Məhkəmə qərarları › İş №1(060)-24/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-24/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-24/2023 08.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2an, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə, saat 18:50-də, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən, "xxxx" MTK-nın yaxınlığıda saxlanılaraq Pİ-nə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 13,750 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:50 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən, "xxxx" MTK-nın yaxınlığında olduğu zaman 3 (üç) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nə dəvət etmişlər. Polis İdarəsinə getdikdən sonra, xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş, eləcə də, hüquqlarının müdafiəsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Sonra vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibində saxladığı, 1 (bir) büküm şəffaf sellofana bükülmüş, narkotik vasitə olan qurudulmuş marixuana kütləsini təqdim etmişdir. Həmin narkotik vasitə bükümünü təxminən 2-3 gün əvvəl Xırdalan şəhərində, tanımadığı şəxsdən 120 (yüz iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra həmin marixuana tərəziyə qoyulub çəkilib, zərfə qoyularaq qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı psixi və ya fiziki zor tətbiq edilməmişdir. Əməlindən peşmandır. Xəstə atası və himayəsində azyaşlı övladı vardır. İİ dərəcə əlilliyi olan şəxsdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİnin CAŞ-nin kiçik inspektor vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin CAŞ-nə əməliyyat məlumatı daxil olmuş, dərhal sonra əməliyyat qrupu yaradılmış qrupun digər üzvləri ilə birlikdə, xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 10-cu mirorayon ərazisində pusqu qurmuş, saat 18:50-də Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, Sumqayıt şəhəri, 10-cu mikrorayon, "xxxx" MTK-nın yaxınlığında Təqsirləndirilən şəxs saxlamışdır. O və digər polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getirmişdir. Xidməti otaqlardan birində təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkil təqdim etdikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 büküm, şəffaf polietilen sellofana bükülmüş kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümün nə olduğunu, haradan, nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs cibindən çıxardıb təqdim etdiyi həmin 1 büküm, polietilen sellofana bükülmüş kütlənin “nəşə” olduğunu, öz istifadəsi üçün Xırdalan şəhərində tanımadığı şəxsdən 120 (yüz iyirmi) manata aldığını bildirmişdir. Bükümün içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi olması aydın görünmüşdür. Təhqiqatçı yaşıl rəngli qurudulmuş ot kütləsini büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyaraq çəkisini ölçmüş və elektron tərəzinin ekranında çəkilən kütlənin çəkisinin 9,4 dwt olması görünmüşdür. Bundan sonra həmin 1 bükümdə olan ot kütləsi zərfə qoyularaq xüsusi qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumat onda olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİnin CAŞ-nin kiçik inspektor vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin CAŞ-nə əməliyyat məlumatı daxil olmuş, sonra əməliyyat qrupu təşkil olunmuş və xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mirorayon ərazisində küçə ilə hərəkət edərkən, "xxxx" MTK-nın yaxınlığında saxlanılmışdır. O və digər polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirmişlər. Xidməti otaqlardan birində təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkil təqdim etməklə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 büküm, şəffaf polietilen sellofana bükülmüş kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümün nə olduğunu, haradan, nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs cibindən çıxardıb təqdim etdiyi həmin 1 büküm, polietilen sellofana bükülmüş kütlənin “nəşə” olduğunu, öz istifadəsi üçün Xırdalan şəhərində tanımadığı şəxsdən 120 (yüz iyirmi) manata aldığını bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsin üzərindən aşkar edilmiş həmin 1 büküm şəffaf polietilen sellofana bükülmüş, yaşıl rəngli qurudulmuş ot kütləsini büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyaraq çəkisini ölçmüş və elektron tərəzinin ekranında çəkilən kütlənin çəkisinin 9,4 dwt olması görünmüşdür. Daha sonra həmin büküm xüsusi qaydada qablaşdırılmış, təhqiqatçı və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü, ünvan 1-da qeydiyytda olan, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 60-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin CAŞ-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə idarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o, da, əlavə edilmişdir. O, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə, xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 10-cu mirorayon ərazisində pusqu qurmuş, saat 18:50-də Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, Sumqayıt şəhəri, 10-cu mikrorayon, "xxxx" MTK-nın yaxınlığında Təqsirləndirilən şəxs saxlamışdır. O və digər polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, saxlanılan şəxsdən də, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, daha sonra saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olacağını bildirib, etirazının olub-olmamasını soruşduq. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getmişdir. Sumqayıt şəhər Pİnin xidməti otaqlardan birində təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək, Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanılmasını, eləcə də, hüquq və vəzifələrini bir daha izah edib, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkillərinin adlarının siyahısını saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Öncə təhqiqatçı Zaur Cəfərov özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu, Abşeron rayonu Saray qəsəbəsində yaşadığını bildirmişdir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şüphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirildiyini izah edib, hüquq və vəzifələri barədə yazılı bildirişi təqdim edərək tanış olmasını xahiş etmişdir. Sonra təhqiqatçı, otaqda olan mülki geyimli polis əməkdaşlarından, yəni Təqsirləndirilən şəxs saxlayaraq Polis İdarəsinə aparan polis əməkdaşlarından da, özlərini təqdim etmələrini xahiş etmiş, o, və digər xidmət yoldaşları növbə ilə özlərini təqdim etmişlər. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edəcək vəkil X6 təqdim etmiş və saxlanılan şəxs, Təqsirləndirilən şəxs hər hansı vəsatət və ya şikayəti olub olmamasını soruşduqda Təqsirləndirilən şəxs heç bir vəsatəti və ya şikayəti olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində daşınması qanunla qadağan edilmiş hər hansı bir vasitə, predmət və ya əşya vardırsa təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 büküm, şəffaf polietilen sellofana bükülmüş kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümün nə olduğunu, haradan, nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs cibindən çıxardıb təqdim etdiyi həmin 1 büküm, polietilen sellofana bükülmüş kütlənin “nəşə” olduğunu, öz istifadəsi üçün, Xırdalan şəhərində tanımadığı şəxsdən 120(yüz iyirmi) manata aldığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirsə də, sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi, 1 büküm, şəffaf polietilen sellofana bükülmüş kütləyə baxış keçirərək, büküldüyü sellofan şəffaf olduğu üçün bükümün içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi olmasının göründüyünü qeyd etmişdir. Bükümün içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi olması aydın görünmüşdür. Təhqiqatçı, saxlanılan şəxsin üzərindən aşkar edilmiş həmin 1 büküm şəffaf polietilen sellofana bükülmüş, yaşıl rəngli qurudulmuş ot kütləsini büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyaraq çəkisini ölçmüş və elektron tərəzinin ekranında çəkilən kütlənin çəkisinin 9,4 dwt olması görünmüşdür. Bundan sonra həmin, 1 büküm şəffaf politilen sellofana bükülmüş yaşıl rəngli, narkotik vasitə qurudulmuş marexuanaya bənzər ot kütləsi zərfə qoyuylaraq xüsusi qaydada qablaşdırılmış, zərf təhqiqatçı və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, təhqiqatçı qablaşdırılmış narkotik vasitəyə bənzər qurudulmuş ot kütləsinin məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini və keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin protokollaşdırılacağım bildirərək video çəkilişin dayandırılmasını xahiş etmişdir. Həmçinin Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istntaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən "xxxx" MTK-nın yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 18:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcəl vəkili X8 təqdim olundu, daha soıııa isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülmüş bir bükümü çıxardıb masasın üzərinə qoymaqla təqdim etdi. Təqdim edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bi büküm açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngdə bitki mənşəli ot kütləsinin olduğu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan "nəşə" olduğunu, həmin narkotik vasitəni 2-3 gün əvvəl Xırdalan şəhərində tanımadığı şəxsdən 120 (yüz iyirmi) manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını, özünün narkotik vastələrin istifadəçisi olduğunu bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs uzərindən aşkar olmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir büküm içərisindəki yaşıl rəngdə bitki mənşəli ot kütləsi ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 9,4 qram olduğu müəyyən olundu. Təqsirləndirilən şəxs aşkar olunmuş bır ədəd şəffaf rəngli sellofana bükülmüş bir büküm içərisindəki yaşıl rəngdə bitki mənşəli ot kütləsi ilə birlikdə Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi iıçün xüsusi qaydada zərfə qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı molıürü ilə möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmədi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 7/188 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə....” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 13,750 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan- qurudulmuş marixuanadır. Tədqiqata tədqiqata 0,05 qram sərf edildikdən sonra 13,70 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Baxış obyekti üzərində markası qeyd edilməyən elektron tərəzidir. Baxış Sumqayıt ŞPİ- nin inzibati binasında 310 nömrəli xidməti otaqda süni işıqlandırma vasitələri altında keçirildi. Elektron tərəzi qara rənglidir. Üst hissəsində tərəzinin işə düşməsi və sönməsi üçün nəzərdə tutulan “on/off” sözləri yazılan bir düymə, üzərində “T/Z” hərfi yazılan 1 düymə, üzərində ‘UNİT” sözü yazılan bir düymə, və monotoru yerləşir. Tərəzini işə salanda ekrana ilk olaraq ‘8.8.8.8.8” və şaquli istiqamətdə isə ölçü vahidlərinin işarələri “g”(qram), “dwt”(penniveyt), “oz”(unsiya),”ct”(karrat) və “pcs” yazıları çıxır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 12 may 1999-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş ölçü vahidləri təsnifatına uyğun olaraq oz unsiya(28,349523 qram) ,ozt troy unsiyası (31,10348 qram), dwt penniveyt (1.555174 qram), ct karat (0.2 qram), g qarm (1 qram), gn qran (64,798910 mq) ölçü vahidləridir. Baxış iştirakçısı Zaur Cəfərov şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən çıxan içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 bükümü ümumi olaraq hazırda baxış obyekti olan tərəzidə çəkən zaman qramla deyil, dwt penniveyt ölçü vahidi ilə ölçdüyünü, ümumilikdə 1 bükümün 9,4 dwt penniveyt çəkidə olmasını müəyyən etdiyini bildirdi. 1 dwt penniveytin 1.555174 qram olmasını nəzərə alaraq 9,4 dwt penniveytin 14, ******* qram olması müəyyən edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 382 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, «VİD-20220312-WA0021.mp4» sözləri yazılmış qovluq müəyyən edilir ki, orada 07 dəqiqə 39 saniyədən ibarət videogörüntü var. Həmin video görüntünün ilk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru, Zaur Cəfərov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu, Abşeron rayonu Saray qəsəbəsində yaşadığını bildirir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs onun narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şüphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirildiyini izah edib, hüquq və vəzifələri barədə yazılı bildirişi ona təqdim edərək tanış olmasını xahiş edir. Sonra təhqiqatçı, otaqda olan mülki geyimli polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları növbə ilə özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin Caş-nin ə\müvəkkili, polis leytenantı Şahid1, kiçik inspektor, polis serjantı Şahid3 və kiçik inspektor polis serjantı Şahid2 olduqlarını bildirirlər. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edəcək vəkil X6 təqdim edir. Video görüntünün 01:33-ci anında təhqiqatçı, saxlanılan şəxs, Təqsirləndirilən şəxs hər hansı vəsatət və ya şikayəti olub olmamasını soruşduqda o, heç bir vəsatəti və ya şikayəti olmadığını bildirir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində daşınması qanunla qadağan edilmiş hər hansı bir vasitə, predmət və ya əşya vardırsa təqdim etməsini xahiş edir. Video görüntünün 02:03-cü anında Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 büküm, şəffaf polietilen sellofana bükülmüş kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoyur. Təhqiqatçı, həmin bükümün nə olduğunu, haradan, nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs cibindən çıxardıb təqdim etdiyi həmin 1 büküm, polietilen sellofana bükülmüş kütlənin “nəşə” olduğunu, öz istifadəsi üçün, Xırdalan şəhərində tanımadığı şəxsdən 120(yüz iyirmi) manata aldığını bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmur. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi, 1 büküm, şəffaf polietilen sellofana bükülmüş kütləyə baxış keçirərək, büküldüyü sellofan şəffaf olduğu üçün bükümün içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi olmasının göründüyünü qeyd edir. Bükümün içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi olması video çəkilişdə aydın görünür. Video görüntünün 04:57-ci anında təhqiqatçı, saxlanılan şəxsin üzərindən aşkar edilmiş həmin 1 ədəd şəffaf polietilen sellofana bükülmüş, yaşıl rəngli qurudulmuş ot kütləsini büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyaraq çəkisini ölçülür və elektron tərəzinin ekranında çəkilən kütlənin çəkisinin 9,4 dwt olması görünür. Bundan sonra həmin, 1 büküm şəffaf politilen sellofana bükülmüş yaşıl rəngli, narkotik vasitə qurudulmuş marexuanaya bənzər ot kütləsi zərfə qoyuylaraq xüsusi qaydada qablaşdırılır, zərf təhqiqatçı və Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Təhqiqatçı qablaşdırılmış, narkotik vasitəyə bənzər qurudulmuş ot kütləsinin məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini və keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin protokollaşdırılacağmı bildirərək video çəkilişin dayandırılmasını xahiş edir. Bundan sonra video çəkliş dayandırılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 13,750 qram olmuş, aparılmış bioloji tədqiqatlardan sonar qalıq çəkisi 13,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana sübut kimi tanınaraq saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 133 və 134 saylı, xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır və ailə tərkibi həyat yoldaşı-1989-cu il təvəllüdlü X9, oğlu-2011-ci il təvəllüdlü X11 oğlu, oğlu-2014cü il təvəllüdlü X12 oğlundan ibarətdir. Şəxsiyyət vəsiqələrinin surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə X10 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1400 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 13,750 qram olan, tədqiqat zamanı aparılmış bioloji ekspertizalar nəticəsində qalıq xalis çəkisi 13,70 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.2 maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, 1 büküm narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi müəyyən edilərkən tərəzinin “qram” çəki vahidindən deyil, “dwt”, yəni penniveyt çəki vahidindən istifadə edilməsi, həmçinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 12 may 1999-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş ölçü vahidləri təsniatına görə 1 penniveytin 1,555174 qrama bərabər olması nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlilliyi vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun səhhətindəki problemləri, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını və İİ dərəcə əlilliyi olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 13,750 qram olmuş, aparılmış bioloji tədqiqatlardan sonar qalıq çəkisi 13,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Odur ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyi olması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88,00 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-525/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 763 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi X5 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 60 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyi olması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 13,750 qram olmuş, aparılmış bioloji tədqiqatlardan sonar qalıq çəkisi 13,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88,00 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar