanımadığı şəxsdən 20 manat verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini söyləmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o həmin narkotik maddəni təxminən 2021-ci ilin aprel ayının 9-da şəxsi işləri ilə bağlı Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə olduğu zaman təsadüfən ünsiyyəti yaranmış tanımadığı şəxsə 20 manat verərək şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirməsini bildirmiş, hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ 1-ci PB-nin sahə rəisi, polis kapitanı Şahid2 və həmin bölmənin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3 Şahid1 göstərdiklərini təsdiq etmişlər. İşdə olan protokola əsasən Təqsirləndirilən şəxs 12.04.2021-ci il tarixdə saat 16:30da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 14) Sumqayıt şəhər Məhkəməsinin 14.04.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir.(i.v. 63-64) İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 12.04.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması, istifadəsində şübhəli olması məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 12.04.2021-ci il tarixdə saat 16:30-da Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Möhtəşəm” şadlıq sarayının yaxınlığında əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşmış və özlərini təqdim edib ona özünü təqdim etməyi xahiş etdikdə o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını izah edərək saxlanıldığı yerdə müvafiq şərait olmadığı üçün sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt şəhəri Pİnin 1-ci PB-nə dəvət olunmuş və sonuncu buna etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs etirazının olmadığını bildirib xidməti avtomobilə əyləşdirilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin əməkdaşlarının müşayiəti ilə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində inspektor-kriminalist tərəfindən rəqəmsal tipli “Panasonic” markalı videokamera işə salınaraq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə bir daha polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Bundan sonra etirazının olub-olmaması soruşulduqdan sonra üzərində qanunsuz saxladığı əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialdan olan gödəkçəsinin sağ yan cibindən 2 (iki) gümüşü rəngli siqaret kağızlarına bükülmüş kütləlri çıxardaraq təqdim emişdir. Ondan bükülülərdə olan kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan heroin olduğunu və onu Bakı şəhəri, 20 Yanvar deyilən ərazidə tanımadığı şəxsdən ümumilikdə 20 (iyirmi) AZN-ə aldığını, xəstə olduğu üçün ağrılarını götürmək məqsədilə istifadə etmək üçün üzərində gəzdirdiyini, başqa məqsədi olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə onun iştirakı ilə elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisinin 0,40 qram olması müəyyən olunmuşdur.(i.v 19-20) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 13.04.2021-ci iltarixli, 6/1433 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «şübh.şəxs imza Təqsirləndirilən şəxs 12.04.2021...” yazısı və imzalar olan zərfdə 2 (iki) ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,103 qram və 0,054 qram olmaqla, ümumi təmiz çəkisi 0,157 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici görünüşünə və kimyəvi tərkib konponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (i.v 27-31) Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,157 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,117 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk də maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir.(i.v.94-96, 115-120) İşdə olan məhkəmə -narkoloji ekspertizasının 27.05.2021-ci il tarixli, 1616 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 102-103) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 27.09.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci, 69.3-cü maddəsi ilə 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.01.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilmişdir.(i.v 79-80, 89-92) Sumqayıt Şəhər Narkoloji Dispanserinin 1859 saylı, 21.05.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 05.1998-ci ildən narkomaniya diaqnozu ilə qeydiyyatdadır(i.v. 88) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 01.06.2021-ci il tarixli protokoldan və diskə baxış zamanı Təqsirləndirilən şəxsn narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır.(i.v 94-96) İş materiallarında olan 28.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 98) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilk ifadəsində təqsiri olmaması ilə bağlı xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılsa da təsdiq edilməmişdir, Təqsirləndirilən şəxs özü də 11 fevral 2022-ci ildə əvvəl verdiyi ifadəsindən imtina etmişdir. Məhkəmə bunu təqsirləndirilən şəxsin seçdiyi özünü müdafiə vasitəsi kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nın 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12.04.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,117 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 28 (iyirmi səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 aprel 2021-ci il tarixdən hesablansın və cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,117 qram olan narkotik vasitə heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-23/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-23/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver