Məhkəmə qərarları › İş №1(060)-240/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-240/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-240/2024 02.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs Məhəmmədqulu oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt şəhəri, 42-ci məhəllə ev 5, mənzil 56-da qeydiyyatda olan, Sumqayıt şəhəri, 42-ci məhəllə ev 4, mənzil 46-da yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə ev 4, mənzil 46-da olduğu zaman xx.xx.1950-ci ildə Ağstafa rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Sumqayıt şəhəri, 42-ci məhəllə ev 4, mənzil 46-da yaşayan qayınatası Zərərçəkmiş şəxs Məhəmmədqulu oğlu ilə mənzilin mətbəxində aralarında olan şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı, mətbəxdə olan şüşə çayniklə Zərərçəkmiş şəxs başından vuraraq Zərərçəkmiş şəxs təpə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası ilə müşayət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, əvvəllər məhkum olunmamış, ruhi-əsəb, narkaloji və ya başqa bir xəstəliyi yoxdur. O, 2006-cı ildə Sumqayıt şəhəri, 42-ci məhəllə ev 4, mənzil 46da yaşayan Şahid1 ilə evlənmiş və onların birgə nigahlarından biri qız, biri oğlan olmaqla 2 əkiz uşaqları olmuşdur. O, əri və uşaqları hazırda həmin ünvanda Anarın atası Rəsulun evində yaşayırlar. xx.xx.2024-cü il tarixdə oğlunun kiçik toyundan qalan pulu götürüb özünə qızıl alması səbəbəindən xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Anarla onun arasıda mübahisə olmuş, bu səbəbdən Anar boşanmaları barədə məhkəməyə ərizə yazmışdır. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində o evinə gəlikdə qayınanası ona məhkəmədən Anarla boşanmaları ilə bağlı bildiriş gəldiyini demişdir. Bundan sonra əri Anar evə gəlmiş, o da Anara avtomaşınını satıb ona ev alacağını demiş, bu səbəbdən Anarla arasında sözlə mübahisə olmuş və Anar evdən çıxıb getmişdir. Anar getdikdən sonra onunla qayınanası arasında mətbəxdə mübahisə olmuş, həmin vaxt qayınatası Rəsul onun üzərinə gəlmiş, sonra onlar zal otağına keçmiş, o qaynatası Rəsula “Anar avtomaşını satıb mənə ev almalıdır” demişdir. Rəsul da əli ilə ona pis işarə göstərmiş, o da Rəsulun bu hərəkətlərindən əsəbləşmiş, zal otağının giriş qapısını bərk vurmuş, qapının pəncərələrindən bir sınmış, qayınatası Rəsul üzərinə gəldikdə, onu vurmaq istədikdə o otaqda olan şüşə çayniki Rəsulun başına vuraraq qaynatasının başından xəsarət yetirmiş, sonra əsəbindən iki yataq otağının qapılarının pəncərələrinin şüşələrini, zal otağının pəncərəsinin şüşəsini, zal otağında olan televizoru, yataq otağında olan televizoru, hamamda olan güzgünü, otaqlarda olan şüşə qablarla vuraraq sındırmış, zal otağında olan masanı yerə yıxaraq sındırmış, soyuducuda olan bəzi əşyaları yerə tökərək sındırmışdır. Sonra otağa keçib oturmuşdur. Hadisə zamanı ona xəsarət yetirən olmamış və o xəsarət almamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs Məhəmmədqulu oğlu ifadəsində göstərdi ki, oğlu Anarla arvadı Təqsirləndirilən şəxs arasında ailə münaqişəsi olmuşdur. Anarda boşanmaları barədə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində o həyat yoldaşı Şahid2 ilə bir birlikdə yaşadığı ünvanda olduğu zaman məhkəmədən oğlu Anarla gəlini Gülnarın boşanmaları ilə bağlı olan bildiriş gəlmişdir. Həmin vaxt Gülnar evə gəlmiş və arvadı Flora da həmin bildirişi Gülnara vermişdir. Sonra Anar evə gəlmişdir. Gülnarla Anar arasında sözlə mübahisə olmuş və Anar mənzildən çıxıb getmişdir. Anar getdikdən sonra Gülnar əsəbləşərək mənzildə olan şüşə qabları ,evin zal otağında olan televizoru, yataq otağında olan televizoru və digər əşyaları sındırmışdır. O, Gülnarı sakitləşdirmək üçün Gülnarın üzərinə getmək istədikdə, həmin vaxt Gülnar mətbəxdə olan çayniki götürüb onun başına vuraraq başından xəsarət yetirmişdir. Gülnarın sındırdığı həmin əşyaları o öz pulu ilə almışdır. Bundan sonra Anar evə gəlmiş və baş vermiş hadisəni görüb bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə zamanı qonşulardan hadisə yerinə gələn olmamış, hadisə zamanı mənzildə həyat yoldaşı Flora olmuş və hadisəni görmüşdür. O, təqsirləndirilən şəxslə barışıb və ondan heç bir şikayəti yoxdur. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Məhəmmədqulu oğlu onun atasıdır, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Onlar birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllə ev 4-də yerləşən atası Rəsulun adına olan 46 №-li mənzildə yaşayırlar. Gülnarla onun birgə nikahlarından biri qız, digəri oğlan olan 2 əkiz uşağı vardır. Gülnarla onun arasında mübahisə olmuş və o da Gülnardan boşanmağı üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı mənzilə gəldikdə, məhkəmədən bildiriş gəldiyini bilmiş, bu səbəbdən Gülnarla arasında yenə də mübahisə olmuş, mübahisə zamanı Gülnar ondan ona mənzil almağını tələb etmiş, o da mübahisə böyüməsin deyə mənzildən çıxıb getmişdir. Təxminən 20 dəqiqə sonra mənzilə qayıtdıqda görmüşdür ki, yaşadıqları mənzilin zal və yataq otaqlarının qapılarının pəncərələrinin şüşələri, zal otağının pəncərsinin şüşəsi, zalda və yataq otağında olan televizorlar, hamamda və zalda olan güzgü, mətbəxdə olan qab-qacaqlar sındırılmış, zalda olan masa yerə yıxılmış, atası Rəsul başından xəsarət almışdır. O bu barədə atası Rəsul və anası Floradan soruşduqda onlar qeyd olunan dağıntını və atasına yetirilən xəsarəti arvadı Gülnar etdiyini demişlər. O, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş və atasını Sumqayıt şəhər TTYX-na aparıb müayinə etdirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 85 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Məhəmmədqulu oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Təpə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə çayniklə vurulma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs Məhəmmədqulu oğlu məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 183 saylı, xx.xx.2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2024-cü il tarixli, 81 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 4, mənzil 46 ünvanında həyat yoldaşı Şahid1, qaynatası Zərərçəkmiş şəxs, qaynanası Flora Əlkəbərova, oğlu Zərərçəkmiş şəxs və qızı Zeynəb Ələkbərova ilə birgə yaşayır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil X3 onun vəkili təyin etmişdir. X1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 06 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar