Məhkəmə qərarları › İş №1(060)-241/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-241/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-241/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi işlə məşğul olan, məhkumluğu olan, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri 7/8/12-ci məhəllə ev 13A, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq 02 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində «polisin nəzarəti altına vermə» qətimkan seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1982-ci il tarixdə Zəngilan rayonu Ağalı kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Ağalı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi , Kanal ətrafı Üzümlük massivi fərdi evdə yaşayan Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən və barəsində «ev dustaqlığı» qətimkan seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində ünvan 1-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yerləşən saxlanc yeri hesab edilən qarajın qıfılını ling vasitəsi ilə sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1 (bir) ədəd 84 (səksən dörd) manat dəyərində 16 (on altı) ölçülü üzərində markalanma yazısı pozulmuş sürəti dəyişən velosipedi, 1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində 14 (on dörd) ölçülü üzərində “Savales” markalanma yazısı olan velosipedi, 2 ədəd olmaqla hər biri 150 (yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat dəyərində dreli, 1 ədəd 500 (beş yüz) manat dəyərində “Daevo” markalı soyuducunu, 1 ədəd 300 (üç yüz) manat dəyərində mis metalından olan samovarı, 1 ədəd 150 (yüz əlli) manat dəyərində “Zinger” markalı tikiş maşınını və 1 ədəd 60 (altımış) manat dəyərində üzərində “Premier HA Z ARD” markalanma yazısı olan avtomobillər üçün nəzərdə tutulmuş səs gücləndirici cihazı, cəmi 1464 (min dörd yüz altımış dörd) manat dəyərində – özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində ünvan 1-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yerləşən saxlanc yeri hesab edilən qarajın qıfılını ling vasitəsi ilə sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1 (bir) ədəd 84 (səksən dörd) manat dəyərində 16 (on altı) ölçülü üzərində markalanma yazısı pozulmuş sürəti dəyişən velosipedi, 1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində 14 (on dörd) ölçülü üzərində “Savales” markalanma yazısı olan velosipedi, 2 ədəd olmaqla hər biri 150 (yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat dəyərində dreli, 1 ədəd 500 (beş yüz) manat dəyərində “Daevo” markalı soyuducunu, 1 ədəd 300 (üç yüz) manat dəyərində mis metalından olan samovarı, 1 ədəd 150 (yüz əlli) manat dəyərində “Zinger” markalı tikiş maşınını və 1 ədəd 60 (altımış) manat dəyərində üzərində “Premier HA Z ARD” markalanma yazısı olan avtomobillər üçün nəzərdə tutulmuş səs gücləndirici cihazı, cəmi 1464 (min dörd yüz altımış dörd) manat dəyərində – özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs qiyabi tanımış, Təqsirləndirilən şəxs1 ilə dostluq münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. 25 iyul 2021-ci il tarixdə, təxminən saat 23 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman tanışı Vüqarla görüşmüşlər. Onlar piyada gəzişərək söhbət edib işsizlikdən və maddi vəziyyətlərinin pis olmasından gileylənmişlər. O, Zərərçəkmiş şəxs 2-ci məhəllə ərazisində yaşadığını, yaşadığı evin yaxınlığında qarajının olduğunu və Çingizin həmin qarajda bəzi əşyalar saxladığını bildiyindən Vüqarla söhbət zamanı qərara gəlmişdir ki, həmin qarajdan oğurluq etsinlər. O, bu barədə Vüqara deyəndə Vüqar onunla razılaşmışdır. Ona görə də o, Vüqarı orada qoyub gedib yaşadığı məhəllədə yerləşən qarajından mismar çıxartmaq üçün istifadə edilən ling götürmüşdür. O, Vüqarla biraz piyada gəzdikdən sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində birlikdə 2-ci məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs qarajının yanına gəlmişlər. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra o, Vüqara ətrafa nəzarət etməsini deyib özü ilə götürdüyü ling vasitəsi ilə qarajın qapısına vurulmuş qıfılı qırmışdır. Sonra isə Vüqarla o, qaraja daxil olub oradan 1 ədəd 16-lıq, 1 ədəd 14-lük velosipedi, 2 ədəd direli, 1 ədəd “Daevo” markalı kiçik ölçülü soyuducunu, 1 ədəd samovarı, 1 ədəd “Zinger” markalı tikiş maşınını və 1 ədəd “Fifa” markalı avtomobil siqnalını götürərək oğurlamışlar. Onlar oğurladıqları əşyaları qarajdan hissə-hissə çıxararaq yol kənarına gətirmişlər və o küçədən keçən tanımadığı taksini saxlatdırıb taksi sürücüsünə özlərinə məxsus əşyaların olduğunu və həmin əşyaları başqa yerə aparmaq istədiyini demişdir. Sonra isə onlar oğurladıqları əşyaları həmin taksinin yük yerinə qoyub Vüqarla birlikdə özünə məxsus qarajın yanına gəlmişlər. Oğurladıqları əşyaları taksidən boşaltdıqdan sonra taksi çıxıb getmiş, onlar isə həmin əşyaları qaraja yığmışlar. Təxminən 3-4 gün sonra o, Vüqarla birlikdə soyuducunu, samovarı, tikiş maşınını və 2 ədəd direli götürərək tanımadığım taksi ilə aparıb Sumqayıt şəhərində yerləşən “Əşya bazarı” adlanan bazarda tanımadıqları şəxslərə satmışlar. Əldə etdikləri pulu isə yarı bölmüşlər. 20 sentyabr 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında olduğu zaman Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları ona yaxınlaşaraq onun Zərərçəkmiş şəxs məxsus qarajdan oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər və onu 4-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində o, Zərərçəkmiş şəxs məxsus qarajdan tanışı Təqsirləndirilən şəxs1lə birlikdə oğurluq etməsini etiraf etmiş və özünə məxsus qarajda saxladığı “Fifa” markalı avtomobil siqnalını, 2 ədəd velosipedi polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs məxsus qarajdan oğurluq edən zaman qapının qıfılını qırdığı lingi sonradan harasa tullamış, lakin tulladığı yeri xatırlamadığından istintaqa təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, himayəsində iki uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs2 ilə dostluq münasibəti olmuşdur. 25 iyul 2021-ci il tarixdə, təxminən saat 23 radələrində tanışı Namiqlə sonuncunun yaşadığı birləşmiş məhəllə adlanan 7-8-12-ci məhəllə ərazisində görüşmüşlər. Söhbət zamanı maddi vəziyyətin pis olmasından danışmışlar. Namiq ona bildirmişdir ki, Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yaşayan Zərərçəkmiş şəxs evinin yaxınlığındakı qarajından oğurluq edib əldə etdikləri əşyaları sataraq pul əldə edə bilərlər. O, Namiqlə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 01 radələrində onlar birlikdə 2-ci məhəllə ərazisində yerləşən Çingiz adlı şəxsin qarajının yanına gəlmişlər. Həmin vaxt Namiqin əlində mismar çıxartmaq üçün istifadə edilən ling olmuşdur. Onlar birlikdə Çingiz adlı şəxsin qarajının yanına gəlmiş və orada o, əvvəlcə qarajın yanında dayanıb ətrafa nəzarət etməyə başlamış, Namiq isə əlindəki ling vasitəsi ilə qarajın qapısına vurulmuş qıfılı açmağa başlamışdır. Namiq qarajın qıfılını sındırdıqdan sonra onlar qaraja daxil olmuşlar. Onlar qarajdan 2 ədəd velosiped, 2 ədəd direl, 1 ədəd “Daevo” markalı kiçik ölçülü soyuducu, 1 ədəd samovarı, 1 ədəd “Zinger” markalı tikiş maşınını və 1 ədəd “Fifa” markalı avtomobil siqnalını götürərək oğurlamışlar. Onlar oğurladıqları əşyaları qarajdan hissə-hissə çıxararaq yol kənarına gətirmişlər və Namiq küçədən tanımadıqları taksini saxlatdırıb taksi sürücüsünə özünə məxsus əşyaların olduğunu və həmin əşyaları başqa yerə aparmaq istədiyini demişdir. Sonra isə onlar oğurladıqları əşyaları həmin taksinin yük yerinə qoyub Namiqlə birlikdə sonuncunun yaşadığı Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisində yerləşən Namiqə məxsus qarajın yanına gətirmişlər. Həmin əşyaları Namiqə məxsus qaraja yığmışlar. Təxminən 3-4 gün sonra onlar Namiqin qarajından soyuducunu, samovarı, tikiş maşınını və 2 ədəd dreli götürərək tanımadığı taksi ilə aparıb Sumqayıt şəhərində yerləşən “Əşya bazarı” adlanan bazarda tanımadıqları şəxslərə satmışlar. Əldə etdikləri pulu isə yarı bölmüşlər. “Fifa” markalı avtomobil siqnalı və 2 ədəd velosipedi isə sata bilmədiklərindən həmin əşyalar Namiqə məxsus qarajda qalmışdır. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, himayəsində bir uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkimiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, yaşadığı ünvan 1 ünvanının, yənin həmin binanın həyətində özünə məxsus qarajı vardır. Həmin qarajı anbar kimi istifadə etmiş və özünə məxsus əşyaları həmin qarajda saxlamışdır. Qarajın dəmir qapısını isə həmişə işini görüb qurtarandan sonra dəmir qıfılla bağlamış və açarın bir nüsxəsini həmişə özünə məxsus avtomobildə, digər nüsxəsini isə yaşadığı evdə saxlamışdır. 24 iyul 2021-ci il tarixdə qarajda olan bəzi əşyalarını götürmək üçün qarajı açmış, işini qurtarandan sonra isə yenədə qarajın qapısını qıfıla bağlamışdır. 26 iyul 2021-ci il tarixdə, təxminən saat 19 radələrində yaşadığı evdə olduğum zaman həyat yoldaşı X4 qarajdan samovar götürmək üçün evdən çıxıb qaraja getmiş, Şəhanə bir neçə dəqiqə sonra gələrək qarajın qıfılının qırıldığını və qapısının açıq olduğunu bildirmişdir. O, düşüb qaraja baxdıqda hansısa şəxs tərəfindən qarajı qıfılının qırıldığını, qapısının açıq olduğunu və orada olan əşyaların dağınıq halda olduğunu görmüşdür. Qaraja diqqətlə baxanda ona məlum olmuşdur ki, oradan özünə məxsus 1 ədəd 180 (yüz səksən) manat dəyərində 16-lıq “Star” markalı velosiped, 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində 14-lük “Star” markalı velosiped, 2 ədəd markası yadında qalmayan, hər biri 150 (yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat dəyərində drel, 1 ədəd 500 (beş yüz) manat dəyərində “Daevo” markalı soyuducu, 1 ədəd 300 (üç yüz) manat dəyərində mis metalından olan samovar, 1 ədəd 150 (yüz əlli) manat dəyərində “Zinger” markalı tikiş maşını, 1 ədəd 1200 (bir min iki yüz) manat dəyərində “Fifa” markalı avtomobil siqnalı oğurlanmışdır. Özünə məxsus qaraja naməlum şəxsin girərək oğurluq etdiyinə əmin olduqdan sonra bu barədə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə və Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Özünə məxsus 1 ədəd 180 (yüz səksən) manat dəyərində 16-lıq “Star” markalı velosipedin, 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində 14-lük “Star” markalı, velosipedin, 2 ədəd markası yadında qalmayan, hər biri 150 (yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat dəyərində direlin, 1 ədəd 500 (beş yüz) manat dəyərində “Daevo” markalı soyuducunun, 1 ədəd 300 (üç yüz) manat dəyərində mis metalından olan samovarın, 1 ədəd 150 (yüz əlli) manat dəyərində “Zinger” markalı tikiş maşınının və 1 ədəd 1200 (bir min iki yüz) manat dəyərində “Fifa” markalı avtomobil siqnalının oğurlanması nəticəsində ona ümumilikdə 2750 (iki min yeddi yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda isə təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənilmişdir , onlarla barışıq əldə etmişdir , heç bir şikayəti və tələbi yoxudur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid xx.xx.2022-ci il tarixdə Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsi elan edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, əvvəllər Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, 02 oktyabr 2021-ci il tarixdən etibarən isə Xızı rayon polis şöbəsində baş inspektor vəzifəsində işləyir. Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsində baş əməliyyat müvəkkili işlədiyi vaxtlarda icraatına Sumqayıt şəhəri 2-ci məhəllə, ev 9/14, mənzil 11-də yaşayan X3 yaşadığı evin yaxınlığında yerləşən sonuncuya məxsus qarajdan 1 ədəd 16lıq “Star” markalı velosipedin, 1 ədəd 14-lük “Star” markalı velosipedin, 2 ədəd drelin, 1 ədəd “Daevo” markalı soyuducunun, 1 ədəd samovarın, 1 ədəd “Zinger” markalı tikiş maşınının və 1 ədəd “Fifa” markalı avtomobil siqnalının oğurlanması barədə əməliyyat tapşırığı daxil olmuşdur. Daxil olmuş tapşırığa əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli şəxs kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmışdır. Təqsirləndirilən şəxs2la şifahi söhbət zamanı sonuncu tanışı Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs məxsus qarajdan oğurluq etdiklərini etiraf edərək oğurlamış olduqları 2 ədəd dreli, 1 ədəd “Daevo” markalı soyuducunu, 1 ədəd samovarı və 1 ədəd “Zinger” markalı tikiş maşınını tanımadıqları şəxslərə satdıqlarını, 2 ədəd velosipedin və “Fifa” markalı avtomobil siqnalının isə hazırda yaşadıqları evin yaxınlığında olan özünə məxsus qarajda saxladığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 4-cü polis bölməsinə dəvət olunmuş və onlar Təqsirləndirilən şəxs2la birlikdə sonuncuya məxsus qaraja baxış keçirtmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs2 qarajında saxladığı oğurlamış olduğu 2 ədəd velosipedi və avtomobil siqnalını təqdim etmişdir. Zərərçəkmiş şəxs həmin velosipedlərin və avtomobil siqnalını tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. Bu barədə təhqiqatçı Röyal Rəcəbli tərəfindən protokol tərtib olunmuş və onlar həmin protokola imza etmişlər. Eləcədə Təqsirləndirilən şəxs1lə də aparılmış şifahi söhbətlər zamanı o, da Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs məxsus qarajdan oğurluq etdiklərini etiraf etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslər barəsində şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8453 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda və köhnə əşyaların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilən əvvəllər istifadədə olmuş tədqiqat obyektlərinin, 25 iyul 2021-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd üzərində markalanma yazısı pozulmuş vəziyyətdə, xarici görünüşünə görə istismar edilmiş, 16 ölçülü, işlək vəziyyətdə olan, metal gövdəsinin rəngi silinmiş sürəti dəyişən velosipedin təzəsi 140,00 manat, köhnəlməsini nəzərə alaraq 84,00 manat; bir ədəd üzərində “Savales” markalanma yazısı olan, xarici görünüşünə görə istismar edilmiş, 14 ölçülü, işlək vəziyyətdə olan, yaşıl göy rəngdə, sürəti dəyişən velosipedin təzəsi 100,00 manat, köhnəlməsini nəzərə alaraq 70,00 manat; bir ədəd üzərində “Premier HA Z ARD” markalanma yazıları olan, xarici görünüşünə görə istismar edilmiş, gövdəsi metaldan, qara rəngli, avtomobillər üçün nəzərdə tutulmuş səs gücləndirici cihazın təzəsi 100,00 manat, köhnəlməsini nəzərə alaraq 60,00 manat. Qərarın təsviri hissəsində göstərilən, lakin ekspertiza tədqiqatına maddi sübut qismində təqdim edilməyən dörd adda əvvəllər istifadə olunmuş tədqiqat obyektlərinə, yəni bir ədəd drelə, bir ədəd “Daevo” markalı kiçik ölçülü soyuducuya, bir ədəd mis metalından olan samovara və bir ədəd “Zİnger” markalı tikiş maşınına ekspert baxışı keçirilmədən faktiki olaraq onların markası, modeli, texniki göstəriciləri, ölçülərini, metalın tərkibini, yararlığı, istehsal yeri və ili, hansı vəziyyətdə olması, istismar müddəti və digər texniki keyfiyyət göstəriciləri barədə məlumat olmadığından onların qiymətlərini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 316/2017 saylı, 15 fevral 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2010-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək təyin edilmiş 6 il azadlıqdan məhrum etmə cəzası 5 il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 4 il 6 ay azadlıqdan məhrum etmə ilə əvəz edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 11 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. İş materialarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 1(060)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müdddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, onun üzərində Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət iş materiallarında olan Sumqayıt şəhər 4 nömrəli MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət iş materiallarında olan Zəngilan rayon İHB-nın Ağalı kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət iş materiallarında olan doğum haqqında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X10 oğlunun atası Təqsirləndirilən şəxs1dur. Cinayət iş materiallarında olan doğum haqqında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X11 oğlunun atası Təqsirləndirilən şəxs2dur. Cinayət iş materiallarında olan doğum haqqında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X11 oğlunun atası Təqsirləndirilən şəxs2dur. Cinayət iş materiallarında olan doğum haqqında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)- 241/2022 saylı qərarından görünür ki, məhkəmə baxışından yayndığı üçün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan olunmuş və xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)- 241/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisi olmaqla 9/14 saylı binanın yaxınlığında yerləşən Zərərçəkmiş şəxs məxsus qarajdır. Cinayət işi materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisində yerləşən özünə məxsus qarajın içərisində olan 1 ədəd 16-lıq, 1 ədəd 14-lük velosipedi və 1 ədəd “Fifa” markalı avtomobil siqnalını təqdim edərək həmin əşyaları Zərərçəkmiş şəxs məxsus qarajdan oğurladığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs da həmin əşyaların özünə məxsus olduğunu bldirmişdir. 1 ədəd 16-lıq, 1 ədəd 14-lük velosipedi və 1 ədəd “Fifa” markalı avtomobil siqnalı əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işi materiallarında olan “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs1 istintaqda vermiş olduğu ifadəsini yerində yoxlamaq məqsədilə Sumqayıt şəhər polis idarəsindən çıxaraq sonuncunun göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yerəşən 9/14 nömrəli binanın yanına gedilmişdir. Orada Təqsirləndirilən şəxs1 dəmirdən olan mavi rəngli boya ilə rənglənmiş, giriş qapısına boya ilə müxtəlif yazılar yazılmış qarajı göstərərək xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus həmin qarajdan Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etdiklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisində gedilmişdir. Orada Təqsirləndirilən şəxs1 dəmir metalından olan pas atmış qarajı göstərərək həmin qarajın Təqsirləndirilən şəxs2 məxsus olduğunu və oğurlamış olduqları əşyaları həmin qaraja yığdıqları bildirmişdir. Cinayət işi materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs2 istintaqda vermiş olduğu ifadəsini yerində yoxlamaq məqsədilə Sumqayıt şəhər polis idarəsindən çıxaraq sonuncunun göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yerəşən 9/14 nömrəli binanın yanına gedilmişdir. Orada Təqsirləndirilən şəxs2 dəmirdən olan mavi rəngli boya ilə rənglənmiş, giriş qapısına boya ilə müxtəlif yazılar yazılmış qarajı göstərərək xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus həmin qarajdan Təqsirləndirilən şəxs1lə birlikdə oğurluq etdiklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisinə gedilmişdir. Orada Təqsirləndirilən şəxs2 dəmir metalından olan paslanmış qarajı göstərərək həmin qarajın özünə məxsus olduğunu və oğurlamış olduqları əşyaları həmin qaraja yığdıqları bildirmişdir. Cinayət işi materiallarında olan 20 sentyabr 2021-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işi materiallarında olan 20 sentyabr 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 sentyabr 2021-ci il tarixdə, saat 21:00-da Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X6 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 22 sentyabr 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Pİ-nin MSY-dən azadl edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan 20 sentyabr 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 sentyabr 2021-ci il tarixdə, saat 21:00-da Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X6 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 21 sentyabr 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Pİ-nin MSY-dən azadl edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 23 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmış, 28 oktyabr 2021-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etmiş olduğu 2 ədəd velosiped və avtomobil üçün nəzərdə tutulmuş “Fifa” markalı siqnal iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını, oğurluq cinayəti ilə bağlı zərərçəkmiş şəxslə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını, oğurluq cinayəti ilə bağlı zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində iki uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasəm əməlində cinayət residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir və onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “ xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını və təyin ediləcək cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu müddət və Sumqayıt MSY-də saxlanıldığı və “ev dustaqlığı” qətimkan tədbirinin çəkildiyi müddət 03 (üç) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 75,00 (yetmiş beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-241/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 122/2022 saylı vəkil orderi əsasında Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-241/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli 121/2022 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi vəkil Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə cəmi 120,00 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə cəmi 120,00 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddiavə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay 18 (on səkkiz) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan ləğv edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-60/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs2 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 75,00 (yetmiş beş) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120,00 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120,00 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar