Məhkəmə qərarları › İş №1(060)-234/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-234/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-234/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Sumqayıt Regional Vəkil Bürosununun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1999-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan, xx.xx.2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, "xxxx" MMC-də operator işləyən, Qubadlı rayonu, Mahruzlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 26-cı məhəllə, Şəfa Sanatoriyasında yaşayan, xx.xx.2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 14 may 2024cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanının qarşısına gələrək əvvəlcədən aldıqları nərdivanı birlikdə həmin mənzilin balkonuna söykədikdən sonra aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 nərdivan vasitəsilə mənzilin balkonuna qalxmış, Təqsirləndirilən şəxs2 isə nərdivanın yanında gözləyərək ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 mənzilin balkonunun plastik qapısını üzərində olan qanırğı (manterofka) vasitəsilə açaraq həmin qapıdan mənzilə qanunsuz daxil olduqdan sonra mənzilin yataq otağındakı dolabdan Zərərçəkmiş şəxs məxsus İtaliya istehsalı olan, 750 əyarlı 3000 (üç min) manat dəyərində üzərində mavi rəngli firuzə daşlarla olan qızıl aralıq, üzük və sırğadan ibarət dəsti, Rusiya istehsalı olan, 750 əyarlı 1500 (bir min beş yüz) manat dəyərində üzərində mirvari daş olan qızıl üzük və sırğa dəstini, Rusiya istehsalı olan, 583 əyarlı 1000 (bir min) manat dəyərində qızıl kişi üzüyünü, Rusiya istehsalı olan, 750 əyarlı 15000 (on beş min) manat dəyərində üzərində brilyant daşlar olan qızıl üzük və sırğa dəstini, Rusiya istehsalı olan, 583 əyarlı 1000 (bir min) manat dəyərində qızıl saat və qızıl boyunbağını, Rusiya istehsalı olan, 750 əyarlı 500 (beş yüz) manat dəyərində qızıl boyunbağını, Rusiya istehsalı olan, 583 əyarlı 200 (iki yüz) manat dəyərində qızıl qalstuk sancağını, Rusiya istehsalı olan, 750 əyarlı 500 (beş yüz) manat dəyərində iki ədəd qızıl sırğanı, Rusiya istehsalı olan, 583 əyarlı 650 (altı yüz əlli) manat dəyərində 5-lik qızıl qəpiyi, Rusiya istehsalı olan, 750 əyarlı 700 (yeddi yüz) manat dəyərində qızıl qadın üzüyünü, İtaliya istehsalı olan, 750 əyarlı 10000 (on min) manat dəyərində üzərində sapfir, kənarları brilyant qaşlarla olan qızıl qadın üzüyünü, ümumilikdə 34050 (otuz dörd min əlli) manat dəyərində qızıl-zinət əşyalarını və 5000 (beş min) manat nağd pulu gizli talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 39050 (otuz doqquz min əlli) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 14 may 2024cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanının qarşısına gələrək əvvəlcədən aldıqları nərdivanı birlikdə həmin mənzilin balkonuna söykədikdən sonra aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 nərdivan vasitəsilə mənzilin balkonuna qalxmış, Təqsirləndirilən şəxs2 isə nərdivanın yanında gözləyərək ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 mənzilin balkonunun plastik qapısını üzərində olan qanırğı (manterofka) vasitəsilə açaraq həmin qapıdan mənzilə qanunsuz daxil olduqdan sonra mənzilin yataq otağındakı dolabdan Zərərçəkmiş şəxs məxsus İtaliya istehsalı olan, 750 əyarlı 3000 (üç min) manat dəyərində üzərində mavi rəngli firuzə daşlar olan qızıl aralıq, üzük və sırğadan ibarət dəsti, Rusiya istehsalı olan, 750 əyarlı 1500 (bir min beş yüz) manat dəyərində üzərində mirvari daş olan qızıl üzük və sırğa dəstini, Rusiya istehsalı olan, 583 əyarlı 1000 (bir min) manat dəyərində qızıl kişi üzüyünü, Rusiya istehsalı olan, 750 əyarlı 15000 (on beş min) manat dəyərində üzərində brilyant daşlar olan qızıl üzük və sırğa dəstini, Rusiya istehsalı olan, 583 əyarlı 1000 (bir min) manat dəyərində qızıl saat və qızıl boyunbağını, Rusiya istehsalı olan, 750 əyarlı 500 (beş yüz) manat dəyərində qızıl boyunbağını, Rusiya istehsalı olan, 583 əyarlı 200 (iki yüz) manat dəyərində qızıl qalstuk sancağını, Rusiya istehsalı olan, 750 əyarlı 500 (beş yüz) manat dəyərində iki ədəd qızıl sırğanı, Rusiya istehsalı olan, 583 əyarlı 650 (altı yüz əlli) manat dəyərində 5-lik qızıl qəpiyi, Rusiya istehsalı olan, 750 əyarlı 700 (yeddi yüz) manat dəyərində qızıl qadın üzüyünü, İtaliya istehsalı olan, 750 əyarlı 10000 (on min) manat dəyərində üzərində sapfir, kənarları brilyant qaşlarla olan qızıl qadın üzüyünü, ümumilikdə 34050 (otuz dörd min əlli) manat dəyərində qızıl-zinət əşyalarını və 5000 (beş min) manat nağd pulu gizli talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 39050 (otuz doqquz min əlli) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun yaşadığı binanın 2-ci mərtəbəsində yaşayır, sonuncunu qonşusu kimi tanımış, onunla həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. İnternet üzərindən kazino oyunları oynadığından çoxlu borcu yaranmış, lakin işsiz olduğundan həmin borclarını qaytara bilməmişdir. Tacirənin tək yaşadığını bildiyindən sonuncunun evindən oğurluq etmək qərarına gəlmişdir. Buna görə axşamlar Tacirənin evinin işıqlarına diqqət yetirib evin işıqlarının yanmadığını görmüş və sonuncunun evdə olmadığını başa düşmüşdür. O, təxminən 2024-cü ilin aprel ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 ilə bir neçə dəfə bu barədə söhbətlər aparıb Tacirənin evindən oğurluq etmək istədiyini, bu işdə ona köməklik etməsini xahiş etmiş və oğurlayacaqları qiymətli əşya və ya pulları da aralarında böləcəklərini demişdir. Rafail də onunla razılaşıb kömək edəcəyini bildirmişdir. Rafail ilə aralarında olan razılaşmaya görə o, Tacirənin evinə daxil olub orada olan qiymətli əşyaları və pulları oğurlamalı, Rafail isə çöldə dayanıb ətrafa nəzarət etməli, sonra isə o, oğurladığı əşyaları Rafail ilə bölməli idi. Tacirənin evi binanın 2-ci mərtəbəsində yerləşdiyindən o, mənzilin pəncərəsindən içəri daxil olmaq üçün nərdivan alıb saxlamışdır. Nərdivanın Tacirənin pəncərəsinə çatmayacağını və qısa olacağını güman etdiklərindən Rafail ilə birlikdə əlavə taxta alaraq nərdivanın ayağına bərkitmişlər. 13 may 2024-cü il tarixdə, təxminən saat 23 radələrində Rafail ilə görüşüb bir daha Tacirənin evindən oğurluq edəcəkləri ilə bağlı qurduqları planı gözdən keçirtmişlər. Bundan sonra Rafail ilə birlikdə Sumqayıt şəhər morqunun həyətində gizlətdiyi nərdivanı oradan götürmüşlər. Rafail onun üçün və özü üçün əlcək almış, həmçinin üzlərinin görünməməsi üçün tibbi maska da almışlar. Pəncərəni aça bilmək üçün isə qanırğı (manterofka) da almışdır. Onlar 14 may 2024-cü il tarixdə, təxminən saat 03 radələrində əlcəkləri geyinib, üzlərinə maskanı taxaraq Tacirənin yaşadığı binanın yanına gəlmişlər. Orada dayanıb ətrafa nəzər yetirərək heç kimin olmadığına əmin olduqdan sonra özləri ilə gətirdikləri nərdivanı Tacirənin yaşadığı mənzilin balkonuna söykəmişlər. O, nərdivanla yuxarı qalxmış, Rafail isə aşağıda gözləyib ətrafa baxmağa başlamışdır. Nərdivanla balkona qalxıb mənzilə daxil olmaq üçün qanırğı ilə balkonun plastik qapısını açmış, sonra isə mənzilin mətbəxinə, oradan da qonaq otağına daxil olmuşdur. Qonaq otağında olan dolabları və digər yerləri axtarmış, lakin oradan qiymətli əşya və ya pul tapmamışdır. Sonra isə yataq otağına daxil olmuş, yataq otağının girişindəki dolabdan və çarpayıların yanındakı dolabdan hazırda xatırlamadığı qızıl-zinət əşyalarını və nağd pulları oğurlayıb cibinə qoymuş, sonra isə mənzilin digər otaqlarına da baxmış, lakin qiymətli heç bir əşya və ya pul tapmadığından mənzildən çıxmaq qərarına gəlmişdir. Mənzildən çıxmazdan əvvəl oğurladığı pulu saydıqda 2300 manat olmasını bilmiş, pulun 1500 manatını ayırıb başqa cibinə qoymuşdur. Mənzilə daxil olduğu yerdən nərdivan vasitəsilə çölə çıxmış, sonra isə Rafail ilə birlikdə nərdivanı oradan götürüb yenidən morqun həyətinə gətirərək gizlətmişlər, qanırğını hazırda xatırlamadığı yerə tullamış, maskaları və əlcəkləri də zibil qutusuna atmışlar. Daha sonra isə Rafail ilə birlikdə oradan çıxıb piyada “Dejurnı” adlanan əraziyə getmiş, orada o, 1500 manat pulu çıxarıb sayaraq Rafailə 1500 manat pul oğurladığını deyib 650 manatını sonuncuya vermiş, qızılları isə Rafailə göstərib satdıqdan sonra ona da pul verəcəyini demiş, sonuncu da onunla razılaşmışdır. Sonra isə oradan tanımadıqları taksi ilə Bakı şəhərinə getmişlər. Gecəni Bakı şəhərində qaldıqdan sonra səhər vaxtı yaşadığı Sumqayıt şəhərindəki evlərinə gəlmiş və oğurladıqları qızılları yaşadığı mənzildə yastığının altında gizlətmişdir. Təxminən 2024-cü ilin iyun ayının ortalarında Rafail onunla mobil telefonla əlaqə saxlayıb görüşmək istədiyini demiş, o da razılaşmışdır. O, Rafail ilə Sumqayıt şəhər icra hakimiyyətinin yaxınlığında görüşmüş, həmin vaxt Rafailin qaynı Əli də orada olmuşdur. Söhbət zamanı Əli ona demişdir ki, onların oğurluq etmələri barədə Rafail ona danışıb, həmçinin bu barədə tanışı Elcan adlı polis əməkdaşının da məlumatı vardır. Sonra isə Əli ona demişdir ki, Elcanla görüşüb onların həbs olunmamaları üçün danışacaq və bu barədə ona deyəcəkdir, o da Əli ilə razılaşmışdır. Bir neçə dəqiqədən sonra Əli ona zəng vurub Sumqayıt şəhərində yerləşən “Dejurnı” adlanan ərazidə görüşmələrini istəmişdir. O, həmin əraziyə getdikdən sonra Əli və Rafail də həmin yerə gəlmişlər. Əli orada Rafailin yanında ona demişdir ki, onların həbs olunmamaları və oğurluq etmələri barədə heç kimin bilməməsi üçün Elcan 4000 manat pul istəyir, əgər sonuncuya həmin pulu verməsələr, onların oğurluq etmələri barədə həmçinin ailə üzvlərinə, tanışlarına, televiziya kanallarına məlumat verib onları rüsvay edəcəkdir. O da həbs olunmamaq, oğurluq etdiyinə görə tanışlarının və ailə üzvlərinin yanında rüsvay olmamaq üçün Əli ilə razılaşmış, lakin sonuncuya öz payına düşən 2000 manat pulunun olmadığını, 1000 manat pul verə biləcəyini demiş, Əli də onunla razılaşmışdır. Həmçinin, Rafail də Əli ilə razılaşmış, lakin həmin məbləğdə pulunun olmadığını deyib daha sonra verəcəyini bildirmişdir. Orada o, Əliyə 1000 manat pulu vermiş, daha sonra Əli çıxıb getmişdir. Sonradan Əli ona zəng vurub demişdir ki, Rafailin əvəzinə də 1000 manat pul verib, ayın sonuna kimi Rafail həmin pulu ona qaytaracaqdır. Xatırladığı qədəri ilə təxminən 2024-cü ilin iyul ayının ortalarında o, oğurladığı qızılları gizlətdiyi yerdən götürüb satmaq üçün Bakı şəhəri, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva Univermağına aparmış və orada qızılları tanımadığı şəxslərə satmışdır. Həmin qızıllardan hansılarını hansı şəxslərə satdığını xatırlamasa da, həmin mağazaların bəzilərinin yerləşdiyi yeri xatırlayır. Qızılları satdıqdan sonra əldə etdiyi təxminən 8500 manat pulu cibinə qoymuşdur. Həmin vaxtlar Rafail ondan qızılları satıb-satmadığını soruşanda Rafailə pul verməmək üçün sonuncunu aldadıb qızılları dənizə atdığını demişdir. Bir müddətdən sonra Rafail onunla görüşüb bildirmişdir ki, pulu olmadığından Əliyə 1000 manat pulu verə bilmir, sonuncu da onların oğurluq etməsi barədə polisə məlumat verəcəkdir. Bundan sonra o, qızılları sataraq əldə etdiyi 8500 manat puldan Rafailin əvəzinə də 1050 manat pulu təxminən 2024-cü ilin iyul ayının ortalarında Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən “Yaşıl” marketdə ödəmə terminalı vasitəsilə Əlinin “Leobank" kartına köçürtmüşdür. Qalan 7450 manat pulun təxminən 3000 manatını Topazda uduzmuş, təxminən 1000 manatına özünə paltarlar almış, 600-700 manatı ilə borclarına vermiş, qalan hissəsini də şəxsi ehtiyaclarına xərcləmişdir. Rafailə onun əvəzində Əliyə 1000 manat pul verdiyini demiş, Rafail də ona 350 manat pul verib qalan hissəsini də verəcəyini demişdir. Təxminən 12 oktyabr 2024-cü il tarixdə Rafail və Əli ilə söhbət zamanı sonuncu ona demişdir ki, Elcan qalan pulu da tələb edir, əgər həmin pulu verməsələr, Elcan onların oğurluq məsləsinin üstünü açacaqdır və Əli ondan Elcana vermək üçün qalan 1950 manat pulu istəmiş, o isə Əliyə pulunun olmadığını bildirmişdir. Əli qəzəblənib onun Rafail ilə birlikdə oğurluq etmələri barədə anasına və polisə deyəcəyini, onu rüsvay edəcəyini bildirib hədə-qorxu gəlməyə başlamış, lakin pulu olmadığından o, yenə də Əliyə həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Təxminən 15 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında yaşadığı evə gəldikdən sonra anası Səfurə ona demişdir ki, Əli və Rafail yaşadıqları evə gələrək anasına onun Rafail ilə birlikdə Tacirənin evindən oğurluq etməsini demişlər. Sonra anası ona gedib könüllü olaraq polisə təslim olaraq etdiyi əməlini etiraf etməsini söyləmişdir. O, Tacirənin evindən 5000 manat deyil təxminən 2500 manat pul və xatırlamadığı qızıl əşyaları oğurladığını, həmin əşyaları satdığını, qızılları satdığı şəxslərə həmin qızılların özünə məxsus olduğunu bildirmiş, oğurladığını deməmişdir. Oğurluq etmələri barədə Əli və Elcan adlı şəxslərin əvvəlcədən məlumatları olmamış, Elcan adlı şəxsi heç vaxt görməmişdir. Rafail ilə oğurluq etmələrindən başqa heç kimin məlumatı olmamışdır. Rafail ona hədə-qorxu gəlməmiş və ondan bununla bağlı pul tələb elməmişdir. Rafail ilə Əli qohum olduqlarından əvvəllər onların əlbir ola biləcəklərini düşünmüş, lakin Rafail heç vaxt ondan pul tələb etmədiyindən və Elcan adlı şəxs barəsində danışmadığından dəqiq bilmişdir ki, Rafail qohumu Əli ilə əlbir deyil, sonuncu onun kimi Rafailə də hədə-qorxu gələrək pul tələb etmişdir. O, ümumilikdə 2500 manat Əliyə, 650 manat məbləğində pulu isə Rafailə verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 təxminən 2-3 aydır tanıdığını, onunla həmişə yaxşı münasibəti olduğunu bildirmişdir. Təxminən 2024-cü ilin aprel ayının əvvəllərində Nicatla söhbət zamanı sonuncu ona borclarının olduğunu, buna görə də oğurluq etmək istədiyini bildirmiş və bu işdə ona kömək etməsini xahiş etmişdir. O, əvvəlcə Nicatla razılaşmamış, sonradan isə maddi imkanı yaxşı olmadığından razılaşmışdır. Söhbət zamanı Nicat ona demişdir ki, oğurluq edəcəkləri mənzil yaşadığı binanın 2-ci mərtəbəsində yerləşir, həmin mənzilə daxil olmaq üçün nərdivan da almışdır. Sonradan Nicat ona oğurluq edəcəkləri mənzili, yəni Tacirənin evini və aldığı nərdivanı göstərmişdir. Nərdivanın qısa olacağını düşündüklərindən Nicatla birlikdə taxta alıb nərdivanın ayaqlarına mismarla bərkitmişlər ki, uzunluğu yetərincə olsun. Nicatla aralarında olan razılaşmaya görə Nicat Tacirənin evinə daxil olub orada olan qiymətli əşyaları və pulları oğurlamalı, o isə çöldə dayanıb ətrafa nəzarət etməli, sonra isə oğurladıqları əşyaları öz aralarından bölməli idilər. Oğurluq edən zaman əl izlərinin qalmaması üçün əlcək və kameralara düşdükləri halda tanınmamaları üçün tibbi maska almışdır. Nicat nərdivanı oğurluq edəcəkləri binanın yaxınlığında yerləşən Sumqayıt şəhər morqunun həyətində gizlətmişdir. 13 may 2024-cü il tarixdə, təxminən saat 23 radələrində Nicatla Sumqayıt şəhərində yerləşən “Dejurnı” adlanan ərazidə görüşüb bir daha Tacirənin evindən oğurluq edəcəkləri ilə bağlı qurduqları planla bağlı söhbət etmiş, daha sonra Nicatla birlikdə Sumqayıt şəhər morqunun həyətində gizlətdikləri nərdivanı oradan götürmüşlər. Həmin vaxt Nicat özü ilə qanırğı (manterofka) da götürmüş və onlar 14 may 2024-cü il tarixdə, təxminən saat 03 radələrində əlcəkləri geyinib, üzlərinə maskanı taxaraq Tacirənin yaşadığı binanın yanına gəlmişlər. Orada dayanıb ətrafa nəzər yetirərək heç kimin olmadığına əmin olduqdan sonra özləri ilə gətirdikləri nərdivanı Tacirənin yaşadığı mənzilin balkonuna söykəmişlər. Nicat nərdivanla yuxarı qalxmış, o, isə aşağıda gözləyib ətrafa nəzər yetirməyə başlamışdır. Belə ki, həmin yerə kənar şəxslər gəldiyi halda bu barədə Nicata məlumat verməli idi. Nicat nərdivanla Tacirənin mənzilinə daxil olduqdan təxminən 20-25 dəqiqə sonra mənzildən çıxıb nərdivanla aşağı düşmüş, daha sonra onlar nərdivanı yenidən morqun həyətinə aparıb orada gizlətmişlər, maskalarını, əlcəklərini və qanırğını isə yaxınlıqda olan tikililərin birinin damının üzərinə atmışlar. Oradan uzaqlaşaraq piyada “Dejurnı” adlanan yerə gəlmişlər. Yolda Nicat cibindən oğurladığı pulları çıxarıb saymış və 1500 manat olduğunu demiş, həmin puldan ona 650 manat vermiş, həmçinin cibindən qızıl əşyalarını çıxarıb göstərmiş və daha sonra qızılları satıb əldə etdiyi puldan ona da verəcəyini söyləyib, qızılları yenidən cibinə qoymuşdur. Qaranlıq olduğundan qızılları və pulu yaxşı görə bilməmişdir. Sonra isə tanımadıqları taksi ilə Bakı şəhərinə getmişlər. Gecəni Bakı şəhərində qaldıqdan sonra səhəri gün yaşadığı Sumqayıt şəhərindəki evinə gəlmişdir. Səhəri gün Nicatla görüşüb söhbət edən zaman sonuncu ona demişdir ki, oğurladıqları qızılları aparıb dənizə atacaqdır. O, əməlindən peşman olduğundan arabir Nicata zəng vurub onunla birlikdə polisə təslim olmağı təklif etmiş, lakin Nicat onunla razılaşmamışdır. Təxminən 2024-cü ilin iyun ayının ortalarında qaynı X10 ilə söhbət zamanı sonuncu onun narahat olduğunu hiss edib nə baş verdiyini təkidlə soruşmağa başlamış, o isə Əliyə Nicatla birlikdə oğurluq etdiklərini danışmışdır. O, etdiyi oğurluq əməlindən peşman olduğundan və polisə təslim olmaq istədiyi üçün Əlidən məsləhət almaq istəmişdir. Əli isə daha sonra bu barədə danışacaqlarını demişdir. Səhəri gün Əli ilə görüşəndə sonuncu ona demişdir ki, onların oğurluq etmələrindən Elcan adlı polisin məlumatı vardır, onu tanıdığı üçün hələlik bu barədə heç kimə deməmişdir. O, isə Əliyə onsuz da təslim olmaq istədiyini, təslim olduğu halda işinin yüngül olacağını demiş, sonuncu isə könüllü təslim olmasının heç bir əhəmiyyətinin olmadığını, onsuz da ona ağır cəza veriləcəyini demişdir. Sonra isə Əli ona bildirmişdir ki, Nicatla danışıb birlikdə görüşüb bu barədə söhbət etsinlər, o da razılaşmış və Əli, o və Nicat Sumqayıt şəhər İcra Hakimiyyətinin yaxınlığında görüşmüşlər. Əli orada Nicata Elcan adlı polis işləyən tanışının onların oğurluq etmələri barədə məlumatının olmasını, onların həbs olunmamaları üçün Elcanla danışacağı və bu barədə xəbər verəcəyini demişdir. Daha sonra isə Əli çıxıb getmiş, o da oradan uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra Əli yenidən ona zəng vurub Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən “Dejurnı” adlanan ərazidə görüşmələrini istəmiş, o, “Dejurnı”ya getdikdən sonra Nicat da ora gəlmişdir. Orada Əli onlara həbs olunmamaları və oğurluq etmələri barədə heç kimin bilməməsi üçün Elcanın 4000 manat pul istədiyini, əgər Elcana həmin pulu verməsələr onların oğurluq etmələri barədə ailə üzvlərinə, tanışlarına, televiziya kanallarına məlumat verib onları rüsvay edəcəyini demişdir. Bu zaman Nicat 2000 manat pulunun olmadığını, 1000 manat pul verə biləcəyini, o da hazırda pulunun olmadığını, daha sonra 1000 manat verəcəyini demiş və Əli də onlarla razılaşmışdır. Nicat onun yanında Əliyə 1000 manat pul vermiş, sonra isə Əli oradan çıxıb getmişdir. Bir müddətdən sonra Əli onunla əlaqə saxlayıb demişdir ki, onun əvəzində Elcana 1000 manat pulu verdiyini, o da həmin pulu sonuncuya qaytaracağını bildirmişdir. Təxminən 2024-cü ilin iyul ayının ortalarında Əli onunla görüşüb 1000 manat pulu tələb etməyə başlamış, o, isə sonuncuya maddi imkanı olmadığını, imkanı olanda pulu verəcəyini bildirmişdir. Həmin ərəfələrdə Nicatla görüşən zaman Əlinin ondan 1000 manat pulu tələb etdiyini, lakin maddi imkanı olmadığından həmin pulu verə bilmədiyini demişdir. Nicat isə ona borc tapıb pulu verməyi məsləhət görmüşdür. Bundan sonra o, Nicata pulu tapa bilmədiyinə görə polisə təslim olacağını demiş, sonuncu da onunla razılaşıb özünün də təslim olacağını bildirmişdir. Bundan sonra onlar birlikdə Smqayıt ŞPİ-yə tərəf gələrkən yolda Nicat onu saxlayıb tanışlarından borc tapıb Əliyə verəcəyini bildirmiş, o da razılaşmışdır. Sonradan isə Nicat 1050 manat pulu Əlinin bank kartına köçürdüyü demişdir. Daha sonra Nicat həmin pulu ondan istədiyindən Nİcata 350 manat pul vermiş və qalan hissəsini də verəcəyini söyləmişdir. Təxminən 12 oktyabr 2024-cü il tarixdə Əli onunla görüşmüş və söhbət zamanı ona demişdir ki, Elcan qalan 1950 manat pulu istəyir, əgər həmin pulu verməsələr Elcan onların oğurluq məsələsinin üstünü açacaq və Əli ondan Nicatla əlaqə saxlayıb birlikdə qalan 1950 manat pulu ona vermələrini tələb etmişdir. O, isə həmin vaxt mobil telefonu ilə Əlinin səsini yazmış və daha sonra həmin səs yazısını Nicata göndərmişdir. Əli ilə söhbət etdikdən sonra Nicatla əlaqə saxlayacağını demişdir. Bundan sonra Əlinin səs yazısını Nicata göndərmiş və məlumatının olmasını istəmişdir. Həmin gün o, Nicat və Əli görüşmüş və söhbət zamanı Əli bir daha onlardan 1950 manat pulu tələb etmiş və onlara demişdir ki, Elcana qalan pulu verməsə sonuncu onların oğurluq məsləsinin üstünü açacaqdır. Nicatla o isə Əliyə həmin pulu verə bilməyəcəklərini bildirmişlər. Əli isə onun Nicatla birlikdə oğurluq etmələri barədə ailə üzvlərinə və polisə xəbər verəcəyini, onları rüsvay edəcəyini bildirib hədə-qorxu gəlməyə başlamışdır. Onlar bir daha Əliyə pullarının olmadığını demişlər. Əli tez-tez Nicatla əlaqə saxlaya bilmədiyini və görüşə bilmədiyini deyib ondan Elcana verməli olduğu qalan pulu verməyi tələb etmiş, vermədiyi halda isə ailə üzvlərinə və tanışlarına oğurluq etməsi barədə məlumat verib onu rüsvay edəcəyi ilə hədələmişdir. 14 oktyabr 2024-cü il tarixdə Əli ondan tələb etmişdir ki, onunla birlikdə Nicatın yaşadığı evə getsin, orada sonuncunun anası ilə özü danışacaqdır. O da çarəsiz qaldığından Əli ilə razılaşıb sonuncu ilə birlikdə Nicatın yaşadığı evinə gedərək anası ilə görüşmüşlər. Orada o, Nicatın anasına oğurluq etmələri barədə məlumat vermişdir. Əli isə Nicatın anasına onların işi ilə bağlı özünün məşğul olduğunu, buna görə pis vəziyyətdə qaldığını, işlərinin həlli üçün Nicatın və onun pul verməli olduqlarını demişdir. Nicatın anası isə Əliyə pulunun olmadığını, ona pul verməyəcəyini demişdir. Bundan sonra oradan çıxıb getmişlər. Tacirənin evindən oğurluq etdikdən sonra Nicat cibindən çıxararaq ona boyunbağı, üzük və hazırda xatırlamadığı başqa qızıl əşyalarını göstərmişdir. Həmçinin Nicat cibindən pul çıxararaq sayıb 1500 manat olduğunu bildirmiş və həmin puldan ona 650 manat vermişdir. O, Nicatdan oğurladığı qızıllardan istəməmiş, sonuncu da ona həmin qızıllardan verməmişdir. Qızılları əlinə götürüb baxmadığından konkret olaraq hansı qızıllar olduğunu xatırlamadığını, lakin Tacirənin ifadəsində göstərdiyi qızıllarla razı olduğunu bildirmişdir. 14 oktyabr 2024-cü il tarixdə Əli ilə birlikdə Nicatgilin evindən çıxıb getdikləri zaman söhbət edərkən Əli ona demişdir ki, onun ümumvətəndaşlıq pasportu da ondadır, ona xarici ölkəyə bilet alacaqdır və onu xarici ölkəyə göndərəcəkdir. O, Əliyə pasportunun vaxtının bitdiyini demiş və bileti necə alacağını soruşmuşdur. Əlinin duruxduğunu və cavab verə bilmədiyini görüb sonuncudan bu barədə yenə də soruşmuş, Əli isə ona Elcan adlı şəxsin olmadığını, onları qorxudaraq pul almaq üçün həmin şəxsi özündən uydurduğunu demişdir. Oğurluq etmələri barədə Əlinin əvvəlcədən məlumatı olmamışdır. Nicatla oğurluq etmələrindən başqa heç kimin məlumatı olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları onların etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, aparılmış istintaq hərəkətləri üzrə tərtib edilmiş protokollar, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında “whatsapp” tətbiqi ilə video görüntü vasitəsilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır. Təxminən 2021ci ildən gəlini Şahid1 Bakı şəhərinə köçdüyündən özünə məxsus olan qızıl zinət əşyalarını yaşadığı evdən götürərək saxlaması üçün sonuncuya vermişdir. 2024-cü ilin aprel ayında nəvəsi X4 nişan mərasimi olduğundan istifadə etmək üçün həmin qızıl zinət əşyalarını gəlini Gülnarədən götürüb yaşadığı evə gətirmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdən çıxaraq oğlu Ruslanın yaşadığı evə qonaq getmiş, oğlunun evində təxminən 2-3 gün qonaq qaldıqdan sonra xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı evə gəlib qapını açarla açıb içəri daxil olmuş, evə daxil olan zaman evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görüb oğurluq edilməsindən şübhələnmiş, qızıl zinət əşyalarının və pulun olduğu yerə baxdıqda yerində olmadığını görmüş və oğurlandığını bilmişdir. Bu barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə müraciət etmişdir. Yataq otağına baxarkən dolabda 750 əyar üzərində mavi rəngli firuzə daşlarla olan klonun, üzük və sırğanın, 750 əyar üzərində mirvari daş olan üzük və sırğanın, 583 əyar kişi qızıl üzüyünün, 750 əyar üzərində brilyant daşlar olan üzük və sırğa komplektin, 583 əyar qızıl saat və qızıl boyunbağının, 1 ədəd qızıl boyunbağının, 1 ədəd 583 əyar qızıl qalstuk sancağının, 750 əyar 1 cüt qızıl sırğa, 583 əyar 5-lik qızılın, 750 əyar qadın qızıl üzüyünün, ümumilikdə 33900 manat dəyərində qızıl-zinət əşyalarının və 5000 manat pulun yerində olmamasını görmüşdür. Qeyd olunan qızıl zinət əşyaları 1990-cı illərdə Rusiya və İtalyadan alınmışdır. Ümumilikdə evindən 34050 manat məbləğində qızıl-zinət əşyaları və 5000 manat məbləğində pul oğurlanmışdır. Daha sonra, ona dəymiş ziyan ödənildiyindən o, istintaq zamanı ərizə təqdim edərək ona dəyən zərərin tamamilə ödənildiyini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Mikayıt oğlu və Təqsirləndirilən şəxs2 şikayəti və tələbinin olmadığını bildirmişdir. Hazırda da bir daha təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona dəyən ziyanın ödənildiyi, bu barədə xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə verdiyini bildirmişdir. Notarial qaydada təsdiq edilmiş ərizədə yalnız Təqsirləndirilən şəxs1 adının qeyd edilməsinə münasibətdə bildirmişdir ki, o yaşlı və xəstə olduğu üçün diqqət etməmiş, Təqsirləndirilən şəxs1 ilə yanaşı Təqsirləndirilən şəxs2 ilə də barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 3 ünvanda yaşamışdır. Zərərçəkmiş şəxs yaşadığı binanın 2-ci mərtəbəsində yaşamış, sonuncu ilə həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Təxminən 2024-cü ilin may ayının ortalarında eşitmişdir ki, Tacirənin evindən oğurluq olmuşdur. 14 oktyabr 2024-cü il tarixdə, təxminən saat 22 radələrində yaşadığı evdə olduğu zaman qapısı döyülmüş, qapını açanda oğlu Nicatın tanışı kimi tanıdığı Rafailin və yanında sonradan adını bildiyi Əli adlı qohumunun olduğunu görmüşdür. O, Rafail və Əlini yaşadığı mənzilə dəvət edib nə üçün gəldiklərini soruşmuşdur. Əli əsəbi şəkildə ona cavab vermişdir ki, “sənin oğlun oğurluq edib, sənin bundan məlumatın var, əgər oğlun Nicat mənə pul verməsə mən bilirəm oğluna nə edəcəm.” O, Əlidən oğlunun haradan oğurluq etdiyini soruşanda, sonuncu ona bildirmişdir ki, Rafail oğlu Nicatla birlikdə qonşusu Tacirənin evindən oğurluq etmişdir. Söhbət zamanı Əli əsəbi şəkildə oğlu Nicat üçün pis olacağını demişdir. O, isə Əliyə cavabında polisə şikayət etməsini bildirmişdir. Bundan sonra isə Əli və Rafail çıxıb getmişlər. 15 oktyabr 2024-cü il tarixdə, səhər saatlarında o, Tacirənin yaşadığı Bulvar küçəsində yerləşən evinə gedərək orada Tacirə ilə görüşmüş və oğlu ilə Rafailin onun evindən oğurluq etdiyini bildirmiş, sonradan isə oğlu Nicatla danışıb polisə gedərək təslim olmasını demiş, Nicat da polisə getmək üçün hazırlaşan zaman polis əməkdaşları yaşadıqları evə gələrək oğlunu polis idarəsinə dəvət etmişlər. Oğlu Nicat və Rafailin qonşusu Tacirənin evindən oğurluq etmələrindən əvvəlcədən məlumatı olmamışdır, bu barədə ona 14 oktyabr 2024-cü il tarixdə evinə gəlmiş Əli və Rafail demişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qaynanasıdır, Sonuncu ünvan 2 ünvanında yaşayır. Təxminən 2021-ci ildən o ailəsilə birlikdə qeyd etdiyi ünvandan köçdüyündən qaynanası özünə məxsus olan 750 əyar üzərində mavi rəngli firuzə daşlarla olan klonu, üzük və sırğanı, 750 əyar üzərində mirvari daş olan üzük və sırğanı, 583 əyar kişi qızıl üzüyünü, 750 əyar üzərində briliyyant daşlar olan üzük və sırğa dəsti, 583 əyar qızıl saat və qızıl boyunbağını, 1 ədəd qızıl boyunbağını, 1 ədəd 583 əyar qızıl qalstuk sancağını, 750 əyar 1 cüt qızıl sırğa, 583 əyar beşlik qızılı, 750 əyar qadın qızıl üzüyü saxlamağı üçün ona vermişdir. 2024-cü ilin aprel ayında qızı X4 nişan mərasimi olduğundan qaynanası Tacirə istifadə etmək üçün həmin qızıl zinət əşyalarını ondan alıb yaşadığı evinə aparmışdır. xx.xx.2024-cü il tarixdə ailə üzvlərindən eşitmişdir ki, Tacirənin yaşadığı evdən həmin qızıl əşyalarını və 5000 manat pulu oğurlamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (1-ci cild i.v.1) “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanıdır. Baxış zamanı müəyyən edilmişdir ki, həmin mənzil binanın 2-ci mərtəbəsində yerləşir, 4 otaqdan ibarətdir. Mənzilə daxil olduqdan sonra sağ hissədə yataq otağı yerləşir. Yataq otağına girişdə sağ hissədə dolab, girişlə üzbəüz sağ və sol divara paralel bir nəfərlik iki ədəd çarpayı, dolabla üzbəüz kiçik dolab yerləşir. Girişlə üzbəüz divarın sağ hissəsində qonaq otağı yerləşir. Qonaq otağına girişdə sağ və sol hissədə divara paralel divan yerləşir. Qonaq otağına girişlə üzbəüz televizor , televizora paralel masa və stullar yerləşir. Qonaq otağı ilə üzbəüz mətbəx, mətbəxdən sonra kiçik qonaq otağı yerləşir. Hər iki qonaq otağının eyvanı vardır. İnspaektor-kriminalistin iştirakı ilə əl-barmaq izləri nümunələri, mənzilin qapısının daxili qıfılının slindirik mexanizmi götürülmüş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (1-ci cild i.v. 4-12) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (1-ci cild i.v.26) Zərərçəkmiş şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində ifadəsi alınmışdır.(1ci cild i.v.32-34) Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 177.2.4 və 182.2.1-ci maddələrinə tövsif edilmişdir. (1-ci cild i.v.59-60) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 19:15-də Sumqayıt ŞPİ-də Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild i.v.73) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə, 20:15-də Sumqayıt ŞPİdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild i.v.97) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən X10 xx.xx.2024-cü il tarixdə saat 21:15-də Sumqayıt ŞPİ-də Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild i.v.121) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, saat 10:20-də həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (1-ci cild, i.v.132-133) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (1-ci cild i.v.140-143) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, saat 11:40-da həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (1-ci cild, i.v.145-146) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (1-ci cild i.v.153-156) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixdə X10 Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək. saat 15:10-da həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (1-ci cild, i.v.157-158) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X7 xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (1-ci cild i.v.166-167) Təqsirləndirilən şəxsin üzləşmədən imtina etməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X10 Şahid2 ilə üzləkməkdən imtina etmişdir. (1-ci cild, i.v. 176) Zərərçəkmiş şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində əlavə ifadəsi alınmışdır.(1-ci cild i.v.177-179) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-325/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (1-ci cild, i.v.192-197) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-326/2024 nömrəli qərarına əsasən X10 barəsində 02 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (1ci cild, i.v.204-208) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-324/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmışdır. (1-ci cild, i.v.215-220) Təqsirləndirlən şəxsin ifadələrini yerində yoxlanmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən “Moskva” univermağının qarşısına gedilmiş, orada Təqsirləndirilən şəxs1 bir daha istintaqda vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək “Moskva” univermağının qarşısında yerləşən giriş qapısına “Hatemoglu Jewellery” və “Lombard” sözləri yazılmış mağazaları göstərərək xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı mənzildən oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini həmin mağazalara satdığını, digər qızıl əşyalarını hansı mağazalara satdığını xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman həmin mağaza sahiblərinin X16 və X5 olması müəyyən olunmuşdur. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (1-ci cild, i.v. 224-226) Baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi 01 ədəd vərəqdə “qızılın alışının akt kitabı” sözü qeyd olunmuşdur. Həmin vərəqə baxış kçeirilən zaman xx.xx.2024-cü il, Təqsirləndirilən şəxs1, xx.xx.1999, AZE15126309, Sumqayıt şəhəri, məhəllə 9, ASAN Sumqayıt xx.xx.2016, 5350 manat, ***- ***-**-** qeydlərin olması aşkar olundu. Həmin 01 ədəd vərəq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. (1-ci cild, 236- 237) Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X7 xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (2-ci cild, i.v.10-12) Baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X11 təqdim etdiyi 01 ədəd vərəqdə “Alqı-satqı qəbzi” sözü qeyd olunmuşdur. Həmin vərəqə baxış kçeirilən zaman “xx.xx.2024-cü il, Təqsirləndirilən şəxs1, AZE15126309, ASAN Sumqayıt, Sumqayıt şəhəri, məhəllə 9, ev 4, mənzil 34, xx.xx.1999, 13,8 qram, 1000 manat” qeydlərinin olması aşkar olunmuş, həmin 01 ədəd vərəq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. (2-ci cild, 28-29) Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (2-ci cild, i.v.40-43) Azərbaycan Vətən Müharibəsi X2 71233 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Vətən Müharibəsi X2 üzvüdür. (2-ci cild, i.v.45) Azərbaycan Respublikasının Medalının Vəsiqəsinin (№ 1-19932) surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (2-ci cild, i.v.46) Azərbaycan Respublikasının Medalının Vəsiqəsinin (№ 1-17985) surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (2-ci cild, i.v.47) Azərbaycan Respublikasının Medalının Vəsiqəsinin (№ 1-1828) surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (2-ci cild, i.v.48) Azərbaycan Respublikasının Medalının Vəsiqəsinin (№ 1-13223) surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (2-ci cild, i.v.49) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən verilmiş 149711 nömrəli Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranı vəsiqəsi verilmişdir. (2-ci cild, i.v.50) AZ-İİİ 975829 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs2, anası X6r.(2-ci cild, i.v. 51) N nömrəli hərbi hissənin komandiri polkovnik Hafiz Ağayev tərəfindən xx.xx.2020-ci ildə verilmiş fəxri fərmana əsasən Təqsirləndirilən şəxs2 Vətən Müharibəsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. (2-ci cild, i.v.52) AVMVİB-nin Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov tərəfindən xx.xx.2021-ci ildə verilmiş fəxri fərmana əsasən Təqsirləndirilən şəxs2 44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətlərə görə təltif olunmuşdur. (2-ci cild, i.v.53) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli 280 nömrəli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. (2-ci cild, i.v. 54) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. (2-ci cild, i.v.67-68) Elektron Məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola və "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin yaddaşında “Mushteri zenglerinin detallashmasi_MSİSDN_552640181” kimi qeyd olunmuş 4024 KB, “Mushteri zenglerinin detallashmasi _MSİSDN_555290764” kimi qeyd olunmuş 1931 KB, “Mushteri zenglerinin detallashmasi _MSİSDN_557324292” kimi qeyd olunmuş 1222 KB, “Mushteri zenglerinin detallashmasi _MSİSDN_557358383” kimi qeyd olunmuş 941 KB həcmində, “SMS detallashmasi _MSİSDN_552640181” kimi qeyd olunmuş 41 KBhəcmində,“SMSdetallashmasi _MSİSDN_555290764” kimi qeyd olunmuş 40 KB həcmində, “SMS detallashmasi _MSİSDN_557324292” kimi qeyd olunmuş 52 KB həcmində, “SMS detallashmasi _MSİSDN_557358383” kimi qeyd olunmuş 38 KB həcmində, “Zenglerin məxsusluq tarixcheleri_MSİSDN_552640181” kimi qeyd olunmuş 107 KB həcmində, “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_555290764” kimi qeyd olunmuş 70 KB həcmində, “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_557324292” kimi qeyd olunmuş 65 KB həcmində və “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_557358383” kimi qeyd olunmuş 70 KB həcmində PDF formatlı faylların olması aşkar olunmuş, “SMS detallashmasi MSİSDN 552640181” və “SMS detallashmasi MSİSDN 5290764” kimi qeyd olunmuş fayllara baxış keçirilərkən X7 şəxsi istifadəsində olan ***-***-**-** saylı ıııobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 ıkayıl oğlunun şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aralarında aşağıdakı məzmunda mesajlar göndərilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 tərəfindən Ə.Məhərrəmliyə göndərilən smslər: Qaqa saba 12ni kecmemiw pul artiglamasiynan sendedi eseblerve hakim ol artiglamasiynan verilecek brat. rafailin bawin burax mennen sobet elirsen fso qardaw xaiw elirem sennen soz dedim sene brat. Abi yoluna qoymuwam dosdar var verecey pul sehere kimi sebr ele artiglamasiynan verilecek brat kiwi kimi soz deirrm sene. Ə.Məhərrəmli tərəfindən Təqsirləndirilən şəxs1 göndərilən sms: Menim pulun bu gun tacaq fsyo. Təqsirləndirilən şəxs1 tərəfindən Ə.Məhərrəmliyə göndərilən smslər: Abi seher verilirde direm. Ə.Məhərrəmli tərəfindən Təqsirləndirilən şəxs1 göndərilən sms: Sen qarusma rafayilin vaxti biti eve yigiram veribse hec vermiyibse fsyo. Təqsirləndirilən şəxs1 tərəfindən Ə.Məhərrəmliyə göndərilən smslər: Pulu mennen alassan qaqa men verecem fso. Rafail yox men sabah goruweciy puluvu verecem brat narahat olma iwden cixim. gorushey verecem. Rafail yox men sabah goruweciy puluvu verecem brat narahat olma iwden cixim gorushey verecem. Mushteri zenglerinin detallashmasi MSİSDN 555290764” kimi qeyd olunmuş fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 03:42:02, saat 03:42:08, saat 03:42:11, saat 03:42:22, saat 03:42:23, saat 03:42:23, saat 03:42:25, saat 03:42:26, saat 03:42:26, saat 03:42:28, saat 03:43:16, saat 03:43:22-də “342 UABS5903B/UABS5903 Sumgait_H.Aliyev_ave/Sumqayıt şəhəri, 9-cu məhəllə/Sumgayit/(40.596xx/xx.66368)” anten əhatə dairəsində olması müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9286 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Rusiya istehsalı olan, 583 əyarlı qızıl 5-liyin 2024-cü ilin may ayına olan orla bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 650,00 manat kimi müəyyən olunmuşdur. Qərarda göstərilən digər qızıl-zinət əşyalarının çəkisi və üzərində olan qaşların istehsal yeri, sayı, keyfiyyəti və s. aydın olmadığı üçün həmin qızıl-zinət əşyası üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. (2-ci cild, i.v.91- 94) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması, ayrılmış cinayət işinin icraata qəbul edilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 04 dekabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə müəyyən edilən əməl Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3, 177.2.4 və 182.2.1-ci madələrindən həmin Məcəllənin 177.2.1. 177.2.3, 177.2.4 və 182.1-ci maddələrinə tövsif edilmiş və ********* nömrəli cinayət işindən X7 barəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması və icraata qəbul edilərək istintaqın aparılmasının davam etdirilməsi qərara alınmışdır. (2-ci cild, i.v.96-98) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 04 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Fikrət oğluna Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (2-ci cild, i.v.101-102) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (1-ci cild i.v.111-114) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 04 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (2-ci cild, i.v.115-116) Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (2-ci cild, i.v.125-128) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsinrən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı ona dəymiş 39050 manat məbləğində maddi ziyan ödənildiyindən həmin oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. (2-ci cild, i.v. 129) Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2024-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 05 aya kimi, yəni 15 yanvar 2025-ci il tarixədək uzadılmışdır. (2-ci cild, i.v.136-138) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 15 dekabr 2024-cü il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (2-ci cild, i.v.140-142) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 15 dekabr 2024-cü il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (2-ci cild, i.v.145-147) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və zərərçəkmiş şəxsin ifadələri əsas götürülərək Zərərçəkmiş şəxs vurulmuş ziyanın ümumi məbləği 39050 manat olması nəzərə alınmış, iş üzrə "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt disk, X1 təqdim etdiyi 01 ədəd vərəqədə “Qızılın alışının akt kitabı”ndan çıxarış, X11 təqdim etdiyi 01 ədəd vərəqədə “Alqı-satqı qəbzi”ndən çıxarış əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında”, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında”, xx.xx.2024-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında”, xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında”, xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokollar, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9286 nömrəli rəyi, təqsirləndirilən şəxslərinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. (2-ci cild, i.v.150-166) Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq hadisəsi ilə bağlı təqsirləndirilməsinə dair iş üzrə zərərçəkən şəxs olduğunu, Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı heç bir şikayəti, iddiası və tələbinin olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli, yəni qabaqcadan əlbir olan bir qrup şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə cinayətini törətmələri tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbulediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeydin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmişlə barışmasını və onun “Vətən müharibəsi iştirakçısı” olmaqla “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs1 bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 oktyabr 2024-ci il tarixdən 15 dekabr 2024-cü il tarixədək (tutulduğu) həbsdə saxlanıldığı 02 (iki) ay müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 oktyabr 2024-ci il tarixdən 15 dekabr 2024-cü il tarixədək (tutulduğu) həbsdə saxlanıldığı 02 (iki) ay müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 4, mənzil 34 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 26-cı məhəllə, Şəfa sanatoriyasında yerləşən evi tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt disk, 01 ədəd vərəqdə “Qızılın alışının akt kitabı”ndan çıxarış, 01 ədəd vərəqdə “Alqı-satqı qəbzi” cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 oktyabr 2024-cü il tarixdən 15 dekabr 2024-cü il tarixədək (tutulduğu) həbsdə saxlanıldığı 02 (iki) ay müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 8 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 oktyabr 2024-cü il tarixdən 15 dekabr 2024-cü il tarixədək (tutulduğu) həbsdə saxlanıldığı 02 (iki) ay müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 26-cı məhəllə, Şəfa sanatoriyasında yerləşən evi tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut - "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt disk, 01 ədəd vərəqdə “Qızılın alışının akt kitabı”ndan çıxarış, 01 ədəd vərəqdə “Alqı-satqı qəbzi” cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinin məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları 24 saata görə hər bir vəkil üzrə ayrı-ayrılıqda 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar