Məhkəmə qərarları › İş №1(060)-236/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-236/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-236/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərİşıq ASCdə işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun ev-2, mənzil-29 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdə saat 17:00 radələrində yaşadığı binanın yaxınlığında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs əvvəlcədən aralarında baş vermiş mübahisə zamanı onun ünvanına xoşagəlməz sözlər deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən sol göz nahiyyəsindən yumruq zərbəsi ilə vuraraq yerə yıxmaqla ona başın sol təpə ənsə nahiyyəsinin yarası, sol gözün ağlı qişasına qansızma ilə nəticələnən hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, uzun illərdir onu tanıyır və əvvəllər münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin payız aylarında saat 18 radələrində, Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində Esmira şadlıq evinin yaxınlığından yaşadığı ev istiqamətində getdiyi zaman yol geniş olsa da Elman avtomaşınla arxa təfərdən yaxınlaşaraq siqnalı uzun şəkildə basmış, ona yolun geniş olduğunu demiş və Elman mübahisə yaradacağına görə ona fikir verməmiş çıxıb getmişdir. Bir müddət sonra təxminən noyabr ayınında qonşuluqda şəhid dəfni olmuş və orada olduğu zaman çöldə bir neçə şəxsin mübahisə etdiyini eşitmişdir. Buna görə də həmin yerə yaxınlaşmış, onları sakitləşdirdikdən sonra Elman ümumi orada olan şəxslərin hamısının ünvanına nalayiq sözlər deyərək, “qeyrətsizlər, namussuzlar, gedin müharibədə döyüşün” demişdir. Buna görə də ona “sənə nə olub sakitləş” demiş, Elman üzərinə gələrək “sən qələt etmə küçük” deyib yaxasından tutub Elmanı itələmiş və orada olan şəxslər onları aralamışlar. Təxminən bir həftə sonra yəni 23.11.2020-ci il tarixdə yaşadığı evin yaxınlığında “Mirvari” mərasim zalının yaxınlığında Elman ilə rastlaşdıqda ondan “nə üçün şəhid dəfnində ona söyüş söyürdün” deyə soruşmuş. O, “get öz qeyrətinlə maraqlan” demiş və ondan nə üçün belə dediyini soruşduqda aralarında mübahisə yaranmış və Elman əlləri ilə yaxasından tutmuş, o, buna görə də Elmanın sifətindən yumruqla vurmuş, Elman yerə yıxılıb qalxaraq söyüb, qaçmış və yaxınlıqdan gələn Emil və Ədalət adlı şəxslər onu sakitləşdirmişdir. Sonradan Zərərçəkmiş şəxs şikayət etdiyini eşitmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı ərazidə uzun illərdir ki, Təqsirləndirilən şəxs ilə qonşudur və əvvəllər onun valideynləri və digər ailə üzvləri ilə münasibətləri yaxşı olmuşdur. Təxminən 2020-ci ilin fevral-mart aylarında, saat 18 radələrində özünə məxsus avtomaşınla evə getdiyi zaman “Esmira” şadlıq sarayının qarşısında bir neçə nəfər yolun hərəkət hissəsində olmuş və o, siqnal ilə onlardan yoldan çıxmasını istədikdə həmin şəxslərdən biri onlar siqnal verilməsinə narazılıq edirdi, lakin avtomaşını saxlamayaraq oradan getmişdir. Həmin şəxslərdən biri də Elşad olmuşdur. Bu hadisədən 4-5 gün sonra həyat yoldaşı ilə toya getdikləri zaman “Esmira” şadlıq sarayının pilləkənində arxadan kiminsə çağırdığını eşidərək geriyə dönmüş və Elşadın olduğunu görərək, ona “Elman nədi mənim oğlum sənin atanı adı ilə çağırır?” dedikdə o, “Allah eləməsin ki, mən Seydi olum” demiş və onun oğlu Seydi haqqında nə üçün belə dediyini soruşduqda həyat yoldaşı ona yaxınlaşdıqda Elşad “sonra razbirat eliyərik” deyərək və uzaqlaşıb çıxıb getmişdir. Bir gün sonra Elşadın yaşadığı ünvana getmiş və ailə üzvlərinə şikayətlənmişdir ki, nə üçün Elşad belə edir. Elşadın nənəsi bu barədə onun atasına yox əmisi Musaya deməyini bildirmişdir. Bir neçə dəfə rastlaşdıqda soyuq münasibət də olsa salamlaşmışlar. Noyabr ayının on dördü qonşuluqda şəhid dəfni var idi. Saat 11 radələrində dəfndən çıxdıqda yaxınlıqda səs-küy eşitmiş və yaxınlıqda bir neçə şəxsin dalaşdığını eşidərək tez həmin dava-dalaş olan istiqamətdə getmiş və həqiqətən də bir neçə şəxsin dalaşdığını görərək, həmin dalaşan şəxsləri aralaşdırmış və əsəbi olduğu üçün “dalaşansız gedin müharibəyə” demiş və yerdə olan şəxsi təpiklə vuran şəxsi əli ilə kənara itələyərək, “kişisiz gedin də müharibəyə burda bir-birinizi nə üçün qırırsınız” dedikdə sakitlik yaranmışdır. 23.11.2020-ci il tarixdə saat 16 radələrində çöldən öz yaşadığı evə getdiyi zaman evlərinin yaxınlığında olan avtomobil yuyucusuna getdiyi zaman yuyucunun yanındakı kafedən Elşad yolu keçib ona yaxınlaşmış, Elşad onu adı ilə çağırdıqda o, Elşada “ay bala Elman yox Elman əmi” demək lazımdır. Elşad isə Elman deyərək, ona yaxınlaşmış və yumruqla sol gözünün altından bir dəfə vurmuşdur. 23.11.2020-ci il tarixdə baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı ətrafda adam görünməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24.11.2020-ci il tarixli, 1444 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın sol təpə ənsə nahiyyəsinin yarası, sol gözün ağlı qişasına qansızma ilə nəticələnən hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, 12.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 09 saat vaxt sərf etmişdir. Ona görə də 54 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 54 (əlli dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar