Məhkəmə qərarları › İş №1(060)-238/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-238/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-238/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə Qazax rayonu, Soyuqbulaq stansiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Soyuqbulaq qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdə saat 00:18 radələrində BC kateqoriyalı, AC 658575 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «HONDA» markalı, CİVİC HİBRİD minik modelli, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə üzü Polad Həşimov küçəsi istiqamətində 25 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda hərəkət hissəsində, hərəkət hissəsinin sağ kənarından sola doğru 03 (üç) metr məsafədə piyadanın dayanmış vəziyyətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı və piyadanın yanından təhlükəsizlik yan məsafəsi saxlamaqla keçib getməsi üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində hərəkət hissəsinin sağ kənarında dayanmış vəziyyətdə olan «VAZ-2106» markalı avtomobilin sol yan tərəfində dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmaqla ehtyatsızlıqdan sonuncuya sağ diz oynağının ön çarpaz bağının qopması ilə müşayət olunmuş sağ diz oynağı nahiyyənin geniş ölçülü qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR dərəcəli bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, icarəyə avtomobil götürüb Uber və Boltda taksi sürür. “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. ** FZ *** dövlət qeydiyyat nişanlı “Honda Civic” minik markalı avtomobili etibarnamə ilə idarə edir. 28 sentyabr 2023-cü il tarixdə saat 00:18 radələrində etibarnamə ilə idarə etdiyi “Honda Civic” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Sumqayıt şəhərinə sərnişin gətirib düşmüşdür. O, Sumqayıt şəhərini yaxşı tanımadığına görə konkret olaraq hansı küçədə sərnişini düşürdüyünü bilməmişdir. Düşürəndən sonra ona təkrar dəniz kənarı tərəfdən sifariş gəldiyi üçün “Göyərçinin” yanından fırlanıb Səməd Vurğun küçəsi ilə saatda təxminən 20-25 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu zaman avtomobildə heç kim olmamış, küçə dirək işıqları ilə işıqlandırılsa da, həmin hadisə baş verən əraziyə yaxın ərazi qismən qaranlıq olmuşdur. O, hərəkətinə öz hərəkət hissəsində sağ yan hərəkət zolağında davam edirmişdir. Bu zaman birdən avtomobilinin qabaq sağ qanadı (qismən yan təkər hissəsi tərəf) yolun kənarında dayanmış avtomobilin yanında olan adama dəymiş, küçədən adam qışqırıq səsi eşidəndən sonra sükanı sol hərəkət zolağına çəkib saxlamışdır. Avtomobildən düşəndə yolun kənarında olan avtomobilin yanında bir nəfər şəxsin avtomobildən tutub dayanmış vəziyyətdə ayaq üsdə qaldığını görmüş, onun yanında həmin vaxt başqa 2-3 nəfər tanımadığı şəxslər də olmuşlar. O dərhal adamı götürüb Sumqayıt şəhərinə xəstəxanaya (travamtologiyaya) gətirmişdir. Bildirir ki, hərəkətdə olarkən yolun kənarında dayanmış avtomobili görsə də, onun yanında olan piyada Zərərçəkmiş şəxs görməmişdir. Hal-hazırda zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəyən maddi ziyanı ödəmişdir və ona qarşı heç bir şikayət və tələb yoxdur. Ona görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəyən maddi ziyanı ödəmişdir və ona qarşı heç bir şikayət və tələb yoxdur. Ona görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 sentyabr 2023-cü il tarixdə saat 00:18 radələrində Sumqayıt şəhər dənizkənarı bulvarında piyada gəzən vaxt Səməd Vurğun küçəsində yolun kənarında dayanmış bir nəfər şəxsin avtomobilinin nasaz olduğunu və maşını itələməkdə ona köməklik göstərməsini xahiş etmişdir. O da həmin şəxsə yaxınlaşıb ona məxsus yolun kənarında dayanmış qeydiyyat nömrə nişanını xatırlamadığı «VAZ 2106» markalı avtomobilin arxasından itələməklə köməklik göstərmişdir. O elə həmin yerdə asfalt yolun üstündə dayanmış vəziyyətdə olmuş, onunla itələdiyi avtomobil arasında azı 02 (iki) metr məsafə olmuş və o, təxminən 03 (üç) metrə kimi asfalt yolunda olmuşdur. Həmin vaxt bir avtomobilin üstünə gəldiyini görüb biraz yolun sağına tərəf hərəkət etsə də, həmin avtomobil qabaq buferin sağ tin hissəsi və qabaq sağ qanadı ilə onun sağ ayağının dizdən aşağı hissəsinə dəymişdir. O, bundan sonra qarşıda olan avtomobilin yük yerinə dəyib yerə yıxılmışdır. Avtomobil onu vuran kimi sükanı sola çəkib saxlamış və onu öz avtomobili ilə Sumqayıt şəhər TTYX-nə aparmışdır. Sonra bilmişdir ki, onu avtomobili ilə vuran Təqsirləndirilən şəxsdur, onun idarə etdiyi maşın isə “Honda Civic” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlıdır. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi ziyan ödəmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi ziyan ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 1663 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ diz oynağının ön çarpaz bağının qopması ilə müşayət olunmuş sağ diz oynağı nahiyyənin geniş ölçülü qançırından ibarət xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3524 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Honda Civic» markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş yerin fotoşəkillləri və sxemi çəkilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16-8/2187/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə məxsus «BC» kateqoriyalı AC658575 saylı 10 illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrumedənlər sırasında yoxdur İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materillarında olan Ağstafa rayon İHB-nin Köçvəlli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan nikah şəhadətnaməsinin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan və 01 (bir) azyaşlı uşaq vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından, həmin maddə ilə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsin və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barələrində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 85,00 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Buna görə də, Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 85,00 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASCnin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar