Məhkəmə qərarları › İş №1(060)-230/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-230/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-230/2022 04.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1955-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi 19C məhlə 6-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan barəsində 15 dekabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs Rusiya Federsiyasında yaşayan oğlu Mayıl İsayevlə mobil telefonda səmimi danışığını eşidib, övladının onun əhvalını soruşmamasına görə həyat yoldaşı Xanım İsayevə gileylənən zaman sonuncu ilə aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində mübahisə yaranmış,həmin mübahisə zamanı sonuncunun üz və bədən nahiyyəsinə yumruqla qəsdən bir neçə zərbə vurmuş, qəsdən saç nahiyyəsində tutub dizi üstə yerə yıxaraq yerdə onun bədən nahiyyəsinə qəsdən təpiklə vurub ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol yanağın selikli qişasının qansızması və cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sol dirsək və sol diz nahiyyələrinin qançırlarından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, hal hazırda Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində ailəsilə birlikdə yaşayır. Yaşayış yeri Sumqayıt şəhərinin inzibati ərazisi olsa da, müəyyən yerlərdə Abşeron rayonun ərazisi ilə kəsişir. Xanim İsayeva ilə 1978-ci il tarixdə ailə həyatı qurmuş və onların bu evlilikdən 3 övladları olmuşdur. Övladlarının 3-də ailə həyatı qurub özləri ayırılıqda yaşamışlar, onlar isə öz evlərində ikisi yaşamışdır. Zərərçəkmiş şəxs ilə onun əvvələr münasibəti normal olmuşdur. Həmin şəxs onun yanında Rusiya Federasiyasında yaşayan oğlu Mayılla son zamanlar “vatsap” ani mübadiləşmə sistemi vasitəsi ilə danışırmışlar. Onun oğlu Mayıl da yoldaşı Xanımla danışan zaman onun adını çəkməmiş, heç salam da göndərməmişdir. Oğlu Mayılın da anası ilə telefonda danışan zaman onu soruşmaması halı onun xətrinə dəymişdir. Sonuncu dəfə 08.11.2021ci il tarixdə saat 21 radələrində onlar ikisi evdə tək olan zaman yoldaşı Mayılla telefonda danışmağa başlamışdır. Yenə oğlu Mayıl onun barəsində maraqlanmadığından yoldaşı Xanım danışıb qutarandan sonra o, Xanıma nə üçün oğlun Mayılın onunla maraqlanmadığının səbəbini soruşmuşdur. O, da yoldaşı Xanımı danlayıb nə üçün oğlunun bu cür hərəkət etməsinin səbəbini soruşmuş və bu zəmində mübahisə başlamışdır. O, da bu zaman əsəbləşib Xanımın sinə nahiyyəsindən əlləri ilə itələmişdır, lakin xəsarət yetirməmişdir. Bundan sonra, onlar sakitləşmişlər. Xanım da mətbəxtə keçmiş və daha sonra gedib yatmışdır. Sabahı günü oğlu Fərid gəlib anasını aparmışdır. Hal hazırda zərərçəkmiş şəxslə barışmaq istəsə də sonuncu onunla barışmır, Məhkəmədən cinayət işi üzrə qanuna müvafiq qərar qəbul edilməsini, cəza təyin edilərkən təqaüdçü olmasını və maddənin sanksiyasında cərimənin yüksək olmasını və ödəmək qabiliyyətinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Otay qızı ifadəsində bildirdi ki, hal hazırda Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində ailəsi ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxslə 1978-ci il tarixdə ailə həyatı qurmuşdur, onların bu evlilikdən 3 övladı vardır, övladlarının 3- də ailə həyatı qurmuşdur Həmçinin Təqsirləndirilən şəxs də spritli içki aludəçisidir. Qahir daima spirtli içki içərək evdə dava dalaş yaradır. Hal hazırda heç bir övladı da sonuncunu istəmir. Sonuncu dəfə 08.11.2021-ci il tarixdə saat 21 radələrində o, Qahirlə evdə tək olmuşdur. Qahir pensiyasını aldığına görə evdə Zəfər bayramını qeyd etmək adı ilə spirtli içki alaraq qəbul etmişdir. O, da Rusiya Federasiyasında yaşayan oğlu Mayılla telefonda danışan zaman oğlu Mayılla səmimi danışıqlarını eşidən Qahir telefonla danışıb qutarandan sonra uşaqların atası ilə niyə maraqlanmamasının səbəbini ondan soruşmuş, bu barədə cavab vermədikdə Qahir onunla mübahisə etməyə başlamışdır. Daha sonra, Qahir onun qəfildən üzərinə hücum çəkib üz nahiyyəsinə 4 dəfə yumruqla zərbə endimiş və saç nahiyyəsindən tutaraq yerə yıxmışdır. Nəticədə o, dizi üstə yerə yıxılmışdır. Bundan sonra Qahir yerdə onun qarın nahiyyəsinə də təpiklə zərbə endirmişdir. Zərbənin təsirindən damağı kəsilmiş, zədələnmiş və sonrada qida qəbul etməkdə çətinlik çəkmişdir. O, bir təhər özünə gəlib yan otağa keçmişdir. Bu barədə oğluna məlumat vermək istəsə də Qahir buna imkan yaratmamışdır. O, da öz otağına keçib gecəni orada qalmış və Sabahı gün oğlu Şahid2 onun yaşadığı evə gəlmişdir. Fərid onun üzündə xəsarətlər olduğunu görüb nə baş verdiyini soruşmuşdur. O, da ona atası Qahirin onu döyməsini bildirmişdir. Bu zaman oğlu Fərid onun əşylarını yığıb onu bacısı Sevincin yaşadığı evə gətirmişdir. O, da orada bacısı Sevincə Qahirin onu döydüyünü demişdir. Qeyd etmişdir ki,hadisə yaşadıqları Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində yerləşən fərdi ünvandakı evlərində baş vermiş, 2-3 dəqiqə davam etmişdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədə şahid qismində dinindirlən Şahid2 yaxın qohumuna qarşı ifadə verməmək hüququ izah edildikdən sonra ifadəsində bildirdi ki, 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hal hazırda Sumqayıt şəhəri 12-ci mikrorayon, 49 məhəllə, mənzil 9-da ailəsi ilə birlikdə yaşayır. Xanım onun doğma anası, Qahir isə onun doğma atasıdır. O, evləndikdən sonra kirayədə yaşamışdır. Atası Qahir spirtli içki alüdəçisi olduğundan daima evdə narazılıqlar salırmış və anası Xanımı döymüşdür. Sonuncu dəfə 09.11.2021-ci il tarixdə səhər radələrində ona xalası Sevinc zəng edib anası Xanımdan xəbər ala bilmədiyini söyləmiş və o, da yenə atası Qahirin Xanımı döyməsindən şübhələndiyindən onların yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində yerləşən evinə getmişdir. Evə girən zaman anası Xanımın üz və bədən nahiyyəsində xəsarətlərin olduğunu və evdə uzanaraq ağladığının şahidi olmuşdur. Bu zaman atası Qahirdə yatmışdır. O, cəld anasının evdəki paltarlarını yığmış və anası Xanımı götüb həmin evdən çıxmışdır. Evdə anasından nə baş verdiyini soruşan zaman Xanım ona 08.11.2021-ci il tarixdə saat 21 radələrində atası Qahirin spirtli içkinin təsiri altında anasına yumruq və təpiklə vuraraq üz və bədən nahiyyələrinə xəsarət yetirdiyini ona söyləmişdir. O, da anasını götürüb xalası Sevincin yaşadığı evə gəlmişdir. O, əvvələr də Qahirin anası Xanımı döyməsinin şahidi olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Oqtay qızı ifadəsində bildirmişdir ki, Xanım onun doğma bacısıdır. Qahir isə Xanımın həyat yoldaşıdır. Qahir spirtli içki aludəçisi olduğundan daima spirtli içki qəbul etdikdən sonra bacısı Xanımı döyür. Xanım da öz uşaqlarına görə həmişə sakit qalmışdır. 08.11.2021-ci il tarixdə o, Xanımla telefon əlaqəsi saxlaya bilmədiyindən narahat olmuşdur. Bu barədə 09.11.2021-ci il tarixdə Xanımın oğlu Fəridlə telefon əlaqəsi saxlamış və bacısı Xanımdan xəbər ala bilmədiyini söyləmişdir. Bu zaman Fərid evə gedib dəyəcəyini ona söyləmişdir. Axşam radələrində Fərid anası Xanımla birgə onlara gəlmişdir. Bu zaman Xanımın halsız halda olduğunu, üz və bədən nahiyyələrində xəsarətlər olduğunu görmüşdür. Bu zaman nə baş verdiyini soruşanda Xanım ona 08.11.2021-ci il tarixdə yoldaşı Qahirin baş, üz və bədən nahiyyələrinə aramsız yumruq və təpik zərbələri vurduğunu söyləmişdir. Bu zaman o, Xanımdan nə üçün onlara xəbər etməməsini soruşan zaman Xanım ona hadisə zamanı Qahirin mobil telefonunu alıb sındırdığını demişdir. Bacısı Xanımna yemək təklif edəndə damağının kəsildiyi üçün qıda qəbul edə bilməyəcəyini ona bildirmişdir. Cinayət işinin materiallarında olan iş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 09 noyabr 2021-ci il tarixli, 1502 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol yanağın selikli qişasının qansızması və cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sol dirsək və sol diz nahiyyələrinin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən 08.11.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06.12.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 15 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində zərərşəkmiş şəxsə xəsarət yetirməməsinə dair ifadəsi, təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadə verməsi kimi qiymətləndirməklə tənqidi yanaşır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun yaşayış yeri üzrə müsbət xarakterizə olunma olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 13.01.2022-ci il tarixli (iş № 1(060)-230/2022) qərarını icra edərək, 14.01.2022-ci il tarixli 120/2022 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Qurd dərəsi ərazisində fərdi evdə yerləşən ünvanını tərk etməmək, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar