Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-240/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Aran kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Asfalt zavod ərazisi DS-19-da yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs 14 oktyabr 2020-ci iltarixdə saat 17:40 radələrində idarə etdiyi “Meresedes Benz E 350” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı- Sumqayıt yolu ilə hərəkət edərkən həmin yolun kənarında dayanmış Zərərçəkmiş şəxs2 Sumqayıt şəhərinə gedib-getmədiyini soruşmuş, Zərərçəkmiş şəxs2 baş işarəsi ilə ona Sumqayıt şəhərinə getmədiyini bildirdikdən sonra avtomobildən düşərək ictimai yer hesab olunan yolun kənarında sərxoş vəziyyədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 ucadan nalayiq söyüşlərlə söyməklə yumruq vəşillə ilə hər iki sifət nahiyəsindən bir neçə dəfə vuraraq ona burun belinin, sol gözaltı nahiyənin, sağ gözaltı nahiyənin qançırları, dodağın sol hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişvə hadisə yerinə gələn ictimai qaydanın pozulmasının qarşısını alaraq onu sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs1 sinə nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq döş qəfəsinin ön sağ hissəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan fiziki ağrı yetirməklə zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 14.10.2020-ci il tarixdə dayısı oğlu Səxavət onlara qonaq gəlmişdir. Həmin gün o, dayısı oğlu Səxavətlə birlikdə yaşadığı evdə yeyib içmişlər. Spirtli içki olan araq qəbul etmişlər. Sonra saat 17:45 radələrində o, dayısı oğlu Səxavətlə birlikdə evdən çıxmışlar. Onlar Səxavətə məxsus “Mersedes E 350” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O, avtomobili idarə edib Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisindən sürməyə başlamış, həmin ərazidən keçən zaman yolun kənarında tanımadığı bir qadının dayandığını görmüşlər. O, həmin qadından Sumqayıt şəhərinə gedib getmədiyini soruşmuşdur. Həmin qadın ona cavab verməmişdir. O, təkrar həmin qadından Sumqayıt şəhərinə gedib-getmədiyini soruşmuşdur. Həmin vaxtı qadın onun ünvanına nalayiq söyüşlər söymüşdür. O, avtomobildən düşüb xanıma yaxınlaşmış, sillə ilə həmin qadının sifət nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxtı oraya gələn bir nəfər kişi onun üstünə hücum edərək yumruqla sifətindən bir neçə dəfə vurmuşdur. O, həmin kişidən kim olduğunu soruşduqda ona həmin qadının qaynatası olduğunu demişdir. Həmin vaxtı yoldan keçən tanımadığı şəxslər oraya gələrək onları ayırmışlar. O, oradan uzaqlaşaraq dayısı oğlu Səxavətə məxsus avtomobilə əyləşərək çıxıb getmişlər. Münaqişə zamanı bir dəfə sonuncunun sifət nahiyəsindən sillə ilə vurduğunu, mübahisə zamanı Zərərçəkmiş şəxs2 nalayiq söyüşlərlə söymədiyini, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 6 ildir ki, Quba rayonu, Aşağı Atuc kənd orta məktbində müəllimə işləyir, 14.10.2020-ci il tarixdə saat 15:45 radələrində o, Sumqayıt şəhərinə gəlmək üçün Quba şəhərində bir taksi avtomobilinə minmişdir. Yolla gələrkən qaynatası Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng vurub onunla əlaqə saxlayıb Sumqayıt şəhərinə gəldiyni demişdir. Şahi ona evdən çıxıb Sumqayıt şəhərinin girişinə gələcəyini demişdir. Yolla gələrkən o, Zərərçəkmiş şəxs1 ilə bir neçə dəfə telefon əlaqəsi saxlamışdır. Qayınatası ona Sumqayıt şəhərinin girişində gözlədiyini demişdir. Sumqayıt şəhərinin giriş hissəsində yolda təmir işləri getdiyi üçün sürücü avtomobilini arxa yolla sürmüşdür. Təxminən saat 17:40 radələrində taksi sürücüsü onu Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yolun kənarında düşürmüşdür. O, orada qaynatası Şahinin mobil telefonuna zəng vurub onu gəlib oradan götürməsini bildirmişdir. Həmin vaxtı o, Sumqayıt şəhəri istiqamətində yolun kənarında dayanan zaman yoldan keçən tanımadığı ağ rəngli “Mersedes E 350” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilini onun yanında saxlayıb Sumqayıt şəhərinə gedib getmədiyini soruşmuş, o, həmin şəxsə cavab verməmişdir. Həmin şəxs bir neçə dəfə ondan Sumqayıt şəhərinə gedib-getmədiyini soruşmuşdur. O, həmin şəxsə baş işarəsi ilə rədd cavabı vermişdir. Həmin şəxs ona cəhənnəmə get demişdir. Sonra isə həmin şəxs ucadan onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. O, həmin şəxsə çıxıb getməsini, indicə qaynatasının buraya gələcəyini demişdir. Lakin həmin şəxs onu ucadan nalayiq söyüşlər söyməkdə davam etmiş, o, həmin şəxsə sənin anası bacısı varsa gedib həmin söyüşləri onların yanında deməsini demişdir. Bu sözdən sonra həmin şəxs avtomobildən düşərək ona tərəf yaxınlaşmış, sol əli ilə sağ qolundan tutub, sağ əli ilə yumruq və sillələrlə hər iki sifət nahiyəsindən vurmağa başlamışdır. O, həmin vaxtı şəxsin sərxoş olduğunu hiss etmişdir. Bu zaman qaynatası Şahi onların yanlarına çatmış, onu döyən şəxsi tutaraq ondan aralamışdır. Sonra həmin oğlan yumruqla qaynatası Şahinin sinəsindən vurmuşdur. Onları döyən şəxsin yanında olan oğlan qaynatasını tutub saxlamış və onları ayırmışdır. Həmin şəxs onlara həmin şəxsin sərxoş vəziyyətdə olduğunu demişdir. Sonra onları döyən şəxs avtomobilinə minərək çıxıb getmişdir. Bir neçə saniyədən sonra həmin şəxs idarə etdiyi avtomobillə qayıdaraq avtomobilini onların üzərinə sürmüş, lakin onlar kənara çəkildiyləri üçün avtomobil onlara dəyməmişdir. Həmin şəxs avtomobilini sürüb Sumqayıt şəhəri istiqamətində çıxıb getmişdir. Hadisədən sonra o, qaynatası ilə avtomobilə minib oradan getmək istəyərkən orada olan şəxslərdən biri yerdən mobil telefon götürüb ona vermişdir. O, əvvəl həmin mobil telefonun qaynatasına məxsus olduğunu fikirləşib özü ilə götürmüşdür. Lakin sonradan ona məlum olmuşdur ki, həmin telefon onları döyən şəxsə məxsusdur. Ona görə də həmin mobil telefonu polis bölməsində polis əməkdaşlarına təqdim etmişdir. Eləcə də o, ifadəsində mübahisə zamanı orada xeyli şəxsin olduğunu, lakin heç birini tanımadığını, mübahisə vaxtı o, Təqsirləndirilən şəxs döymədiyini, onu nalayiq söyüşlərlə söymədiyini, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin yalan olduğunu, onun nə özünün nədə ki yaxınlarının ünvanına nalayiq sözlər işlətmədiyini. izahatında yalandan göstərdiyini, belə ki, hadisənin onun ifadəsində göstədiyi kimi olduğunu, hadisə zamanı Təqsirləndirilən şəxs söymədiyini, Təqsirləndirilən şəxs qaynatası Zərərçəkmiş şəxs1 eləcə də digər şəxslər münaqişə vaxtı vurmadığını və söymədiyini, Təqsirləndirilən şəxs onu bir dəfə yoz bir neçə dəfə vurduğunu göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 14.10.2020-ci il tatixdə saat 15:45 radələrində gəlini Zərərçəkmiş şəxs2 onun mobil telefonuma zəng vurub Quba rayonundan taksi avtomobilinə minib Suqmayıt şəhərinə gəldiyini bildirmişdir. O, evdən çıxıb Sumqayıt şəhərinin girəcəyinə tərəf gəlmişdir. Sonra Ayna ilə danışıb Sumqayıt şəhərinin girəcəyində gözlədiyini bildirmişdir. Saat 17:40 radələrində Ayna onun mobil telefonuna zəng vurub sürücünün onu Sumqayıt şəhəri, Ceyrnabatan bağları ərazisində düşürdüyünü bildirmişdir. O, təxminən 10 dəqiqə sonra Ayna dayanan yerə getdikdə görmüşdür ki, yolun kənarıdna dayanmış “Mersedes E350” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü bir əli ilə Aynanın sağ qolundan tutub, digər əli ilə yumruq və silləllərlə sifətindən vuraraq onu döyür. O, dərhal onlara yaxınlaşıb ayırmışdır. Sonra həmin oğlan da yumruqla sifətindən və sinəsindən vurmağa və onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. Orada olan oğlan ona bildirmişdir ki, həmin oğlan sərxoşdur. O, həmin oğlandan spirtli içki iyi gəldiyini, sərxoş olduğunu hiss etmişdir. Orada olan oğlan onu tutub saxlamış, onları döyən şəxs avtomobilinə minib çıxıb getmişdir. Bir neçə saniyə sonra həmin şəxs avtomobilin onların üzərinə sürmüşdür. O, Ayna ilə kənara çəkildiyi üçün avtomobil onlara dəyməmişdir, həmin şəxs avtomobilini sürüb Sumqayıt şəhəri istiqamətində getmişdir. Mübahisə zamanı orada xeyli saydı tanımadığı şəxslərin olduğunu, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs döymədiyini və nalayiq söyüşlərlə söymədiyini, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən yalandan göstərdiyini, belə ki, həmin vaxtı o, və digər şəxslərin Təqsirləndirilən şəxs vurmadıqlarını, münaqişənin təxminən 30 dəqiqə davam etdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbiekspertizasının 15.10.2020-ci iltarixli, 1287 №-lirəyindən görünürki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin ön sağ hissəsinin qançırı. Qeyd olunan xəsarət küt əşya təsərindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 14.10.20-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özüözünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbiekspertizasının 15.10.2020-ci iltarixli, 1286 №-lirəyindəngörünürki, Zərərçəkmiş şəxs2 bədənində aşağıdakı xəsarətlər vardır: Burun belinin, sol gözaltı nahiyyənin, sağ gözaltı nahiyyənin qançırları, üst dodağın sol hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsərindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 14.10.20-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 01.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 324 saylı 28.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan 3 nömrəli Sumqayıt şəhər Poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində ambulator və dispenser müşahidəsində yoxdur. Cinayət işinin materiallarından görünür ki. Təqsirləndirilən şəxs barəsində 03 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsrləndirilən şəxs qismində cəlb olunmasına dair qərar çıxarılmış və həmin tarixdə barəsində axtarış elan olunaraq iş üzrə icraat dayandırılmışdır. 30 yanvar 2021-ci il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verilmiş və 31 yanvar 2021-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və şəxs MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında AZ N 143089 və 143091 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2014 və 2015-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 07.04.2021-ci il tarixli ərizədən görünür ki,o təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 07.04.2021-ci il tarixli ərizədən görünür ki, o təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün işin halları ilə bağlı ifadəsi, zərərçəkmişşəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, törətdiyi əməldən peşman olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 30-31 yanvar 2021-ci il tarixlərində tutulduğu 01 gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 07.04.2021-ci il tarixdən hesablanmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 211.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01 mart 2021-ci il tarixli (iş № 1(060)-240/2021) qərarını icra edərək, 05 mart 2021-cu il tarixli 197/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 30-31 yanvar 2021-ci il tarixlərində tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC -nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-240/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-240/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver