Məhkəmə qərarları › İş №1(060)-232/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-232/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-232/2021 11.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkum olunmamış, ailəli, işsiz, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 1-ciməhəllə, ev 1/42, mənzil 1-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növünlə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı tanışı Zərərçəkmiş şəxs Almaniya Federativ Respublikasına getmək üçün viza düzəldilməsinə köməklik edəcəyinə vəd verib aldadaraq 10 dekabr 2018-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən 20/23 nömrəli binanın arxasında 2700 (iki min yeddi yüz) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 2700 (iki min yedi yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. O, Zərərçəkmiş şəxs tanıyır. Eldar onun yeznəsi Elçinin dayısıdır. O, 2015-ci ildən 2018-ci ilədək Almaniya Respublikasında yaşamışdır. Sonra o, vətəni Azərbaycan üçün darıxmış və ailə problemləri yaşadığı üçün Azərbaycana qayıtmışdır. Həmin ərəfədə Eldar Türkiyədə olmuş və onun gəldiyini eşidib Azərbaycana gəlmişdir. Eldar onunla telefon əlaqəsi saxlayıb görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona Almaniyaya getmək istədiyini və bu işdə ona köməklik etməsini xahiş etmişdir. O, isə ona demişdir ki, əgər özü gedə bilsə ona da köməklik edər. Əlavə olaraq Eldara bildirmişdir ki, viza, bilet və iş icazəsi üçün ümumilikdə 3400 manat pul lazımdır. Eldar onunla razılaşmışdır. Təxminən bir neçə gün sonra o, Eldarla onun yaşadığı məhəllədə görüşmüş və Eldar ona 3400 manat pul vermişdir. Sonra bir müddət keçsə də viza məsələsi alınmadığı üçün Eldarın ona verdiyi 3400 manat pulu onun özünə qaytarmışdır. Təxminən 15 gün sonra Eldar yenidən ona zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Onlar görüşən zaman Eldar yenə də ondan xahiş etmişdir ki, onun viza məsələsində ona köməklik etsin. O, isə Eldara demişdir ki, onun valideyni onun bu işlərə qarışdığına görə ona irad bildirib. Eldar ona demişdir ki, bu iş öz aralarında qalacaq, onlar qohumdurlar. O, isə Eldara demişdir ki, söz vermir ancaq baxar. Bir gündən sonra onlar yenidən Eldarın evinin yaxınlığında görüşmüşlər və 10.12.2018-ci ildə Eldar ona viza məsələsinin həlli üçün 2700 manat pul vermişdir. O, viza ilə bağlı Eldarın işini həll etməmiş və həmin pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir.Daha sonra isə Eldardan borc olaraq daha 900 manat pul almışdır. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı yəni viza məsələsinin həlli ilə bağlı ondan aldığı 2700 manat məbləğində pulu ona qaytarmışdır. Zərərçəkmiş şəxs ondan şikayətçi deyildir. Odur ki. barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Elşən onun bacısı oğlu Elçinin qaynıdır. Onların münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında heç bir narazılıq və ədavət olmamışdır. Təqsirləndirilən şəxs 2018-ci ildə ailəsi ilə birlikdə Almaniyada yaşamışdır. O, isə Turkiyə Respublikasında işləmişdir. O, ildə bir-iki dəfə gəlib burada anasına baş çəkib getmişdir. Həmin vaxt bacısı oğlu Elçin onunla telefonla danışanda Elşənin Azərbaycana gəldiyini və əgər istəsə ona da viza düzəldib Almaniyaya apara biləcəyini demişdir. Buna görə də o, Türkiyədən Azərbaycana qayıtmışdır. O. bura gələn kimi gəlib Elşənlə görüşmüşdür. O, Elşənlə 2018-ci ilin may ayının axırlarında yaşadığı Sumqayıt şəhəri, 16-cı məhəllə, Əzizbəyov küçəsi, 23 nömrəli evin arxasında görüşmüşdür. O, Elşənə demişdir ki, əgər düzəldə bilərsə onun üçün Almaniyaya işçi vizası düzəltsin. Elşən isə ona demişdir ki, onun üçün Almaniyaya getmək üçün bir illik işçi vizası düzəldə bilər. Əlavə olaraq Elşən ona demişdir ki, vizanı düzəltmək üçün 2700 manat pul lazımdır. 10.12.2018-ci il tarixdə axşam saatlarında Elşən onun yaşadığı ünvana gəlmiş və binanın arxasında onlar görüşmüşlər. Buna görə də o, həmin gün Elşənə 2700 manat pul vermişdir. Həmin puldan əlavə də broc olaraq Elşənə müəyyən məbləğdə pul vermişdir. Əlavə olaraq bildirdi ki, təxminən 5-6 aydan sonra viza məsələsi həll olacaq və onlar birlikdə Almaniyaya gedəcəklər. O, Elşənin bu sözlərinə inanmış və heç bir söz deməmişdir. Elşənin ona söz verdiyi vaxt yəni 2019-cu ilin avqust ayında o, Elşənə zəng etmiş, lakin onun telefonuna zəng çatmamışdır. Buna görə də o, onların evlərinə getmişdir. Elşənin anası onların aralarında olan məsələni bilmişdir. O, ondan Elşənin harada olduğunu soruşmuşdur. Zeynəb bildirmişdir ki, Elşənin harada olduğunu bilmir. Lakin Zeynəb bildirmişdir ki, hər ay 500 manat pul verməklə oğlunun borcunu ödəyəcək. 2019-cu ilin oktyabr ayında Elşənin bacısı Aidə onların evinə gələrək 500 manat pul vermişdir. Bundan sonra Elşəngil ona heç bir pul ödəməmişlər. Buna görə də o, Elşəndən şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs 2700 manatını Almaniyaya getmək üçün viza düzəltməklə bağlı almışdır. Onlar görüşəndə Elşən hər dəfə bildirmişdir ki, yaxın vaxtlarda bu məsələ həll olunacaq. Lakin qeyd etdiyi müddət ərzində Elşən heç bir iş həll etməmiş və axırda da telefonlarına cavab verməyərək onunla əlaqəni kəsmişdir. Bundan sonra o, bilmişdir ki, Elşən onu aldadır. O, 10.12.2018-ci il tarixdə Elşənə ona viza düzəltmək üçün 2700 manat pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona viza düzəltmək üçün verdiyi 2700 manat pul qaytarılmışdır.Təqsirləndirilən şəxs şikayətçi deyildir və onun baəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş X3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Elşən onun doğma oğludur. Elşən bir neçə ildir ki, ailəsi ilə birlikdə Almaniyada yaşamışdır. 2018-ci ilin əvvəllərində oğlu Elşən deportasiya edildiyi üçün Azərbaycana gəlmişdir. Elşən burada olduğu müddətdə bir neçə nəfəri Almaniyaya aparmaq üçün onlardan müxtəlif məbləğlərdə pul almışdır. Eyni zamanda Elşən yeznəsi Şahid2 dayısı Zərərçəkmiş şəxs da onu Almaniyaya aparmaq üçün viza düzəltmək məqsədi ilə pul almışdır. Onun bildiyinə görə Elşən Eldardan onun X2 həll etmək üçün 2700 manat məbləğində pul almışdır. Bundan əlavə o Eldardan həmçinin borc olaraq da min manata yaxın pul almışdır. Daha sonra isə Viza məsələsini həll edə bilmədiyindən Eldar ondan polisə şikayətçi olmuşdur. İstintaqda şahid qismində ifadə vermiş Şahid2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs onun doğma dayısı, Təqsirləndirilən şəxs isə onun qaynıdır. Onların hər ikisi ilə münasibətləri normal olmuş, aralarında heç bir narazılıq və düşmənçilik olmamışdır. Elşən yaşamaq üçün 2015-ci ildə Almaniya getmişdir. Sonra Elşən Azərbaycana qayıtdıqdan sonra o, Elşənlə Almaniyaya getmək istəsə də bu məsələ alınmamışdır. Həmin ərəfədə dayısı Türkiyədə olmuş və o, Elşənin Azərbaycana qayıtdığını bilmişdir. Onlar qardaşının övladının kiçik toyunda olduqları zaman Eldar dayısı ona zəng etmiş və Elşənlə danışmaq istədiyini bildirmiş və o, telefonu Elşənə vermiş və onlar telefonda danışmışlar. Bu danışıqdan bir gün sonra dayısı Azərbaycana qayıtmışdır. Dayısı ona zəng edib bildirmişdir ki, Elşənlə görüşüb Almaniyaya getmək haqqında söhbət etmək istəyir. O, Elşənlə görüşüb dayısının yaşadığı ünvana getmiş və onlar birlikdə yaxınlıqdakı çayxanada görüşmüşlər. Dayısı bildirmişdir ki, işləmək üçün Almaniyaya getmək istəyir. O, sənədlərin düzəldilməsi üçün Elşəndən kömək istəmişdir. Elşən bildirmişdir ki, viza və bilet üçün pul lazımdır. Bu söhbətdən bir gün sonra o, Elşənlə dayısının yaşadığı ünvana getmişdir. Orada dayısı Elşənə bu məsələ üçün pul vermişdir. Bu proses bir müddət davam etmiş, lakin dayısının viza məsələsi düzəlməmişdir. Buna görə də 2018-ci ilin avqust-sentyabr aylarında o, Elşənlə görüşüb dayısının yaşadığı ünvana getmiş və Elşən dayısından aldığı pulu ona qaytarmışdır. Bundan sonra, onların arasında olan pul məsələlərindən xəbəri olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin di. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, təqsirləndirilən gər materialları ilə tam sübuta yetirilir. şəxs-Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 2700 (iki min yeddi yüz) manat maddi ziyanın tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Məhkəmədə ərizə verərək, özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs vurduğu maddi zərəri tam olaraq ödədiyi üçün zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarından görünür ki, cinayət hadisəsi 10 dekabr 2018-ci il tarixində baş vermişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Göründüyü kimi cinayətin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Məhkəmə baxışının gedişində dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən müddətin keçməsi ilə əlaqədar cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs Məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki,o. törədilmiş cinayət əməlində özünü təqsirli bilir və barəsindəki iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət Məcəlləsinin 75-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz (təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət məhz böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir). Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir (CPM-nin 41.3-cü maddəsi). Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3-cü maddəsi). Məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir (CPM-nin 7.0.23, 84.6-cı maddələri). Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd edilən tələblərinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə müddəasının şərh edilməsinə dair» 15 fevral 2008-ci il tarixli qərarında əks olunmuş müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsindəolancinayəttəqibinə və cinayət işi üzrə icraata xitam verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə » qətimkan tədbiri ləğv olunmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli (iş № 1(060)-232/2021) qərarını icra edərək, 26fevral 2020-ci il tarixli 200/21 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə və cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı l Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar