Məhkəmə qərarları › İş №1(060)-231/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-231/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-231/2025 04.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X11, Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs7 hüquqi varisi X17, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 2, mənzil 54-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 02 avqust 2024cü il tarixdə, saat 11:15-də BCD koteqoriyalı, AF seriyalı, 707925 nömrəli sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X16” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı-Quba avtomobil yolunun 27-ci km-də 70 km/saat sürətlə hərəkət edib, idarə etdiyi avtobusla hərəkətini Sumqayıt şəhəri istiqamətində davam etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pazaraq, yəni idarə etdiyi avtobusla hərəkət sürəti 3.24 «Maksimum surətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum surətdən artıq sürətlə idarə edərək və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pazaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtobusun idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə olub yol kənarında sərnişin mindirmək məqsədilə dayanmış sürücü Şahid1 idarə etdiyi “İsuzu Saz NP37 Mikroavtobus” markah ** DO *** dövlət qeydiyyat nişanlı avtobusu nəzərə alıb vaxtında tədbir görməklə həmin avtobusun sol tərəfindən keçib getməli, lazım gəldikdə idarə etdiyi avtobusu həmin avtobusa çatmadan dayandırmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görmədən hərəkətini davam etdirərək yol hərəkəti istismarı qaydalarını pozmuş, nəticədə idarə etdiyi “X16” markalı avtobusun sağ qabaq hissəsinin, qarşıda yol kənarında dayanmış vəziyyətdə olan “İsuzu Saz NP37 Mikroavtobus” markah avtobusun arxa sol hissəsi ilə toqquşmasına səbəb olub ehtiyatsızlıqdan “İsuzu Saz NP37 Mikroavtobus” markalı avtobusun sərnişinləri Zərərçəkmiş şəxs1 sağ əlin V daraq sümüyünün əsasının yerdəyişən sınığı, başın, sağ əlin, sol baldırın sıyrıqları, sol yanağın, sağ əlin yaraları, sol baldırın qançırı kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, Zərərçəkmiş şəxs2 QKBT, baş beyin silkələnməsi, alın-təpə- gicgah-ənsə nahiyəsinin geniş ölçülü skalp yarası, sol İİ-İİİ-İV-V qabırğaların yerdəyişməyən, sağ İİİ-İV- V-Vİ-Vİİİ qabırğaların yerdəyişməyən, sol kürək sümüyünün yerdəyişməyən, İ-İİ bel fəqərələrinin cisminin yerdəyişməyən sınıqları kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, Zərərçəkmiş şəxs3 sağ tərəfdə V qabırğanın yerdəyişən sınığı, döş qəfəsinin ön səthinin sağ yarısının və hər iki diz oynağının sıyrmtısı kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, X4 döş qəfəsinin sol yarısında yumşaq toxumaların əzilməsi, döş qəfəsinin sol yarısında İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınığı, hər iki diz nahiyəsinin yumşaq toxumalarının əziyi, sol saidin, sol budun yaraları kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, Zərərçəkmiş şəxs6 sol diz qapağının sınığı, qamış sümüyünün proksimal hissəsinin natamam xətti sınığı, başın alın nahiyəsinin yarası kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, Zərərçəkmiş şəxs4 ağır müştərək travma, qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, boynun küt travması, C5-C6 fəqərəarası diskin travmatik sınığı, C5-C6 səviyyəsində onurğa beyninin əziyi, tetraparez, C4-C5-C6 fəqərələrinin sınıqları, ənsədə əzilmiş yara, sol əlin ovuc səthinin İ barmaq daraq və falanqanın açıq qəlpəli sınığı ilə geniş həcmli skalp yarası, sağ kürək sümüyündə və sağ İX qabırğada sınıq kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, “İsuzu Saz NP37 Mikroavtobus” markalı avtobusun digər sərnişini mərhum Zərərçəkmiş şəxs7 beyin maddəsinə və mədəciklərinə qansızma, kəllə sümüklərinin sınığı, subdural hematoma, sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ gicgah-ənsə nahiyəsinin yarası, sağ gözətrafı nahiyənin, hər iki bazunun qançırı kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirib, mərhum Zərərçəkmiş şəxs7 almış olduğu xəsarətlər fonunda kəllə qapağı və sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızmadan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, avqust ayının 2-si Bakı şəhərindən Sumqayıt şəhəri istiqamətinə gedərkən qarşısında 42 nömrəli marşrut hərəkətdə olmuş və qəfl dayanmışdır. O da bu zaman rolu qaçırmaq istəmişdir ki, marşrutun arxasından çıxsın, həmin vaxt arxadan gələn avtomobilin sol hissəsi onun sağ tərəfi ilə toqquşmuş və avtomobil çevrilmişdir. O da bir az qarşıda avtobusu saxlayıb düşüb avtomobilə qaçmışdır. Avtomobilin qapısını açmış, içəridə 3-4 nəfər olmuş, onlara nəsə olub-olmadığını soruşmuş, onlar heç nə olmadığını bildirmiş, o da avtobusa qayıtmışdır. Avtobusun içərisində bir qızın uzanmış vəziyyətdə olduğunu görmüş, onu qucağına alıb çölə çıxarmışdır. Qızın nəfəs aldığını görmüş, ətrafdan kömək istəmiş, bu zaman “BMW” markalı avtomobil saxlamış və qızı gətirməsini, xəstəxanaya çatdırmağı bildirmiş, lakin tanımadığından başqa bir şəxs də onunla birlikdə getmişdir. Bundan sonra yenidən avtobus qayıtmış, içəridən təxminən 23-24 yaşlarında bir oğlanı çıxarmış, oğlanın diz qapağı və alnı zədələnmişdir. Oğlan ona heç nə olmadığını, digər şəxslərə baxmasını demiş, o, yenidən avtobusa baxdıqda yaşlı bir qadını görmüş, həmin qadın ona arxadakı şəxsi götürməsini demiş, arxadakı şəxs orada sıxışdığından onu güclə çıxarmışdır. Bu zaman təcili yardım gəlmiş, həmin şəxsləri xəstəxanaya aparmışlar. O da avtobusda başqa şəxs qalmadığından əmin olduqdan sonra xəstəxanaya getmişdir. Xəstəxanada ilk öncə qızın vəziyyəti ilə maraqlanmış, ilk öncə qızın reanimasiyada olduğunu demişlər, daha sonra isə başqa bir həkim qızın keçindiyini bildirmişdir. Bundan sonra Sumqayıt şəhər Polis İdarəsindən gəlib onu idarəyə aparmışlar. Axşama kimi idarədə qalmış, gecə saat 12 radələrində oradan çıxıb yenidən xəstəxanaya getmiş, lazım olan iynə dərmanları almışlar. Gecə saat 2-də evə getmiş, səhər saat 7-də yenidən xəstəxanaya qayıtmışlar. Həkim ona bir şəxsin ağır olduğunu, barmağının amputasiya olunacağını bildirmiş, o da olunmasını bildirmişdir. Təxminən saat 4 radələrində evə getmişlər. Evə getdikdən sonra həkimə zəng etmiş, həkim ona başqa bir problemin də olduğunu və oraya gəlməsini bildirmişdir. O, xəstəxanaya getmiş, şəxsin onurğasının qırıldığını, əməliyyat olunmalı olduğunu bildirmişdir. Özəl klinikaya getmişlər, orada əməliyyatın qiymətini 3000 manata danışmışlar. Lakin həkim bildirmişdir ki, şəxs əməliyyata qoymur. Sonra onu əməliyyat etmişlər, yaxşılaşmışdır. Şəxs rayona getmək istəmiş, o da hələki burada qalmasını bildirmişdir. Şəxs təkid etdiyindən onu rayona yola salmış, bir neçə gündən sonra atası zəng edərək vəziyyətinin yaxşı olmadığını, onu geri gətirdiyini bildirmişdir. Gəldikdən sonra həkim baxmış və heç nəyi olmadığını bildirmiş, şəxs də ona rayona geri qayıtmaq istədiyini bildirmiş, o, yenidən şəxsi rayona aparmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsi “Neoplan” markalı avtobus olmuş, həmin avtobusu 60 km/saat sürətlə idarə etmişdir, ümumiyyətlə həmin avtobusun sürəti 70 km/saatdan yuxarı idarə etmək olmur. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsinin, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin ailənin yeganə qazanc mənbəyi olmasının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X17 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsin törətdiyi qəzada övladı ölmüşdür. Belə ki, həftənin cümə günü o, məscidə getmiş, orada olarkən ona məlumat vermişlər ki, qəza baş vermişdir. Qəza 42 nömrəli marşrutda qızı işə gedərkən baş vermişdir. Onu xəstəxanaya kimin çatdırmasından məlumatı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və iddiası yoxdur, bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, “Socar”-ın yanında dayanacaqda 42 nömrəli avtobusa minmiş, birinci körpünü keçdikdən sonra bir qadın sərnişin avtobusa minmiş, avtobus yerindən tərpənməmiş bir anda səs gəlmiş, ondan sonra qaranlıq olmuş, gözünü açdıqda zədələndiyini, onu avtobusdan çıxardıqlarını görmüşdür. Hadisə bir anda baş vermişdir. Heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışdır. Növbəti məhkəmə iclaslarında iştirak etməyəcəkdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, hadisə o, avtobusa mindikdən 3-4 dəqiqə sonra baş vermişdir. Belə ki, avtobus dayanacaqda saxlamış, bir xanım mindikdən bir neçə saniyə sonra hadisə baş vermişdir. Partlayış səsi kimi səs eşitmişlər, sonra nə olduğunu bilməmişlər. Hadisə nəticəsində onlar da xəsarət almışlar. Onun sol tərəfdən 5-ci qabırğası sınmış, ayaq, diz, qolunda şüşə kəsikləri qalmışdır. Heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, heç bir şikayət və tələbi yoxdur, barışmışdır. Növbəti məhkəmədə iştirak etməyəcəkdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, hadisə zamanı yanında 8 yaşlı nəvəsi olmuş, onunla söhbət edən zaman sanki partlayış olduğunu zənn etmişlər. Hadisə bir anda baş vermiş, necə olduğunu anlamamışdır. Hadisədən sonra təqsirləndirilən şəxs ümumiyyətlə onlarla maraqlanmamışdır. Lakin heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə baxışında iştirak etməyəcəkdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, hadisəni xatırlamır. Hadisə 42 nömrəli marşrutda baş vermişdir. Ona ciddi xəsarətlər dəymiş, uzun müddət müalicələr etmişdir. Hadisədən sonra onunla maraqlanan olmamışdır. Şikayətçidir, ona dəymiş ziyanı tələb edir. Amma ona xəsarəti kim yetirib bilmir, kimdən şikayətçi olduğunu da bilmir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, şikayətçidir, ona zərər ödənilməmişdir, növbəti məhkəmə baxışında iştirak etməyəcəkdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, səhər saatlarında 42 nömrəli marşruta minmişlər. Bir nəfər şəxs marşruta əl etmiş, sürücü də dayanacaq olmayan yerdə sağ zolaqda yolun ortasında marşrutu saxlamışdır. Bundan sonra nə hadisə baş verdiyini bilmir. Hadisədən sonra o, üç gün komada qalmışdır. Hadisədən sonra onunla maraqlanan olmamışdır. İki azyaşlı övladı vardır. İş qabiliyyətini itirdiyinə görə dolanmaq üçün atasının evinə getmişdir. Hadisə Sumqayıtdan Ceyranbatana gedən yolda körpünün altında baş vermişdir. Hadisədən sonra bir dəfə əməliyyat olunmuş, həmin əməliyyatın pulundan bildiyinə görə 2500 manat Nazim, 500 manat da Adil ödəmişdir. Kiminsə həbs olunmasını istəmir, lakin şikayətçidir. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş Zərərçəkmiş şəxs6 ifadəsində bildirdi ki, işə getmək üçün marşruta minmiş, yolda telefonla məşğul olan zaman qəfldən marşrutun havaya qalxıb düşdüyünü, onun ayağının, əmisi oğlu Orxanın isə əlinin kəsildiyini görmüşdür. Hadisədən sonra marşrut çevrilmiş, onu içəridən çıxarmışlar, çıxdıqdan sonra başqa avtomobilin marşruta çırpıldığını bilmişdir. Hadisə zamanı marşrut hərəkətdə olmuşdur. Hadisədən sonra onunla maraqlanan olmamışdır. Lakin şikayətçi deyildir. Məhkəmə iclasında iştirak etmiş mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X18 mülki iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, “modern” şirkətində sürücü işləyirdi. Onların marşrutu “Xəlifə” şadlıq sarayından Ceyranbatan bağlarına işləyirdi. 02 avqustda 11:08-də o, Ceyranbatan bağlarından çıxaraq Bakı-Quba yolunda hərəkət edən zaman dayanacaqlarda saxlayaraq sərnişin mindirib hərəkətə başlamışdır. Sonuncu “Socar”da saxlamış, oradan xanım minmiş, körpünü keçən zaman xanım əl etmiş, o, saxlayıb qadını götürmüş və arxadan avtomobilin çırpıldığını görmüşdür. Bundan sonra nə baş verdiyini bilməmiş, avtomobil aşıb çevrilmiş, o avtomobilin qabaq alın şüşəsi ilə birlikdə çölə düşmüşdür. Həmin vaxt özünü itirmiş, ağrıları olmuşdur. 30-40 metr qarşıda Nazimin dayandığını görmüşdür. Onu əvvəldən tanımamışdır. Bundan sonra tibbi yardım maşını gəlmiş, daha sonra polislər gəlmişdir. İlk öncə onları sərxoşluq vəziyyətini yoxlamaq üçün narkoloji dispanserə aparmışlar, heç nə çıxamış, daha sonra polis idarəsinə getmişlər. Onun avtomobili saxladığı yer dayanacaq olmamışdır. O, avtobusu saxlayan zaman arxadan gələn nəqliyyat vasitələrinə nəzərə yetirmiş, həmin vaxt arxadan gələn nəqliyyat vasitəsi olmamışdır. Təxminən 10-12 saniyə dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, baş serjant Şahid4 ifadəsində bildirdi ki, hadisə yerinə yaxınlaşan zaman artıq zərərçəkənlərin travmatologiyaya təxliyyə olunduğunu görmüşlər. Məlum olmuşdur ki, qarşıdan gələn avtobus saxlayaraq sərnişin mindirib yaxud düşürüb, bu zaman arxadan gələn nəqliyyat vasitəsi həmin avtobusa çırpılmışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, marşrutda gözüyumulu vəziyyətdə oturmuş, avtobusun dayanmış yaxud yavaş vəziyyətdə getməsini bilməmişdir. Qəfldən arxadan gurultu səsi gəlmiş, hər kəs qışqırmış, daha sonra nə olduğunu bilməmişdir. Avtobus sağa dönmüş və aşmışdır. Daha sonra içəridən çıxmağa çalışmışlar, ətrafdakı şəxslər də onlara kömək etmişdir. Daha sonra təcili yardım maşını gəlmiş və onları aparmışlar. Göy köynəkli şəxs yaxınlaşmış, 42 nömrəli avtobusun içərisindən çıxan şəxslər avtobusu vurduğuna görə həmin şəxsin üzərinə hücum çəkmişlər. Bundan başqa da bir qadının üzərinə düşmüşlər ki, o olmasaydı qəza baş verməzdi. Hadisə Ceyranbatan qəsəbəsində körpüdə baş vermişdir. O, avtobusda olarkən birinci körpüdə avtobus saxlamış, onun da qarşısında başqa avtobus olmuş, bəzi şəxslər bu avtobusa, bəziləri digərinə minmiş, bəziləri də ümumiyyətlə minməmişdir. İkinci körpüyə çatdıqda başqa şəxs qızı ilə minmiş və qabaqda əyləşmişdir. O da ortada tək oturacaqda oturmuşdur. Səs gəldiyi anda gözünü açmış və avtobus aşmışdır. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş və şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Bakıdan gələn zaman avtobus minmiş, öndə əyləşmiş, telefonla məşğul olmuş, bir anda avtobusun dəydiyini görmüş, ayılanda başının qan olduğunu, şüşə qırıqlarının kəsdiyini görmüşdür. Orada bir qadının yanında uşaq olmuş, onun ağladığını görüb yaxınlaşıb ona kömək etmişdir. Daha sonra sürücü gəlib orta qapını açmış, oradan düşüb çıxmışlar. Daha sonra gedib digər avtobusa kömək etmişlər. Yaralı qızı xəstəxanaya aparmağa köməklik etmişlər, hansı ki, sonradan ölmüşdür. Daha sonra hadisə yerinə polislər, təcili tibbi yardım gəlmiş,onları da travmatologiyaya gətirmişlər, orada qolunu sarımışlar, üzünü təmizləmişlər, daha sonra evə buraxmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, həmçinin yol nəqliyyat hadisəsi baş vermiş yerin fotoşəkillləri və sxemi çəkilərək cinayət işinə əlavə edilmişdir. - 3961 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. - Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AF 707925 nömrəli, B C D kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Neoplan Cityliner avtobsu” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə «BCD» kateqoriyalı AF707925 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. - xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:15-də Bakı-Quba avtomobil yolunun 27-ci km-də sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ** JH *** dövlət qeydiyyat nişanlı "Neoplan” markalı avtobusun sağ qabaq hissəsinin, digər sürücü Şahid1 əğlunun idarə etdiyi ** DO *** dövlət qeydiyyat nişanlı “İsuzu Np-37” markalı avtobusun arxa sol hissəsi ilə toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi !ə bağlı aparılan araşdırma zamanı zərurət yarandığından cərimə duracağında saxlanılan "Neoplan” markalı və “İsuzu Np-37” markalı avtobuslara baxış keçirilmişdir. Baxış zamanı baxış keçirilən avtobuslardan ** JH *** dövlət qeydiyyat nişanlı “Neoplan” markalı avtobusun qəhvəyi rəngli olduğu, üzü avtobusa tərəf dayandıqda avtobusun ön alınlıq şüşəsinin, sol qabaq qanad, sol qabaq qapı, sol qabaq işıq cihazlarının, sol güzgünün sınıb deformasiyaya uğradığı və ya zədələndiyi müəyyən edildi. Avtobusun içərisinə baxış keçirdikdə isə avtobusun içərisində, əsasəndə ön hissədə şüşə qırıntılarının olduğu, avtobusun sürücü oturcağının ön hissəsindəki müxtəlif avadanlıqların, ön alınlıq şüşəsinin, eləcə də avtobusun qabaq sağ hissəsində yerləşən qapısının və qapı çərçivəsinin sınıb deformasiyaya uğradığı və ya zədələndiyi müəyyən edildi. ** DO *** dövlət qeydiyyat nişanlı “İsuzu Np-37” markalı avtobusa baxış keçirilərkən avtobusun ağ rəngli oİduğu, üzü avtobusa tərəf dayandıqda avtobusun ön alınlıq şüşəsinin sındığı, avtobusun dam hissəsinin nisbətən deformasiyaya uğrayaraq avtobusun sol tərəfinə əyildiyi, avtobusun sürücü tərəfindəki şüşələrinin sürücü oturacağının yanındakı şüşələri istisna olmaqla sındığı, sürücü tərəfdən arxa hissənin deformasiya uğrayaraq avtobusun salonuna doğru qatlandığı, avtobusun arxa şüşəsinin sındığı, arxa baqaj hissəinin qapağının üzü avtobusa tərəf dayandıqda sol hissəsinin, yuxarı dam və aşağı qanad hissəsinin deformasiyaya uğrayaraq əzildiyi, avtobusun salonuna doğru qatlandığı, üzü avtobusa tərəf dayandıqda avtobusun sağ arxa tərəfindəki arxa qapıdan avtobusun ön hissəsinə tərəf yerləşən avtobusun iki ədəd şüşəsinin sındığı, digər şüşələrin yerində olduğu, avtobusun qapılarının açıq vəziyyətdə olduğu, avtobusun, demək olar ki, bütün hissələrində boyasının tamlığının pozulduğu, hər yerdə sürtünmə izlərinin olduğu, avtobusun salonundakı, əsasəndə arxa oturacaqların əzildiyi və deformasiyaya uğradığı nüəyyən edildi. Fotoşəkillər iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Şahid1 nümayəndəsi qismində tanınmışdır. - Məhkəmə-tibbi ekspertizasının 1395 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X6 bədəni üzərində “sol bazunun, sol baldırın qançırı” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt Hospitala müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X17 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş mərhum qızı Zərərçəkmiş şəxs7 hüquqi varisi qismində tanınmışdır. - Məhkəmə-tibbi ekspertizasının 92 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs7 meyitinin bədəni üzərində “beyin maddəsinə və mədəciklərinə qansızma, kəllə sümüklərinin sınığı, subdural hematoma, sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ gicgah-ənsə nahiyəsinin yarası, sağ gözətrafı nahiyənin, hər iki bazunun qançırı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı avtomaşının hissələrinin başı sıxması nəticəsində gəlmişdir, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa Ağır zərərvurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs7 ölümünə səbəb kəllə qapağı və əsas sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - ölüm haqqında şəhadətnamənin surəindən görünür ki, Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixdə “travmatik subdural qansızma” səbəbindən ölmüşdür. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən xitam verilmişdir. - Məhkəmə-tibbi ekspertizasının 1488 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində “sağ əlin V daraq sümüyünün əsasının yerdəyişən sınığı, başın, sağ əlin, sol baldırın sıyrıqları, sol yanağın, sağ əlin yaraları, sol baldırın qançırı” xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. - Məhkəmə-tibbi ekspertizasının 1573 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şahid3 bədəni üzərində “döş qəfəsinin, sol baldırın, başın yumşaq toxumalarının əzilməsi” xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. - Məhkəmə-tibbi ekspertizasının 1573 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şahid2 bədəni üzərində “sağ bazu və saidin yumşaq toxumalarının əziyi, sıyrıntıları, sağ baldırın və dizin sıyrıqları” xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Məhkəmə-tibbi ekspertizasının 1503 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində “QKBT, baş beyin silkələnməsi, ahn-təpə-gicgahənsə nahiyəsinin geniş ölçülü skalp yarası, sol İİ-İİİ-İV-V qabırğaların yerdəyişməyən, sağ İİİ-İV-V-Vİ-Vİİİ qabırğaların yerdəyişməyən, sol kürək sümüyünün yerdəyişməyən, İ-İİ bel fəqərələrinin cisminin yerdəyişməyən sınıqları” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən tötənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa Az Ağır zərərvurmaya aiddir. - Məhkəmə-tibbi ekspertizasının 1332 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X7 bədəni üzərində “boyun nahiyəsinin yumşaq toxumalarının əziyi, sol bel, sol sarğı, sol baldırın qançırı” xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. - Məhkəmə-tibbi ekspertizasının 1557 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində “sağ tərəfdə V qabırğanın yerdəyişən sınığı, döş qəfəsinin ön səthinin sağ yarısının və hər iki diz oynağının sıyrıntısı” xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. - Məhkəmə-tibbi ekspertizasının 1784 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, vət.Şahid1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. - Məhkəmə-tibbi ekspertizasının 1622 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində “Ağır müştərək travma, qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, boynun küt travması, C5-C6 fəqərəarası diskin travmatik sınığı, C5-C6 səviyyəsində onurğa beyninin əziyi, tetraparez, C4-C5-C6 fəqərələrinin sınıqları, ənsədə əzilmiş yara, sol əlin ovuc səthinin İ barmaq daraq və falanqanın açıq qəlpəli sınığı ilə geniş həcmli skalp yarası, sağ kürək sümüyündə və sağ İX qabırğada sınıq” xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilir. - Məhkəmə-tibbi ekspertizasının 1742 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində “qarnın ön divarının yumşaq toxumalarının əziyi” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. - Məhkəmə-tibbi ekspertizasının 1699 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində “döş qəfəsinin sol yarısında yumşaq toxumaların əzilməsi, döş qəfəsinin sol yarısında İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınığı, hər iki diz nahiyəsinin yumşaq toxumalarının əziyi, sol saidin, sol budun yaraları” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. - Məhkəmə-tibbi ekspertizasının 1700 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X2 bədəni üzərində “Alt çənənin sol yarısının qulaqyanı nahiyəni tutan yumşaq toxumalarının əziyi, sıyrığı” xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. - Məhkəmə-tibbi ekspertizasının 1982 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində “sol diz qapağının sınığı, qamış sümüyünün proksimal hissəsinin natamam xətti sınığı, başın alın nahiyəsinin yarası” xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. - Məhkəmə-tibbi ekspertizasının 2000 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X3 bədəni üzərində “sağ mil-bilək oynağının, sol dizin yarası, sol bazu oynağının yumşaq toxumalarının əziyi” xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt Hospitala müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. - Məhkəmə-tibbi ekspertizasının 1999 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X1 bədəni üzərində “sağ bel nahiyəsinin qançırı” xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt Hospitala müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. - Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2697 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Neoplan Cityliner markalı ** JH *** dövlət qeydiyyat nişanh avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqınd» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Hüseynov avtobusu hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 70 km/saat sürətlə idarə etməsi şəraitində onunhərəkətlərində «Yol hərəkəti haqqınd» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən İsuzu markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqınd» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 11-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı İsuzu markalı avtobus dayanmış vəziyyətdə olduğundan sürücü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqınd» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 11-ci bəndinin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən olunması üçün xüsusi texniki bilik tələb olunmadığından yol nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil. Hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. - xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC mülki iddiaçı qismində, X18 mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid1 əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, yol nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti və istismarı qaydalarının pozulub ehtiyatsızlıqdan Şahid2, Şahid3, X5 və X10 ehtiyatsızlıqdan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirildiyi, bununla da onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilsə də, sürücü Təqsirləndirilən şəxs eyni hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan ediləcəyi nəzərə alınaraq, həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş, X7 zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, Şahid1 barəsində İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə tədbir görülməsi məqsədilə qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, "xxxx" MMC-nin əmlakına (avtobusa) dəymiş 43644.15 AZN manat ziyan məbləğinin, 220.94 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 43865.49 AZN manat məbləğində pul vəsaitinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə hökm çıxarılması xahiş olunur. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” -63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” - 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının: - 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” - 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının: - 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərinhəyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. - 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. - 4-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. - 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. - 17-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. - 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yolnəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. - 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CMnin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” - 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” - 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” - 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” - 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması,ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. -9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və dörd zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, sonuncunun və dörd zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini nəzərə alır, lakin iş üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin zərərçəkmiş şəxslərə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddiaya dair isə məhkəmə aşağıdakıları qeyd edir. Cinayət işi üzrə mülki iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən "xxxx" MMC-nin əmlakına (avtobusa) dəymiş 43644.15 AZN manat ziyan məbləğinin, 220.94 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 43865.49 AZN manat məbləğində pul vəsaitinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı tərəf mülki iddianın təmin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs-mülki cavabdeh isə mülki iddianı qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin: - 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. -179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. - 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. -183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə mülki iddia ərizəsini, iş materiallarını nəzərdən keçirib, tərəflərin mülki iddia ilə bağlı izahatlarını dinləyib hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iddia ərizəsində zərərçəkmiş şəxs-mülki iddiaçı ona hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində 43644.15 AZN manat ziyan dəyməsini və həmin məbləği tələb etdiyini göstərmiş və qeyd olunan ziyanın sübutu kimi mülki iddia ərizəsinə yalnız qüsur aktını əlavə etmiş, bundan başqa avtonbusa qeyd olunan məbləğdə ziyan dəyməsini təsdiq edəcək heç bir mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddiaçının zəruri sübutlar toplayaraq gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək imkanını saxlamaq məqsədi ilə hazırkı mülki iddia baxılmamış saxlanılmalıdır. Həmçinin zərərçəkmiş şəxslərə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. "xxxx" MMC tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslərə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar