Məhkəmə qərarları › İş №1(060)-239/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-239/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-239/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4 nümayəndəsi və vəkili Müdafiəçi2, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, 01,09.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə vahid niyyətlə tanışı X3 həqiqi hərbi xidmətdən saxlanma müddətinin uzadılmasına köməklik edəcəyinə dair yalan vədlər verib inandıraraq həmin işin görülməsi müqabilində vahid niyyətlə M.Heydərovdan 15 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsi adlanan ərazidə həmin dövrün məzənnəsi ilə 3060 (üç min altmış) manat olan 1800 ABŞ dolları pul vəsaitini, 15 may 2024-cü il tarixdə isə Mirbaba Heydərlinin onun təkidi ilə sonuncuya göndərmiş olduğu 4098-5844-6776-7321 saylı hesab nömrəsinə yüklədiyi 940 (doqquz yüz qırx) manat məbləğində pul vəsaitini ələ keçirib ümumilikdə zərərçəkmiş Mirbaba Heydərliyə 4000 (dörd min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə vahid niyyətlə tanışı Zərərçəkmiş şəxs2 sonuncunun X9u 03 il müddətinə həqiqi hərbi xidmətindən saxlatdıracağına dair yalan vədlər verib inandıraraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 20 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində 2000 (iki min) manat məbləğində, 25 may 2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs2 onun təkidi ilə sonuncuya göndərmiş olduğu hesab nömrəsinə yüklədiyi 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 3500 (üç min beş yüz) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs3 sonuncunun oğlu Emin Camalovun həqiqi hərbi xidmətini Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən hərbi hissəsində çəkməsinə köməklik edəcəyinə dair yalan vədlər verib inandıraraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs3 25 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində 2500 manat məbləğində, 30 iyun 2024-cü il tarixdə isə Emin Camalovun onun təkidi ilə sonuncuya göndərmiş olduğu 5239-1517-6300-3475 saylı hesab nömrəsinə yüklədiyi 1700 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 4200 (dörd min iki yüz) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə vahid niyyətlə tanışı Zərərçəkmiş şəxs4 sonuncunun oğlu İnqilab Baxışovun həqiqi hərbi xidmətini Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə aid hərbi hissəsində çəkməsinə köməklik edəcəyinə dair yalan vədlər verib inandıraraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs4 18 mart 2024-cü il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Çaykovski” adlı restoranda 4500 (dörd min beş yüz) manat məbləğində, xx.xx.2024-cü il tarixdə isə həmin restoranın qarşısında 3000 (üç min ) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Uzun müddətdir işsizdir. Maddi sıxıntılar yaşadığından məcbur qalıb ayrı-ayrı şəxsləri aldadıb pullarını ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 tanışı Ramil adlı şəxsin vasitəsi ilə tanımışdır. Ramil onun əvvəllər uzun müddət Dövlət Sərhəd Xidmətində çalışdığını bilirdi. Onunla həmsöhbət olarkən Ramil adlı şəxsin oğlunun həqiqi hərbi xidmətə yollanacağını, atasının oğlunun hərbi xidmətini DSX-nin Cəlilabad rayonunda yerləşən hərbi hissəsində çəkməsini istədiyini bildirmiş və ondan bu işdə Vidadiyə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O isə Vidadiyə yüksək vəzifədə işləyən tanışlarının olduğunu, həmin şəxslərin köməkliyi ilə Vidadinin məsələsini həll edə biləcəyini demişdir. Bundan sonra Ramil onları Bakı şəhəri Qaradağ rayonu ərazisində görüşdürmüşdür. Orada Vidadi ilə görüşmüş və görəcəyi işin müqabilində 4.200 manat pul ödəməli olacağını bildirmişdir. Vidadi onunla razılaşmış və 2024-cü ilin yanvar ayının 25-də Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində onunla görüşmüşdür. Həmin vaxt Vidadi ona 2.500 manat pul verib, qalan pulu da qısa müddətdə ona çatdıracağını bildirmişdir. Bundan sonra o Ramilə zəng edib qalan 1.700 manat pulu çatdırmalı olduğunu demişdir. xx.xx.2024-cü il tarixdə Vidadi onun təqdim etdiyi 539-1517-6300-3475 saylı hesab kartına 1.700 manat pul göndərmişdir. O əldə etdiyi 4.200 manat pulu öz şəxsi ehtiyaclarına ödəmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs4 tanışı Ceyhun adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, Ceyhun da onun əvvəllər uzun müddət Dövlət Sərhəd Xidmətində çalışdığını bilirmişdir. Onunla görüşlərinin birində ona tanışı Zərərçəkmiş şəxs4 oğlu İnqilab Baxışovun həqiqi hərbi xidmət müddətinin çatdığını və oğlunun hərbi xidmətini Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə aid hərbi hissəsində çəkməsini istədiyini bildirmiş və ondan bu işdə ona köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O Ceyhunu aldadıb öz əlaqələri vasitəsilə bu işi görə biləcəyini demişdir. Ceyhun onu Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Çaykovski” adlanan restoranda Zərərçəkmiş şəxs4la görüşmüşdür. Orada o sonuncuya görəcəyi işin müqabilində 7.500 manat pul alacağını demişdir. Zərərçəkmiş şəxs4 onunla razılaşmışdır. Bundan sonra o 2024-cü ilin mart ayının 18-də Zərərçəkmiş şəxs4la yenidən həmin restoranda görüşmüşdür. Bu zaman artıq Ceyhun onların yanlarında olmamışdır. Orada Taleh ona 4.500 manat pul vermişdir. Qalan 3000 manat pulu isə Taleh ona xx.xx.2024-cü il tarixdə həmin restoranın qarşısında vermiş və onu əmin etmiş ki, oğlu Penitensiar Xidmətə aid hərbi hissədə xidmət edəcək. Lakin, ondan aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 ona zəng edərək oğlunun başqa hərbi hissəyə göndərildiyini bildirmiş və ondan vermiş olduğu pulu geri tələb etmişdir. O isə hər dəfəsində bir bəhanə ilə ona pulu ödəməkdən yayınmışdır. Bundan başqa bildirmək istəyir ki, Zərərçəkmiş şəxs2 da Ramil vasitəsi ilə tanımışdır. Belə ki, Rəsul Şahid2 doğma əmisidir. Ramil ona əmisinin oğlunu 03 il müddətinə həqiqi hərbi xidmətdən saxlatdırmaq istədiyini bildirmiş və o bu işdə onlara köməklik edəcəyinə dair vəd vermişdir. 2024-cü ilin aprel ayının 20-də Zərərçəkmiş şəxs2la görüşüb ondan işin görülməsi müqabilində 2.000 manat pul almışdır. Qalan 1.500 manat pulu sonuncu xx.xx.2024-cü il tarixdə ona təqdim etdiyi yuxarıda qeyd olunmuş hesab nömrəsinə göndərmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs2 oğlunun həqiqi hərbi xidmətdən saxlamaq adı ilə 3.500 manat pul almış, həmin pulun müqabilində heç bir iş görməyərək öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmək istəyir ki, X4 Ramilin vasitəsi ilə tanımışdır. İlk dəfə Mirbaba Heydərli ilə 2024-cü ilin aprel ayında Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə görüşmüşdür. Görüş zamanı Mirbaba Heydərli ona ailə vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yollanmaq istəmədiyini bildirərək bu işdə ona köməklik etməyini xahiş etmişdir. O, onu aldadıb qısa müddət ərzində 4.000 manat pul verəcəyi təqdirdə ona köməklik edə biləcəyini demiş, əks halda müəyyən müddət sonra qiymətlərin artacağını bildirmişdir. Mirbaba Heydərli onunla razılaşaraq aprel ayının 15-də Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə onunla görüşmüş və orada ona 1800 ABŞ dolları pul vermişdir. O, Mirbaba Heydərlini aldadaraq sənədlərini artıq göndərdiyini, qalan pulu verdikdən sonra isə məsələnin tam həll olunacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Mirbaba Heydərli ona məxsus 4098-5844- 6776-7321 saylı hesab nömrəsinə 940 manat pul göndərmişdir. X6 həqiqi hərbi xidmətdən yayınmaq üçün ona 4.000 manat pul vermişdir. O həmin pulun müqabilində heç bir iş görməmiş və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Mülki iddiaları qismən qəbul edir. Əlavə olaraq ifadəsində bildirdi ki, məhkəmə iclasları zamanı bildirilənlər doğrudur. Əməlindən peşmandır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş qismində tanınaraq dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə o müraciət etmişdir. Müraciətinə səbəb Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 4000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi olmuşdur. Əvvəllər məhkum olunmamışdır. Ali təhsillidir. 2024-cü ilin iyun ayında həqiqi hərbi xidmətə çağrılmalı idi. Lakin, ailə vəziyyəti ilə əlaqədar hərbi xidmətdən möhlət hüququ almaq istəmiş, bu işdə ona köməklik edə biləcək şəxslər axtarmışdır. Həmin ərəfə tanışı Ramil adlı şəxslə görüşüb həmsöhbət olduqları zaman ona hərbi xidmətə çağrıldığını, lakin ailə vəziyyəti ilə əlaqədar hərbi xidmətdən möhlət almaq istədiyini demiş və bu işdə ona köməklik edə biləcək tanışının olub-olmadığını soruşmuşdur. Ramil isə Kamran adlı tanışının olduğunu, həmin şəxsin əvvəllər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində çalışdığını, həmin şəxsin həm möhlət hüququnun əldə edilməsi, həmçinin əvvəlcədən qulluq ediləcək hərbi hisəsinin seçilməsində köməklik edə biləcəyini demişdir. Onun xahişi ilə Ramil onu 2024cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri, 20 Yanvar Dairəsi adlanan ərazidə görüşdürmüşdür. X8 dediklərini təsdiq edərək 4000 manat pul verəcəyi təqdirdə ona möhlət hüququnun alınmasında köməklik edə biləcəyini, aprel ayında ödəniş edə bilməyəcəyi təqdirdə növbəti aylarda qiymətlərin daha yüksək olacağını demişdir. Kamran hər şeyi tam ətraflı danışdığından onda özünə qarşı inam yaratmış və xx.xx.2024-cü il tarixdə onunla yenidən Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə görüşərək 1800 ABŞ dolları pulu ona vermişdir. Kamran ondan qalıq qalan 940 manat pulu hansı tarixdə ödəyə biləcəyini soruşduqda, o, Kamrandan ona qısa müddətlik vaxt verməsini xahiş etmişdir. Həmin ilin may ayının əvvəllərində Kamran ona zəng edərək işlərin qaydasında getdiyini, lakin yekunlaşması üçün qalıq qalan məbləği ödəməli olduğunu bildirdiyindən o xx.xx.2024-cü il tarixdə Kamranın ona təqdim etdiyi 4098-5844-6776-7321 saylı hesab nömrəsinə 940 manat pul göndərmişdir. Bununla o Kamrana ona köməklik etməsi üçün ümumilikdə 4000 manat pul vermişdir. Kamran ona iyun ayında qeydiyyatda olduğu hərbi komissarlıqdan zəng olunacağını bildirmişdir. Bundan sonra o bir neçə dəfə Kamranla danışıb işlərin nə yerdə olduğunu soruşduqda, Kamran əvvəllər müxtəlif bəhanələr gətirərək işi görən şəxsin ölkə hüdudlarını tərk etdiyini, qayıtdıqdan sonra işi həll edəcəyini bildirsə də, sonradan ümumiyyətlə zənglərinə cavab verməməyə başlamışdır. O artıq Kamranın dələduz olmasından şübhələndiyindən onun barəsində maraqlanmağa başlamışdır. Nəticədə o Kamranın onunla bərabər bir neçə şəxsdən də pul alaraq həmin şəxsləri aldadıb pullarını ələ keçirdiyini öyrənmiş və məcbur qalıb onun barəsində polisə şikayət etmişdir. Eyni zamanda bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə onu hərbi komissarlıqdan çağırsalar da, o Bakı şəhərində olmadığından həmin gün komissarlığa yaxınlaşa bilməmişdir. Bundan sonra isə o magistr təhsili almaq üçün Azərbaycan Universitetinə, biznesin təşkili və idarə edilməsi fakültəsi, maliyyə sahəsi ixtisasına qəbul olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyandan heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə o müraciət etmişdir. Müraciətinə səbəb Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 3500 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi olmuşdur. Belə ki, o Təqsirləndirilən şəxs qardaşı oğlu Ramil vasitəsilə tanımışdır. X9 2024-cü ilin iyun ayında müddətli həqiqi hərbi xidmətə yollanmalı imiş və onun niyyəti onun üçün möhlət hüququ almaq olmuşdur. Bu barədə qardaşı oğlu Ramilin də məlumatı olmuşdur. Ramil ona Təqsirləndirilən şəxs haqqında danışaraq həmin şəxsin uzun müddət Dövlət Sərhəd Xidmətdə çalışdığını, hazırda yüksək vəzifədə çalışan tanışlarının olduğunu və həmin şəxslərin köməkliyi ilə oğlunun işini həll edə biləcəyini demişdir. Onun xahişi ilə Ramil onu Təqsirləndirilən şəxsla görüşdürmüşdür. Təqsirləndirilən şəxs Ramilin dediklərini təsdiq edərək 3500 manat pulun qarşılığında oğlunun işini həll edəcəyini demişdir. Kamranın göstərişi əsasında 2024-cü ilin xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində 2000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Kamran qalan pulu ondan tələb etdiyindən o 1500 manat pulu Kamrana çatdırması üçün Ramilə vermişdir. Ramil həmin pulu xx.xx.2024-cü il tarixdə Kamranın ona təqdim etdiyi hesab nömrəsinə göndərmişdir. Bundan sonra Kamran müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Sonradan Ramil ona Kamranın dələduz olduğunu, ondan savayı bir neçə şəxsi aldatdığını demişdir. Artıq Kamranın ona pul qaytarmaq fikrinin olmadığını gördüyü üçün onun barəsidə polisə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyandan heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ərizə ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə o müraciət etmişdir. Müraciətinə səbəb Təqsirləndirilən şəxs Vidadi oğlu tərəfindən aldadılaraq 4200 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi olmuşdur. Təqsirləndirilən şəxs tanışı Ramil vasitəsilə tanımışdır. 2024-cü ildə oğlu Emin Camalovun həqiqi hərbi xidmətə yollanmalı imiş. O bu barədə Ramillə söhbət edərkən sonuncu Təqsirləndirilən şəxs adlı tanışın olduğunu, həmin şəxsin uzun müddət Dövlət Sərhəd Xidmətində çalışdığını, həmin şəxsin köməkliyi ilə oğlunu istədiyi hərbi hissəyə saldıra biləcəyini demişdir. Ramilin vasitəsi ilə 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxsla Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində görüşmüşdür. O Kamrana oğlu barəsində məlumat verdikdən sonra Kamran, ona 4200 manat pulun müqabilində oğlunun Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonu ərazisində yerləşən hərbi hissəsində hərbi xidmət keçməsinə köməklik edə biləcəyini demişdir. O Təqsirləndirilən şəxsla razılaşmışdır. Həmin ayın 25-də həmin ünvanda Təqsirləndirilən şəxsla görüşüb 2500 manat pulu ona vermişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs ona işlərin başlanacağını, yekunlaşana yaxın isə özünün ona bu barədə məlumart verəcəyini və qalıq qalan 1700 manat pulu ondan götürəcəyini bildirmişdir. Bu müddət ərzində o Təqsirləndirilən şəxsla bir neçə dəfə danışsa da, Kamran onu inandıraraq işlərin tam qaydasında getdiyini bildirirmişdir. 2024-cü ilin iyun ayının sonlarında isə zəng edərək işlərin yekunlaşdığını və bu səbəbdən 1700 manat pulu ona verməli olduğunu demişdir. O xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona təqdim etdiyi 5239-1517-6300-3475 saylı hesab nömrəsinə 1700 manat pul göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs onu aldadaraq 4200 manat pulunu ələ keçirmişdir. Bundan sonra bir neçə dəfə Kamranla danışaraq oğlunun işinin nə yerdə olduğunu soruşmuşdur. İlk əvvəl Kamran ona müxtəlif bəhanələr gətirərək mövzudan yayınmağa çalışsa da, sonradan isə ümumiyyətlə zənglərinə cavab verməməyə başlamışdır. Həmçinin o Ramildən Kamranın ondan savayı bir neçə adamı aldatdığını eşitmiş və məcbur qalıb polisə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyandan heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs4 nümayəndəsi və vəkili Müdafiəçi2 bildirmişdir ki, hazırda təqsirləndirilən şəxsdən şikayətçidirlər. Təqsirləndirilən şəxs tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsə dəymiş ziyandan heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Sumqayıt ŞPİ-nin 3-cü PB-yə yazdıqları ərizə ilə tanış olmuşdur. Bununla bağlı bildirmək istəyir ki, həmin şəxsləri Təqsirləndirilən şəxs aldadaraq pullarını ələ keçirmişdir. Belə ki, o Təqsirləndirilən şəxsla 2024-cü ilin yanvar ayında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində təsadüf nəticəsində tanış olmuşdur. Təqsirləndirilən şəxsla həmsöhbət olduqları zaman sonuncu ona uzun müddət Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə çalışdığını, hazırda təqaüddə olduğunu, eyni zamanda həqiqi hərbi xidmətə yollanan gənclərə hərbi hissənin seçilməsində, həmçinin möhlət hüququnun alınmasında köməklik edə bildiyini demişdir. Həmin ərəfə o Kamranı tanışı Zərərçəkmiş şəxs4la tanış etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 yalan vəd verirək oğlunun hərbi xidmətini Penitensiar Xidmətə aid hərbi hissədə keçirməsinə köməklik edəcəyini bildirərək ilk əvvəl 4500 manat, daha sonra isə 3000 manat pulunu almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Sumqayıt ŞPİ-nin 3-cü PB-nə yazdıqları ərizə ilə tanış olmuşdur. Bununla bağlı bildirmək istəyir ki, həmin şəxsləri Təqsirləndirilən şəxs aldadaraq pullarını ələ keçirmişdir. Belə ki, o Təqsirləndirilən şəxsla 2024-cü ilin yanvar ayında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində təsadüf nəticəsində tanış olmuşdur. Belə ki, o həmin ticarət mərkəzində tütün məmulatlarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxsla həmsöhbət olduqları zaman sonuncu ona uzun müddət Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə çalışdığını, hazırda təqaüddə olduğunu, eyni zamanda həqiqi hərbi xidmətə yollanan gənclərə hərbi hissənin seçilməsində, həmçinin möhlət hüququnun alınmasında köməklik edə bildiyini demişdir. Həmin ərəfə əmisi oğlu Emin Camalovun hərbi xidmətə yollanacağını bilirmiş və Kamrandan Eminə xidmətinin Dövlət Sərhəd Xidmətinə aid hərbi hissədə keçirməsinə köməklik edə bilib bilməyəciyini soruşmuşdur. Kamran isə heç bir problemin olmadığını, əmisi oğlu ilə aralarında razılıq olacağı təqdirdə ona köməklik edə biləcəyini demişdir. O Kamranı əmisi Zərərçəkmiş şəxs3la görüşdürmüşdür. Kamran əmisindən oğlunun işinə köməklik edəcəyi təqdirdə 4200 manat pul ödəməli olacağını demiş və əmisi onunla razılaşmışdır. İlk əvvəl əmisi ona 2500 manat pul, daha sonra isə Kamranın təqdim etdiyi karta onun vasitəsi ilə 1700 manat pul göndərmişdir. Kamran əmisini aldadaraq 4200 manat pul vəsaitini ələ keçirsə də, vədinə əməl etməmişdir. Bundan başqa bildirmək istəyir ki, o Təqsirləndirilən şəxs digər əmisi Zərərçəkmiş şəxs2la tanış etmişdir. Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs2 aldadaraq oğlunun həqiqi hərbi xidmətdən saxlatdırması üçün 3500 manat pulunu, tanışı Mirbaba Heydərlidən isə eyni adla 4000 manat pul almışdır. O, Kamranın onun qohumlarını və tanışını aldatmaq niyyətində olmasını əvvəldən bilməmişdir. Qeyd etdiyi şəxsləri Təqsirləndirilən şəxsla görüşdürməkdə başqa məqsədi olmamış, niyyəti sırf işlərinin həll olunması olmuşdur. Cinayət işinin 36-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-75-ci vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 4(060)-347/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixindən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2025-ci il tarixdən hesablanmaqla 15 (on beş) gün müddətinə uzadılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli sorğudan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il 11 ay 09 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 178.3.2-ci maddəsi həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 05 ilə endirilib, həbsdə olduğu 21 gün çıxmaqla 04 il 11 ay 09 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cərimə tam olaraq ödənilmişdir. Cinayət işinin materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(007)-2088/2018 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə və 2.200 manat cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs törətmiş olduğu və CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası 05 ilə azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2.300 manat cərimə cəzasının ödənilməmiş 2.200 manat hissəsi hazırkı hökmlə təyin olunmuş cəza ilə tamamilə toplanmaqla Təqsirləndirilən şəxs üzərində 05 il müddətinə azadlıqdan məhrum etmə və 2.200 cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 21 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 11 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə və 2.200 cərimə cəzası saxlanılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə zərərçəkmiş şəxslərə 20.000 manat, 40.000 manat və 11.000 manat məbləğində ziyan vurmasına dair epizodlarda “külli miqdarda” ifadələri “xeyli miqdarda” ifadələri ilə əvəz edilmiş. Hökmlər və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhəri Probasiya Şöbəsindən əldə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə cəzasını xx.xx.2024-cü il tarixdə tam ödədiyi üçün barəsində olan şəxsi iş qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 mülki iddiasından görünür ki, O, təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 7500 (yeddi min beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 110 (yüz on) manat və mənəvi zərərə görə 1500 manat məbləğində pul vəsaitini təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 Saday oğlunun mülki iddiasından görünür ki, vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 4200 (dörd min iki yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 72 (yetmiş iki) manat və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitini təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiasından görünür ki, vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 3500 (üç min beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 65 (altmış beş) manat və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitini təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddiaçı X2 mülki iddiasından görünür ki, vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 4000 (dörd min) manat, ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitini təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, 03 övladı var ( xx.xx.2007-ci il təvəllüdlü Nazim Soltanov, xx.xx.2005-ci il təvəllüdlü Rəqiyyə Soltanova və xx.xx.2009-cu il təvəllüdlü Nərgiz Soltanova). İş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilmiş, diskə əlavə edilmiş qovluqda təqsirləndirilən şəxsin baş verənlərlə bağlı zərərçəkmiş şəxslər, onların ailə üzvləri və şahidlər arasında danışıqları və şəkillər mövcuddur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla və təkrarən törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(007)-2088/2018 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə və 2.200 manat cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs törətmiş olduğu və CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası 05 ilə azaldılmış, Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2.300 manat cərimə cəzasının ödənilməmiş 2.200 manat hissəsi hazırkı hökmlə təyin olunmuş cəza ilə tamamilə toplanmaqla Təqsirləndirilən şəxs üzərində 05 il müddətinə azadlıqdan məhrum etmə və 2.200 cərimə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 21 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 11 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə və 2.200 cərimə cəzası saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə cərimə cəzasını çəkib qurtarmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 18 mart 2024-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixdən, yəni 04 noyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 Saday oğlunun, Zərərçəkmiş şəxs2 və X2 mülki iddiaları qismən təmin edilməli, vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 7500 (yeddi min beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 110 (yüz on) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməli, həmçinin ödənilməmiş qalan 4200 (dörd min iki yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Saday oğluna ödənilməli, ödənilməmiş qalan 3500 (üç min beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 65 (altmış beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməli, ödənilməmiş qalan 4000 (dörd min) manat, ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Saday oğluna ödənilməlidir. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 mənəvi zərərə görə 1500 manat, mülki iddiaçılar Zərərçəkmiş şəxs3 Saday oğlunun, Zərərçəkmiş şəxs2 və X2 mənəvi zərərə görə 1000 manat məbləğində mülki iddiaları baxılmamış saxlanılmalı və qeyd edilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə iddia ilə müraciət etmək hüququ mülki iddiaçılara izah edilməlidir. Belə ki, mülki iddiaçılar onlara mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddi sübutla bağlı məhkəmə hesab edir ki, cinayət iş materiallarına əlavə edilmiş bir ədəd disk işinin iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 7500 (yeddi min beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 110 (yüz on) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 mənəvi zərərə görə 1500 manat məbləğində mülki iddiası baxılmamış saxlanılsın, qeyd edilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə iddia ilə müraciət etmək hüququ mülki iddiaçıya izah edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 Saday oğlunun mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 4200 (dörd min iki yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Saday oğluna ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 Saday oğlunun mənəvi zərərə görə 1000 manat məbləğində mülki iddiası baxılmamış saxlanılsın, qeyd edilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə iddia ilə müraciət etmək hüququ mülki iddiaçıya izah edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 3500 (üç min beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 65 (altmış beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mənəvi zərərə görə 1000 manat məbləğində mülki iddiası baxılmamış saxlanılsın, qeyd edilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə iddia ilə müraciət etmək hüququ mülki iddiaçıya izah edilsin. Mülki iddiaçı X2 mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 4000 (dörd min) manat, ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X3 ödənilsin. Mülki iddiaçı X2 mənəvi zərərə görə 1000 manat məbləğində mülki iddiası baxılmamış saxlanılsın, qeyd edilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə iddia ilə müraciət etmək hüququ mülki iddiaçıya izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar