Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-239/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 12-ci mk, ev 35, mənzil 39-da qeydiyyatda olan, Sumqayıt şəhəri, 22-ci məhəllə yataqxana 2, otaq 14-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 29 noyabr 2020-ci il tarixdə gecə saat 00:15 radələrində Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən 2 saylı yataqxananın dəhlizindən qonşusu Zərərçəkmiş şəxs məxsus 1500 (bir min beş yüz) manat dəyərində Kuba markalı, X-Boss modelli, mühərrik həcmi 49 sm3 mopedi gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, 22-ci məhəllə yataqxana 2, otaq 14-də anası Elmira, qardaşı Elxanın ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, iş olanda fəhlə kimi fəaliyyət göstərir, lakin son bir neçə vaxtdır işsiz olduğundan və pula ehtiyacı yarandığından, heç yerdə iş tapa bilmədiyindən oğurluq etmək qərarına gəlmişdir. O yataqxananın 1-ci mərtəbəsində yaşayır. Ondan üst mərtəbədə, yəni 2-ci mərtəbədə yaşayan qonşusu Ləman bir neçə vaxt bundan qabaq oğlu İkrama moped almışdır. İkram bir qayda olaraq mopedi istifadə etdikdən sonra yaşadığları yataqxananın 1-ci mərtəbəsində dəhlizdə saxlamışdır. Həmin mopedi oğurlamaq qərarına gəlmişdir. Hətta moped üçün müştəri də tapmışdır. Belə ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsində yaşayan və avtomobil alveri ilə məşğul olan Orxan adlı tanışına demişdir ki, pula ehtiyacı olduğu üçün özünə məxsus olan mopedi satır, Orxan da mopedə baxıb bəyənsə alacağını demişdir. Həmin vaxt Orxana demişdir ki, mopedi saxlamağa yeri yoxdur, ona görə gecə gəlib mopedi götürsün, Orxan da onunla razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 00:15 radələrində hər kəs yatdıqdan sonra evdən çıxıb yataqxananın dəhlizinə keçmiş və mopedin orada olduğunu görmüşdür. Mopedi əli ilə itələyə-itələyə, səs olmasın deyə mühərrikini işə salmadan yaşadığı yataqxananın yan tərəfinə gətirmiş və Orxana zəng edib demişdir ki, gəlib mopedi götürsün. Orxan mopedi neçəyə satdığını soruşanda, o, 400 manata satdığını demişdir. Orxan bir daha mopedə baxacağını, heç bir problemi olmasa alacağını demişdir. Bir qədər sonra Orxan mopedə görə “Opel” markalı, universal modelli taksi göndərmişdir. Həmin taksi sürücüsünü tanımamışdır. Mopedi avtomobilin yük yerinə qoyub yola salmışdır. İki gün sonra Orxanla görüşmüş və razılaşdıqları kimi 400 manat pulu ondan almışdır. Orxandan aldığı 400 manat pulu şəxsi ehtiyaclarına, ərzağa, siqaretə xərcləmişdir. xx xxxxxx 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları yaşadığı evə gəlib onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmiş və o, polis əməkdaşları ilə polis bölməsinə getməyə razılıq vermişdir. Polis bölməsində polis əməkdaşları ondan yaşadığı yataqxananın dəhlizindən moped oğurlayıb-oğurlamadığını soruşanda o, törətdiyi oğurluğu etiraf etmişdir. Oğurluq törədərkən onu görən olmamış, oğurluğu tək törətmişdir. Orxana mopedin oğurluq olmasını deməmiş, mopedin özünə məxsus olmasını bildirmişdir. Orxan artıq bir neçə vaxt idi ki, moped alıb sürmək həvəsinə düşmüş və ətrafında olan bir neçə tanışına, o cümlədən ona da bu barədə demişdir. Ona görə də o, mopedi oğurlayan kimi dərhal bu barədə Orxana demiş, əgər Orxan almaqdan imtina etsə idi mopedi başqa şəxsə satacaq idi. Orxan ona mopedə səhər baxmağı təklif etsə də, o, təkid etmişdir ki, mopedi saxlamağa yeri yoxdur, almasa elə gecə vaxtı başqasına satacaq. Orxan da birdən səhər açılana qədər moped üçün müştəri tapacağını fikirləşib, qərara gəlmişdir ki, mopedi gecə vaxtı alsın. Həm də onun qardaşının da evdə nasaz vəziyyətdə mopedi olduğundan Orxan mopedin ona məxsus olduğuna, oğurluq olmamasına inamışdır. İndi etdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də, təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, 3 övladı ilə birlikdə Sumqayıt şəhəri, 22-ci məhəllə yataqxana 2, otaq 76-da yaşayır. 2020-ci ilin oktyabr ayında onunla birlikdə yaşayan xx.xx.2004-cü il təvəllüdlü oğlu Şahid1 Bakı şəhərindən”Kuba X-Boss 49 CC” markalı moped almışdır. Həmin mopedin dəyəri 3000 (üç min) manat təşkil etmişdir. Yaşadıqları otaqda mopedi saxlamağa şərait olmadığından oğlu İkram bir qayda olaraq mopedi istifadə etdikdən sonra yaşadıqları yataqxananın dəhlizində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində mopedi saxladıqları yerə nəzər saldıqda mopedin yerində olmadığını aşkar etmiş və dərhal başa düşmüşdür ki, moped naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-in “102” xidməti mərkəzinə zəng vurub məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmiş və orada o, hadisə ilə bağlı ərizə və izahat yazmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 3000 (üç min) manat ziyan dəymişdir. Amma moped qaytarılmışdır, dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. İstintaq zamanı Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs artıq bir neçə ildir ki, tanıyır, aralarında qohumluq əlaqəsi yoxdur və əvvəllər arlarında ədavət olmamışdır. Elbrus yaşadığı evə yaxın ərazidə yaşayır. Elbrusun əvvəllər narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə məhkum olduğunu bilsə də, heç vaxt oğurluq etdiyini eşitməmişdir. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 00:15 radələrində Elbrus mobil telefonuna zəng edib bildirmişdir ki, özünə məxsus olan mopedi satır, belə ki, pula ehtiyacı vardır. Elbrusdan mopedin vəziyyəti və qiyməti ilə maraqlandıqda, Elbrus, mopedin yeni olduğunu və 400 manata satdığını demişdir. O, özü moped sürə bilməsə də, artıq bir neçə vaxt idi ki, moped alıb sürmək həvəsinə düşmüş və ətrafında olan bir neçə tanışına, o cümlədən Elbrusa da bu barədə demişdir. O, Elbrusa mopedə baxacağını və bəyənsə alacağını demişdir. Həmçinin Elbrusa səhər gəlib mopedə baxacağını, indi artıq gec olduğunu, üstəlik dediyi məbləğdə pulu da olmadığını demiş, Lakin Elbrus təkid etmişdir ki, mopedi saxlamağa yeri yoxdur və pulu da sonra verməyinə razılaşmışdır. O, da Elbrusun dedikləri ilə razılaşmış, Elbrusa demişdir ki, mopedi gətirsin, Elbrus mopedi sürə bilmədiyini deyib xahiş etmişdir ki, özü gəlib götürsün. Lakin o, da moped sürə bilmədiyi üçün qərara gəlmişdir ki, mopedin arxasınca taksi göndərsin. Evdən çıxmış yol kənarında dayanmış, üzdən tanıdığı lakin, adını və soyadını bilmədiyi, qeydiyyat nişanına fikir vermədiyi bir taksi sürücüsünə yaxınlaşıb ünvanı deyib ödənişini etdikdən sonra xahiş etmişdir ki, mopedi bura gətirsin. Bir az sonra taksi sürücüsü mopedi yaşadığı ünvana gətirmiş və o, həmin mopedi yaşadığı evin həyətinə qoymuşdur. Səhər o, mopedə baxmış və xoşuna gəlmiş, əvvəllər moped sürməsə də, mopedin görünüşü çox xoşuna gəlmiş və qiymət də münasibə olduğundan onu almaq qərarına gəlmişdir. İki gün sonra o, Elbrusla görüşmüş və razılaşdıqları kimi 400 manat pulu ona ödəmişdir. xx xxxxxx 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə dəvət olunmuş və orada şifahi sorğu zamanı ondan Elbrus adlı şəxsdən moped alıb-almadığını soruşanda o, bir neçə gün bundan əvvəl Elbrusdan moped aldığını demişdir. Polislər həmin mopedin oğurluq olduğunu deyəndə o, bundan xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra həmin mopedi yoldan keçən bir taksiyə qoyub Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirib polis əməkdaşlarına təqdim etmişdir. Mopedi alandan sonra sürə bilmədiyi üçün istifadə etməmişdir. Elbrus mopedin özünə məxsus olduğunu, oğurluq olmadığını demişdir. O, özü moped sürə bilməsə də, artıq bir neçə vaxt idi ki, moped alıb sürmək həvəsinə düşmüş və ətrafında olan bir neçə tanışına, o cümlədən Elbrusa da bu barədə demişdir. Ona görə də Elbrus moped satması barədə ona demişdir. Elbrus mopedi ona gecə vaxtı almağı təklif edəndə o, Elbrusa mopedə səhər baxmağı təklif etmiş, lakin Elbrus təkid etmişdir ki, mopedi saxlamağa yeri yoxdur. Fikirləşmişdir ki, mopedin qiyməti münasibdir, birdən səhər açılana qədər moped üçün müştəri tapar, ona görə qərara gəlmişdir ki, mopedi gecə ilə evə gətirsin. Həm də Elbrus mopedin özünə məxsus olmasını demiş və heç vaxt onun oğurluq etməsini eşitməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, “Kuba” X-Boss 49 CC” markalı, mühərrik həcmi 49 sm3 moped maddi sübut qismində tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 80-82) İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/321-9/704 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən xx.xx.2020-ci il tarixdə təzə vəziyyətdə alınmış Kuba markalı, X-Boss modelli, mühərrik həcmi 49 sm3 mopedin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 1500,00 manat müəyyən olunur. (i.v.96-99) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilmişdir. (i.v.126-128) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 1 nömrəli şəhər poliklinikasının 109 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. (i.v.71) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-451/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v.83-84, 93-95) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 18.4.1-ci maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut - “Kuba” X-Boss 49 CC” markalı, mühərrik həcmi 49 sm3 mopedin saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, sahibinə qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 22-ci məhəllə yataqxana 2, otaq 14 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - “Kuba” X-Boss 49 CC” markalı, mühərrik həcmi 49 sm3 mopedin saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-239/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-239/2021
12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver