Məhkəmə qərarları › İş №1(060)-234/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-234/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-234/2024 06.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2015-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154,00 manat olmaqla cəmi 308,00 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2016-cı il təvəllüdlü X5 üç yaşı tamam olana kimi hər ay 30,00 manat məbləğində maddi yardımın tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(060)-4360/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-niın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(060)- 1646/2019 saylı qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(060)- 1763/2023 saylı qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixinədək cəmi 10116.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə el adəti ilə toy etmişlər, lakin nikahların rəsmləşdirilməsi sonradan olmuşdur. Birgə nikahdan xx.xx.2015-cı il təvəllüdlü Zeynəb Qasımova və xx.xx.2016-cı il təvəllüdlü Aylin Qasımova adında iki övladları anadan olmuşdur. Zərərçəkmiş şəxs ilə bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər, həmin vaxtdan Nəzakət övladları ilə birlikdə yaşayır. Bu müddət ərzində imkanı daxilində uşaqların saxlanılması ilə əlaqədər Nəzakətə maddi köməklik göstərmiş, lakin sonuncu ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarına əsasən ondan əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla qızlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 154,00 manat olmaqla cəmi 308,00 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2016-cı il təvəllüdlü Aylin Qasımovanın üç yaşı tamam olana kimi hər ay 30,00 manat məbləğində maddi yardımın tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qərarları ilə hər dəfə müvafiq olaraq 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. O, müxtəlif yerlərdə fəhlə kimi tikintilərdə işləmiş, daimi iş yeri olmamış, iş olanda günə 15-20 manat qazancı olmuş, lakin gəliri yetərli qədər olmamışdır. Bildirir ki, o, rəsmi qaydada tələbkar Zərərçəkmiş şəxs boşanmamışdır. Aliment tələbinə dair məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi yəni 13 iyul 2018-ci il tarixdən təxminən 5 il ərzində yalnız üç ay ərzində ayrı yaşamışlar. Bu müddət ərzində o, həm uşaqların həm də tələbkarın maddi tələbatlarını qarşılamış, onlara baxmışdır. Onlar üç ayrı qaldıqdan sonra o, tələbkarla barışmış, bir yerdə yaşamışlar. Qeyd edir ki, Zərərçəkmiş şəxs onunla bir yerdə yaşadıqları dövrdə ondan aliment tələb etməmiş, bu səbəbdən Nəzakətin bu barədə İcra İdarəsinə müvafiq ərizə yazmalı olmasından məlumatlı olmamışdır. Bu səbəbdən sonuncudan ərizə yazaraq İcra İdarəsinə təqdim etməyi tələb etməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Birgə nikahlarından xx.xx.2015-cı il təvəllüdlü Zeynəb Qasımova və xx.xx.2016-cı il təvəllüdlü Aylin Qasımova adında iki övladları anadan olmuşdur. Rafiq ilə bir müddət mehriban yaşasalar da sonuncu ailəsinə baxmadığından münasibətləri pozulmuş və ayrılmmışlar, həmin vaxtdan övladları ilə birlikdə yaşayır. Bu müddət ərzində Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, uşaqları tək başına saxlaya bilmədiyindən Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla qızlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 154,00 manat olmaqla cəmi 308,00 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2016-cı il təvəllüdlü Aylinin üç yaşı tamam olana kimi hər ay 30,00 manat məbləğində maddi yardımın tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Qasımovun yaşadığı yer üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il və xx.xx.2023-cü il tarixli qərarları ilə hər iki halda 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən sonuncuya yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Aparılmış bütün icra tədbirlərinə baxmayaraq işləməsinə və yetərli qədər gəlir əldə etməsinə baxmayaraq Təqsirləndirilən şəxs ödəməli olduğu aylıq alimenti vaxtıvaxtında ödəmədiyindən təqdimat verilən xx.xx.2023-cü il tarixədək qətnamə üzrə cəmi 10116,00 manat aliment borcu yaranmışdır. Tələbi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödəsin, əks təqdirdə barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülsün. Məhkəmə iclasında ona ünvanlanmış suallara və Təqsirləndirilən şəxs söylədiklərinə cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Rafiqlə rəsmi qaydada boşanmasalar da 2018-ci ilin sentyabr ayının 25-dən 2020-ci ilin avqust ayına qədər o, Salyan rayonunda-valideynlərinin yanında yaşamışdır. 2020-ci ilin avqust ayında övladlarının təhsil almaları üçün müvafiq sənədləri düzəltmək üçün Sumqayıt şəhərinə qayıtmış, bu zaman uşaqları ataları Təqsirləndirilən şəxs ayrılmaq istəmədikləri üçün həmin tarixdən 2023-cü ilin may ayınadək müddətdə birlikdə yaşamışlar. O, Salyan rayonunda yaşadığı müddətdə yəni 2018-ci ilin sentyabr ayının 25-i tarixindən 2020-ci ilin avqust ayına qədər olan müddət ərzində alimentlə bağlı icra məmuru ilə dəfələrlə əlaqə saxlasa da, aliment borcunun ödənilməsi təmin edilməmişdir. Qeyd edir ki, 2020-ci ilin avqust ayından 2023-cü ilin may ayınadək olan müddətdə Rafiqlə bir yerdə yaşamış, onunla birgə təsərüffat apardığı üçün həmin dövr üzrə borclunun ödəməli olduğu alimentdən imtina etmişdir. O, bu barədə məhkəmədə inzibati xəta haqqında protokla baxılarkən ərizə də təqdim etmişdir. Onun qeyd etdiyi hallar Sumqayıt şəhər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarı ilə də təsdiq olunur. Həmin vaxt ərizə ilə müraciət edərək 2020-ci ilin avqust ayından 2023-cü ilin may ayınadək olan müddətdə Rafiqlə birgə yaşadıqları üçün həmin müddətə aliment borcunu tələb etmədiyi, yığılmış 9500 manat borcu tələb etdiyini bildirmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra da Rafiq tərəfindən ona heç nir aliment ödənişləri edilməmiş, nəticədə 10116.00 manat məbləğində aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, aliment borcunu tələb edir əks halda barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 ifadəsində bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4360/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Zeynəb və Aylin Qasımova bacılarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay cəmi 308,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, müvafiq icra hərəkətlərinə başlanmış və borcluya dərhal icra barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs qətnaməni icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi səbəbindən Sumqayıt Şəhər Məhkəməsinin qərarları ilə iki dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclunun qərəzli hərəkət və ya hərəkətsizliyi nəticəsində qətnamə üzrə öhdəlik yerinə yetirilmədiyi üçün 10116,00 manat aliment borcu yaranmışdır. Aparılmış bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs qeyd edilən aliment borcunu zərərçəkən şəxsə ödəməmiş, ödəniş üçün könüllü olaraq hər hansı bir addım atmamışdır. Bütün bunlarda bir daha sübut edir ki, Təqsirləndirilən şəxs bilərək və istəyərək qeyd edilən qətnamənin icrasından qərəzli yayınmışdır. Bu səbəbdən borclu Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1-2); “Axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:24 radələrində tutulmuşdur. (i.v. 149-150) 01 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddədə nəzərdə tutulmuş ittiham ona 02 yanvar 2024-cü il tarixdə elan edilmişdir. (i.v 139-140) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 166- 169); “qətimkan tədbirinin seçilməsi” haqqında 02 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən dərhal azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 170-172); Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4360/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü Zeynəb və xx.xx.2016-cı il təvəllüdlü Aylin Qasımovaların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay cəmi 308,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. (i.v. 13) Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən 18 iyul 2018-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. (i.v. 17) Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən Təqsirləndirilən şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2018-ci il tarixdə şəxsən təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2019-cu il tarixli 3(060)-1646/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 41-43) Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 3(060)-1763/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 84-90) xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən Təqsirləndirilən şəxs “cinayət məsuliyyətinə cəlb olunması haqqında” xəbərdarlıq göndərilmişdir. (i.v. 91-92) AR ƏƏSMN tabeliyində X2 Abşeron-.xızırı Şəhər 1 X6 20 oktaybr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliin Mərkəzləşdirilmiş sistemində işaxtaran və ya işsiz kimi qeydiyyatı aşkarlanmamışdır (i.v. 114) İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən yoxlanılmış 01 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.138); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır “sübutların qiymətləndirilməsi haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə şahidlərin ifadələri və digər sənədlər sübut növü kimi qəbul edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli sübut növü kimi qiymətləndirilsin və ifadəsində göstərdiyi xüsusatlar cinayət işi üzrə zərərçəkmiş şəxsin və istintaq araşdırması zamanı dindirilmiş şahid ifadələri ilə tam təkzib edildiyi üçün həmin hissədə sübut kimi qiymətləndirilməməsi qərara alınmışdır (i.v. 181-189); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, zərəçəkmiş şəxsin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək 13 iyul 2018-ci il tarixdən təxminən 5 il müddət ərzində yalnız üç ay ərzində ayrı-yaşadıqlarını, bu müddət ərzində o, həm uşaqların həm də tələbkarın bütün maddi tələbatlarını qarşıladığını, onlara baxdığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxs verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs izahat verərək 2020-ci ilin avqust ayından 2023-cü ilin may ayınadək olan müddətdə birgə yaşadıqları üçün həmin müddətə aliment borcunu tələb etmədiyini qeyd etmişdir. CM 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X7rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi və borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması hallarında müəyyən etmək olar. AR Konstitusiyasının 17.2-ci maddəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi həm Ali qanunvericilik aktında, o cümlədən “Ailə Məcəlləsi”-də uşaqları saxlamaq valideynlərin hüququ kimi yox məhz vəzifəsi kimi təsbit edilmiş və bir öhdəlik kimi bu vəzifənin icrası valideynlərin üzərinə qoyulmuşdur. Eyni zamanda həmin öhdəlikərin icrasından yayınma və icra etməmə kimi hallara dövlətin nəzarət etməli olduğu təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yığılmış 10116 manat məbləğində aliment borcunu 28 ay müddətində ödəməməklə qərəzli mövqe nümayiş etdirmiş, belə ki, nə ibtidai istintaq, nə də məhkəmə baxışı dövründə sonuncu tələbkara ödəmiş olduğu aliment məbləği ilə bağlı hər hansı qəbz təqdim etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2 il 4 ay ərzində qanunla müəyyən edilmiş aliment ödənişlərindən yayınmaqla valideynlərin üzərinə vəzifə kimi qoyulmuş konstitusion öhdəliyin icrasından, o cümlədən övladının qayğısına qalmaq, onları tərbiyə etmək, saxlamaq kimi vəzifəsindən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Məhkəmədə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs icra sənədi üzrə yığılmış aliment borcunun miqdarını, həmin aliment borcunundan nə ibidai istintaq dövründə, nə də məhkəmə istintaqı dövründə heç bir ödəniş etməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, eyni zamanda cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs un cəzasının əvvəli 14 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdən 02 yanvar 2024-cü il tarixədək, tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar