Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-232/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Heybər oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə saat 20:00 radələrində yaşadığı ünvan 2 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus Kapital Bankın “Bir kartın” kredit kartından pul çəkib ona verməsini istədikdən sonra sonuncunun həmin pulu kartdan çıxarıb ona verməyə etiraz etməsi nəticəsində Şəhanə Mirzəyeva ilə aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində mübahisə yaranmış və həmin mübahisə zamanı sonuncunun baş və üz nahiyyəsinə yumruqla qəsdən bir neçə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah-təpə nahiyyəsinin hemotoması, sol gözaltı nahiyyəsinin qançırından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1997ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hal hazırda ünvan 3 ünvanında ailəsilə birlikdə yaşayır. 2021-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs ilə o, “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Onlar bir birilərini istəmişlər və tez-tez görüşürmüşlər. O, Şəhanə ilə ailə həyatı qurmaq istəsə də, Şəhanənin ailə üzvləri onların evlənməklərinə icazə verməmişlər. Bir neçə dəfə Şahanə ona gəlib aparmağını xahiş etmiş və o, da 2021ci ilin noyabr ayının əvvəllərində Şahanəni götürüb evə gətirmişdir. Bundan bir neçə gün sonra ailə üzvləri gedib Şəhanənin ailə üzvləri ilə razılıq əldə etmiş və 16 noyabr 2021-ci il tarixdə Şəhanə ilə toy etmişlər. Toy məclisi olmasına baxmayaraq rəsmi nikaha girməmişlər. Toydan bir neçə gün sonra Şəhanənin ailə üzvləri narazılıq edib rəsmi nikaha girməklərini onlara söyləmişlər. Onların maddi durumları pis olduğundan rəsmi nikaha girməyə pulları çatmamışdır. 24 noyabr 2021-ci il tarixdə axşam saat 19:00 radələrində Şahanə ilə ünvan 2 ünvanında otaqlarında olan zaman Şahanədən üzərinə pul olub olmamasını soruşmuşdur. Bu zaman Şəhanə üzərində pul olmadığını ona söyləmişdir. O, Şahanəyə səhər verdiyi 10 manat pulu hara xərclədiyini soruşan zaman Şahanə səs tonunu qaldıraraq pulu yenə xərcləməsini söylədiyini, daha sonra ona yavaş danışmasını dediyini, çünki həmin vaxtı atası Vidadi, anası Leylanın evdə olduğunu, bundan əsəbləşib Şahanəyə onun qardaşının ad gününə getməyəcəyimi söyləməsini qeyd etmişdir. Bu zaman Şahanə yenə ucadan səsini qaldırdığını, bundan əsəbləşib Şahanənin üz nahiyyəsinə 2 dəfə sillə vurmuşdur. Səsə atası Vidadinin otağa daxil olmuş və onu evdən çıxartmışdır. Şahanəni də atası Heydər və qardaşı Şahin ora gələrək evdən aparmışlar. Həmin gündən bəri də Şahanəni görmədiyini, hadisə zamanı Şahanənin üz nahiyyəsinə yalnız 2 dəfə sillə vurmasını təsdiq etdiyini, hadisə zamanı otaqda olduqlarından orada heç kəsin olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona görə də onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Heydər onun atası, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 16 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla ailə həyataı qurduğunu, bundan sonra Elçinlə birgə onun evində yaşadıqlarını, həmin evə gəlin gəldikdən sonra Elçinin onunla daima pul üstündə mübahisə yaratdığını qeyd etdmişdir. Sonuncu dəfə 24 noyabr 2021-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanında olan zaman Elçin onun pul kisəsinə baxan zaman orada 3 manat pulun az olduğunu görüb ona həmin pulu hara xərclədiyini soruşmuş və Elçinə həmin pulu özünə yemək aldığını demişdir. Elçin ondan bir bank kartından pul çəkməyini və ona pul verməyini istəyən zaman Elçinə etiraz edərərk ona pul verməyəcəyini demiş və Elçin həmin vaxtı onun üzərinə hücum çəkib üz və baş nahiyyəsinə yumruqla 2 dəfə zərbə vurmuş və zərbənin təsirindən huşumu itrib yerə yıxılmışdır. Bu zaman səs küyə onun atası Vidadi və anası Leyla gəldiyini və onlara da onun oğlunun onu vurmasını söyləmişdir. Daha sonra atası Heydərə zəng edib gəlib onu götürməsini ondan xahiş etdiyini, bundan sonra atası Heydərin qardaşı Şahinlə birlikdə yaşadığı evə gəldiyini və bədəni üzərindəki xəsarətləri görən zaman nə baş verdiyini soruşanda onlara Elçinin onu yumruqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Onun barəsində qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. O, Təqsirləndirilən şəxs ilə bir müddət əvvəl ailə həyatı qurmaq istədiyini bildirəndən sonra ilk vaxtlar onların evliliyinə ailə üzvləri mane olmuş və daha sonra 16 noyabr 2021-ci il tarixdə Şahanə Təqsirləndirilən şəxsla birlikdə ailə həyatı qurmuşdur. 24 noyabr 2021-ci il tarixdə 21:00 radələrində bacısı Şahanə telefonla atası Heydərə zəng etmiş və telefonda ağlaya-ağlaya gəlib onu götürməyini ondan xahiş etmişdir. O, da atası ilə birgə bacısının yaşadığı ünvan 1 ünvanına getmişdir. Oraya çatanda Vidadi qapını açmış və bu zaman bacısı ağlaya ağlaya onlara yaxınlaşmışdır. Onun üz nahiyyəsində xəsarət izləri olduğunu görmüş və nə baş verdiyini soruşan zaman bacısı Şahanə Təqsirləndirilən şəxs onun baş nahiyyəsinə yumruqla zərbə endirməsini və zərbənin təsirindən huşunu itirib yerə yıxıldığını söyləmişdir. Bu zaman atası bacısına hazırlaşmasını bildirdmiş və bacısını atası ilə birgə öz yaşadıqları evə gətirmişlər. Hadisə zamanı o, orda olmasa da sonradan olub keçəni bacısı Şahanə ona danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1971-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hal hazırda ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Elçin onun böyük oğludur. Şahanə isə onun gəlinidir. Onların rəsmi nikahları olmasa da, kəbinləri vardır, hətta toy məclisi də etmişdir. O, Şahanə ilə Elçinin toydan sonra aralarında xırda narazılıqlar yarandığının şahidi olmuşdur. 24 noyabr 2021-ci il tarixdə saat 19:00 radələrində Şəhanə ilə Elçinin qaldıqları otaqdan səs küy gəldiyini eşitmişdir. Həmin vaxtı onların otaqlarına tərəf yaxınlaşanda Elçinin otaqdan çıxdığını və Şahanəyə ad gününə getmək istəmədiyini söyləmişdir. Bu zaman Şahanə əgər özü tək getdiyi təqdirdə geri qayıtmayacağını söyləmişdir. O, da Elçinə hansı səbəbə dava elədiklərini soruşanda Şahanə ona Elçinin vurmasını söyləmişdir. Bundan əsəbləşib Elçini evdən qovmuşdur. Daha sonra isə Şahanənin atası Heydər və qardaşı Şahin onlara gəlmiş və Şahanəni aparmışlar. O, Elçinin Şahanəni vurmasını görməmiş, səs küyə onların otağının qarşısına gələn zaman Şahanə ona Elçinin vurduğunu bildirmişdir. Hadisə zamanı o, evdə olmuş, yoldaşı Leyla da onların davasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 həyat yoldaşı Şahid1 ifadəsinə uyğun analoji ifadə vermişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli, 1584 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah-təpə nahiyyəsinin hemotoması, sol gözaltı nahiyyənin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 24.11.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.12.2021-ci il tarixdə tutulmuş, 18.12.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan 22.12.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qıızının əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsnın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 16.12.2021-ci il tarixdən 18.12.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı və hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 16.12.2021-ci il tarixdən 18.12.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-232/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-232/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver