Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-239/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, yetkinlik yaşına çatmamış bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 92,75 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı mənzildə saxlamış, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən 24 oktyabr 2023-cü il tarixdə, saat 17:25-də Sumqayıt şəhəri, 6-cı mikrorayon, 31 saylı evin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİnə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan kiçik ölçülü cibliyindən narkotik vasitənin bir qismi, yəni 0,63 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman eyvanda olan taxta şkafın içərisindən həmin narkotik vasitənin digər qismi, üzərində “İydə” yazısı olan kardon paketin içərisindən ümumi çəkisi 73,60 qram narkotik vasitə qurudulmuş marixuana, paketdə olan 06 ədəd kibrit qutusunun içərisində, hər biri ayrı-ayrılıqda 3,34 qram, 3,26 qram, 3,34 qram, 2,45 qram, 3,61 qram, 2,52 qram olmaqla, ümumilikdə 18,52 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Digər narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmir. Narkotik vasitəni tanımadığı ayrı-ayrı şəxslərdən alırmış. Saxlanılmamışdan təxminən 15 gün əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İran vətəndaşından öz şəxsi istifadəsi üçün 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana almışdır. Belə ki, həmin şəxs ona özünə məxsus hesab nömrəsi göndərmiş, o da həmin hesab nömrəsinə 800 manat pul göndərdikdən sonra həmin şəxs onun üçün Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında qeyd etdiyi narkotik vasitəni gizlətmişdir. O əldə etdiyi narkotik vasitənin bir qismini istifadə etmişdir. Gündəlik evdən çölə çıxarkən bir istifadəlik narkotik vasitəni üzərində götürürmüş, qalan narkotik vasitə isə yaşadığı evin eyvanında olan şkafın içərisində gizlədirmiş. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 31 saylı yaşayış binasının yaxınlığında olarkən bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik vasitələrin satışı, qəbulu və üzərində gəzdirməsi ilə bağlı şübhəli olduğunu demişlər. Polis əməkdaşları onu idarəyə dəvət etmişlər. İdarədə ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra isə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O əynində olan qara rəngli şalvarın sağ yan kiçik ölçü cibliyində olan qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təhqiqatçının suallarına cavab olaraq həmin narkotik vasitəni təxminən 15 gün əvvəl tanımadığı İran vətəndaşından 800 manat müqabilində aldığını, almış olduğu narkotik vasitənin digər qisminin yaşadığı ünvanda olduğunu demişdir. Ona yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı məhkəmə qərarını göstərdikdən sonra həmin ünvana baxış keçirməyə gedilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə, video çəkiliş aparılmaqla mənzilə baxış keçirilmişdir. Baxış başlamazdan əvvəl ona təklif olunmuşdur ki, mənzildə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O, özü mənzilin eyvanında olan taxta şkafın içərisindən üzərində “İydə” yazısı olan kağız paketi təqdim etmişdir. Həmin paketin içərisində qəhvəyi rəngli böyük büküm, 06 ədəd kibrit qutusu və 01 ədəd elektron tərəzi olmuşdur. Həm qəhvəyi rəngli həmçinin də digər 06 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr və elektron tərəzi xüsusi qaydada qablaşdırılaraq möhürlə möhürlənmiş və protokol tərtib edilmişdir. Həmçinin bildirmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, yalnız istifadə etmişdir. Elektron tərəzini ona görə saxlamışdır ki, narkotiki öz istifadəsi üçün alarkən çəksin. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və evə baxış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, istifadə etməsi, satması və evində saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Evə daxil olma və baxış keçirmə üçün müvafiq məhkəmə qərarı əldə edilmiş, həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat-istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:20 radələrində NMB-nin üzvləri tərəfindən əməliyyat müşahidəsinə götürülmüş və o, NMB-nin üzvləri tərəfindən saat 17:25-də Sumqayıt şəhəri, 6-cı mikrorayon, 31 saylı bianın arxa hissəsində saxlanılmışdır. NMB-nin üzvləri Təqsirləndirilən şəxs özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, istifadə etmə və satmaqda şübhəli olduğunu bildirmişlər və onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə idarəyə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, hüquq və vəzifələri barədə bildiriş verilmiş və üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına etirazının olmadığını demişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarın cibindən 01 ədəd qurudulmuş ot kütləsini təqdim etmişdir. Təqdim etdiyi qurudulmuş ot kütləsinin narkotik vasitə marixuana olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş ot kütləsi elektron tərəzidə çəkilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ədlə etdiyi narkotik vasitənin bir hissəsinin yaşadığı evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirdikləri zaman 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda və qəhvəyi rəngli kağız bağlamanın içərisində qurudulmuş ot kütləsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitəni bank kartı hesabına ödəniş etmək vasitəsilə İran İslam Respublikası vətəndaşının ona bildirdiyi yerdən yəni Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının yaxınlığından öz şəxsi istifadəsi üçün 800 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlələr xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası möhürlənmiş və imzlanmışdır. Şəxsi axtarış və evə baxışla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat vəkili Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir Cinayət işinin 28-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 92-93-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 53-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16- 16/2-7/1488 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd ağ rəngli zərfdə təmiz çəkisi 0,63 qram, bir ədəd qəhvəy rəngli kağız bükülüdə təmiz çəkisi 73,60 qram, 06 (altı) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,34 qram, 3,26 qram, 3,34 qram, 2,45 qram, 3,61 qram, 2,52 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi-92,75 qramdır. Qeyd:Marixuananın ümumi çəkisi-92,75 qram, tədqiqata sərf edildi -0,4 qram (hər obyektdən 0,05 qram), qalıq-92,35 qram. Cinayət işinin 66-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/5726 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki bir ədəd elektron tərəzinin səthində sintetik narkotik vasitə, psixotrop maddələrə məxsus izləri aşkar edilmədi. Cinayət işinin 52 və 65-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 (yetmiş iki) manat və 81 (səksən bir) manat, ümumilikdə 153 (yüz əlli üç) manat müəyyən edilmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına daxil olma və baxış keçirilməsinə icazə verilmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında, 39-40-ci vərəqələrində olan eyni tarixli baxış keçirilməsi və götürülməsi haqqında protokollara və həmin zaman qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:45-dən saat 20:05-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin inzibati binasında videoçəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri haqqında bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs həmin vaxt qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd marixuanaya bənzər qurudulmuş ot kütləsini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 0,64 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunamamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni 15 gün öncə bank kart hesabına ödəniş etməklə, tanımadığı İran İslam Respublikasının vətəndaşının bildirdiyi ünvandan, yəni Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının yaxınlığında olan yerdən öz şəxsi istifadəsi üçün 800 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi narkotik vasitənin bir hissəsinində evdə saxladığını qeyd etmişdir. Aşkar edilmiş maddə xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki və psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:15-dən saat 20:30-dək olan müddət ərzində videoçəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman o, evində saxladığı narkotik vasitənin, üzərində “İydə” markası yazılmış kardon paketin içərisində olduğunu bildirərək təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən kardon paketin içərisinə baxış keçirilən zaman 6 ədəd kibrit qutusunun və qəhvəyi rəngli kağız bağlamasının içərisində marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Orada həmçinin bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmçinin çoxsaylı digər kibrit qutularının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində marixuanaya bənzər bitki kütlələri olan kibrit qutuları elektron tərəzidə çəkilərkən hər birinin ayrı-ayrılıqda çəkilərinin 6,44 qram, 6,66 qram, 5,55 qram, 6,37 qram 6,44 qram, 5,47 qram olmaqla ümumi çəkisinin 36,96 qram olması və qəhvəyi rəngli kağız bağlamanın içərisində olan qurudulmuş ot kütləsinin 80,64 qram olması müəyyən olunmuş və aşkar edilmiş həmin bitki kütlələri və elektron tərəzi qablaşdırlaraq götürülmüşdür. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 104 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 102-103-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 92,35 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd elketron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işninə əlavə edilmişdir. Cinayət işinin 100-101-ci vərəqəlıərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AZE 11164842 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Nigar Atakişiyavanın atası Təqsirləndirilən şəxsdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və evə baxış zamanı qeydə alınmış videogörüntülər, maddi sübutlar və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (narkotik vasitələri satşı məqsədi ilə deyil, şəxsi istifadəsi məqsədi ilə əldə etməsi, aşkar edilmiş elektron tərəzini narkotiki alan zaman çəkib alması məqsədi ilə saxlaması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etməsini, İran vətəndaşının hesabına pul göndərməsini və həmin şəxsin narkotik vasitəni Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında gizlətdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs narkotiki bu şəkildə əldə etməsi halında isə, yəni onu hər hansı şəxsdən birbaşa almadığı, gizlədilmiş hər hansı yerdən götürdüyü üçün onu çəkərək qəbul etməsi barədə ifadələri məntiqə uyğun gəlmir və öz ifadələri bir-birini təkzib edir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması barədə daha öncədən əməliyyat məlumatı olmuş, bununla əlaqədar onun yaşadığı mənzilə daxil olma və baxış keçirilməsi barədə qərar da qəbul edilmişdir. Əməliyyat tədbirləri zamanı həm Təqsirləndirilən şəxs üzərindən, həm də yaşadığı mənzildən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Mənzildən aşkar edilmiş narkotik vasitələr isə 06 ədəd ayrı-ayrı kibrit qutularında və bir ədəd karton qutuda aşkar edilmişdir. Həmin narkotik vasitələrlə birlikdə elektron tərəzi və çoxsaylı digər kibrit qutuları da aşkar edilmişdir. Bütün bunlar isə Təqsirləndirilən şəxs narkotik vasitələri satşı məqsədi ilə əldə etməsi, daşıması və saxlaması qənaətinə gəlinməsi üçün kifayət edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadə məqsədi ilə əldə etməsi barədə ifadələri özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini və yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2023cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 104 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 92,35 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elketron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 92,35 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-239/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-239/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver