Məhkəmə qərarları › İş №1(060)-234/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-234/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-234/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Gürcüstan Respublikasının Bolnisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,849 qram çəkidə eyni tərkibli narkotik vasitə olan heroini və 0,600 qram psixotrop maddə olan metamfetamini əldə etdikdən sonra 12 oktyabr 2022-ci il tarixdə, saat 09:30 dəqiqədə yaşadığı ünvan 3 ünvanında 02 ədəd bükümdə təmiz çəkisi 0,165 qram narkotik vasitə olan heroini tanışı Şahid3 hədiyyə olaraq vermiş, qalan 0,684 qram çəkidə narkotik vasitə olan heroini və 0,600 qram çəkidə psixotrop maddə olan metamfetamini isə daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər məhkəməsinin 1(060)- 2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən barəsində açılmış xx.xx.2022-ci il tarixli, 731211 nömrəli axtarış işini realizə etmək, eyni zamanda Şahid3 narkotik vasitə satması ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 12 oktyabr 2022-ci il tarixdə, saat 11:20 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 58 ünvanında saxlanılaraq 3-cü PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki ağ rəngli uzunqol köynəyin sol yan cibindən bir ədəd sellofan bükümdə içərisindən 07 (yeddi) ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,050 qram, 0,117 qram, 0,063 qram, 0,114 qram, 0,086 qram və 0,031 qram, şəxsi axtarış keçirilərkən masanın üzərində qalmış heroin qalıqlarının yığıldığı sellofan bükümdə təmiz çəkisi 0,184 qram, ümumi çəkisi 0,684 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 04 (dörd) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,100 qram, 0,120 qram və 0,307 qram, ümumi təmiz çəkisi 0,600 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmir. Təxminən 17 ildir ki, narkotik maddələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 11:20 dəqiqədə yaşadığı ünvanda olan zaman mənzilin qapısı döyülmüş, qapını açan zaman 2 (iki) nəfər şəxsin olduğunu görmüşdür. O, onlardan kim olduqlarını soruşan zaman həmin şəxslər özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə axtarışda olduğunu, onlarla Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməyin lazım olduğunu deyən zaman o, onlarla razılaşmış, heç bir etiraz etməmiş və onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. O, yolda polis əməkdaşları ilə söhbət edən zaman onlara üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Onlar PB-nə gəldikdən sonra, xidməti otaqda hansı səbəbdən saxlanılması bildirilməklə yanaşı ona şübhəli şəxs qismində tutulmağı barədə tərtib olunmuş protokol, hüquq və vəzifələr barədə bildiriş, eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Həmin vaxt videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmış və ondan üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulan zaman o özü əynində olan ağ rəngli, üzərində qara zolaqlar olan şalvarının və ağ rəngli, üzərində qara zolaqlar olan uzunqol və papaqlı köynəyinin ciblərindən Kent markalı 01 qutu siqareti, alışqanı, üzərində ***-***-**-** mobil nömrəsi olan “Texet” markalı mobil telefonu, qara rəngli corabın tək tayını, gümüş bilərziyi, sınmış vəziyyətdə olan 01 ədəd siqareti, 01 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq əskinasları (ümumilikdə 25 AZN) və əynində olan ağ rəngli, üzərində qara zolaqlar olan uzunqol və papaqlı köynəyin sol yan cibindən içərisində bükümlər olan 01 ədəd siqaret qutusunun şəffaf sellofanını çıxarıb təqdim etmişdir. Ona verilən suallara cavab olaraq o, üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusunun şəffaf sellofanında olan bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri 2 gün əvvəl Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən «Pioneer» marketin arxasında olan zaman tanımadığı şəxsdən 12 manata aldığını və üzərində saxladığını bildirmiş, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş siqaret qutusunun şəffaf sellofanın içərisinə polis əməkdaşı tərəfindən baxılan zaman oradan 11 ədəd siqaretin gümüşü rəngli siqaret kağızlarına bükülmüş bükümlər aşkar olunmuş, həmin bükümlərin 07 ədədinin içərisindən tünd-qəhvəyi rəngli, narkotik vasitə olan heroin. 04 ədədinin içərisindən isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin olduğu aşkar olunmuş, daha sonra isə üzərindən aşkar olunaraq götürülmüş 11 bükümdə olan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin siqaret kağızları ilə birlikdə ayrı-ayrılıqda, sonra isə birlikdə (həm heroin və həm də metamfetamin) elektron tərəzidə çəkilmiş, heroin olan bükümlər: 1-ci büküm-0,18 qram, 2-ci büküm-0,05 qram, 3cü büküm-0,13 qram, 4-cü büküm-0.06 qram, 5-ci büküm- 0,18 qram, 6-cı büküm-0,07 qram, 7-ci büküm-0,13 qram, həmçinin həmin bükümlər elektron tərəzidə çəkilən zaman sellofandan masanın üzərinə dağılmış heroin polis əməkdaşı tərəfindən sellofana yığılaraq çəkilmiş və qramı sellofanla birlikdə 0,34 qram olmuş, daha sonra isə metamfetamin olan bükümləri siqaret kağızı ilə birlikdə elektron tərəzidə çəkilən zaman 1-ci büküm-0,34 qram, 2-ci büküm 0,14 qram, 3-cü büküm 0,16 qram, 4-cü büküm 0,13 qram olmuş, bundan əlavə 07 bükümdə və şəffaf rəngli sellofanda olan heroin olan maddələrin ümumi çəkisi: 1,29 qram, 04 bükümdə metamfetamin olan maddələr ümumi çəkisi:0,55 qram oldu, həmin maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, imzalanmışdır. Bundan əlavə şəxsi axtarış zamanı o, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Pərviz adlı şəxsə “Heroin” adlanan maddə verdiyini də etiraf etmiş, daha sonra üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş Kent markalı 01 qutu siqaret, alışqan, qara rəngli corabın tək tayı, gümüş bilərzik, sınmış vəziyyətdə olan 01 ədəd siqaret. 01 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq əskinaslar (ümumilikdə 25 AZN) əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılsa da, üzərində ***-***- **-** mobil nömrəsi olan “Texet" markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülərək tərtib olunmuş protokola əlavə olunmuş və bir neçə saniyədən sonra video çəkiliş dayandırılmışdır. Pərviz həmin gün, səhər saatlarında ona zəng edərək ağrılarının olduğunu, narkotik vasitə olan heroin istədiyini deyən zaman o, ona onda heroin olduğunu və ona verə biləcəyini demiş, daha sonra Pərviz onun yaşadığı ünvana gəlmiş, mənzilin arxa eyvanın pəncərisindən ona 02 ədəd siqaretin gümüşü rəngli kağızlarına bükülmüş bükümləri ona vermişdir. O həmin narkotik vasitə olan heroini Pərvizə pul müqabilində yox pay olaraq vermişdir. O, əldə etdiyi narkotik vasitə və psixotrop maddəni əldə etdikdən sonra əynindəki ağ rəngli uzunqol köynəyin sol yan cibinə qoymuşdur. Polis əməkdaşları onun yaşadığı ünvana gəlib onu polis bölməsinə dəvət edərkən o, üzərində narkoitk vasitə və psixotrop maddə olduğunu unudub onlarla getməyə razılıq vermişdir. Buna görə də üzərindəki narkotik vasitə və psixotrop maddəni evə qoya bilməmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni özü istifadə etmək üçün əldə etmişdir. O, saxlanılan zaman, eyni zamanda polis bölməsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər olmamışdır. Ailəlidir, 3 azyaşlı uşağı vardır. Onun üzərində olan narkotik vasitə şəxsi istifadəsi üçün olmuşdur, onun satış niyyəti olmamışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsinin narkotik vasitələri satış niyyəti olmaması hissəsi özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittihamlar üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki. 2019-cu ildən Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Şahid3 üzərində aşkar olunmuş narkotik vasitə olan heroini ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Sumqayıt şəhər məhkəməsinin 1(060)-560/2022 nömrəli. xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs alması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 11:20 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 58 ünvanında olmuşlar. Onlar Təqsirləndirilən şəxs bildirmişlər ki, onun barəsində Sumqayıt şəhər məhkəməsinin axtarış qərarı var, eyni zamanda o, Şahid3 narkotik vasitə satmaqda şübhəlidir. Bununla əlaqədar o. onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB- nə getməlidir. Anar onlarla razılaşmışdır. Onlarla birlikdə polis bölməsinə gələrkən Anar üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Asəf Həbibov panasonik markalı videokameranı işə salmışdır. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ağ rəngli, üzərində qara zolaqlar olan şalvarının və ağ rəngli, üzərində qara zolaqlar olan uzunqol və papaqlı köynəyinin ciblərindən Kent markalı 01 qutu siqareti, alışqanı, üzərində ***-***-**-** mobil nömrəsi olan "Texet" markalı mobil telefonu, qara rəngli corabın tək tayını, gümüş bilərziyi, sınmış vəziyyətdə olan 01 ədəd siqareti, 01 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq əskinasları (ümumilikdə 25 AZN) və əynində olan ağ rəngli, üzərində qara zolaqlar olan uzunqol və papaqlı köynəyin sol yan cibindən içərisində bükümlər olan 01 ədəd siqaret qutusunun şəffaf sellofanını çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir və üzərində qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan bükümlərin nə olduğu soruşulduqda o, üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusunun şəffaf sellofanında olan bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri 2 gün bundan əvvəl Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən «Pioneer» marketin arxasında olan zaman tanımadığı şəxsdən 12 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra siqaret qutusunun şəffaf sellofanın içərisinə baxılan zaman oradan 11 ədəd siqaretin gümüşü rəngli siqaret kağızlarına bükülmüş bükümlər aşkar olunmuş, həmin bükümlərin 07 ədədinin içərisindən tünd-qəhvəyi rəngli, narkotik vasitə olan heroin, 04 ədədinin içərisindən isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin olduğu aşkar olunmuş, daha sonra isə aşkar olunaraq götürülmüş 11 bükümdə olan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin siqaret kağızları ilə birlikdə ayrı-ayrılıqda, sonra isə birlikdə (həm heroin və həm də metamfetamin) elektron tərəzidə çəkilmiş, heroin olan bükümlər: 1-ci büküm-0,18 qram, 2-ci büküm-0,05 qram, 3-cü büküm-0,13 qram, 4-cü büküm-0,06 qram, 5-ci büküm-0,18 qram, 6-cı büküm-0,07 qram, 7-ci büküm-0,13 qram, həmçinin həmin bükümlər elektron tərəzidə çəkilən zaman sellofandan masanın üzərinə dağılmış heroin təhqiqatçı tərəfindən sellofana yığılaraq çəkilmiş və qramı sellofanla birlikdə 0,34 qram olmuş, daha sonra isə metamfetamin olan bükümləri siqaret kağızı ilə birlikdə elektron tərəzidə çəkilən zaman 1-ci büküm-0,34 qram, 2-ci büküm 0,14 qram, 3cü büküm 0,16 qram, 4-cü büküm 0,13 qram olmuş, bundan əlavə 07 bükümdə və şəffaf rəngli sellofanda olan heroin olan maddələrin ümumi çəkisi: 1,29 qram, 04 bükümdə metamfetamin olan maddələr ümumi çəkisi:0,55 qram olmuş, həmin maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Pərviz adlı şəxsə “Heroin” adlanan maddə verdiyini də etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı aşkar olunmuş Kent markalı 01 qutu siqaret, alışqan, qara rəngli corabın tək tayı, gümüş bilərzik, sınmış vəziyyətdə olan 01 ədəd siqaret, 01 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq əskinaslar (ümumilikdə 25 AZN) əhəmiyyət kəsb elmədiyindən onun özünə qaytarılmışdır. “Texet” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi və satması ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, təxminən 12 ilə yaxındır ki, narkotik vasitə qəbul edir və buna görə əvvəllər 2-3 dəfə məhkum olunmuşdur. O, Təqsirləndirilən şəxs tanıyır. O, Anarın Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən, binanın nömrəsini bilmədiyi və 1-ci mərtəbədə yerləşən mənzildə yaşadığını bilmişdir. O, tutulduğu gün yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona zəng edərək ağrılarının olduğunu bildirmiş, onun yaşadığı ünvana getmiş, mənzilin arxa eyvanın pəncərisindən bir az əvvəl üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan narkotik vasitə olan heroini Anar ona pay olaraq vermişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid3 məhkəmə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o artıq həbsdə olduğundan Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək istəyir. Onun hadisədən dərhal sonra verdiyi ifadəsi daha inandırıcıdır və iş materialları, işdə olan ekspert rəyi ilə təsdiq edilir. Belə ki, istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əvvəl Anardan 1-2 dəfə narkotik vasitə almışdır. O, tutulduğu gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona zəng edərək ağrılarının olduğunu, pulunun olmadığını, olan zaman 10 manat pul verəcəyini deyən zaman ondan nisyə narkotik vasitə olan heroin istəmiş, o da onunla razılaşmışdır. O, onun yaşadığı ünvana getmiş, mənzilin arxa eyvanın pəncərisindən bir az əvvəl üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan narkotik vasitə olan heroini almışdır. İş materiallarında olan Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:20-də yaşadığı ünvanda tutularaq Sumqyıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:20-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 58 ünvanında tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Şahid3 üzərində aşkar olunmuş narkotik vasitə olan heroini ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Sumqayıt şəhər məhkəməsinin 1(060) 560/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs alması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru. Şahid1, CA üzrə kiçik inspektor, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında saat 11:20 dəqiqədə əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Polis bölməsinə gələrkən Anar üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Polis bölməsində xidməti otaqlardan birində kriminilist Asəf Həbibov panasonik markalı videokameranı işə salır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs ağ rəngli, üzərində qara zolaqlar olan şalvarının və ağ rəngli, üzərində qara zolaqlar olan uzunqol və papaqlı köynəyinin ciblərindən Kent markalı 01 qutu siqareti, alışqanı, üzərində ***-***-**-** mobil nömrəsi olan "Texet" markalı mobil telefonu, qara rəngli corabın tək tayını, gümüş bilərziyi, sınmış vəziyyətdə olan 01 ədəd siqareti, 01 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq əskinasları (ümumilikdə 25 AZN) və əynimdə olan ağ rəngli, üzərində qara zolaqlar olan uzunqol və papaqlı köynəyin sol yan cibindən içərisində bükümlər olan 01 ədəd siqaret qutusunun şəffaf sellofanını çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və üzərində qanunsuz əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan bükümlərin nə olduğu soruşulduqda o, üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusunun şəffaf sellofanında olan bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri 2 gün bundan əvvəl Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən «Pioneer» marketin arxasında olan zaman tanımadığı şəxsdən 12 manata aldığını və üzərində saxladığını bildirir. Bundan sonra siqaret qutusunun şəffaf sellofanın içərisinə baxılan zaman oradan 11 ədəd siqaretin gümüşü rəngli siqaret kağızlarına bükülmüş bükümlər aşkar olunur, həmin bükümlərin 07 ədədinin içərisindən tünd-qəhvəyi rəngli, narkotik vasitə olan heroin, 04 ədədinin içərisindən isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin olduğu aşkar olunur, daha sonra isə aşkar olunaraq götürülmüş 11 bükümdə olan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin siqaret kağızları ilə birlikdə ayrı-ayrılıqda, sonra isə birlikdə (həm heroin və həm də metamfetamin) elektron tərəzidə çəkilir, heroin olan bükümlər: 1-ci büküm-0,18 qram, 2-ci büküm-0,05 qram, 3-cü büküm-0,13 qram, 4-cü büküm-0,06 qram, 5-ci büküm- 0,18 qram, 6-cı büküm-0,07 qram, 7-ci büküm-0,13 qram, həmçinin həmin bükümlər elektron tərəzidə çəkilən zaman sellofandan masanın üzərinə dağılmış heroin təhqiqatçı tərəfindən sellofana yığılaraq çəkilir və qramı sellofanla birlikdə 0,34 qram olur, daha sonra isə metamfetamin olan bükümləri siqaret kağızı ilə birlikdə elektron tərəzidə çəkilən zaman 1-ci büküm-0,34 qram, 2-ci büküm 0,14 qram, 3-cü büküm 0,16 qram, 4-cü büküm 0,13 qram olur, bundan əlavə 07 bükümdə və şəffaf rəngli sellofanda olan heroin olan maddələrin ümumi çəkisi: 1,29 qram, 04 bükümdə metamfetamin olan maddələrin ümumi çəkisi:0,55 qram olur, həmin maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-nin 127 saylı möhürü ilə möhürlənir, üzərində qeydlər aparılaraq imzalanır. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Pərviz adlı şəxsə ’‘Heroin" adlanan maddə verdiyini də etiraf edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı aşkar olunmuş Kent markalı 01 qutu siqaret, alışqan, qara rəngli corabın tək tayı, gümüş bilərzik, sınmış vəziyyətdə olan 01 ədəd siqaret, 01 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq əskinaslar (ümumilikdə 25 AZN) əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılır. “Texet" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülür. Sonra müdafiəçi ona qarşı qanunsuz hərəkət olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs isə ona qarşı təzyiq olmadığını bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. Məhkəmə iclasında işdə olan diskdəki görüntülər nümayiş olunmuş və göstərilənlər təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5897 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən .....” yazısı və imzalar olan zərfdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,184 qram və 7 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,050 qram, 0,117 qram, 0,063 qram, 0,114 qram, 0,086 qram, 0,031 qram, ümumi təmiz çəkisi 0,684 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,100 rqam, 0,120 qram, 0,307 qram, ümumi təmiz çəkisi 0,600 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək heroinlər, Şahid3 üzərindən aşkar olunmuş 02 ədəd bükümdəki heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5898 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,137 qr və 0,028 qr, ümumilikdə təmiz çəkisi 0,165 qram qəhvəyi rəngli tozşəkilli maddələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 1587 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,684 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,494 qram çəkidə narkotik vasitə heroin və ilkin çəkisi 0,600 qram olan tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,520 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən “Texet” markalı mobil telefon aparatı sadə, kiçik ölçülü və düymə ilə açılıb bağlanan, qara rəngli telefondur. Telefonda olan məlumatlara baxmaq üçün əvvəlcə telefon işlək vəziyyətə gətirilmişdir. Daha sonra sms-lər, qaralama yazılar və əlaqə nömrələri saxlanılan qovluqlar açılmışdır. Qeyd edilən qovluqlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya videogörüntü aşkar edilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 3 azyaşlı (xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X8 oğlu və xx.xx.2014-cü il təvəllüdlü X4) vardır. İş materiallarında olan 12 saylı MKS-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6906 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,684 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,494 qram çəkidə narkotik vasitə heroin və ilkin çəkisi 0,600 qram olan tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,520 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,849 qram çəkidə eyni tərkibli narkotik vasitə olan heroini və 0,600 qram psixotrop maddə olan metamfetamini əldə etdikdən sonra 12 oktyabr 2022-ci il tarixdə, saat 09:30 dəqiqədə yaşadığı ünvan 3 ünvanında 02 ədəd bükümdə təmiz çəkisi 0,165 qram narkotik vasitə olan heroini tanışı Şahid3 hədiyyə olaraq vermiş, qalan 0,684 qram çəkidə narkotik vasitə olan heroini və 0,600 qram çəkidə psixotrop maddə olan metamfetamini isə daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin növlərinin müxtəlif olması, ayrı-ayrı bükümlərə bölməsi, bükümlərin sayı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək heroinlərlə Şahid3 üzərindən aşkar olunmuş 02 ədəd bükümdəki heroinlərin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olması onun satış məqsədini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin satış üçün deyil özü istifadə etməsi üçün əldə edib saxlaması barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək və məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Həmin hallar məhkəmə iclasında araşdırılsa da təsdiq olunmadı. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini xx.xx.2022-ci il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 06 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs hazırki iş üzrə ittiham olunduğu cinayət əməli barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən əvvəl törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair plenum qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən həbsdə olduğunu nəzərə alaraq hesab edir ki, onun cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması daha məqsədəuyğundur. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,494 qram narkotik vasitə heroin və 0,520 qram psixotrop maddə metamfetamin məhv edilməli və əməliyyat tədbiri keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 06 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,494 qram narkotik vasitə heroin və 0,520 qram psixotrop maddə metamfetamin məhv edilsin, əməliyyat tədbiri keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxs aldığı gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar