Məhkəmə qərarları › İş №1(060)-233/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-233/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-233/2022 28.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Hüseyn oğlunun, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxsr qızının iştirakı ilə, xx xxx 1987-ci ildə Ağdam rayonu, Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Ağdam rayonu, Pərioğullar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı bağlar massivi, bağ evi ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12.12.2021-ci il tarixdə, saat 09:00 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən bağ evində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxsr qızını yumruq zərbəsi və dırnaqtutan ilə vuraraq sonuncuya sağ təpə-gicgah nahiyyənin dərialtı hematoması, sağ almacıq nahiyyənin, sol saidin yuxarı 1/3-nin ön səthinin qançırları, sol təpə nahiyyənin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol dirsək büküşünün səthi kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirdi ki, 12.12.2021-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birlikdə evdə olarkən saat 09:00 radələrində qardaşı Elnur evdən çıxıb işə getmişdir. Elnur gedəndən sonra o əvvəllər yaşadıqları Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, otaq 511 ünvanına getmək istədiyindən həmin ünvanın açarını anası Şərqiyyədən istəmiş, lakin anası bildirmişdir ki, həmin ünvanın açarının biri özündə, biri isə onda olurmuş, guya sonradan o, onda olan açarı da götürmüş və hazırda həmin ünvanın açarı onda yoxdur. Sonra o, açarları axtarmağa başlamış, lakin tapa bilməmiş və buna əsəbiləşərək anası Şərqiyyə ilə mübahisə edib onun ünvanına nalayiq söyüşlər söymüş və ona pul verməsini istəmiş, anası ona pul vermədiyi üçün yumruqla anasının başından vurmuş, sağ gözaltı nahiyəsindən, sol qolundan, əlində olan dırnaqtutanla sol dirsəyindən vurub saçlarını tutub yolmağa başlamışdır. Həmin zaman anasının səsinə həyətdə olan atası Vahid evə gəlmiş və anasını vurduğunu görübaralarına girərək onu itələyib anasından aralamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxsr qızı bildirmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun oğludur və hazırda onunla eyni ünvanda yaşayır. Son 5-6 ay olar oğlu Elmir mütəmadi olaraq ondan və atasından pul tələb edir. Ona verdikləri pulları haraxərclədiyini bilmirlər. 12.12.2021-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birlikdə evdə olmuşlar, saat 09:00 radələrində böyük oğlu Elnur evdən çıxıb işə getmişdir. Elnur gedəndən sonra Elmir qeydiyyatda olduqları ünvanın açarını ondan istəmişdir. Həmin ünvanın açarının biri Elmirin özündə, biri isə onda olurmuş, lakin sonradan Elmir onda olan açarı da götürdüyündən o açarın onda olmadığını Elmirə bildirmişdir. Sonra Elmir açarları axtarmış, lakin tapa bilmədikdə onunla mübahisə edib ünvanına nalayiq söyüşlər söyməyə başlamış və ona pul verməyini tələb edəndə o pulnun olmadığını demişdir. Belə olan halda Elmir yumruqla başından, sağ gözünün altından, sol qolundan, əlindəki hansısa alətlə, ola bilsin kiçik ölçülü bıçaqla sol dirsəyindən vurmuş və saçlarını tutub yolmağa başlamış, həmin zaman səsinə həyətdə olan yoldaşı Vahid evə gəlmiş və Elmirin onu vurduğunu görüb aralarına girərək Elmiri itələyib ondan aralayanda Elmir Vahidə təpik atmışdır. Hazırda Elmir ilə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsr qızının məhkəməyə təqdim edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Şahid qismindı dindirilmiş Şahid bildirmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun qardaşıdır və hazırda onlarla eyni ünvanda yaşayır. Son 5-6 ay olar qardaşı Elmir mütəmadi olaraq ondan və valideynlərindən pul tələb edir, ona verdikləri pulları hara xərclədiyini bilmirlər. 12.12.2021-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birlikdə evdə olmuşlar, saat 09:00 radələrində evdən çıxıb işə getmişdir. Yarım saat keçmiş anası Şərqiyyə ona zəng edərək bildirmişdir ki, qardaşı Elmir onu döymüşdür. Bundan sonra evə qayıtmış və Elmirin evdə olmadığını görmüşdür. Anası və atasından nə baş verdiyini soruşanda anası Şərqiyyə ona bildirmişdir ki, o işə gedəndən sonra Elmir onunla mübahisə edərək yumruqla başından vurmuşdur, göz nahiyəsindən, sol qolundan, bıçaqla sol dirsəyindən vuraraq saçlarını tutub yolmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2021-ci il tarixli, 1655 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxsr qızı bədəni üzərində-sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması, sağ almacıq nahiyyənin, sol saidin yuxarı 1/3-nin ön səthinin qançırları, sol təpə nahiyənin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol dirsək büküşünün səthi kəsilmiş yarası vardır. Qeyd olunan xəsarətlərdən sağ təpə-gicgah nahiyənin dərialtı hematoması, sağ almacıq nahiyənin, sol saidin yuxarı 1/3nin ön səthinin qançırları, sol təpə nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi küt əşya təsirindən, digər xəsarət, yəni sol dirsək büküşünün səthi kəsilmiş yarası isə iti kənara və uca malik olan əşyanın təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 əvvəl olmaqla 12.12.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir (i.v.8-10) Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 15.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsr qızını birgə yaşadıqları ünvanda xəsarətləndirməsi, yəni həmin hadisənin ictimai yerdə baş verməməsi Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibini istisna etdiyindən fakt üzrə toplanmış materialda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunu əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir.(i.v 19-20) Sumqayıt Şəhər Narkoloji Dispanserinin 20.12.2021-ci il tarixli 4386 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur (i.v 40). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır.(i. v 43) İş materiallarında olan Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının 21.12.2021-ci il tarixli 650 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 44) İş materiallarında olan Ağdam Rayon Mərkəzi Xəstəxanasının 21.12.2021-ci il tarixli 372 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur.(i.v 45) İş materiallarında olan Təqsirləndirilən şəxs X2 Dispanserində dispanser müşahidəsində yoxdur.(i.v 46) DİN-nin BƏSİİ-nin 23.12.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 52) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar