Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-232/2024 16.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 19 avqust 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 3-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 07 noyabr 2023-cü il tarixində, saat 14 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus mağazaya müştəri qismində daxil olaraq həmin mağazada piştaxtanın üzərindəki dəyəri 379,99 manat olan 01 ədəd “Росо M5 Green” markalı mobil telefonu oğurlayıb, yəni gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 MMC-yə 379,99 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 13 noyabr 2023-cü il tarixində, saat 12 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi 10 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Kontakt Home” mağazasına müştəri qismində daxil olaraq həmin mağazada piştaxtanın üzərindəki dəyəri 299 manat olan 01 ədəd “TCL 20Y” markalı mobil telefonu oğurlayıb, yəni gizli olaraq talamaqla zərərçəkmiş şəxs "xxxx" MMC-yə 299 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, sprirtli içkilər qəbul edən zaman oğurluq cinayətini törədir. xx.xx.2023-cü il tarixində, saat 14 radələrində spirtli içki təsiri altında olduğundan oğurluq etmək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsində yerləşən Zərərçəkmiş şəxs1 mağazasına müştəri qismində daxil olmuş, mağazada bir az telefonlara baxandan sonra yanında kimsə olmadığı zaman piştaxtaya qoyulmuş təzə vəziyyətdə “Росо M5” markalı telefonu götürüb cibinə qoymuşdur. Bundan sonra sakit vəziyyətdə mağazadan çıxmışdır. Arxasınca heç kim gəlməmişdir. Heç kim onun telefon oğurladığını bilməmişdir. Bundan sonra həmin gün “sputnik” deyilən yerdə telefon mağazalarından birinə 130 manata satmışdır. Həmin vaxt içkili olduğundan hansı mağazaya satdığı yadında deyil. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə spirtli içkinin təsiri altından çıxdıqdan sonra özü könnülü olaraq Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət etmiş və baş vermiş oğurluq barədə məlumat vermişdirş. Təxminən 1 həftə sonra xx.xx.2023-cü il tarixində saat 12 radələrində yeni sərxoş olduğundan Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi 10 ünvanında yerləşən “Kontakt Home” mağazasına müştəri qismində daxil olmuşdur. Mağazada müştəri kimi gəzmiş və yanında heç kimin olmadığını görən zaman piştaxtaya qoyulmuş “TCL” markalı telefonu götürüb cibinə qoymuşdur. Heç kim onu görməmiş və o, sakitcə mağazanı tərk etmişdir. Bundan sonra həmin gün “Karvan” ticarət mərkəzində həmin telefonu xatırlamadığı mağazaya 60 manata satmışdır. Həmin vaxt sərxoş olduğundan hansı mağazaya satdığını xatırlamır. Bundan sonra həmin pulu öz ehtiyaclarına xərcləmişdir. O, telefonları oğurlayan zaman heç kim onu görməmişdir. Telefonları satdığı mağazalar telefonu oğurluq yolu ilə əldə etdiyini bilməmişlər, onlara telefonun özünə məxsus olduğunu demiş və şəxsiyyət vəsiqəsi ilə telefonu satmışdır. İçkili olduğundan bu əməlləri törətmişdir, oğurluq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs1 və “Kontakt Home” mağazasına dəymiş ziyan ailə üzvləri tərəfindən ödənilmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə Zərər çəkmiş hüquqi şəxs İrşad Electronics” MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Qanuni nümayəndə1 elan edilmiş ifadəsindən görünür ki, 2019-cu ildə "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. MMC-nin Respublikanın demək olar ki hər yerində filialları mövcuddur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küşəsində MMCnin Sumqayıt filialı mövcuddur. Həmin mağazada elektronikaya aid mallar satılır. xx.xx.2023-cü il tarixdə, MMC-nin Sumqayıt filialından 01 ədəd “Росо M5 green” markalı mobil telefonu bir nəfər şəxs mağazaya müştəri qismində daxil olaraq oğurlamışdır. Həmin telefon təzə vəziyyətdə olmuşdur və satış qiyməti 379,99 manat olmuşdur. Həmin şəxsin telefonu oğurlaması mağazada olan müşahidə kameralarına düşmüşdür. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə "xxxx" MMC-yə dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbləri yoxdur. Odur ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə Zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Qanuni nümayəndə2 elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ildən "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. "xxxx" Kontakt Home əmtəə nişanı altında fəaliyyət göstərir. MMC-nin Respublikanın demək olar ki hər yerində filialları mövcuddur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi 10 ünvanında MMC-nin Sumqayıt filialı mövcuddur. Həmin mağazada elektronikaya aid mallar satılır. xx.xx.2023-cü il tarixdə, MMC-nin Sumqayıt filialından 01 ədəd “TCL 20Y” markalı mobil telefonu bir nəfər şəxs mağazaya müştəri qismində daxil olaraq oğurlamışdır. Həmin telefon təzə vəziyyətdə olmuşdur və satış qiyməti 299 manat olmuşdur. Həmin şəxsin telefonu oğurlaması mağazada olan müşahidə kameralarına düşmüşdür. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə "xxxx" MMC-yə dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbləri yoxdur. Odur ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİnin 1-ci PB-nin məsul növbətçisi, polis baş leytenantı Toğrul Qanbayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə gecə saat 07:15 radələrində məsul növbətçi olduğu vaxt bir nəfər şəxsin polis bölməsinə daxil olaraq Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “İrşad Telecom” mağazasından mobil telefon oğurlaması barədə bildirmiş və o, həmin şəxsi araşdırılması üçün təhqiqata təqdim etmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs ünvan 3 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, "xxxx" MMC və "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş diskdə 01 ədəd video görüntü vardır. Görüntünü açan zaman mağazanın içərisi görünür. Həmin görüntüdə bir nəfər qırmızı geyimli şəxsin piştaxtanın üzərində olan naqillə bərkidilmiş telefonu naqili çıxardandan sonra əynində olan şalvarının sağ yan cibində qoyaraq oradan uzaqlaşması görünür. Həmin vaxt oğurluq edən şəxsin ətrafında heç kimin olmadığı müşahidə edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş diskdə 01 ədəd video görüntü vardır. Görüntünü açan zaman mağazanın içərisi görünür. Həmin görüntüdə bir nəfər geyimli piştaxtanın üzərində olan naqillə bərkidilmiş telefonu naqili çıxardandan sonra sağ əlinin içərisində gizlədərək oradan uzaqlaşması görünür. Həmin vaxt oğurluq edən şəxsin ətrafında heç kimin olmadığı müşahidə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, AR Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1439/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək ona 180 (bir yüz səksən) saat ictimai işlər inzibati tənbehi təyin edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 07:50-dən tutularaq xx.xx.2023-cü il tarixə, saat 16:20-dək saxlanılması nəzərə alınmış və ona təyin edilən ictimai işlər növündə tənbehin həddi qəti olaraq 176 (bir yüz yetmiş altı) saat müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30-da Sumqayıt ŞPİ-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-463/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 16 dekabr 2023-cü il tarixli, 3497 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 180-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bir epizod üzrə könüllü olaraq polis bölməsinə gedib təqsirini boynuna alması və cinayət nəticəsində dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsrili bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, AR Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, əvvəllər məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, eyni zamanda əvvəlki məhkumluğuna səbəb olan əməllərə diqqət etməklə hazırki əməlin törədilmə şəraiti və üsulunu nəzərə alsaq, həmçinin xırda talama əməli törədərək inzibati məsuliyyətə cəlb olunması, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-232/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-232/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver