Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-23/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi və vəkili Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, himayəsində dörd azyaşlı uşağı olan, evli, orta təhsilli, sürücü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 25 dekabr 2023-cü il tarixdə saat 19:30 radələrində, Bakı-Quba magistral yolunun 37-ci kilometrliyində “B1,B,C1,C,D1,D” kateqoriyalı BD059326 saylı sürücülük vəsiqəsi, seriya və nömrəsi SV:BD059326 olan etibarnamə ilə idarə etdiyi, X3 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit mikroavtobus” markalı, 50BP074 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla Bakı-Quba magistral yolunun 37-ci kilometrliyində həmin vaxt yolu soldan sağa keçmək istəyən piyada-1957-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmaqla sonuncuya başın küt travması, baş- beyinə qansızma, sol təpə-alm sümüyünün xətti sınığı kimi ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər, alın nahiyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, burun nahiyəsinin, hər iki əlin və hər diz oynağı nahiyəsinin sıyrıqları kimi dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə başın küt travması nəticəsində sol təpə-alm sümüyünün xətti sınığı ilə müşayiət olunmuş baş-beyinə qansızmadan ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi **-BP-*** dövlət qeydiyyat nişanlı, Ford Transit mikroavtobus markalı avtomobili ilə Bakı-Siyəzən istiqamətində sərnişin daşıyır. 25 dekabr 2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi avtobusla tək Bakıdan çıxmış və Sumqayıt şəhərinin giriş hissəsinə gəlmişdir. Sumqayıt şəhərinin giriş hissəsində təxminin çəkisi 200 kq olan 32 ədəd minik avtomobili şinləri götürmüş və oturacaqların üzərinə yükləmişdir. Daha sonra oradan çıxmış və Siyəzən rayonu istiqamətində hərəkət etmişdir. Yol qaranlıq olmasına baxmayaraq avtomobili saz vəziyyətdə olmuşdur. Avtomobilin işıqları yolu tam işıqlandırmışdır. Saatda təxminən 75 km/saat sürətlə hərəkətdə olmuş, qismən yolun sol tərəfi ilə hərəkət etmişdir. Saat təxminən 19:35 radələrində Bakı-Quba yolunun 37-ci kilometrliyində, təxminən yolun “SOCAR Polymer” zavodunun qarşısından keçən hissəsində avtomobilinin sol yan güzgüsünə və qapının şüşəsinə nəsə çırpılmış, avtomobilin güzgüsü və şüşəsi qırılmışdır. O, təxminən 70-80 metr getdikdən sonra, avtomobili yolun sağına çəkmiş və saxlamışdır. Avtomobildən düşərək adam vurduğunu və adamın dizləri üstə başı aşağı vəziyyətdə olduğunu görmüşdür. O, adama yaxınlaşmağa çəkinmişdir. Həyəcanlı olduğu üçün saat 19:42 radələrində yeznəsinə zəng etmiş və adam vurması barədə sonuncuya məlumat vermişdir. Hadisədən sonra, yoldan keçən bir neçə nəfər də, hadisə yerinə gəlmişdir. O, həmin şəxslərdən birinin adını Elçin olduğunu bilmişdir. Başqa, bir nəfər də, Elçinin yanında olmuş, lakin, həmin şəxsin adını bilməmişdir. O, yeznəsi ilə danışdıqdan sonra avtomobilinə tərəf gəlmişdir. Orada bir maşın saxlayaraq həyəcanı getsin deyə ona su vermişdir. Bu zaman arxadan gələn QAZ 31 markalı avtomobil qabaq sağ yan tərəfi ilə adamı vurmuşdur. Həmin şəxs vurulduğu yerdən təxminən 1 metrə yaxın kənara itələnmişdir. Həmin vaxt adamın başı Socar Polymer zavodu tərəfə, dizləri yerdə olmuş və yerdən qalxmağa cəhd etmişdir. Həmin vaxt kimsə Təcili tibbi yardıma zəng etmiş, o və digər sürücü hadisə yerində qalaraq polis əməkdaşlarını gözləmişdir. Hadisə zamanı idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan piyadanı görməmiş, avtomobilin sol yan güzgüsünün və qapısının şüşəsinin sınmasından sonra avtomobili qarşıda sağda saxlamış və avtomobildən düşəndən sonra yolda dizləri üstə əyilmiş vəziyyətdə ayaqüstə qalmağa çalışan adam görmüşdür. Barəsində verilmiş müsbət xasiyyətnaməni, himayəsində dörd azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 1957-ci il təvəllüdlü mərhum onun atası Zərərçəkmiş şəxsdur. Atası heç yerdə işləməmiş və fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun valideynləri rəsmi qaydada boşanmış və atası ilə münasibətləri normal olmuşdur. O, Bakı şəhərində olarkən 25 dekabr 2023-cü il tarixdə saat 20 radələrində əmisi Əmirxan ona zəng edərək atasını Sumqayıt şəhəri, Bakı-Quba yolunda avtomobil vurduğunu və tez gəlməyi söyləmişdir. O da dərhal yola düşmüş və yolda gələ-gələ onunla əlaqə saxlamışdır. Sumqayıt şəhəri Travmatologiya mərkəzinə gələn zaman o atasının hadisə yerində vəfat etdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı-Quba yolunda yerləşən "xxxx" MMC-də “Qaynar sinklənmə” zavodunda yükləməboşaltma üzrə operator işləyir. **-NG-*** dövlət qeydiyyat nişanlı, QAZ 3110 minik markalı avtomobil ona məxsusdur və həmin avtomobili BC kateqoroyalı sürücülük vəsiqəsi əsasında özü idarə edir. 25 dekabr 2023-cü il tarixdə saat 19:55-20:00 radələrində işdən çıxmış, zavodun qarşısında yerləşən parkinqdə avtomobilinə oturub təxminən 2 dəqiqə mühərriki qızdırdıqdan sonra evinə tərəf, yəni X9 qəsəbəsinə tərəf yola düşmüşdür. Avtomobildə ondan başqa heç kim olmamış və əlavə yükü də olmamışdır. Yolun qaranlıq olmasına baxmayaraq avtomobili saz vəziyyətdə olmuş və avtomobilin işıqları yolu tam işıqlandırmışdır. O, avtomobili yenicə işə aldığı üçün sürəti təxminən 50-60 km/saat olmuşdur. Avtomobilin yolun sağ zolağı ilə sürmüşdür. Yolda hərəkətdə olarkən təxminən 25-30 metr aralıda yolun sağ yan tərəfindən kiminsə mobil telefonun işığı ilə ona işarə etdiyini görmüşdür. Həmin vaxt onun fikri həmin şəxsdə qalmış və fikri yoldan yayınmış, o, yolun sağ tərəfindən maneə olduğunu fikirləşmiş, ona görə də sükanı sola tərəf çəkmişdir. Bu zaman avtomobilinin qabaq sağ yan hissəsi maneəyə çırpılmışdır. O, dərhal ayağını əyləcə qoyaraq tormoz vermişdir. Daha sonra avtomobili saxlayıb arxaya vermiş və yolun sağ hissəsində saxlamışdır. Avtomobildən düşmüş və bir nəfər qara gödəkçəli şəxsin yerdə uzandığını görmüşdür. Həmin şəxsə yaxınlaşmış, həmin şəxsin yaşlı şəxs olduğunu görmüş, orada olan adamlardan həmin şəxsin nəfəs aldığını eşitmişdir. Lakin həmin şəxsin nəfəs alması çox çəkməmiş, bir nəfər şəxs sonuncunun nəbzinə baxmış və öldüyünü bildirmişdir. Hadisə yerində o, “Ford Transit” markalı avtomobilin sürücüsünün onu birinci vurduğunu bilmişdir. Kənar şəxslər polisə və təcili tibbi yardıma zəng etmişlər. O da hadisə yerində duraraq polisi gözləmişdir. O, yolun ortasında olan şəxsi görməmiş, hadisə yerində olan zaman tanımadığı şəxs ona yaxınlaşmış, narahat olmamağı, ondan təxminən 20-25 dəqiqə əvvəl ölən şəxsi “Ford” markalı avtomobilin vurduğunu demişdir. O, həmin vaxt ölən şəxsi Vüsal adlı şəxsin vurduğunu bilmişdir. Həmçinin, hadisə yerində olan adlarını bilmədiyi şəxslərlə söhbət əsnasında onlardan “Ford” markalı avtobusun sürücüsü piyadanı vurduqdan sonra, piyada asfalt üzərində dizləri üstə başı aşağı vəziyyətdə hərəkətsiz qaldığını ona görə onlar həmin şəxsin ölmüş olduğunu zənn etdikləri üçün polis əməkdaşları hadisə yerinə gələnə kimi ona toxunmadıqlarını eşitmişdir. Amma, bir müddətdən sonra deyilənə görə həmin şəxs bədənini hərəkət etdirməyə başlamışdır. Həmin şəxslərin dediyinə görə piyada başı “SOCAR Polymer” zavodu istiqamətində dizləri üstə, başı da yerdə olmuşdur. Həmçinin, orada bir nəfər “QAZ 24” markalı avtomobilin sürücüsü əsəbi formada ətrafda olan şəxslərə irad tutaraq “az qala mən də, onu vurmuşdum, niyə şəxsi yoldan çəkməmisiniz” sözünü demişdir. İş materiallarında olan “nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola əsasən ona məxsus QAZ3110 minik markalı avtomobilin qabaq sağ yan buferində təkərə yaxın hissədə sürtünmə izlərinin olmasına gəldikdə isə həmin izlərdən də, göründüyü kimi buferin qara rəngi üzərində ağ ləkələr olmuş, o, həmin sürtünmə izlərini hadisədən aylar əvvəl Masazır ərazisində ağ rəngli avtobusa sürtünməsi nəticəsində yaranmışdır. Hadisə vaxtı onun farasının şüşəsi tam vəziyyətdə olmuş, amma faranın yan hissəsində şüşədə çat olmuşdur. Ola bilsin piyadaya çırpılma zamanı silkələnmə nəticəsində atmış, çünki, faranın lampası işlək vəziyyətdə olmuş, əgər piyadaya dəysəydi lampa da sınardı. Ona məxsus avtomobilin bufer hissəsində sağ yan hissədən 50 sm qədər qoşqu dəmirinə kimi hissədə dəmirin alt hissəsində sınma izi hadisə nəticəsində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı-Xaçmaz-Bakı istiqamətində sərnişindaşıma avtobusunda sürücü işləyir. xx.xx.2023cü il tarixdə saat 19 radələrində oŞ idarə etdiyi avtobusla Bakı Beynəlxalq Avtovağzalından çıxmış və avtobusda təxminən 29 sərnişin olmuşdur. Həmin gün saat 19:30 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 37-ci km-də hərəkətdə olarkən onun qarşısında Bakı-Qusar istiqamətində hərəkətdə olan başqa sərnişin daşıma avtobusu olmuş, həmin avtobus birdən yolun kənarına çəkib dayanmışdır. O da avtobusu kənara çəkib dayanmış və qarşıda yol-nəqliyyat hadisəsinin baş verdiyini başa düşmüşdür. O, avtobusdan düşüb qabağa gedəndə yolun ortasında avtomobillə vurulmuş piyadanın ayağa qalxmağa cəhd etdiyini görmüşdür. Həmin vaxt o, dizləri yerdə ayağa qalxmağa cəhd etmişdir. Onu vuran “Ford-Transit” markalı mikroavtobusun sürücüsü isə yolun kənarında dayanmışdır. O, həmin piyadaya yaxınlaşıb köməklik göstərmək istəyən zaman Quba istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə olan “Qaz-3110” markalı avtomobilin həmin piyadanı qabaq sağ yan hissəsi ilə piyadanı vuraraq 3-4 metr qarşıya atdığını, daha sonra isə sağda avtomobili saxladığını görmüşdür. Həmin vaxt onunla piyadanın arasında təxminən 3 metr məsafə olmuşdur. Piyada “Qaz-3110” markalı avtomobillə vurulmamışdan əvvəl dizləri üstə üzü Socar Polimer zavoduna tərəf olmuşdur. O və ətrafda olan digər tanımadığı şəxslər həmin piyadaya yaxınlaşanda piyadanın hərəkətsiz vəziyyətdəolduğunu görmüşlər. Bundan sonra, dərhal təcili-tibbi yardıma zəng etmişlər. Təxminən 20 dəqiqə sonra təcilitibbi yardım gəlmişdir. “Ford- Transit” markalı mikroavtobus piyadanı vurduqdan təxminən 5-6 dəqiqə sonra “Qaz-3110” markalı avtomobil də həmin piyadanı vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “Uğurlu yol” şirkətində sürücüdür, Qusar-Bakı istiqamətində işləyir. 25 dekabr 2023-cü il tarixdə dəqiq xatırlamadığı saatda Bakıda avtovağzaldan çıxmış Qusar rayonu istiqamətində təxminən 70-75 km/saat sürətlə hərəkət etmişdir. Hava qaranlıq olmuş və yol işıqlandırılmamışdır. Ondan təxminən 20 metr irəlidə sonradan adını bildiyi Vüsal adlı şəxsin idarə etdiyi “Ford Transit” markalı avtomobil gedirmiş. Onun arxasınca şirkətin digər maşını Şahid2 idarə etdiyi avtobus gəlirmiş. Onun idarə etdiyi avtobusda sərnişin olmamışdır. Hərəkətdə olarkən qəfildən qara paltarlı adam “Ford Transit” markalı avtomobilin sol yan güzgüsünə çırpılmış və “Ford” markalı avtomobilin sürücüsü avtomobili dərhal sağa çəkmişdir. O da ani olaraq sükanı sağa çəkmiş və piyada onların sol tərəfində qalmışdır. Dərhal əlini pencərədən çıxartmış və arxadan gələn avtomobillərə xəbərdarlıq etmişdir. Təxminən 100 metr irəlidə avtobusu sağda saxlamış və avtobusdan düşmədən Elçinə zəng edərək yolda olan adamın üstündən keçmədiyini sual vermişdir. Elçin ona həmin piyadanı qarşıda gedən QAZ 31 markalı avtomobilin vurduğunu demişdir. Piyadanın “Ford Transit” markalı avtomobilə çırpıldığı yer yolun sol yan kənarından təxminən orta xəttinə kimi olan hissə olmuşdur. Piyada oraya kimi bir neçə metr məsafə getmişdir. “Ford” markalı avtomobil piyadanı vurandan sonra o, sükanı sağa çəkərək ani olaraq pəncərədən piyadanın yerdə çabaladığını görmüş, bundan başqa heç nə görməmişdir. Həmin vaxt o ikinci avtomobilin piyadanı vurduğunu özü görməmiş, o bu barədə Elçindən eşitmişdir. Elçinin bildirdiyinə görə digər avtomobil vurmuş, bu barədə dəqiq məlumatı olmadığından dəqiq fikir bildirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 25 dekabr 2023-cü il tarixdə saat 19:30 radələrində işdən çıxdıqdan sonra yoldan keçən Vüsal adlı şəxsin mikroavtobusuna oturmuş, həmin şəxs Siyəzən rayonuna getmiş və yolunun üstü olduğu üçün onu da götürmüşdür. Ondan başqa mikroavtobusda heç kim olmamışdır. O, sürücünün arxasında pəncərə tərəfdə oturmuş və pencərədən bayıra baxmışdır. Hərəkətdə olarkən yolda bir nəfər kişi cinsli piyadanın sanki sərxoş vəziyyətdə olan şəxs kimi sağ-sol edə-edə yolu soldan sağa keçdiyini görmüş və bir anda avtomobilin sürücü tərəfindən pəncərəsi sınaarq içəri tökülmüşdür. Bu anda sürücü “deyəsən vurdum, vurdum” sözünü demiş və bir neçə metr getdikdən sonra avtomobili yolun sağında torpaq yolda saxlamışdır. Onlar avtomobildən düşmüşlər və o, uzaqdan bir nəfər şəxsin asfaltın üzərində dizləri üstə bədəni səcdəyə əyilmiş kimi yolun üzərində hərəkətsiz vəziyyətdə qaldığını görmüş və o, həmin şəxsin yaxınına getməmişdir. Sonradan yoldan keçənlər oraya toplaşmışdır. Təxminən 20-25 dəqiqə sonra yoldan keçən başqa avtomobilə oturub evinə getmişdir. O, orada olduğu müddətdə yolda olan piyadanı vuran ikinci maşın olmamışdır. Əgər belə hal olsaydı belə yəqin o, gedəndən sonra olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qubadlı RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində iş yoldaşı Şahid6 ilə birlikdə Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən 37-ci kilometrliyində yolnəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal onlar xidməti avtomobil ilə hadisə yerinə getmişlər. Hadisə yerinə gedəndən sonra onlara bir az əvvəl sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı **- BP-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun Bakı-Quba yolunun 37-ci kilometrliyində Quba rayonu istiqamətində hərəkətdə olarkən həmin vaxt yolu soldan sağa keçmək istəyən piyada 1957-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs vurduğunu və nəticədə piyada Zərərçəkmiş şəxs bədən xəsarətləri aldığı və asfalt yolun üzərində qaldığı məlum olmuşdur. Bundan sonra, həmin istiqamətdə hərəkətdə olan QAZ 3110 minik markalı **- NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan sonradan ad və soyadını bildiyi Şahid1 idarə etdiyi avtomobillə asfalt yolun üzərində olan Zərərçəkmiş şəxs vurmuş və nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra həmin sürücülərin hadisə yerindən qaçma halları baş verməmişdir. Onlar yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə gedən zaman hər iki sürücü hadisə yerində olmuş, onların iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, eləcə də sürücülər həmin şəxslərin sərxoşluq vəziyyətini yoxlamaq üçün Sumqayıt Narkoloji Dispanserinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Şahid6 da ifadəsində şahin Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 173-cü vərəqəsində olan 18 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan 11 avqust 2023-cü il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C, D1, D” dərəcəli sürücülük hüququ var, vəsiqənin 11 avqust 2033-cü il tarixədək qüvvədə olma müddəti var. Cinayət işinin 21-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AD seriyalı, 031652 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2003-cü il, “Ford Transit” mikroavtobus markalı, 50BP074 dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4r. Cinayət işinin 21-ci vərəqəsində olan ƏN-Vİ seriyalı 739936 nömrəli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Ford Transit” mikroavtobus markalı, 50BP074 dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə etmək və sərəncam vermək səlahiyyətləri verilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan 25 dekabr 2023-cü il tarixli, 6491 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 69-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X7 25 dekabr 2023-cü il tarixli, 143 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində başın küt travması, baş-beyinə qansızma, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol təpə-ahn sümüyünün xətti sınığı, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı, burun nahiyyəsinin, hər iki əlin və hər diz oynağı nahiyyəsinin sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə - başın küt travması, baş-beyinə qansızma, sol təpə-ahn sümüyünün xətti sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanm əlamətlərinə aiddirlər, burun nahiyyəsinin, hər iki əlin və hər diz oynağı nahiyyəsinin sıyrıqları isə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcəli təyin edilmir və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində sol təpə-alın sümüyünün xətti sınığı ilə müşayət olunmuş başbeyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən (xx.xx.2023-cü il tarixdə saat 21:30-da) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin xarakterinə, lokalizasiyalarına əsasən, həmçinin avtomaşınlara baxış protokolunda qeyd olunan məlumatları nəzərə alaraq demək olar ki, hadisə zamanı onun almış xəsarətlərdən başın küt travması, başbeyinə qansızma, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası və sol təpə-ahn sümüyünün xətti sınığı hərəkətdə olan Ford Transit markalı mikroavtobusla vurulması nəticəsində, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı isə hərəkətdə olan QAZ-3110 markalı minik avtomobili ilə vurulması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 0,68 % etil spirti aşkar edilmişdir ki, bu da müvafiq cədvəl üzrə canlı şəxslərdə yüngül dərəcəli alkaqol sərxoşluğuna aid edilir. Narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 98-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/572 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Ford Transit» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «QAZ 3110» markalı, 99- NG-402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Ford-Transit markalı mikroavtobusun qabaq sol yan hissəsində (sol yan güzgü və qabaq sol qapı üzərində) olan zədələr mikroavtobusun hərəkəti istiqamətində yolu soldan-sağa doğru ayaq üstündə hərəkətdə olan piyadanın vurulması nəticəsində yaranması mümkündür. Cinayət işinin 97-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 175-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 20 may 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 52-ci vərəqəsində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs dörd azyaşlı uşağı var. (xx.xx.2012-ci il, xx.xx.2014-cü il, xx.xx.2018-ci il və xx.xx.2020-ci il təvəllüdlü) Cinayət işinin materiallarına əlavə olunmuş Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş notarial ərizədən görünür ki, atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Bununla bağlı ona dəymiş maddi və mənəvi zərər tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb ola cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə məhkum edilməsini, evli olmaqla dörd azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzalərın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-23/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-23/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver