Məhkəmə qərarları › İş №1(060)-235/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-235/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-235/2025 04.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam'' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Sumqayıt şəhər, Kimyaçılar qəsəbəsi, ev 4, mənzil 6-da yerləşən fərdi yaşayış evində qeyri-rəsmi nigah münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əl zərbələri ilə sonuncunu vuraraq ona sol gözaltı nahiyəsinin, boyunun sol yarısının qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirdikdən sonra, masanın üzərində olan, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs sağ bud nahiyəsindən 1 dəfə zərbə vuraraq ona sağ budun yarası xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanında qeyri-rəsmi nigah münasibətində olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs ilə 2013-cü il tarixdən qeyri-rəsmi olaraq evlənmişlər, birgə nikahlarından övladları olmamışdır. Münasibətləri əvvəllər normal olmuş, lakin, sonradan Şirinin psixolji durmunda problemlər yaranmışdır. Belə ki, Şirin onu qısqanmış, qonşulara onunla əlaqədə olmasını bildirib onları narahat etmişdir. Bu səbəbdən son 3-4 ay ərzində mütəmadi olaraq aralarında münaqişələr baş vermişdir. Şirini müalicə olunması üçün müalicə mərkəzinə yerləşdirmək istəsə də, rəsmi nikahları olmadığı üçün müraciətini qəbul etməmişlər. Sonuncu dəfə 07 noyabr 2024-cü il tarixdə saat 11 radələrində yenə birgə yaşadıqları evdə olan zaman Şirin gecə ona yuxu dərmanı verib yatırdığını, sonra hansısa xanımla görüşməsini bildirib onunla əsassız olaraq mübahisə etməyə başlamış, o, dəfələrlə ona sakitləşməsini və belə bir şeyin olmadığını desə də, Şirin onun sözlərinə məhəl qoymamışdır. O, əsəbiləşdiyi üçün əsəbi halda əli ilə Şirinin başına, sifətinə vuraraq onu sakitləşdirmək istəmişdir. Lakin, Şirin sakitləşməmiş və onun ünvanına nalayiq sözlər deməyə davam etdiyi üçün özündən çıxaraq masanın üzərində olan mətbəx bıçağın götürüb həmin bıçaqla Şirinin ayağına 1 dəfə zərbə vurmuşdur. Şirinə səsini kəsməsini və daha onu biabır etməməsini demişdir. Sonra isə əsəbi halda evdən çıxıb getmişdir. Sonradan eşitmişdir ki, Şirin PB-nə gedərək onun barəsində şikayətçi olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Şirinlə aralarında olan mübahisənin səbəbi onun psixolji problemlərinin olması və onu camaat içində biabır etməsi, əsassız olaraq hər gün onunla mübahisə edib onu əsəbləşdirməsi olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında baş verən mübahisə təxminən 7-8 dəqiqə davam etsə də, onları heç kim görməmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş, onunla barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi qalmamışdır, bu səbəbdən icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərəçəkmiş şəxsin ifadəsi ilə təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, ilk məhkəmə iclasında hadisənin təqsirləndirilən şəxsin təqsiri üzündən baş vernədiyini bildirsə də, sonradan ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında Təqsirləndirilən şəxslə birlikdə qeyri-rəsmi bir yerdə yaşamışdır. Münasibətləri əvvəllər normal olsa da, təxminən 3-4 aydır ki, Rövşənin başqa qadınla münasibətdə olmasını müəyyən edəndən sonra aralarında bu məsələ ilə bağlı teztez narazılıqlar olmuş və Rövşən bir neçə dəfə onu döymüşdür. Lakin, o, Rövşən barəsində heç vaxt şikayətçi olmamış və ya şikayət etsə də sonradan onu bağışlamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində birgə yaşadıqları evdə olan zaman Rövşənə nə üçün ona xəyanət etdiyini bildirmiş və ona etdiyi hərəkətin ayıb olmasını demiş, nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rövşən onu döymüş, o, Rövşənin yaşadığı xanımın ünvanına nalayiq sözlər dediyi üçün o, daha da aqressiv olmuş və mətbəx bıçağını götürüb sağ ayağının bud nahiyyəsinə 1 dəfə zərbə vurub ona xəsarət yetirmişdir. Bundan sonra o, evdən çıxaraq PB-nə gəlib Rövşənin onu döyüb xəsarət yetirməsini bildirib onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmış, sonuncu ona vurmuş olduğu ziyanı ödəmiş, bu səbəbdən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsində Təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanı ödədiyini, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli xəsarət alması faktı üzrə CM-nin 128-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmışdır. (i.v.1); “Cinayət işinin icraata qəbul olunması haqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə ********* №-li cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. (i.v.3); Təqsirləndirilən şəxs 15 dekabr 2024-cü il tarixdə CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir.(i.v.92-93); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 15 dekabr 2024-cü il protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.106-107); “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 15 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 108-109); Azərbaycan Respublikası SN “MTE və PAB” Publik hüquqi şəxsinin 1910 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində -“sağ budun yarası, sağ gözaltı nahiyyənin, boynun sol yarısının qançırından ibarət” xəsarətlər aşkar edilib, həmin xəsarətlərdən - sağ budun yarası kəsici, kənarlı alətlə, ola bilsin bıçaqla yetirilmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, sağ gözaltı nahiyyənin, boynun sol yarısının qançırından ibarət xəsarətlər küt əşya təsirindən törənmişdir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin törənmə müddəti 1 günə qədər olmaqla qərarda göstərilən tarixə xx.xx.2024-cü il tarixə uyğun gələ bilər.(i.v.20-22); Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/1884 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, birtərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir.(i.v. 89-91); “Təqdim etmə və götürmə haqqında” 07 noyabr 2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxsın təqdim etdiyi bir ədəd bıçaq ondan götürülmüşdür. (i.v.12-13); AR Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatdadır.(i.v. 30); AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 alınmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 4 nömrəli xəstəxanasının psixiatrik kabinetində qeydiyyatda yoxdur.(i.v. 31); “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v. 82); “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə Zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v.86-88); “Ailə tərkibi haqqında” 11 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə birlikdə yaşayır. (i.v. 32); 12 noyabr 2024-cü il tarixdə verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər, Kimyaçılar qəsəbəsi, Yatqxana 4, mənzil 6-da yaşadığı vaxtdan heç bir şikayət daxil olmamışdır. Xasiyyətnamə müsbət qiymətləndirilir. (i.v.33); DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə AR CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam edilmiş, (i.v.72-80); “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanmış, barəsində CM-nin 221-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanılması rədd edilmiş, barəsində CMnin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından cinayət təqibinin başlanılması rədd edilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq maddi sübut kimi tanınmış, saxlanması üçün Sumqayıt ŞPİ-nin xüsusi saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi və məhkəmə-ballistik ekspertizasının rəyləri, digər istintaq hərəkətləri protokolları sübut növü kimi qiymətləndirilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilmişdir. (i.v.113-117); CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanun 29 yanvar 2018-ci il tarixdə qüvvəyə minmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsiləndirilməsinə dair işə Sumqayıt şəhər məhkəməsində baxılmış, məhkəminin xx.xx.2017-ci il tarixli qərarı ilə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. CM-nin 10.4-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun qüvvəyə minməmişdən öncə törətmiş olduğu əmələ görə həmin Qanuna əsasən cəzadan azad edilməsi, hazırkı vəziyətdə onun vəziyətini ağırlaşdırmamalı, Zərərçəkmiş şəxs ilə barışdığı üçün o, cinayət məsuliyyətindən azad edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, onun əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1-ci maddəsində həmin qaydalardan biri kimi şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli olması göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, şəxsin cinayəti törədərkən istifadə etdiyi 01 ədəd bıçaq məhf edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Eımam qızı tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Cinayət əməli törədilərkən istifadə edilən və Sumqayıt şəhər Polis İdarəsinin xüsusi saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhf edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar