Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-240/2022 06.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.2002-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdi evdə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs kirayə yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə taxta giriş qapısının trosdan olan kilidini dəmir parçasıyla sıxıb açma yolu ilə içəriyə qanunsuz daxil olub otaqda olan mebelin üstündəki telefon qutusunun içərisindən 01 ədəd 200 manatlıq əskinas, 03 ədəd 100 manatlıq əskinas olmaqla, ümumilikdə 500 manat nağd pulu, otaqda olan 150 manat dəyərində “Masterwork” markalı gitaranı qabı ilə birlikdə, 35 manat dəyərində “Samsung” markalı mikrofonu, 40 manat dəyərində “Samsung” markalı səs gücləndiricisini və ümumilikdə 200 manat dəyərində köhnə iki ədəd qış gödəkçəsini, bir ədəd cins şalvarı, bir ədəd qış sviteri gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 925 (doqquz yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda anası Nuriyevə Səibə ilə birlikdə yaşayır. Əvvəllər məhkumluğu olmamış və hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, 2020-ci ilin oktyabr ayında Sumqayıt şəhərində avtoyuma yerində işlədiyindən oraya yaxın olmasından dolayı Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə kirayə yaşamış, orada kirayə haqqı az olduğundan o, həmin yerdə yaşamışdır. Həmin həyətdə 3-4 ədəd bir otaqlı evlər olmuş, hər evdə ayrı-ayrı adamlar kirayə yaşamışlar. O səhər evdən çıxıb birdə axşam evə qayıtmış, onların həyətə girişləri bir olsa da, evlərə girişləri ayrı olmuş və hər evin öz qapısı olmuşdur. O, bütün günü işdə olduğundan həmin evdə yaşayanları tanımamışdır. xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində avtoyuma yerindən evə gəlmiş, həmin vaxtı o, işlədiyi yerdən az pul qazanmış və pula da ehtiyacı olduğundan oğurluq etməyi fikirləşmiş, həyətdə olan digər bir otaqlı evin işıqlarının sönülü olduğunu və içəridə heç kəsin olmadığını görmüşdür. O, adətən bütün günü işdə olduğundan orada kimin yaşadığını bilməmiş, lakin axşam vaxtı işıq yanılı olduğundan içəridə kiminsə olduğunu görmüş, həmin vaxtı işıq sönülü olduğundan içəridə adam olmadığını fikirləşib, təxminən 01 saat da gözləmiş, lakin evə heç kəs gəlmədiyindən saat təxminən 22:00 radələrində oraya girərək oğurluq etmək qərarına gəlmiş, evin giriş qapısı taxtadan olmuş, taxta qapı da velosipedlər üçün nəzərdə tutulmuş trosla bağlanmış, həyətdə olan digər evlərdən onu görən olmadığını dəqiqləşdirdikdən sonra evin qapısına yaxınlaşmış, taxta qapının üzərində olan trosu həyətdə rastına çıxan dəmir parçasıyla açmış və evə daxil olmuşdur. Ev bir otaqlı olduğundan evin içərisində nə oğurlaya biləcəyinə baxmış, evi axtaran zaman evdə olan mebelin üzərində telefon qutusu görmüş və həmin qutunun içərisində telefon olduğunu fikirləşib qutunu açdıqda qutunun içərisində pullar olduğunu görmüşdür. O, pulları saydıqda 01 ədəd 200 manatlıq əskinas, 03 ədəd 100 manatlıq əskinas olmaqla 500 manat pul olduğunu görmüş və həmin pullan götürərək cibinə qoymuşdur. Daha sonra otaqda divara söykənmiş bir ədəd qara rəngli parçadan olan qabın içərisində tutacaq yerində “Masterwork” yazılmış gitara və yanında da “Samsung” markalı qara rəngli mikrofon və bir ədəd “Samsung” markalı qara rəngli səs gücləndirici görüb, onları da götürüb satmağı fikirləşdiyindən onları da götürmüş, sonra evə baxdıqda həmin vaxtı əynində olan paltarlar köhnə olduğundan evdə olan iki ədəd köhnə qış gödəkçəsi, bir ədəd cins şalvar və bir ədəd qış sviteri də götürmüşdür. Daha sonra evin qapısı açılıb bağlandıqda səs verdiyindən oradan çıxmamağı, pəncərədən çıxmağı fikirləşmiş, ona görə də, evin taxta pəncərəsini açaraq oradan çıxmış və oğurladığı əşyaları da özü ilə çıxardaraq öz evinə aparmışdır. Əşyaları evə qoyaraq həmin evə qayıtmış və şübhələnən olmasın deyə taxta qapını yenidən trosla bağlamışdır. O, həmin günün səhərsi kirayə yaşadığı evdən çıxmış, daha sonra 500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və paltarları da həmin qış geyinmiş, sonradan mikrofon və səs gücləndiricisini sata bilməyəcəyini fikirləşdib və Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində xatırlamadığı yerə tullamış, lakin özü ilə gitaranı satması üçün götürmüşdür. O, sonra oradan Siyəzən şəhərində yerləşən heyvan yatağına işləməyə getmiş və ondan şübhələnməsinlər deyə bir müddət orada qalıb işləmişdir. Gitaranı da özü ilə götürmüş və ifa edə bilməsə də, hərdən özü üçün öyrənməyə çalışmışdır. Oradan da təxminən 3-4 aydır ki, gələrək hazırda yaşadığı evdə yaşayır. O, gitaranı sata bilmədiyindən özü ilə hazırda yaşadığı evə gətirmiş, sonra xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində olduqda Sumqayıt şəhəri Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları onun həmin oğurluğu etdiyini bilərək onu Sumqayıt şəhəri ərazisində saxlayaraq Polis Bölməsinə dəvət etmişlər, o da Polis Bölməsində hər şeyi səmimi etiraf edib yaşadığı evdə olan oğurladığı gitaranı da onlara təqdim etmişdir. O, həmin oğurluğu özü etmiş və polis əməkdaşları onu saxlayan zaman ona hər hansı zor tətbiq edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin oğurluğu xx.xx.2021-ci il tarixdə axşam saat 22:00 radələrində etmiş və heç kimlə əlbir olmamış, özü tək etmiş, evdən oğurladığı paltarları qış boyu geyinmiş, lakin sonradan köhnəldiyindən tullamış və hazırda harda olduğunu bilmir. Dəmir parçasını da həyətdə rastına çıxaraq götürmüş və trosu da qapını açdıqdan sonra yenidən həyətə tullamış, sonra dəmir parçasının necə olduğunu bilməmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olmamış və hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, 2018-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Sumqayıt Dövlət Universitetinə qəbul olmuş, onun Mərdəkan qəsəbəsindən yolu uzaq olduğu üçün Sumqayıt şəhərində kirayə yaşamaq qərarına gəlmişdir. Sumqayıt şəhərində bir neçə evdə kirayə yaşamış, lakin sonradan 2020-ci ilin oktyabr ayında oğurluq baş verən Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən evdə kirayə haqqı az olduğundan oraya köçmüş və orada yaşamağa başlamışdır. Onun kirayə yaşadığı ev bir otaqlı olmaqla giriş qapısı da taxtadan olmuş, həmin qapını velosipedlərin bağlanması üçün nəzərdə tutulan trosla bağlamış, xx.xx.2020ci il tarixdə təxminən günorta saatlarında yaşadığı evin qapısını həmişə olduğu kimi trosla bağlayıb Bakı şəhəri, Mərdəkan qəsəbəsinə getmiş, iki gün orada qalmış və iki gündən sonra xx.xx.2020-ci il tarixdə təxminən 16:00 radələrində Mərdəkan qəsəbəsindən çıxaraq “Koroğlu” metrostansiyasına gedərək orada dostu olan Məhəmmədlə görüşmüş, onlar biraz gəzdikdən sonra birlikdə Sumqayıt şəhərinə kirayə yaşadığı evə getmişlər. Onlar evə gəldikdə o trosu açarla açaraq evə daxil olmuş, iki gün evdə olmadığından və musiqiyə həvəsi olduğundan səs günləndiricini qoşmaq istəmiş, amma otaqda səs gücləndiricinin yerində olmadığını görmüş, sonra arxaya baxdıqda divara söykədiyi gitaranın da yerində olmadığını görmüş və oğurluq olduğunu anlamışdır. Ona görə də, dərhal pulunu saxladığı mebelin üzərində olan telefon qutusunun içərisinə baxmış, lakin orada olan 500 manat pulunun da olmadığını görüb, evə naməlum şəxs və ya şəxslərin daxil olaraq oğurluq etdiklərini anlamış və dərhal “102” xidmətinə zəng edərək məlumat vermişdir. Onlar evə gələrək evə baxış keçirmişlər, lakin ev dağınıq formada olmamış, həmin gün o həyəcanlı olduğundan evə tam fikir verməmiş, səhəri gün evə arxayın baxdıqda otaqda olan ona məxsus köhnə qış paltarlarının olmadığını və bir ədəd mikrofonun da oğurlandığını görmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2020-ci il tarixdə saat 15:30 günorta radələrindən xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrinədək evdə olmadığı müddət ərzində baş vermiş, həmin vaxt ərzində evdə heç kəs olmamış, o, əvvəlcə evin qapısının açar seçmə yolu ilə açılıb evə daxil olunduğunu fikirləşmiş, çünki qapını bağladığı trosun onda olan açarından əlavə ehtiyat açarı olmuş, o da fikirləşmişdir ki, həmin açarla açıb evə daxıl olmuşlar. Lakin polislər getdikdən sonra evə arxayın baxdıqda ehtiyyat açarın da evdə olduğunu görmüşdür. Oğurluq nəticəsində onun kirayə yaşadığı evdən 500 manat nağd pul, 01 ədəd “Samsung” markalı 2019-cu ilin ortalarında 40 manata aldığı səs gücləndirici, 2019-cu ilin ortalarında 250 manata aldığı “Masterwork” markalı gitara, 01 ədəd 2020-ci ilin fevral ayında 35 manata aldığı “Samsung” markalı mikrofon, bir neçə ədəd ümumilikdə təxminən 200 manat dəyərində olan iki ədəd köhnə qış gödəkçəsi, bir ədəd cins şalvar, bir ədəd qış sviteri oğurlanmış, paltarlar köhnə olduğundan o onların firmalarını xatırlamamış, baş vermiş hadisə nəticəsində ona təxminən 1025 (min iyirmi beş) manata yaxın maddi ziyan dəymişdir. Bölmədə izahat verərkən konkret nə oğurlandığını bilmədiyindən 790 manat maddi ziyan dəydiyini söyləmiş, lakin sonradan əlavə əşyaların da oğurlandığını görmüşdür. Evdə “Kapital” banka məxsus müavinət kartı və “Socar” şirkətinə məxsus qaz kartının olmadığını gördüyü üçün onların da oğurlandığını izahatında bildirmiş, lakin sonra həmin kartların evdə olduğunu gördüyü üçün ifadəsində onları qeyd etməmişdir. Onun konkret şübhələndiyi kimsə olmamış, lakin dostu Məhəmməd tez-tez onun evinə gəldiyindən ondan da şübhələnmiş, çünki evdə olan əşyaları və pulun olduğunu o da bilmişdir. Həmçinin qapını bağladığı trosun evdə ehtiyyat açarı da olmuş, Məhəmməd də həmin açarın yerini bilmiş, lakin o sonradan ehtiyyat açarın yerində olduğunu, Məhəmmədin ümumiyyətlə həmin vaxtlarda Sumqayıt şəhərində olmadığını bildiyindən ondan şübhələri azalmışdır. Onun evində və ətrafında müşahidə kameraları olmamışdır. Gitara ona qaytarılsa da, ona dəyən maddi ziyan ödənilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/3726 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarın təsviri hissəsində göstərilən 2020-ci ilin oktyabr ayına olan orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd 2019-cu il tarixdə alınmış «Masterwork» markalı gitara qabı ilə birlikdə zədələnməmişdən əvvəl normal vəziyyətdə 150 manat; Digər ekspertiza tədqiqatına təqdim edilməyən 5 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Ekspertin rəyi işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd “Masterwork” markalı gitaranı təhvil almışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 4743 nömrəli, xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin 123-24-145 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kirayə yaşadığı evdən oğurladığı bir ədəd “Samsung” markalı səs gücləndiricisinin və “Samsung” markalı mikrofonun, oğurladığı paltarların, trosu açdığı dəmir parçasının yerinin, Təqsirləndirilən şəxs həmin cinayəti tək və ya kiminləsə əlbir edib-etməməsinin, Məhəmməd adlı şəxsin dindirilməsi üçün onun şəxsiyyətinin və olduğu yerinin müəyyən olunması üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-yə əməliyyat tapşırığı verilmiş və keçirilmiş əməliyyat tədbirlərini nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kirayə yaşadığı evdən oğurladığı bir ədəd “Samsung” markalı səs gücləndiricisinin, “Samsung” markalı mikrofonun, oğurladığı paltarların, trosu açdığı dəmir parçasının yerini, Məhəmməd adlı şəxsin şəxsiyyəti və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs sözügedən oğurluğu özünün tək törətməsi müəyyən edilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.1 və 180-cı maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut olan 01 ədəd “Masterwork” markalı gitaranın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdi ev ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 ədəd “Masterwork” markalı gitaranın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-240/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-240/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver